Məhkəmə qərarları › İş №e-2(007)-3290/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-3290/2025

03.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3290/2025 03.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə, "xxxx" X1 Məsuliyyətli Cəmiyyətinə və Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2nə qarşı “mülkiyyət və sahibçilik hüququnun özgənin qanunsuz sahibliyindən geri qaytarılması və əvvəlki vəziyyətin bərpası, xeyrinə olan məhkəmə qərarlarının hüquqi rejiminin əsasları və nəticələri rejiminə dair əsaslarla” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, Tələb:

1. İddiaçı cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə, "xxxx" X1 Məsuliyyətli Cəmiyyətinə və Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2nə qarşı “mülkiyyət və sahibçilik hüququnun özgənin qanunsuz sahibliyindən geri qaytarılması və əvvəlki vəziyyətin bərpası, xeyrinə olan məhkəmə qərarlarının hüquqi rejiminin əsasları və nəticələri rejiminə dair əsaslarla” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3 və 82.3-cü maddələrinin tələblərinə, həmçinin İddiaçı mülkiyyət hüquqlarına dair artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnamə və qərardadlarına (xx.xx.2019–cu il tarixli №2(007)- 59/2019; xx.xx.2021–ci il tarixli №8-(007)-103/2021; xx.xx.2021–ci il tarixli №8(103)-436/2021; xx.xx.2025–ci il tarixli №2(103)-9742/2025) əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1200 kv.m olan və 30 mənzildən ibarət hotel tipli tikili üzrə iddiaçının əvvəlki hüquqi vəziyyətinin bərpasının təmin edilməsi, Cavabdeh1 QSC-nin qeyd olunan əmlaka subyektiv hüququ aşkarlanmadığı əsaslarla, cavabdehin qanunsuz müdaxiləsi sair şəxslərə icarə sökülməsi istifadə mənfəət götürmə cəhdləri dayandırılması və həmin müdaxilələr hüquqi cəhətdən etibarsız hesab edilməsi, iddiaçıya məxsus əmlakdan istifadəyə qoyulmuş bütün mənəələrin aradan qaldırılması təmin edilməsi, iddiaçının istifadədən məhrum edilməsi nəticəsində çəkdiyi zərərə görə indeksləşdirilmiş kompensasiyanın cavabdehdən tələb hüququ iş icrratinda əsaslandırmaq hüquqi tanınması, işdə ikinci cavabdeh kimi göstərilən "xxxx" MMC-nin prosesdə iştirakı təmin edilərək, onun rəsmi arayışında əks olunmuş (hərracda nə 0.09842 ha torpaq sahəsinin, nə də 1200 kv.m. hotel kompleksinin və 30 mənzilin satılmadığı barədə) məlumatın məhkəmə qətnaməsində qeyd olunmasına dair və məhkəmə xərcləri Cavabdeh1 QSCdən tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməlidir. 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.

Hakimin mövqeyi:

4. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsi verilərkən aidiyyət qaydaları pozulmuşdur.

5. Göründüyü kimi, qanunverici bir neçə cavabdehə iddia cavabdehlərdən hüquqi ünvanının olduğu yeri nəzərə alaraq müəyyənləşdirmişdir.

6. İddia ərizəsində cavabdeh "xxxx" X1 Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı ünvan 2uşdur.

7. Lakin “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, "xxxx" X1 Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) hüquqi ünvanı AZ 1106, Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov, ev 7A ünvanıdır.

8. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2 (VÖEN:**********) hüquqi ünvanı AZ 1106, Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov, ev 7A ünvanıdır.

9. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN:**********) hüquqi ünvanı AZ 1065, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr., ev 3, məhəllə 1033 ünvanıdır.

10. Belə olan halda, hazırki tələbə ərazi aidiyyətinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində və ya Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır.

11. Həmçinin iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından ödənilmiş dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır.

12. İş materiallarına əlavə edilmiş ********** nömrəli mədaxil qəbzdən görünür ki, (“Hökumət ödəniş portalında və ya Asan Pay” vasitəsi, qəbz nömrəsi: **********, tarix: xx.xx.2025, saat: 17:57:15) İddiaçı hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Nəticə:

13. Qeyd olunan nöqsana əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalı, nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə və ya Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir.

14. Beləliklə belə qənaətə gəlirəm ki, İddiaçı cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə, "xxxx" X1 Məsuliyyətli Cəmiyyətinə və Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2nə qarşı “mülkiyyət və sahibçilik hüququnun özgənin qanunsuz sahibliyindən geri qaytarılması və əvvəlki vəziyyətin bərpası, xeyrinə olan məhkəmə qərarlarının hüquqi rejiminin əsasları və nəticələri rejiminə dair əsaslarla” tələbinə dair iddia ərizəsi geri qaytarıldığından, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır.

15. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,

Qərara aldım:

İddiaçı cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə, "xxxx" X1 Məsuliyyətli Cəmiyyətinə və Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2nə qarşı “mülkiyyət və sahibçilik hüququnun özgənin qanunsuz sahibliyindən geri qaytarılması və əvvəlki vəziyyətin bərpası, xeyrinə olan məhkəmə qərarlarının hüquqi rejiminin əsasları və nəticələri rejiminə dair əsaslarla” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə və ya Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək hüququ iddiaçıya izah olunsun. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 100 (“Hökumət ödəniş portalında və ya Asan Pay” vasitəsi, qəbz nömrəsi: **********, tarix: xx.xx.2025, saat: 17:57:15) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə təqdim olunduqdan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar