Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3208/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, X3 ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİM: X3 ərizə ilə məhkəməyə müraciət edərək, X1 qarşı “borc pulun alınması” tələbi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2018-cı il tarixli qərarının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 429.0.3, 424.2.3 ,417.3 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsini, işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etmişdir ki, həmin ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 452.1-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisələrə dair xarici dövlətin məhkəmələri tərəfindən qətnamə çıxarılıbsa, Azərbaycan Respublikasının məhkəməsi baxılmaq üçün ərizəni qəbul etməkdən imtina edir və ya iş üzrə icraata xitam verir. 452.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsində əvvəllər qaldırılmış iş olarsa və qərar Azərbaycan Respublikası ərazisində tanınmalı və ya icra edilməlidirsə, Azərbaycan Respublikasının məhkəməsi baxılmaq üçün ərizəni qəbul etməkdən imtina edir və ya ərizəni baxılmamış saxlayır. 458.3-cü maddəsinə əsasən xarici məhkəmələrin qətnamələri, qətnamənin qanuni qüvvəyə mindiyi andan 3 il müddətində məcburi qaydada icraya yönəldilə bilər. 464-cümaddəsinə əsasən xarici dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)-110/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsi ilə tələbkar X2 vəsatəti təmin edilərək, Rusiya Federasiyası, Moskva şəhərinin Kuzmin rayon məhkəməsinin xx.xx.2013cü il tarixli hökmü vurulmuş ziaynın ödənilməsi hissəsində Azərbaycan Respublikasının ərazisində tanınmış və icraya yönəldilmişdir. Hazırda ərizəçi Rusiya Federasiyasının Duxovşiski rayon məhkəməsinin Smolenski vilayətinin xx.xx.2016-cı il tarixli qərarı ilə onun heç bir borcunun olmadığının müəyyən edildiyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, belə olan halda ərizəçi qeyd edilən qərarın Azərbaycan Respublikasının ərazisində tanınması barədə aidiyyəti üzrə müraciət edə bilər. Hazırkı ərizəyə isə ümumi məhkəmədə mülki icraat qaydasında baxılması yolverilməzdir. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə qeyd olunanlara əsasən müəyyən edilir ki, hazırki ərizəyə ümumi məhkəmələrdə baxılmalı olmadığından, ərizə yolverilməz hesab edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 ərizəsinin icraata qəbulundan imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər X4 geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-3208/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-3208/2023
17.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver