Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3737/2025 14.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC qiymətləndirmə təşkilatının onun əmlakının qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə uyğun olaraq, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-259/2025 saylı xx.xx.2025-ci il tarixli qətnamədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 11 iyun 2025-ci il tarixli 02-116/25 nömrəli mütəxəssis rəyinə əsasən Şabran rayonu, Gəndob kəndində yerləşən, ümumi sahəsi 0,005 ha olan torpaq sahəsinin likvid qiyməti 4900 manat, bazar qiyməti isə 5100 manat, Şabran rayonu, Gəndob kəndində yerləşən, ümumi sahəsi 0,52 ha olan torpaq sahəsinin likvid qiyməti 10700 manat, bazar qiyməti isə 11200 manat təşkil edir. Qətnamədə göstərilir ki, “Belə ki, iş üzrə "xxxx" MMC tərəfindən təqdim edilmiş 11 iyun 2025-ci il tarixli 02-116/25 nömrəli mütəxəssis rəyində ipotekaya qoyulmuş əmlakların ilkin satış (likvid) qiymətləri müvafiq olaraq 4900 manat məbləğində və 10700 manat məbləğində müəyyən edildiyindən və bu tərəflərin özlərinin razılaşdırdıqları qiymətdən (bu, ilkin satış qiyməti olmasa belə) çox aşağı həddə olduğuna görə, o cümlədən iş materiallarındakı poçt xəbərnamələrinə əsasən, cavabdehin məhkəmə proseslərindən məlumatlı olmasına baxmayaraq iddia tələbi (iddia tələblərindən biri ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyənləşdirilməsi ilə bağlıdır) ilə bağlı məhkəməyə hər hansı etirazı daxil olmadığından əmlakın qiyməti, məhz tərəflərin razılaşdırdıqları kimi müəyyənləşdirilməlidir.” Hazırda isə iddiaçı cavabdeh tərəfindən tərtib edilmiş qiymətləndirmə hesabatını mübahisələndirsə də, e-2-2(119)-259/2025 saylı iş üzrə araşdırma aparılarkən mübahisələndirlən qiymətləndirmə hesabatı məhkəmə tərəfindən sübutlardan biri kimi qiymətləndirilmiş, araşdırılmış və məhkəmə öz mövqeyini qətnamədə göstərmişdir. Bu səbəbdən hesab edirəm ki, hazırki iddiaya mülki məhkəmə məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Hazırkı qərardad iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Qeyd olunanlara əsasən və MPM-in 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardad İddiaçı (FİN: xxxxxxx) tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun (mədaxil qəbzi nömrəsi **********, Tarix: xx.xx.2025, saat 09:56:06) qaytarılması üçün əsasdır. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-3737/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-3737/2025
14.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver