Məhkəmə qərarları › İş №e-2(007)-4174/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-4174/2025

15.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-4174/2025 15.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, İmanzadə Türbət Rəşad qızının katibliyi ilə, Ərizəçi MMC-nin Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. Ərizəçi MMC Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Ərizəçi MMC ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/20/2025-00127 saylı Barışıq Sazişinin təsdiq edilməsi və məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul vəsaitinin tutularaq Ərizəçi MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar :

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında Bakı 20 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/20/2025-00127 saylı Barışıq Sazişinə əsasən Maraqlı şəxs administrator olduğu mağazada aparılmış inventarizasiya nəticəsində aşkar edilmiş çatışmazlığa görə Ərizəçi MMC-yə vurduğu maddi ziyanın əvəzi olaraq 4546.52 manat məbləğində pulu borc öhdəliyi olaraq qəbul etmiş və 2025-ci ilin mart ayının 1-dən etibarən hər ayın 5-nə qədər 100 manat olmaqla, borc məbləği bitənə qədər ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Barışıq Sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməmiş və o, barışıq sazişinin könüllü icrasından imtina etmişdir. Bu səbəbdən Barışıq Sazişinin məcburi icrası üçün Barışıq Sazişinin təsdiq edilməsi barədə məhkəmə qətnaməsinin qəbule dilməsinə zərurət yaranmışdır

İş materialları :

3. Bakı 20 saylı Mediasiya təşkilatında Ərizəçi MMC və X1 arasında bağlanmış MŞB/20/2025-00127 nömrəli xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, Tərəf 2 (Maraqlı şəxs) 4546.52 manat borc öhdəliyini öz öhdəsinə götürür. Tərəf 2 (Maraqlı şəxs) 2025-ci ilin mart ayının 1-dən etibarən hər ayın 5-nə qədər 100 manat olmaqla, 4546.52 manat borc öhdəliyi bitənə qədər ödəməyi öz üzərinə götürür.

4. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bildirişindən görünür ki, Maraqlı şəxs xx.xx.2023-cü il tarixindən Ərizəçi MMC-də satıcınəzarətçi kassir vəzifəsinə qəbul edilmiş və əmək haqqı məbləği 345 manat təşkil edir.

6. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, X2 xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işə götürən Ərizəçi MMC tərəfindən işdən azad edilmişdir.

7. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Ərizəçi MMC və Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

9. Ərizəçi MMC-nin nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə ərizəçi və maraqlı şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq :

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 305.1.17. məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

12. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu:

34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

Məhkəmənin mövqeyi :

14. Məhkəmə iş materiallarını tədqiq edərək, işdə olan sübutları qiymətləndirərək və qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.

15. Müəyyən edilmişdir ki, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə Bakı 20 saylı Mediasiya Təşkilatında keçirilmiş mediasiya sessiyası nəticəsində barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən X2 4546.52 manat borc öhdəliyini öz öhdəsinə götürmüş və 2025-ci ilin mart ayının 1-dən etibarən hər ayın 5-nə qədər 100 manat olmaqla, 4546.52 manat borc öhdəliyi bitənə qədər ödəməyi öz üzərinə götürmüşdür.

16. Mülki prosessual qanunvericiliyə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi könüllü şəkildə icra edilmədikdə və barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildirsə, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdırsa, məhkəmə qaydasında təsdiq edilə bilər.

17. İşin faktiki hallarından görünür ki, maraqlı şəxs X2 mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/20/2025-00127 nömrəli barışıq sazişinin şərtlərini yerinə yetirməmişdir.

18. Məhkəmə qeyd edir ki, sözügedən xx.xx.2025-ci il tarixli, MŞB/20/2025-00127 nömrəli mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur.

19. Sadalanan xüsusatlara əsasən məhkəmə qeyd edir ki, Ərizəçi MMC Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

Nəticə :

20. Beləliklə məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/20/2025- 00127 nömrəli barışıq sazişi təsdiq edilməlidir.

21. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq ərizəçiyə ödənilməlidir.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi: Ərizə təmin edilsin. Ərizəçi MMC və Maraqlı şəxs arasında Bakı 20 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/20/2025-00127 saylı, xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: "X2 bəyan edir ki, 4546.52 manat borc öhdəliyini öz öhdəsinə götürür. X2 bəyan edir ki, 2025-ci ilin mart ayının 1-dən etibarən hər ayın 5-nə qədər 100 manat olmaqla, 4546.52 manat borc öhdəliyi bitənə qədər ödəməyi öz üzərinə götürür”. Ərizəçi MMC tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq ərizəçiyə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar