Məhkəmə qərarları › İş №e-2(007)-4048/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-4048/2021

01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-4048/2021 01.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçılar İddiaçı1 MMC və Qanuni nümayəndə cavabdehlər Accessbank QSC-yə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdaraəsinə qarşı “Bakı şəhəri Nizami rayon məhkəməsinin 29 aprel 2019-cu il tarixli Qətnaməsinin icrasının dayandırılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1 MMC və Qanuni nümayəndə cavabdehlər Cavabdeh1 QSC-yə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdaraəsinə qarşı “Bakı şəhəri Nizami rayon məhkəməsinin 29 aprel 2019-cu il tarixli Qətnaməsinin icrasının dayandırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayon məhkəməsinin 29 aprel 2019-cu il tarixli Qətnaməsinə izah verilənədək həmin qətnamənin icrasının dayandırılması” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin yolverilməzliyinə görə qəbul etməkdən imtina olunmalıdır. 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. “İcra haqqında” 27 dekabr 2001-ci il tarixli Azərbyacan Respublikası Qanunun: 21.2-ci maddəsinə əsasən Bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Göründüyü kimi nə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində, nə də “İcra haqqında” 27 dekabr 2001-ci il tarixli Azərbyacan Respublikası Qanununda tərəflərin icra üzrə icraatın dayandırılması barədə məhkəməyə iddia icraatı qaydasında müraciət hüququ nəzərdə tutulmamışdır. Mülki-prosessual qanunvericiliyin müddəalarına əsasən yalnız “İcra haqqında” 27 dekabr 2001-ci il tarixli Azərbyacan Respublikası Qanununda nəzərdə tutulmuş əsaslar olduğu təqdirdə icra məmurunun icra üzrə icraatın dayandırılması barədə irəli sürdüyü təqdimata məhkəmədə baxıla bilər . Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçılar "xxxx" MMC və Qanuni nümayəndə cavabdehlər Cavabdeh1 QSC-yə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə “Bakı şəhəri Nizami rayon məhkəməsinin 29 aprel 2019-cu il tarixli Qətnaməsinin icrasının dayandırılması” tələbinə dair iddia ərizəsinin qəbul olunmasından məhkəmədə baxılmaması əsası ilə imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 MMC-nin və Qanuni nümayəndə cavabdehlər Cavabdeh1 QSCyə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə qarşı “Bakı şəhəri Nizami rayon məhkəməsinin 29 aprel 2019-cu il tarixli Qətnaməsinin icrasının dayandırılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar