Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-4519/2025 29.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, İmanzadə Türbət Rəşad qızının katibliyi ilə, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi X3 maraqlı şəxslər Maraqlı şəxs1 və Daşınmaz Əmlakın Kadastrı və Reyestri X9rşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. Ərizəçi X7 maraqlı şəxslər Maraqlı şəxs1 və Daşınmaz Əmlakın Kadastrı və Reyestri X9rşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 28 noyabr 2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, “ xx.xx.2025-ci il tarixdə ərizəçi X7 ilə Maraqlı şəxs1 arasında barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən tərəflər arasında məhkəmə qətnaməsinin icrası qaydasının müəyyən edilməsi ilə bağlı öhdəliklər müəyyən edilmişdir. Tərəflər qarşılıqlı olaraq razılığa gəlirlər ki, İ Tərəf (icra işi üzrə tələbkar Qamlet Osmanov) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4794/2023 saylı, 12 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə qət edilmiş və hal-hazırda Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icraatında olan 2(103)-4794/2023 saylı 12 oktyabr 2023-cü il tarixli icra vərəqəsi üzrə borclu, İİ Tərəf Maraqlı şəxs1 410.000 manat, eləcə də iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə bağlı dövlət rüsumu qismində ödənilmiş 1053 manat pul vəsaitinin tutulmasına dair tələbindən imtina edir, borclu Maraqlı şəxs1 isə mülkiyyət hüququ əsasında ona məxsus olan və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1209 saylı bağ evini (Təzə qaydalarla: AZ 1129, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 112-ci Mərdəkan küçəsi, giriş 1) (Kadastrı və X10 Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarış Reyester nömrəsi: **********9841301; Qeydiyyat nömrəsi: **********; Qeydiyyat tarixi: xx.xx.2025) (bundan sonra “bağ evi” adlandırılacaq) Rusiya Federasiyanın vətəndaşı RUS ********* saylı pasportun sahibi X3 adına, həmin bağ evinin yerləşdiyi 0,12 ha torpaq sahəsini Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan, AA3169850 saylı şəxsiyyət vəsiqəsinin sahibi X1 adına dərhal özgəninkiləşdirilməsini öhdəsinə götürür". Maraqlı şəxs sözügedən öhdəliklərini yerinə yetirməmiş, bu hərəkətlərlə barışıq sazişinin əsas şərtlərini pozmuşdur. İş materialları :
3. Bakı 18 saylı Mediasiya təşkilatında X7, X4 (etibarnamə üzrə nümayəndə X8) ilə Maraqlı şəxs1 (etibarnamə üzrə nümayəndə X6) arasında bağlanmış MŞB/18/2025-00924 nömrəli xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, İ Tərəf (icra işi üzrə tələbkar Qamlet Osmanov) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4794/2023 saylı, 12 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə qət edilmiş və hal-hazırda Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icraatında olan 2(103)-4794/2023 saylı 12 oktyabr 2023-cü il tarixli icra vərəqəsi üzrə borclu, İİ Tərəf Maraqlı şəxs1 410.000 manat, eləcə də iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə bağlı dövlət rüsumu qismində ödənilmiş 1053 manat pul vəsaitinin tutulmasına dair tələbindən imtina edir, borclu Maraqlı şəxs1 isə mülkiyyət hüququ əsasında ona məxsus olan və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1209 saylı bağ evini (Təzə qaydalarla: AZ 1129, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 112-ci Mərdəkan küçəsi, giriş 1) (Kadastrı və X10 Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarış Reyester nömrəsi: **********9841301; Qeydiyyat nömrəsi: **********; Qeydiyyat tarixi: xx.xx.2025) (bundan sonra “bağ evi” adlandırılacaq) Rusiya Federasiyanın vətəndaşı RUS ********* saylı pasportun sahibi X3 adına, həmin bağ evinin yerləşdiyi 0,12 ha torpaq sahəsini Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan, AA3169850 saylı şəxsiyyət vəsiqəsinin sahibi X1 adına dərhal özgəninkiləşdirilməsini öhdəsinə götürür".
4. xx.xx.2025-ci il tarixli, **********78 nömrəli mədaxil qəbzinə əsasən ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
5. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki ərizəçi ilə maraqlı şəxs arasında barışıq sazişi bağlanmışdır. Lakin qarşı tərəf barışıq sazişini könüllü icra etməmişdir. Ona görə, barışıq sazişinin təsdiq edilməsini xahiş edirik.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq :
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 305.1.17. məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
8. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu:
34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.
Məhkəmənin mövqeyi :
9. Məhkəmə iş materiallarını tədqiq edərək, işdə olan sübutları qiymətləndirərək və qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
10. Müəyyən edilmişdir ki, ərizəçi X7 ilə cavabdeh Maraqlı şəxs1 arasında məhkəmə mübahisəsi olmuş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4794/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə Maraqlı şəxs1 410000 manat və dövlət rüsumu olaraq ödənilmiş 1053 manat məbləğində pul vəsaitinin tutularaq X5 ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini alaraq icra edilməsi üçün müvafiq icra şöbəsinə göndərilmişdir. Hazırda isə tərəflər arasında mövcud olan mübahisə həll edilmiş, mediasiya təşkilatında tərəflər arasında xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlanılmışdır.
11. Sözügedən barışıq sazişinə əsasən ərizəçi üzərinə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraatında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4794/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbdən imtina etməyi, cavabdeh isə mülkiyyətində olan bağ sahəsini ərizəçinin, bağ sahəsinin yerləşdiyi torpaq sahəsini isə X2 adına özgəninkiləşdirməyi öhdəlik götürmüşdür.
12. Mülki prosessual qanunvericiliyə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi könüllü şəkildə icra edilmədikdə və barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildirsə, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdırsa, məhkəmə qaydasında təsdiq edilə bilər.
13. Tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən müəyyən olunur ki, tərəflər arasında barışıq sazişi bağlanılmaqla, ərizəçinin cavabdehə qarşı olan tələb hüququ ilə cavabdehin mülkiyyətində olan daşınmaz əmlak qarşılıqlı razılaşma ilə əvəzləşdirilmişdir. Cavabdeh ərizəçinin ona qarşı olan tələb hüququndan imtina etməsi müqabilində daşınmaz əmlaka olan mülkiyyət hüququnu ərizəçiyə verməyi öhdəsinə götürmüşdür.
14. Məhkəmə qeyd edir ki, işin tədqiq edilən halları ilə tərəflər arasında bağlanmış barışıq sazişinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin hüquqlarına və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunması, qanuna zidd olması müəyyən edilməmişdir.
15. Həmçinin ərizəçinin cavabdehə qarşı olan tələbindən imtina etməsinin, daşınmaz əmlaka mülkiyyət hüququnun ərizəçiyə verilməsinin başqa şəxsin hüquqlarına toxunması, əmlakın əvəzləşdirilməsi qadağan edilmiş əmlak olması müəyyən edilməmişdir.
16. İşin faktiki hallarından görünür ki, barışıq sazişinin bağlanıldığı vaxtdan bir ay müddət keçməsinə baxmayaraq Maraqlı şəxs1 barışıq sazişinin şərtlərini yerinə yetirməmiş, əmlakın ərizəçinin və X2 adına rəsmiləşdirilməsi ilə bağlı öhdəliyini yerinə yetirməmişdir.
17. Sadalanan xüsusatlara əsasən məhkəmə qeyd edir ki, X7 Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
18. Məhkəmə qeyd edir ki, hazırki mülki işin nəzərə alınmalı olan digər halı odur ki, tərəflər arasında bağlanmış barışıq sazişi ilə cavabdeh üzərinə daşınmaz əmlaka olan mülkiyyət hüququnu ərizəçiyə verməyi öhdəsinə götürmüşdür.
19. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1-ci maddəsi ilə tənzimlənmişdir. Sözügedən normada mülkiyyət hüququnun başqasına keçməsi üçün əsaslardan biri qanuni qüvvəyə minmiş məhkəmə qərarları müəyyən edilmişdir.
20. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən məhkəmə qətnamənin icrasını təmin etməkdə haqlıdır və qətnamənin icrası üçün tədbirlər gördükdə bunu qətnamənin nəticə hissəsində göstərməlidir.
21. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığı halda qətnamə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun ərizəçi X7 və X2 adına qeydə alınması üçün əsas hesab edilməlidir.
Nəticə :
22. Beləliklə? məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, ərizəçi X7 ilə Maraqlı şəxs1 arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/18/2025- 00924 nömrəli barışıq sazişi təsdiq edilməlidir.
23. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
24. Qətnamə Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1209 saylı bağ evinin (Təzə qaydalarla: AZ 1129, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 112-ci Mərdəkan küçəsi, giriş 1 bağ evinin X3 adına və həmin bağ evinin yerləşdiyi 0,12 ha torpaq sahəsinin X2 adına rəsmiləşdirilməsi üçün əsasdır.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi: Ərizə təmin edilsin. Ərizəçi X7, X4 və Maraqlı şəxs1 arasında Bakı 18 saylı Mediasiya Təşkilatında bağlanmış 28 noyabr 2025-ci il tarixli MŞB/18/2025-00924 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: "Tərəflər qarşılıqlı olaraq razılığa gəlirlər ki, İ Tərəf (icra işi üzrə tələbkar Qamlet Osmanov) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4794/2023 saylı, 12 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə qət edilmiş və hal-hazırda Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icraatında olan 2(103)-4794/2023 saylı 12 oktyabr 2023-cü il tarixli icra vərəqəsi üzrə borclu, İİ Tərəf Maraqlı şəxs1 410.000 manat, eləcə də iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə bağlı dövlət rüsumu qismində ödənilmiş 1053 manat pul vəsaitinin tutulmasına dair tələbindən imtina edir, borclu Maraqlı şəxs1 isə mülkiyyət hüququ əsasında ona məxsus olan və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1209 saylı bağ evini (Təzə qaydalarla: AZ 1129, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 112-ci Mərdəkan küçəsi, giriş 1) (Kadastrı və X10 Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarış Reyester nömrəsi: **********9841301; Qeydiyyat nömrəsi: **********; Qeydiyyat tarixi: xx.xx.2025) (bundan sonra “bağ evi” adlandırılacaq) Rusiya Federasiyanın vətəndaşı RUS ********* saylı pasportun sahibi X3 adına, həmin bağ evinin yerləşdiyi 0,12 ha torpaq sahəsini Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan, AA3169850 saylı şəxsiyyət vəsiqəsinin sahibi X1 adına dərhal özgəninkiləşdirilməsini öhdəsinə götürür". Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamə Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1209 saylı bağ evinin (Təzə qaydalarla: AZ 1129, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 112-ci Mərdəkan küçəsi, giriş 1 bağ evinin X3 adına və həmin bağ evinin yerləşdiyi 0,12 ha torpaq sahəsinin X2 adına rəsmiləşdirilməsi üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva