Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3483/2025 22.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı Cavabdehnə ("BirMarket" onlayn ticarət platforması (Keçmiş Umico.az)) qarşı “pul və ya məhsulun yenisi ilə əvəz olunması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, Tələb:
1. İddiaçı Cavabdehnə ("BirMarket" onlayn ticarət platforması (Keçmiş Umico.az)) qarşı “pul və ya məhsulun yenisi ilə əvəz olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qüsurlu məhsulun geri qaytarılaraq məhsulun tam dəyəri olan məbləğin ona ödənilməsi; alternativ olaraq – məhsulun yenisi ilə əvəz olunması; cavabdeh tərəfin 14 iş gününü aşdığına görə hər gecikmə günü üçün məhsulun dəyərinin 1%-i miqdarında təzminat ödəməsi; məhkəmə xərclərinin cavabdeh tərəfdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməlidir. 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
Hakimin mövqeyi:
3. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsi verilərkən aidiyyət qaydaları pozulmuşdur.
4. Göründüyü kimi, qanunverici cavabdehin hüquqi ünvanının olduğu yeri nəzərə alaraq aidiyyət qaydalarını müəyyənləşdirmişdir.
5. İddia ərizəsində Cavabdeh ("BirMarket" onlayn ticarət platforması (Keçmiş Umico.az)) hüquqi ünvanı Bakı şəhəri, Əli Əliyev küçəsi, ev 1, mənzil 0 kimi qeyd olunmuşdur.
6. Lakin “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh ("BirMarket" onlayn ticarət platforması (Keçmiş Umico.az)) (VÖEN:**********) hüquqi ünvanı AZ 1010, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr., ev 153 ünvanıdır.
7. Bundan əlavə istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər.
8. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı rəsmi qeydiyyata alındığı ünvanı Hacıqabul, Babək küçəsi, 69, 15 ünvanıdır.
9. Belə olan halda, hazırki tələbə ərazi aidiyyətinə görə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində və ya Hacıqabul Rayon Məhkəməsində baxılmalıdır.
Nəticə:
10. Qeyd olunan nöqsana əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalı, nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində və ya Hacıqabul Rayon Məhkəməsinə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir.
11. Beləliklə belə qənaətə gəlirəm ki, İddiaçı Cavabdehnə ("BirMarket" onlayn ticarət platforması (Keçmiş Umico.az)) qarşı “pul və ya məhsulun yenisi ilə əvəz olunması” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır.
12. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
Qərara aldım:
İddiaçı Cavabdehnə ("BirMarket" onlayn ticarət platforması (Keçmiş Umico.az)) qarşı “pul və ya məhsulun yenisi ilə əvəz olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində və ya Hacıqabul Rayon Məhkəməsinə müraciət etmək hüququ iddiaçıya izah olunsun. Qərardaddan tərəfə təqdim olunduqdan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Ülkər Yusifova