Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-352/2025 17.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilkin və iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh4 və Cavabdeh3 qarşı digər iddia tələblərinə dair iş üzrə (Açar sözlər: “alğı-satqı müqaviləsinin ləğvi, əmlakın qaytarılması, pul” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, digər iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X1, İlkin iddia üzrə cavabdehlərin, digər iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 Sərkər oğlunun, İlkin iddia üzrə cavabdeh, digər iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə, Digər iddia üzrə Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin ləğvi, əmlakın qaytarılması və ya pul” tələbinə dair ilkin, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh4 və Cavabdeh3 qarşı “pul” tələbinə dair digər iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İlkin iddia tələbi:
1. İddiaçı Cavabdeh1 qarşı “əmlakın qaytarılması və ya pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ona aid olan **-BH-*** dövlət qeydiyyat nömrəli və LZGJRDT6XCX049969 ban/şasi nömrəli 2012-ci il buraxılışlı, “SHACMAN” markalı özüboşaldan yük maşınının mülkiyyətinə qaytarması və ya əvəzində yük maşınının bazar dəyəri olan 60000 AZN pulun ödəməsi öz öhdəliyinə qoyulmasını xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsinə əlavə və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh şəxs və ya nümayəndəsi ilə Şirvan DYPİ-də bağladıqları xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilərək, cavabdeh şəxslərin ona aid olan **-BH-*** dövlət qeydiyyat nömrəli və LZGJRDT6XCX049969 ban/şasi nömrəli 2012-ci il buraxılışlı, “SHACMAN” markalı özüboşaldan yük maşınının ona qaytarmaları və ya əvəzində yük maşının bazar dəyəri olan 60000 AZN pulun ödəmələrini öz öhdəliklərinə qoyulmasını xahiş etmişdir.
3. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının ərizəsinə əsasən Cavabdeh2 cavabdeh kimi işə cəlb edilmişdir.
İlkin iddia tələbinin əsaslandırıldığı hallar:
4. İlkin iddia üzrə iddiaçı tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci ildə daha əvvəllərdə tanıdığı Cavabdeh1 ilə hər ikisinində şəxsi istehlaklarında olan avtomaşınları bartər etmək üçün danışıblar. Belə ki, o, şəxsi mülkiyyətində və istifadəsində olan 99HN438 dövlət qeydiyyat nömrəli, LZGJRDR678X026079 ban/şassi nömrəli, buraxılış ili 2010-cu il olan, “SHACMAN” markalı özü boşaldan yük maşını ilə 49BH867 dövlət qeydiyyat nömrəli, LZGJRDT6XCX049969 ban/şassi nömrəli buraxılış ili 2012-ci il “SHACMAN” markalı özü boşaldan yük maşınlarını Cavabdeh1 şəxsi mülkiyyətində və istifadəsində olan 49BH933 dövlət qəydiyat nömrəli, CU4W0007655 ban nömrəli, buraxılış ili 2002-ci il olan “MİTSUBİSHİ AİRTREK” markalı minik avtomaşını ilə 99BB889 dövlət qəydiyat nömrəli, JTMHU09J3D4078547 ban nömrəli buraxılış ili 2013-cü il olan “TOYOTA LAND-CRUİSER” markalı minik avtomaşınları bartər edərək, arada qalan qiymət fərqini isə nağd olaraq ödəniş edərək bartərini başa çatdıracaqdılar. Onun şəxsi istifadəsində olan 2 ədəd “Shacman” markalı avtomaşınlarının bazar qiyməti olaraq 100000 AZN və Cavabdeh1 2 ədəd minik avtomaşınının bazar qiyməti olaraq 90000 AZN olaraq ikisidə razılığa gəliblər ve Cavabdeh1 ona qiymət fərqi olaraq 10000 AZN əldən ödəməli olub və bu minvalla razılaşıblar. xx.xx.2022-ci ildə Şirvan şəhəri DYP-RQİ-TBŞ də qarşılıqlı razılıqla və müqavilə ilə onun şəxsi mülkiyyəti ve istehlakında olan 2 ədəd “Shacman” markalı maşını Cavabdeh1 2 ədəd minik maşınının barter işləri üçün Cavabdeh1 razılığı və tələbi ilə onun arvadı Cavabdeh2 adına keçirilməsinə icazə verib. Həmin sənədləşmə işlərində onun adından da iştirakı olaraq notarial qaydada etibarnamə əsasında Cavabdeh4 iştirak edib. Cavabdeh2 adından isə özünün notarial qaydada etibarnaməsi əsasında əri Cavabdeh1 özü iştirak edib. Lakin Cavabdeh1 iki ədəd minik maşını onun adına barter edəndə hər iki maşını da başqa şəxslərin adında qeydiyyatda olduğundan o, hər iki minik maşınını da notarial qaydada etibarnamələri əsasında onun adına keçirtib və sənədləşmə işləri qurtaranda aralarındakı 10000 AZN pul fərqi üçün ona 2680 AZN bəh verib, qalan 7320 AZN isə bir ay ərzində ödəyəcəyinə söz vərib. Bu sənədləşmə işləri qurtarandan təxminən 10 gün sonra onun Cavabdeh1 verdiyi “Shacman” markalı yük maşınlarının biri olan 49BH867 dövlət qeydiyyat nömrəli, LZGJRDT6XCX049969 ban/şassi nömrəli, buraxılış ili 2012-ci il olan, “SHACMAN” markalı özü boşaldan yük maşınının ban/şassi nömrəsində bir problem yaranıb ve bundan ötrü BDYPİ yük maşınının üstünə həbs qərarı qoyaraq cərimə məydançasına aparıb. Bu minvalla o və Cavabdeh1 probləmi həll edib qaydasına salmaq üçün 40-45 gün qədər çalışsalar da, problem təz həll olunacaq problemə oxşamadığından bu bartəri ləğv etmək qərarına gəliblər. Dəqiq xatırlamır, amma 2022-ci ilin aprel ayının başlarında, notarial qaydada etibarnamə əsasında Cavabdeh4 online notariat sistəmindən onun mülkiyyətində olan 2 ədəd minik maşını, 49BH933 dövlət qeydiyyat nömrəli və CU4W0007655 ban nömrəli buraxılışlı 2002-ci il olan “MİTSUBİSHİ AİRTREK” markalı minik avtomaşını və 99BB889 dövlət qəydiyat nömrəli və JTMHU09J3D4078547 ban nömrəli buraxılış ili 2013-cü il olan “TOYOTA LAND-CRUİSER” markalı minik avtomaşınlara etibarnamə vərərək, Cavabdeh1 qaytarıb. Cavabdeh1 isə, daha əvvəl öz razılığı ilə arvadının adına sənədləşmə etdirdiyi 99HN438 dövlət qeydiyyat nömrəli, LZGJRDR678X026079 ban/şassi nömrəli, buraxılış ili 2010-cu il olan “SHACMAN” markalı özü boşaldan yük maşınını notarial qaydada etibarnaməsi əsasında təzədən onun adına qaytarıb, lakin digər yük maşını olan 49BH867 dövlət qeydiyyat nömrəli və LZGJRDT6XCX049969 ban/şassi nömrəli buraxılış ili 2012-ci il olan “SHACMAN” markalı özü boşaldan yük maşını BDYPİ nin qərarı ilə cərimə məydançasında olduğundan ve üstündə həbs qərarı olduğundan Cavabdeh1 bununla bağlı sənədləşmə işlərini də edə bilməyib və ya onları edə bilmələri üçün etibarnamə də verə bilməyib. Həmin həbs qərarı olan yük maşınının ban/şassi nömrəsi ilə bağlı problemi 2024-cü ilin avgust ayında həll edib BDYPİ nin cərimə məydançasından çıxarıb, lakin cərimə məydançasından çıxarılıb üstündəki həbs qərarı götürülən kimi Cavabdeh1 ilə aralarındaki barter ləğv olunduğuna görə və o, cavabdehin öz avtomaşınlarını qaytarmasına baxmayaraq ona aid olan 49BH867 dövlət qeydiyyat nömrəli, LZGJRDT6XCX049969 ban/şassi nömrəli, buraxılış ili 2012-ci il olan “SHACMAN” markalı özü boşaldan yük maşınını ona qaytarmır, o cümlədən ona qaytarılmalı olan yük maşınını da əldən faizlə pul götürdüyünə görə tanımadığı və bilmədiyi şəxs/şəxslərə ipotekaya qoyub. Dəfələrlə özü ilə görüşüb avtomaşını təcili ona verməli olduğunu desə də, hər dəfə yubadaraq bugün sabah deyərək, gecikdirir və hazırda artıq tələfonlarına da cavab verməyərək dələduzluq edir. O da qanuni olaraq məhkəmə qərarı ilə ona aid olan yük maşınını qanundan kənar sahiblikdən almaq qərarına gəlib.
Digər iddia tələbi:
5. İddiaçı Cavabdeh1 Saatlı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər İddiaçı, Cavabdeh4 və Cavabdeh3 30020 (otuz min iyirmi) manat pulun və ödənilmiş 180 (yüz səksən) manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Saatlı Rayon Məhkəməsinin 2(055)-246/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh1 qarşı “əmlakın qaytarılması və pul” tələbi barədə iddiası üzrə e-2(007)- 352/2025 saylı mülki işə Saatlı Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh4 və Cavabdeh3 qarşı pul tələbi barədə iddiası üzrə 2(055)-246/2025 saylı mülki iş birləşdirilməsi qərara alınmışdır.
7. Məhkəmənin 2(007)-1549/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh4 və Cavabdeh3 qarşı “pul” tələbinə dair 2(007)- 1549/2025 saylı mülki iş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin ləğvi, əmlakın qaytarılması və ya pul” tələbinə dair e-2(007)- 352/2025 saylı mülki işlə birləşdirilmiş, 2(007)-1549/2025 nömrəli mülki işin icraatına xitam verilmişdir.
8. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh2 digər iddia üzrə iddiaçı kimi işə cəlb edilmişdir.
9. İlkin iddia üzrə cavabdeh, digər iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh4 və Cavabdeh3 tələb etdiyi 30020 manat pulun 10000 manatı iş üzrə sonradan cəlb edilmiş iddiaçı Cavabdeh2, 20020 manatını isə Cavabdeh1 aid edərək, 20020 manat pulun cavabdehlər İddiaçı, Cavabdeh4 və Cavabdeh3 alınaraq iddaçı Cavabdeh1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Digər iddia tələbinin əsaslandırıldığı hallar:
10. İddiaçı Cavabdeh1 iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə “SHACMAN” yük özüboşaldan ** BH *** dövlət qeydiyyat nişanlı yük avtomobilini alqı-satqı müqaviləsinə əsasən cavabdeh X2 alıb. Həmin avtomobilin alınmasına 25000 manat pul ödəyib və bununla bağlı Nəsimi rayon polis İdarəsinin İstintaq şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı vardır. Əlavə olaraq həmin yük avtomobili cavabdehlərin təqsiri üzündən 01 mart 2022-ci ildən xx.xx.2024-cü il tarixə qədər cərimə meydançasında qalıb, həmin müddət ərzində avtomobilin cərimə meydançasında qalmasına görə 3300 manat pul vəsaiti ödəyib, bundan başqa 600 manat akkumlyator almasına görə, 500 manat elektrik sisteminin bərpasına, 320 manat sığorta pulu, 300 manat yağ filtr dəyişməsinə, ümumilikdə 5020 manat pul vəsaiti ödəyib. Cavabdehlər Cavabdeh4 və Cavabdeh3 müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pul ödəyib, bu barədə qəbzlər, audio yazı materiallarını sübut kimi məhkəməyə təqdim edəcəkdir. Avtomobilə çəkdiyi 25000 manat və sonradan xərclədiyi 5020 manat, ümumilikdə 30020 (otuz min iyirmi manat) manat pul vəsaitinin ona qaytarılmasını tələb edir. Ona görə də, məhkəməyə müraciət etməyə məcbur olub.
İş materialları:
11. xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı (əvəzində Cavabdeh4) ona məxsus olan **-BH-*** dövlət qeydiyyat nişanlı, LZGJRDT6XCX049969 ban nömrəli, 2012-ci il buraxılışlı, “SHACMAN” yük markalı nəqliyyat vasitəsi qiyməti razılaşma yolu ilə müəyyən edilməklə Cavabdeh2 satmışdır.
12. Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi rəshbər tutularaq "xxxx" MMC-nin müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
13. Məhkəmənin qərardadına əsasən “X5 Mərkəzi” MMC tərəfindən keçirilmiş məhkəmə qiymətləndirmə ekspertizasının xx.xx.2025-ci il tarixli 007-087/2025 rəyindən görünür ki, bununlada Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-352/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardada əsasən Shacman Yük” markalı **-BH-*** (**-BH-***) dövlət qeydiyyat nişanlı 2012-ci il buraxılışlı, LZGJRDT6XCX049969 ban nömrəli nəqliyyat vasitəsinin 2022-ci il üzrə və hazırda bazar bazar dəyəri müqayisə yanaşmasından istifadə olunmaqla müəyyən edilmişdir. Birinci sual üzrə: Shacman Yük” markalı **-BH-*** (**-BH-***) dövlət qeydiyyat nişanlı 2012-ci il buraxılışlı, LZGJRDT6XCX049969 ban nömrəli nəqliyyat vasitəsinin 2022-ci il üzrə bazar dəyəri (yuvarlaqlaşdırılmış şəkildə) 62000 (altmış iki min) manat, hazırda bazar dəyəri (yuvarlaqlaşdırılmış şəkildə) 54000 (əlli dörd min) manat, ikinci sual üzrə: “Shacman Yük” markalı **-BH-*** (**-BH-***) dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, LZGJRDT6XCX049969 ban nömrəli nəqliyyat vasitəsinin 2022-ci il üzrə likvid dəyəri (yuvarlaqlaşdırılmış şəkildə) 56000 (əlli altı min) manat, hazırda likvid dəyəri (yuvarlaqlaşdırılmış şəkildə) 49000 (qırx doqquz min) manat təşkil edir.
14. Məhkəməyə disklər (səs yazıları, videogörüntülər, fotoşəkillər yerləşdirilmiş) təqdim edilmişdir.
15. Məhkəməyə fotoşəkillər, qaimələr, ödəniş qəbzləri təqdim edilmişdir. Tərəflərin izahatları:
16. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, digər iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X4 ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin və ona əlavənin dəlillərinə uyğun izahat verərək, ilkin iddianın təmin, digər iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh1 avtomobilə xərc çəkdiyini iddia edirsə, qəbzləri məhkəməyə təqdim etməlidir. İddiaçı tələbi müqavilənin etibarsız hesab edilməsi və onun hüquqi nəticəsi olaraq avtomobilin ona geri qaytarılmasıdır. Müqavilə etibarsız sayılsa, ya avtomobil, ya da onun dəyəri qaytarılmalıdır. Lakin qarşı tərəf avtomobili qaytarmaq istəmir.
17. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehlərin, digər iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 Sərkər oğlu digər iddia tələbini müdafiə edib, digər iddia ərizəsinin və ona əlavənin dəlillərinə uyğun izahat verərək, digər iddianın təmin, ilkin iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh1 12 fevral 2022-ci ildə 500 ABŞ dolları, yəni 850 manat beh verib. Cavabdeh4 və Cavabdeh3 14 fevral 2022-ci ildə hər iki avtomobilin təmiri üçün 5000 manat alıblar. 23 fevral 2022-ci il tarixdə Cavabdeh1 Cavabdeh3 və Cavabdeh4 Şirvan Qeydiyyat-imtahan və texniki baxış şöbəsində 6000 manat pul verib. Lakin Cavabdeh3 və Cavabdeh4 fərqli qiymətlər qeyd ediblər. Lakin Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 avtomobilin təmiri üçün verdiyi pulları mənimsəyib və avtomobillərə xərc çəkməyiblər. Nəticədə, hər iki avtomobil alınandan sonra pis vəziyyətdə və təmirə yararsız vəziyyətdə olub. Cavabdeh1 12 ədəd təkərə, avtomobilin təkərlərinin dəyişməsinə, balansına və digər ehtiyat hissələrinə 7200 manat vəsait sərf edib.
18. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, digər iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə digər iddia tələbini müdafiə edib, digər iddia ərizəsinin və ona əlavənin dəlillərinə uyğun izahat verərək, digər iddianın təmin, ilkin iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, alğı-satqı müqaviləsi İddiaçı ilə Cavabdeh2 arasında bağlanıb. 10000 manat məbləğ Cavabdeh2 tərəfindən nağd qaydada verildiyindən, onun tərəfindən tələb oluna bilər. Avtomobilə Cavabdeh1 tərəfindən xərc çəkildiyindən, həmin vəsait isə onun tərəfindən tələb oluna bilərdi. Buna uyğun olaraq da iddia tələbini dəqiqləşdiriblər. Cavabdeh1 bildirir ki, həqiqətən də onun avtomobilləri geri qaytarılıb. Amma o İddiaçı avtomobillərindən birini qaytarıb, həmin vaxt digər avtomobil cərimə meydançasında olub. Həmçinin, Cavabdeh1 bildirir ki, o avtomobillərə xərc çəkib, avtomobillərin geri qaytarılması məsələsi onun təqsirindən olmayıb. Ona görə də, Cavabdeh1 çəkdiyi xərclərin qaytarılmasını tələb edir. Həmçinin avtomobil alğı-satqı olunanda 10000 manat nağd pul verib, həmin məbləğin də verilməsini tələb edir. Cavabdeh1 ondan sonra avtomobili qaytaracağını bildirir. İddia ərizəsində də qeyd edildiyi kimi, Cavabdeh1 **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə daha çox xərc çəkib.
19. Məhkəmə iclasında digər iddia üzrə Cavabdeh4 digər iddia tələbini qəbul etməyib, digər iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh1 avtomobilə xərc çəkdiyini iddia edirsə, qəbzləri məhkəməyə təqdim etməlidir. Lakin həmin qəbzlər yoxdur, ona görə də onun iddiası əsassızdır. O, iddiaçılara avtomobil satıb. Usta deyil ki, avtomobil satandan sonra düzəltdirsin. Onun 2022-ci ildə həmin iki “Shacman” markalı avtomobillə birlikdə 32 ədəd avtomobili var idi. O, avtomobil alğı-satqısı ilə məşğul olub. O, usta deyildi, sadəcə biznesini inkişaf etdirmək üçün böyük həcmli avtomobilləri satıb. Avtomobillər onlara satılanda tam yararlı vəziyyətdə idi, çünki xərc qoyub, fotoşəkilləri də var. Əgər avtomobillər yararsız vəziyyətdə idisə, avtomobili alanda baxılar və alınmazdı. Cavabdeh1la səmimiyyətləri yaranmışdı, o, Şirvan Qeydiyyat-imtahan və texniki baxış şöbəsinin həyətində 5000 manat pulu olduğunu, 5000 manat da alğı-satqıya xərcinin çıxacağını, 5000 manatı verdiyini, qalanını da həll edəcəyini bildirdi. Ona problem olmadığını bildirib. Onların Cavabdeh1 borcu varsa, Cavabdeh1 onlardan alacağı varsa, niyə onların telefon zənglərinə cavab vermir, nömrələrini qara siyahıya salıb. Əvvəlki məhkəmə iclası Cavabdeh1 iştirakına görə təxirə salınsa da, o yenə də məhkəmə iclasında iştirak etməyib. Onun məqsədi məhkəməni uzatmaq, vaxt udmaqdır. Onun Cavabdeh1 borcu yoxdur. Onlara kifayət qədər maddi və mənəvi ziyan dəyib. Hələ Cavabdeh1 onlara 2400 manat borcu qalıb. O, Bakı şəhər Nəsimi rayon Polis İdarəsində, Bakı şəhər Baş Polis İdarəsində və Bakı şəhər prokurorluğunda izahat verib. 3 il müddətində araşdırma aparılıb. Onlar iki avtomobili 90000 manat, 10000 manat da əlavə pul olmaqla, ümumilikdə 100000 manat məbləğə razılaşıblar.
20. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər iddia üzrə Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
21. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş digər iddia üzrə Cavabdeh3 digər iddia tələbini qəbul etməyib, digər iddianın təmin olunmamasını məhkəmədən xahiş etmiş və əlavə olaraq bildimişdir ki, o, Cavabdeh1 uşaqlıqdan tanıyır, Cavabdeh1 da onu yaxşı tanıyır. İki dəfə polis idarəsinə çağırılaraq izahatı alınıb. İki ildir ki, Cavabdeh1 axtarır, lakin tapa bilmir. Cavabdeh1 axtarmaq üçün Laçın rayonuna belə gedib. Cavabdeh4la şərik işləyiblər. Yük avtomobillərinin alınmasında və satılmasında bilavasitə iştirak edib. Mübahisəli avtomobili o alıb, satışında o iştirak edib. Onlar avtomobili alıblar, alandan sonra yığdırıblar, avtomobil əzik idi. Avtomobili alıb, samasvalta çevirərək satıblar. Cavabdeh1 da avtomobili alarkən onun necə olmasından məlumatlı idi. Avtomobili Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsində Cavabdeh1 iştirakı ilə Cavabdeh2 adına rəsmiləşdiriblər. Razılıqlarına əsasən Cavabdeh1 onlara nağd şəkildə 10000 manat pul və “X10 Jeep” və “Mitsubishi” markalı avtomobillər verəcəkdi, onlar da əvəzində iki yük avtomobili verəcəkdilər. Şirvan şəhər Yol polis idarəsində avtomobillər qarşılıqlı olaraq tərəflərin adlarına rəsmiləşdirilib. Alğı-satqıdan sonra Cavabdeh1 Qeydiyyat-imtahan və texniki baxış şöbəsinin (Mero) həyətində onlara 10000 manat verəcəkdi. Bu zaman Cavabdeh1 ona yaxınlaşaraq 10000 manat pulunun olmadığını, cəmi 6000 manatının olduğunu, 2000 manatının burada xərclədiyini, 4000 manat verə biləcəyini, 6000 manat pulu isə 1 həftə-15 gün ərzində verəcəyini bildirib. Onlar da razılaşıblar. Sonra avtomobil saxlanaraq yol polisində cərimə meydançasına qoyulub, araşdırıla aparılıb, guya ki, avtomobil hər hansısa bir banka məxsusdur. Nəticədə müəyyən olunub ki, avtomobil hər hansı bankın deyil, xüsusi mülkiyyətdə olan avtomobildir. Onlar avtomobili pul ödəyərək alıblar, kimdənsə oğurlamayıblar. Müqavilə bağlanandan sonra öz sürücüləri Yol polis idarəsinin həyətindən avtomobilləri sürərək oranı tərk ediblər. Fotoşəkillərdən də göründüyü kimi onlar avtomobilləri yığdırıb, xərc qoyublar. Avtomobillərin xərcə heç bir ehtiyacı yox idi. Cavabdeh1 avtomobildə bəzi hissələri dəyişdirmək istədiyini bildirib. Ona avtomobillərin yeni yığıldığını, əlavə xərcə ehtiyacının olmadığını bildirib. Cavabdeh1 isə xərci öz vəsaiti hesabına edəcəyini bildirib. O da Cavabdeh1 avtomobilin onun olduğunu, nə istəyirsə, etməsini bildirib. Avtomobil Qobustan rayonunda yığılıb. Çünki onlar hissələri alıblar, Cavabdeh1 onlara satdığı Land Cruiser markalı avtomobili ilə özü aparıb ustalara təhvil verib. Onlar həmin vaxt Land Cruiser markalı avtomobili sürməsi üçün Cavabdeh1 veriblər. Cavabdeh1 onun kartına pul göndərdi. Xocahəsəndən ona lazım olan detalları alıblar. Cavabdeh1 həmin detalları Land Cruiser markalı avtomobilinə yığıb aparıb, ustaya həmin detalları özü verib, özü də orada avtomobilin hansı vəziyyətdə olduğunu görüb. Avtomobili hər hansısa dövlət qurumu 5-6 il dayancaqda saxlayarsa, vətəndaş buna görə pul ödəmir. Onlar özüboşaldan betonqarışdıran avtomobili “Shacman”a çevirməyiblər. “Shacman”a markalı avtomobilin üzərində əl ilə olan döymələrin kim tərəfindən edilməsi barədə məlumatı yoxdur. 12 fevral 2022-ci ildə Cavabdeh1 500 ABŞ dolları, yəni 850 manat beh verməyib. Onlar 14 fevral 2023-cü ildə hər iki avtomobilin təmiri üçün 5000 manat pulu Cavabdeh1 almayıblar. Bu fikirlər yanlışdır. Cavabdeh1 23 fevral 2022-ci il tarixdə ona və Cavabdeh4 Qeydiyyat-imtahan və texniki baxış şöbəsində 4000 manat pul verib. Cavabdeh1 onların avtomobillərindən İmişli rayonunda qum və çınqıl daşıyaraq 28000 manat gəlir götürüb. Cavabdeh1 avtomobildən istifadə etdiyinə görə avtomobilə xərc çəkib. Cavabdeh1 alğı-satqı müqaviləsi bağlanan gün 4000 manatı Cavabdeh4 verib. Cavabdeh1 onun kartına atdığı pulla avtomobil üçün detal alaraq Cavabdeh1 göndərib. Cavabdeh1 alğı-satqı müqaviləsi bağlanan gün Cavabdeh4 4000 manatı verib. Cavabdeh1 artığı ilə də pul qaytarılıb. Cavabdeh1 hələ də onlara borcu var. Cavabdeh1 ona pul verməyib. Bakı şəhər Nəsimi rayon Polis İdarəsində və Bakı şəhər Baş Polis İdarəsində izahat verib. Avtomobilin guya başqa bankın olduğunu bildiriblər, Bakı şəhər Nəsimi rayon Polis İdarəsində və Bakı şəhər Baş Polis İdarəsində izahatları ona görə alınıb ki, guya ki, onlar hansısa bankın avtomobilini mənimsəyib, nömrəsini dəyişib, Cavabdeh1 satıblar. Üç dəfə Bakı şəhər Prokurorluğunda olublar. Bir ildən sonra məlum olub ki, bu həmin avtomobil deyil, əzilmiş, sonradan yığılıb Faiq adlı şəxs tərəfindən onlara satılıb. Faiq adlı şəxs də orada dindirildi. Onlar avtomobili tapıblar. Cavabdeh1 onların avtomobilini cərimə meydançasından çıxarıb onlara qaytarmalı idi. Çünki onlar Cavabdeh1 pulunu və avtomobillərini özünə qaytarıblar. Cavabdeh1 isə onlara bir avtomobili qaytarıb, digər avtomobili isə artıq üçüncü ildir ki, Cavabdeh1 cərimə meydançasından çıxararaq başqa şəxsin qapısına qoyub. Cavabdeh1 onların avtomobilini mənimsəyib, geri qaytarmaq fikri yoxdur. Onlar həmin avtomobili tapıblar, avtomobili alan şəxs avtomobili Cavabdeh1 aldığını, 30000 manat pul verdiyini, 30000 manatı verəcəkləri halda, avtomobili qaytaracağını bildirib.
Məhkəmə baxışının hədləri:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir; 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 329.3-cü maddəsinə əsasən sifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur; 329.4-cü maddəsinə əsasən susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır; 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər; 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər; 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.
İşin faktiki halı:
26. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, X6 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı (əvəzində Cavabdeh4) ona məxsus olan **-BH-*** dövlət qeydiyyat nişanlı, LZGJRDT6XCX049969 ban nömrəli, 2012-ci il buraxılışlı, “SHACMAN” yük markalı nəqliyyat vasitəsi qiyməti razılaşma yolu ilə müəyyən edilməklə Cavabdeh2 satıb. Tərəflər arasında olan razılığa əsasən İddiaçı özünə məxsus olan iki ədəd “SHACMAN” yük markalı nəqliyyat vasitəsi ilə, Cavabdeh2 məxsus olan “Totota Land-Cruiser” və “Mitsubishi Airtrek” markalı avtomobilləri barter etməyə razılıq verib. Həmçinin, razılığa əsasən Cavabdeh2 tərəfindən İddiaçı əlavə 10000 manat pul ödənilməli idi. Buna səbəb isə İddiaçı məxsus nəqliyyat vasitələrinin 100000 manata, Gülarə Astanovaya məxsus minik markalı nəqliyyat vasitələrinin 90000 manata qiymətləndirilməsi idi. Tərəflər arasında olan razılıq reallaşdırılıb və avtomobillərin barteri həyata keçirilib. Lakin **-BH-*** dövlət qeydiyyat nişanlı, LZGJRDT6XCX049969 ban nömrəli, 2012-ci il buraxılışlı, “SHACMAN” yük markalı nəqliyyat vasitəsi ilə bağlı tərəflər arasında mübahisə yarandığından, tərəflər şifahi razılıqlarına uyğun əldə etdiklərini bir-birilərinə qaytarıblar. Belə ki, İddiaçı “Totota Land-Cruiser” və “Mitsubishi Airtrek” markalı avtomobilləri Gülarə Astanovaya, Gülarə Astanova isə İddiaçı məxsus bir ədəd yük maşının qaytarıb. X8 hazırda mübahisə predmeti olan “SHACMAN” yük markalı nəqliyyat vasitəsi qaytarmayıb. Qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi X6 ilə Cavabdeh2 arasında bağlansa da, faktiki olaraq bütün razılıqlar, danışıqlar Cavabdeh4 və Cavabdeh1 arasında aparılıb. Hazırda isə tərəflər arasında mübahisə yarandığından məhkəməyə müraciət ediblər.
Məhkəmənin mövqeyi:
27. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, ilkin və digər iddia tələbləri qismən təmin edilməlidir.
28. Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında olan şifahi razılığa əsasən İddiaçı özünə məxsus olan iki ədəd “SHACMAN” yük markalı nəqliyyat vasitəsi ilə, Cavabdeh2 məxsus olan “Totota Land-Cruiser” və “Mitsubishi Airtrek” markalı avtomobilləri barter etməyə razılıq verib. Həmçinin, razılığa əsasən Cavabdeh2 tərəfindən İddiaçı əlavə 10000 manat pul ödənilməli idi. Bundan sonra isə iddiaçı özünə məxsus olan iki ədək yük markalı nəqliyyat vasitəsini Gülarə Astanovaya təhvil verib və **-BH-*** dövlət qeydiyyat nişanlı, LZGJRDT6XCX049969 ban nömrəli, 2012-ci il buraxılışlı, “SHACMAN” yük markalı nəqliyyat vasitəsi ilə bağlı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılıb. Lakin onlar hazırda həmin şərtləri pozaraq avtomobillərin qaytarılmasını təmin ediblər, lakin iddiaçıya məxsus olan **-BH-*** dövlət qeydiyyat nişanlı, LZGJRDT6XCX049969 ban nömrəli, 2012-ci il buraxılışlı, “SHACMAN” yük markalı nəqliyyat vasitəsi hazırki vaxtadək qaytarılmamışdır. ilkin iddia üzrə cavabdeh, digər iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə verdiyi izahata əsasən nəqliyyat vasitəsi çəkilən xərclər (20020 manat) və avtomobilin alqı-satqısı üzrə ödənilmiş pul (10000) manat qaytarılacağı halda qaytarılacaqdır.
29. Göründüyü kimi, tərəflər aralarında olan şifahi razılığı pozaraq, münasibətlərin ilkin vəziyyətə qaytarılması üçün addımlar atıblar. Belə ki, iddiaçı ona verilən iki ədək minik avtomobilini Gülarə Astanovaya qaytarıb, sonuncu isə iddiaçıya məxsus bir ədəd yük markalı avtomobili qaytarıb. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflər arasında **-BH-*** dövlət qeydiyyat nişanlı, LZGJRDT6XCX049969 ban nömrəli, 2012-ci il buraxılışlı, “SHACMAN” yük markalı nəqliyyat vasitəsinin alqı-satqısı ilə bağlı bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsi ləğv edilməklə, mövcud münasibətlər ilkin vəziyyətinə qaytarılmalıdır.
30. Mülkiyyətin müdafiəsini təmin edən MM-in 157.2-ci maddəsinin məzmunundan aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, cavabdeh(lər)in əşyanın sahibi olması, cavabdeh(lər)in əşyaya sahiblik hüququnun olmaması. Odur ki, mülkiyyətin müdafiəsi ilə bağlı tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir.
31. Məhkəmə hesab edir ki, məhkəmənin gəlmiş olduğu qənaətə əsasən xx.xx.2022-ci il tarixli müqavilə ləğv edildiyindən alıcı Gülarə Astanova İddiaçı məxsus olan nəqliyyat vasitəsini ona qaytarmalıdır.
32. Belə ki, Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə görə məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.
32. Belə ki, iddiaçı mübahisəli nəqliyyat vasitəsinin dəyərini 60000 manat olduğunu qeyd etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədə isə alqı-satqı qiyməti göstərilməmiş, nəqliyyat vasitəsinin dəyəri razılaşma ilə müəyyən edilmişdir. Tərəflərin məhkəməyə vermiş olduğu izahata əsasən iddiaçıya məxsus olan iki ədəd yük avtomobili 100000 manat kimi qiymətləndirilmişdir.
34. Belə ki, “X5 Mərkəzi” MMC tərəfindən keçirilmiş məhkəmə qiymətləndirmə ekspertizasının xx.xx.2025-ci il tarixli 007-087/2025 rəyinə əsasən “Shacman Yük” markalı **-BH-*** (**-BH-***) dövlət qeydiyyat nişanlı 2012-ci il buraxılışlı, LZGJRDT6XCX049969 ban nömrəli nəqliyyat vasitəsinin 2022-ci il üzrə bazar dəyəri (yuvarlaqlaşdırılmış şəkildə) 62000 (altmış iki min) manat təşkil edir.
35. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
36. Məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul edib, iddia tələbini nəzərə alaraq, hesab edir ki, **-BH-*** dövlət qeydiyyat nişanlı, LZGJRDT6XCX049969 ban nömrəli, 2012-ci il buraxılışlı, “SHACMAN” yük markalı nəqliyyat vasitəsi olmadığı halda, Cavabdeh2 60000 manat tutularaq, İddiaçı ödənilməlidir.
37. Qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə alıcı qismində Cavabdeh2 çıxış etdiyindən ilkin iddia Cavabdeh1 aid hissədə təmin edilməməlidir.
38. Məhkəmə digər iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı Xanəhmət Astanov cavabdehlərdən 20020 manat (3300 manat cərmə meydançası, 600 manat akkumlyator, 500 manat elektrik sisteminin bərpası, 320 manat sığorta pulu, 300 manat yağ filt dəyişməsi, 15000 manat təmir üçün) və digər iddiaçı Gülarə Astanova isə cavabdehlərdən 10000 manat (alqı-satqı üçün) məbləğində pul tələb etmişlər.
39. Məhkəmə qeyd edir ki, daha əvvəl "xxxx" MMC-nin müraciəti əsasında Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən araşdırma aparılmış və iş üzrə tərəflərin izahatı alınmışdır.
40. Belə ki, Cavabdeh1 nəqliyyat vasitəsi üçün 500 ABŞ dolları beh, 6000 manat və avtomobilin təmiri üçün 5000 manat pulu Cavabdeh4 və Cavabdeh3 verdiyini, avtomobilin təmiri üçün ümumilikdə 25000 manat məbləğində xərc çəkdiyini qeyd etmişdir.
41. Cavabdeh4 isə izahatında ona beh kimi 500 ABŞ dolları, rəsmiləşdirmə zamanı 6000 manat və rəsmiləşdirmədən əvvəl avtomobili təmiri üçün Cavabdeh1 ona 5000 manat pul verdiyini qeyd etmişdir.
42. Sadiə Mürəslova isə ilkin iddia ərizəsində ona 2680 AZN bəh verildiyi, qalan 7320 AZN isə bir ay ərzində ödəniləcəyinə dair söz verildiyini qeyd etmişdir.
43. Belə ki, digər iddia üzrə iddiaçı Cavabdeh1 yük avtomobilinin təmiri və digər xərcləri üçün 20020 manat, digər iddiaçı Gülarə Astanova isə alqı-satqı üçün 10000 manat pul ödənildiyini iddia etsələr də, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Belə ki, iş materiallarında olan qaimələrin hansı nəqliyyat vasitəsi iə bağlı olduğunu, səs yazılarının kimə məxsus olduğunu müəyyən etmək mümkün olmamışdır.
44. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
45. MPM-in: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
46. Məhkəmə araşdırması zamanı digər iddia üzrə iddiaçılar mübahisələndirilən hissədə iddia tələbinləri tam sübut edə bilməmiş və onların iddia ərizəsində göstərdiyi faktlar öz təsdiqini tapmamışdır.
47. Məhkəmə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən araşdırma zamanı tərəflərin vermiş olduğu izahatları nəzərə alaraq hesab edir ki, **-BH- *** dövlət qeydiyyat nişanlı, LZGJRDT6XCX049969 ban nömrəli, 2012-ci il buraxılışlı, “SHACMAN” yük markalı nəqliyyat vasitəsinin alqı-satqısı üçün Cavabdeh4 500 ABŞ dolları və 6000 manat pul verildiyi öz təsdiqini tapmışdır. Alqı-satqı müqaviləsi üzrə alıcı Gülarə Astanova, satıcı İddiaçı olduğundan sonuncudan 500 ABŞ dolları və 6000 manat məbləğində pul tutularaq Gülarə Astanovaya ödənilməlidir.
48. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır.
49. Konstitusiyanın həmin maddəsinin İİİ-cü hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.
50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir.
51. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.
52. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla ondan tutulmalıdır.
53. Həmçinin, adıçəkilən nəqliyyat vasitəsini təmiri üçün Cavabdeh1 tərəfindən Cavabdeh4 5000 manat ödənildiyi istintaq zamanı onların verdikləri izahatlar ilə öz təsdiqini tapdığından Cavabdeh4 5000 manat məbləğində pul tutularaq Cavabdeh1 ödənilməlidir.
54. Məhkəmə qeyd edir ki, iş materiallarına Cavabdeh3 hesabına xx.xx.2022-ci il tarixdə köçürülən 1000 manat və 600 manata dair iki ədəd qəbz təqdim edilib. Məhkəmə həmin məbləğin dəqiq hansı səbəbdən köçüldüyünü müəyyən edə bilməyib. Lakin məhkəmə iclasında Cavabdeh3 həmin pulla material alaraq Cavabdeh1 yolladığını qeyd etmişdir. Cavabdeh1 isə məhkəmə iclasında şəxsən iştirakı təmin etməmişdir.
55. Məhkəmə alqı-satqı müqaviləsi bağlanandan əvvəl nəqliyyat vasitəsinin təmiri üçün 5000 manat ödənildiyini, məhkəməyə həmin tarixlərə (xx.xx.2022-xx.xx.2022) tərtib edilmiş qaimələrin Mülkədar adlı şəxsin adına tərtib edilməsini və yuxarıda qeyd edilən ödənişlərin 5000 manatdan çox olmamasını nəzərə alıb, həmin ödənişlərə təmir xərci üçün ödənilən məbləğlər kimi yanaşıb.
Nəticə:
56. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ilkin iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış **-BH-*** dövlət qeydiyyat nişanlı, LZGJRDT6XCX049969 ban nömrəli, 2012-ci il buraxılışlı, “SHACMAN” yük markalı nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edilsin və həmin nəqliyyat vasitəsi İddiaçı qaytarılmalı, həmin nəqliyyat vasitəsinin qaytarılması mümkün olmadıqda dəyəri olan 60000 manat məbləğində pul Cavabdeh2 alınaraq, İddiaçı verilməli, ilkin iddia qalan hissədə təmin edilməməli, digər iddia qismən təmin edilməli, İddiaçı 6000 manat və 500 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul tutularaq Cavabdeh2 ödənilməli, Cavabdeh4 5000 manat məbləğində pul tutularaq Cavabdeh1 ödənilməli, digər iddia qalan hissədə təmin edilməməlidir.
57. Məhkəmə hesab edir ki, tərəflər tələb etmədiyindən Azərbaycan respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu və iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri İddiaçı, digər iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilməlidir.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İlkin iddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış **-BH-*** dövlət qeydiyyat nişanlı, LZGJRDT6XCX049969 ban nömrəli, 2012-ci il buraxılışlı, “SHACMAN” yük markalı nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edilsin və həmin nəqliyyat vasitəsi İddiaçı qaytarılsın. Həmin nəqliyyat vasitəsinin qaytarılması mümkün olmadıqda dəyəri olan 60000 manat məbləğində pul Cavabdeh2 alınaraq, İddiaçı verilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu və iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri İddiaçı aid edilsin. Digər iddia qismən təmin edilsin. İddiaçı 6000 manat və 500 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul tutularaq Cavabdeh2 ödənilsin. Cavabdeh4 5000 manat məbləğində pul tutularaq Cavabdeh1 ödənilsin. Digər iddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan digər iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva