Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-465/2025 24.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “daşınmaz əmlakın təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daşınmaz əmlakın hazırki vəziyyətdə təhvil verilməsi, həmin daşınmaz əmlakın alqı-satqısına görə ödənilmiş pulun bir hissəsinin qaytarılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daşınmaz əmlakın hazırki vəziyyətdə təhvil verilməsi, həmin daşınmaz əmlakın alqı-satqısına görə ödənilmiş pulun bir hissəsinin qaytarılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək, məhkəmədən Abşeron rayonu, Məmmədli İƏD, Məmmədli kəndində yeləşən 2 sot torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yarımtikilini hazırki vəziyyətdə iddiaçıya təhvil verilməsi; 5 saylı Bakı “ASAN xidmət” mərkəzində bağlanmış AN-1 seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Məmmədli İƏD, Məmmədli kəndində yeləşən 2 sot torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş yarımtikiliyə görə ödənilmiş 40 000 (qırx min) manat pulun 23 000 (iyirmi üç min) manat hissəsinin, bu müqavilənin rəsmiləşdirilməsi, üzərilərinə götürülmüş öhdəliyin yerinə yetirilməməsi və s. hərəkətləri ilə iddiaçıya əlavə dəymiş 3000 (üç min) manat maddi və 3 000 (üç min) manat mənəvi zərər olmaqla, ümumilikdə 29 000 (iyirmi doqquz min) manat məbləğində pulun və 180 (bir yüz səksən) manat ödənilmiş dövlət rüsumunun cavabdehlər-Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı vəkil-nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “iddia tələbinin həcminin artırılması”na dair ərizə ilə Bakı şəhəri Nizmai rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Abşeron rayonu, Məmmədli İƏD, Məmmədli kəndində yeləşən 2 sot torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yarımtikilini hazırki vəziyyətdə iddiaçıya təhvil verilməsi; 5 saylı Bakı “ASAN xidmət” mərkəzində bağlanmış AN-1 seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Məmmədli İƏD, Məmmədli kəndində yeləşən 2 sot torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş yarımtikiliyə görə ödənilmiş 40 000 (qırx min) manat pulun 25 000 (iyirmi beş min) manat hissəsinin, bu müqavilənin rəsmiləşdirilməsi, üzərilərinə götürülmüş öhdəliyin yerinə yetirilməməsi və s. hərəkətləri ilə iddiaçıya əlavə dəymiş 3000 (üç min) manat maddi və 3 000 (üç min) manat mənəvi zərər olmaqla, ümumilikdə 31 000 (otuz bir min) manat məbləğində pulun və 180 (bir yüz səksən) manat ödənilmiş dövlət rüsumunun cavabdehlər-Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, fərdi yaşayış sahəsi almağı qərara almış və “YouTube” sosial şəbəkəsində münasib evi bəyənmiş və həmin elanı yerləşdirmiş sonradan tanıdığı Bahar Qasımovaya xx.xx.2024-cü il tarixində zəng vurmuşdur. O, həmin gün bacısı Vəfa ilə birlikdə Məmmədli kəndində Baharla görüşmüşdür. Bahar elanda olan evi onlara göstərmək əvəzinə makler kimi tanıdığı Cavabdeh1la görüşməyi məsləhət görmüşdür. Belə ki, Vidadidə ucuz ev və torpaq sahəsi ilə bağlı seçim çox olduğunu bildirmişdir. Bahar maddi imkanlarının aşağı olduğunu nəzərə alaraq, alacaqları torpaq sahəsi və ev ucuz başa gəlsin, habelə onun qısa müddət ərzində tikilib təhvil verilməsi barədə də Vidadi ilə razılığa gələ bilməklərinin mümkün olduğunu bildirmişdir. Baharın dediyi şərtlər onu qane etmiş və onlar həmin gün Cavabdeh1la görüşmüşlər. Vidadi ilə 2 sot torpaq sahəsi və həmin torpaq sahəsində yarımçıq inşa edilmiş 1 (bir) mərtəbəli, kürsülü, 3 (üç) yaşayış otaqlı fərdi yaşayış evin yardımçı sahələri ilə birlikdə 1 (bir) ay ərzində, yəni xx.xx.2024-cü il tarixinə kimi cəmi 49 000 (qırx doqquz min) manata tikib ona təhvil vermək barədə razılığa gəlmişlər. Bundan əlavə, o Cavabdeh1la həmin pulun 40 000 (qırx min) manat hissəsini 2 sot torpaq sahəsinin alqı-satqısı zamanı və 9 000 (doqquz min) manat hissəsini isə xx.xx.2025-cü il tarixində ödəməyi razılaşmışlar. Yuxarıda qeyd edilmiş şərtlərlə o, Abşeron rayonu, Məmmədli iəd, Məmmədli kəndində yeləşən 2 sot torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh2 ilə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində AN-1 seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli müqavilə bağlamışlar və həmin müqaviləni sonuncunun nümayəndəsi Cavabdeh1 imzalamışdır. Tərəflər arasında bağlanmış məlum torpağın alqı-satqısından artıq 5 (beş) ay keçməsinə baxmayaraq, Vidadi 1 (bir) ay ərzində yarımçıq evi yardımçı sahələri ilə birlikdə tikib ona təhvil verməsi barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Vidadiyə hər dəfə zəng edəndə o , 1 (bir) həftə, 10 (on) gün, pul haçan olanda və s. müddətlərdə evi tikib ona təhvil verəcəyinə söz verir, lakin hər dəfə ona nəsə mane olur. Vidadi xx.xx.2024-cü il tarixində göndərdiyi mesajda ona tez-tez zəng etdiyinə görə onu hədələmiş və ona bir daha zəng etməməyi tələb etmişdir. Buna baxmayaraq, o yenə Vidadiyə zəng etməyi davam etmişdi, xx.xx.2024-cü il tarixdən isə o artıq onun zənglərinə cavab verməməyə başlamışdır. Vidadinin bu hərəkətindən sonra başa düşmüşdür ki, onun niyəti xx.xx.2024-cü il tarixində üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək deyil, onu aldatmaq, etibarından sui-istifadə edərək, 2 sot torpaq sahəsinin alqı-satqısı adı ilə ödədiyi 40 000 (qırx min) manat pulu mənimsəməkdir. Abşeron rayonu, Məmmədli iəd, Məmmədli kəndində yeləşən 2 sot torpaq sahəsinin bazar qiyməti və həmin torpaq sahəsindəki yarımtikiliyə çəkilmiş xərclərin müəyyən edilməsi məqsədi ilə “BUTA” qiymətləndirmə mərkəzinə müraciət etmişdir. Həmin mərkəzin təqdim etdiyi xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, qeyd edilən ərazidə 1 sot torpaq sahəsinin bazar qiymətinin 3 000 (üç min) manat və 2 sot torpaq sahəsinin bazar qiymətinin 6 000 (altı min) manat olduğu müəyyən edilmişdir. Məlum rəyə əsasən, həmçinin adıçəkilən yarımtikili fərdi yaşayış evin usta xərcləri daxil olmaqla çəkilmiş ümumi xərclərin məbləği 11 000 (on bir min) manat müəyyən edilmişdir. Məlum Rəylə adıçəkilən yarımtikiliyə çəkilmiş xərclər və qeyd edilən torpaq sahəsinin bazar dəyərini nəzərə alaraq, adıçəkilən daşınmaz əmlakın ümumi dəyəri 17 000 (on yeddi min) manat (6 000 torpağın bazar qiyməti+11 000 manat çəkilmiş cəmi xərc) məbləğində qiymətləndirilmişdir. Yuxarıda qeyd edilmiş faktları təsdiq etmək üçün X10, X8 və X4 hazırki mülki işin məhkəmə baxışında şahid qismində dindirilməsini xahiş edir. Beləliklə, cavabdehlər-Cavabdeh2 və Cavabdeh1 üzərinə götürdükləri öhdəliyi indiyə kimi yerinə yetirməyərək, Abşeron rayonu, Məmmədli iəd, Məmmədli kəndində yeləşən 2 sot torpaq sahəsinin bazar qiymətinin 6 000 (altı min) manat və həmin torpaq sahəsində inşa edilmiş yarımtikiliyə çəkilmiş bütün xərclər 11 000 (on bir min) manat olmaqla cəmi 17 000 (on yeddi min) manat məbləğində olan daşınmaz əmlaka görə tərəflər arasında bağlanmış AN-1 seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, onlara 40 000 (qırx min) manat pul ödəmişdir. Cavabdehlər adıçəkilən torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yarımtikilini xx.xx.2024-cü il tarixində tamamlayaraq ona təhvil verməli olduğu halda bunu etməmişlər. Hazırda məlum yarımtikilinin inşası başa çatmadığına görə, 5 saylı Bakı “ASAN xidmət” mərkəzi adıçəkilən torpaq sahəsi ilə bağlı çıxarışın verilməsindən qeyri-rəsmi sürətdə imtina edir və cavabdehlər isə üzərinə götürdükləri öhdəliyi yerinə yetirmək niyətində deyildirlər. Qeyd edir ki, hazırki müqavilənin rəsmiləşdirməsinə, əmlakın qiymətləndirilməsinə, hüquqi yardımla bağlı vəkillə bağlanan müqaviləyə, Cavabdeh1nın mobil telefonuna edilmiş saysız-hesabsız zənglər və digər xırda xərclər, vaxt sərfiyyatı və s. hərəkətləri nəzərə alınmaqla onlar ona cəmi əlavə 3 000 (üç min) manat məbləğində maddi zərər vurmuşlar. Bundan əlavə, cavabdehlərin hüquqazidd əməlləri nəticəsində o və ailə üzvləri mənəvi sarsıntı, iztirablar keçirmiş, xeyli zərər vurulmuşdur. Hesab edir ki, onlar ona bu mülki hüquq pozuntusuna görə 3 000 (üç min) manat mənəvi zərər vurmuşlar. Sözügedən əməlin nəticələrini, pozulmuş hüquqlarının və sağlamlıqlarının bərpa edilməsi üçün xərc çəkmiş, vaxt sərf etmiş, halbuki həmin müddət ərzində səmərəli işlə məşğul olub müvafiq gəlir əldə edə bilərdi.
4. İddiaçının vəkil-nümayəndəsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, hazırki mülki iş məhkəməyə daxil olduqdan və cavabdehlərə bu barədə müvafiq məlumat verildikdən sonra Cavabdeh1 adıçəkilən yarımtikildə yararlı olan inşaat materiallarını söküb aparmışdır. O, onun bu hərəkətinə etiraz etmişdir. O, isə ona bildirmişdir ki, söküb apardığı yararsız inşaat materiallarıdır və bunun əvəzinə yeni inşaat materiallarını ona verəcəyinə söz vermişdir. Lakin cavabdeh yenə də verdiyi sözü yerinə yetirməmişdir. Qeyd edilənlərə əsasən yarımtikilini yenidən qiymətləndirmişdir. “Buta” qiymətləndirmə mərkəzinin təqdim etdiyi 281 saylı xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, qeyd edilən ərazidə 1 sot torpaq sahəsinin bazar qiymətinin 3 000 manat və 2 sot torpaq sahəsinin bazar qiymətinin 6000 manat olduğu müəyyən edilmişdir. Yeni hesablamaya görə, adıçəkilən yarımtikili fərdi yaşayış evinin usta xərcləri daxil olmaqla çəkilmiş ümumi xərclərin məbləği 9000 manat müəyyən edilmişdir. Hazırkı rəylə adıçəkilən yarımtikiliyə çəkilmiş xərclər və qeyd edilən torpaq sahəsinin bazar dəyərini nəzərə alaraq, daşınmaz əmlakın ümumi dəyəri 15000 manat (6000 torpağın bazar qiyməti+9000 manat çəkilmiş cəmi xərc) məbləğində qiymətləndirilmişdir.
İş materialları :
5. İddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli AN-İ seriyalı, ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı X3 rayonu, Məmmədli kəndi ünvanında yerləşən ümumi sahəsi 0.05 ha olan tərpaq sahəsinin 0.02 ha hissəsini alıcı İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Satılan daşınmaz əmlak ƏMDK-nin yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə Zeynalov Maarif oğluna verilmiş **********53 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyyət üzrə 0.05 ha satıcıya məxsusdur. Real vaxt rejimində əmlakın dövlət reysstrindən əldə edilmiş xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi **********QW30504 olan arayışa əsasən müqavilə bağlananadək ünvan 2i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Satıcı daşınmaz əmlakı 49000 manat satmış, alıcı isə həmin qiymətə almışdır. Alıcı ilkin olaraq 40000 manat məbləği satıcı Cavabdeh2 notariusun bankda açılan hesabı vasitəsilə ödəməyi, qalan 9000 manat məbləği isə xx.xx.2025-ci il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür.
6. Cavabdeh1 ilə İddiaçı arasında bağlanılmış 19 may 2024-cü il tarixli “evlərin alqısatqı müqaviləsi”ndən görünür ki, evin sahibi Cavabdeh1 evi alan şəxs İddiaçı ünvan 2ində yerləşən evi xx.xx.2024-cü il tarixdə 49000 manata satmağı və 30 iyun da evi boşaltmağı öhdəsinə götürmüş, alıcı tərəfindən verilən beh məbləği 500 manatdır.
7. “Buta” qiymətləndirmə Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 281 saylı mütəxəssis rəyindən görünür ki, aparılan araşdırmaya əsasən bazarda mişar daşının 1 ədədinin qiyməti 0.70 qəpikdir. Yarımtikilinin inşa edilməsinə 8500 ədəd mişar daşı lazımdır : 0.70 x 8500 ədəd mişar daşı=5950 manat; yarımtikilinin inşa edilməsinə 100 paçka sement, 1 maşın qum lazımdır: 100 paçka sement x 8 manat= 800 manat, 1 maşın qum-250 manat; yarımtikilinin inşa edilməsinə usta xərclərinin ümumi dəyəri bazar araşdırmasına əsasən 4000 manat müəyyən olunmuşdur. Torpaq 2 sotu x 3000 manat=6000 manat. Aparılan araşdırmaya əsasən Abşeron rayonu, Məhəmmədli kəndində yarımtikili fərdi yaşayış evinə usta xərcləri daxil olmala çəkilmiş xərclərin məbləği 11000 manat, Abşeron rayonu, Məhəmmədli kəndində 1 sot torpaq sahəsinin bazar dəyəri 3000 manat, Abşeron rayonu, Məhəmmədli kəndində yarımtikili fərdi yaşayış eviinə usta xərcləri daxil olmaqla çəkilmiş xərclərin məbləği və torpaq sahəsinin ümumi bazar dəyəri 17000 manat müəyyən edilmişdir.
8. “Buta” qiymətləndirmə Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 281 saylı mütəxəssis rəyindən görünür ki, aparılan araşdırmaya əsasən bazarda mişar daşının 1 ədədinin qiyməti 0.70 qəpikdir. Yarımtikilinin inşa edilməsinə 8500 ədəd mişar daşı lazımdır : 0.70 x 8500 ədəd mişar daşı=5950 manat; yarımtikilinin inşa edilməsinə 100 paçka sement, 1 maşın qum lazımdır: 100 paçka sement x 8 manat= 800 manat, 1 maşın qum-250 manat; yarımtikilinin inşa edilməsinə usta xərclərinin ümumi dəyəri bazar araşdırmasına əsasən 4000 manat müəyyən olunmuşdur. Torpaq 2 sotu x 3000 manat= 6000 manat. Aparılan araşdırmaya əsasən Abşeron rayonu, Məhəmmədli kəndində yarımtikili fərdi yaşayış evinə usta xərcləri daxil olmala çəkilmiş xərclərin məbləği 9000 manat, Abşeron rayonu, Məhəmmədli kəndində 1 sot torpaq sahəsinin bazar dəyəri 3000 manat, Abşeron rayonu, Məhəmmədli kəndində yarımtikili fərdi yaşayış eviinə usta xərcləri daxil olmaqla çəkilmiş xərclərin məbləği və torpaq sahəsinin ümumi bazar dəyəri 15000 manat müəyyən edilmişdir.
9. FJB**********606 nömrəli mədaxil orderindən görünür ki, İddiaçı X1 ******************** nömrəli hesabına ödənişin təyinatı notarial alqı-satqı olmaqla 40080.76 ödəniş etmişdir.
10. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, mpay vasitəsi ilə “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun hesabına 400 manat ödəniş edilmişdir.
11. xx.xx.2024-cü il tarixli FJB**********755 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı təkrar çekin verilməsi üçün 10 manat ödəniş etmişdir.
12. xx.xx.2024-cü il tarixli BPMASAN**********06 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı notariat xidmətinə görə 5.40 manat ödəniş etmişdir.
13. xx.xx.2024-cü il tarixli BPMASAN**********89 nömrəli mədaxil orderindən görünür ki, notarial xidmətinə görə 17.25 manat ödəniş edilmişdir.
14. İş materiallarına CD disk əlavə edilmişdir.
15. İş materiallarına “WhatsApp” mobil tətbiqi vasitəsilə aparılmış yazışmaların fotoşəkilləri əlavə edilmişdir.
16. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 180 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
17. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli MB18/1032 nömrəli qiymətləndirmə hesabatından görünür ki, ünvan 2ində yerləşən 2 sot torpaq sahəsinin bazar dəyəri 9000 manat təşkil edir. ünvan 2ində yerləşən 2 sot torpaq sahəsinin bazar dəyəri xx.xx.2024-cü il tarixdə 6974 manat təşkil etmişdir. ünvan 2ində yerləşən 2 sot torpaq sahəsində inşa edilmiş yarımtikili fərdi yaşayış evinin (usta xərcləri nəzərə alınmadan) bazar dəyəri 14365 manat təşkil edir. ünvan 2ində yerləşən 2 sot torpaq sahəsində inşa edilmiş yarımkili fərdi yaşayış evinin (usta xərcləri nəzərə alınmadan) bazar dəyəri xx.xx.2024-cü il tarixdə 13439 manat təşkil etmişdir. ünvan 2ində yerləşən 2 sot torpaq sahəsində inşa edilmiş yarımtikili fərdi yaşayış evinin usta xərcləri nəzərə alınmaqla bazar dəyəri 19741 manat təşkil edir. ünvan 2ində yerləşən 2 sot torpaq sahəsində inşa edilmiş yarımtikili fərdi yaşayış evinin usta xərcləri nəzərə alınmaqla bazar dəyəri xx.xx.2024-cü il tarixdə 17911 manat təşkil etmişdir. ünvan 2ində yerləşən 2 sot torpaq sahəsində inşa edilmiş yarımtikili fərdi yaşayış evinin tamamlanması üçün 28162 manat, tam təmir edilməsi üçün 24437 manat xərc lazımdır.
Tərəflərin izahatları :
18. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
19. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, mülki iş üzrə qətnamə qəbul edilərkən Abşeron rayonu, Məmmədli İƏD, Məmmədli kəndində yerləşən 2 sot torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yarımtikili fərdi yaşayış evinin hazırki tarixdəki bazar dəyəri deyil, xx.xx.2024-cü il tarixdə olmuş bazar dəyəri nəzərə alınmalıdır. Belə ki, daşınmaz əmlakda icra edilmiş bütün inşa işləri xx.xx.2024-cü il tarixdə başa çatmış və həmin tarixdən sonra hər hansı tikinti işləri aparılmamışdır. Daşınmaz əmlakın həm torpaq sahəsinin, həm də yarımtikili fərdi yaşayış evinin və usta xərclərinin bazar dəyərinin artması cavabdehin üzərinə götürdüyü öhdəliyi qəsdən icra etməməsi səbəbindən baş vermiş və bu görə də təbii ki iddiaçı heç bir cavabdehlik daşımır.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Şahid ifadələri :
21. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, iddiaçı onun bacısıdır. O, alqı-satqı ilə bağlı proseslərin hamısında iştirak etmişdir. Onlar xx.xx.2024-cü il tarixində birlikdə evə baxmağa getmişlər. Bu zaman makler onlara əmisi oğlunun onlara ev tikə biləcəyini bildirmişdir. Onlar xx.xx.2024-cü ildə cavabdeh Vidadi ilə birlikdə torpağa baxmağa getmişlər. Onlar ilk öncə cavabdehə 500 manat, daha sonra notariusda isə 40 min pul ödəniş etmişlər. Evi tam olaraq 49 minə razılaşmışdılar, 40000 manat notariusda, qalan 9 000 manatı isə 2025-ci ilin may ayında verməli idilər. Cavabdeh isə onlara mənzili 1 ay müddətində tikib təhvil verəcəyini bildirmişdir. Onlar torpağa baxmağa gedən zaman ev yarım tikili idi. Daha sonra isə 2 daş qaldırılıb, qalanı isə qalmışdır. Cavabdeh Vidadi ilə dəfələrlə danışmış, yalvarmışlar ki, evi tikib başa çatdırsın, lakin o, hər dəfə söz vermiş və yerinə yetirməmişdir. Alqı-satqı zamanı onlar torpağın başqa şəxsin adına olduğunu bilməmişlər. Notariusun yanında iddiaçı olmuş, onlar çöldə gözləmişlər. Savadsızlıqdan anlaya bilməmişlər.
22. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, o, iddiaçının yoldaşıdır. Onlar evə baxmağa gedəndə pəncərənin üstünə qədər tikilmişdir. Sonra 2 daş tikildi, qalanı isə qaldı. Onlar alqı-satqı zamanı torpağın başqa şəxsin asına olması barədə məlumatlı olmamışlar. Alqı-satqı müqaviləsini oxuyandan sonra bilmişlər ki, torpaq başqa adamındır, cavabdeh Vidadi torpağı onlara etibarnamə əsasında satmışdır. Alqı-satqı zamanı kifayət qədər vəsaitləri olmadığı üçün 9000 manat məbləğində vəsaitin 1 il sonra ödənilməsi barədə razılaşmışlar.
23. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, iddiaçı onun bacısı qızıdır. O. notariusda alqı-satqı müqaviləsi bağlanan zaman orada iştirak etmişdir. Müqavilə bağlananda cavabdeh tərəf söz vermişdir ki, evi tikib təhvil verəcək. Onlar 9 000 manat məbləğində pul vəsaitinin daha sonra ödənilməsi barədə razılaşmışlar. İddiaçı evi tikib təhvil verməyi öhdəsinə götürsədə, öhdəliyini yerinə yetirməmişdir. Dəfələrlə şəxsən özü zəng edib danışmış, lakin qarşı tərəf verdiyi sözə əməl etməmişdir.
İşin faktiki halı :
24. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixində Abşeron rayonu, Məhəmmədli kəndində yerləşən evin xx.xx.2024-cü il tarixində alqı-satqısı barədə razılıq əldə edilmişdir. Həmin razılığa əsasən İddiaçı tərəfindən 500 manat beh ödənilmişdir.
25. xx.xx.2025-ci il tarixində İddiaçı ilə Cavabdeh2 arasında onun mülkiyyətində olan ünvan 1ində yerləşən 0.05 ha torpaq sahəsinin 0.02 ha hissəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır.
26. Alqı-satqı müqaviləsini Cavabdeh2 əvəzinə xx.xx.2023-cü il tarixdə notarial qaydada verilmiş etibarnamə əsasında nümayəndəsi Cavabdeh1 imzalamışdır.
27. Alqı-satqı müqaviləsinin dəyəri 49000 manat olaraq müəyyən edilmişdir. Tərəflər alqı-satqı müqaviləsinin dəyərinin 40000 manat hissəsinin alqı-satqı müqaviləsi bağlanılan zaman, 9000 manat hissəsini isə xx.xx.2025-ci il tarixədək ödənilməsi barədə razılaşmışlar.
28. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən 2 sot torpaq sahəsinin bazar dəyərinin 6000 manat təşkil etdiyi, həmin torpaq sahəsində inşa edilmiş yarımtikili fərdi yaşayış evinə usta xərcləri nəzərə alınmaqla çəkilmiş xərclərin 11000 manat təşkil etdiyi müəyyyən edilmişdir.
29. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən 2 sot torpaq sahəsinin bazar dəyərinin 6000 manat təşkil etdiyi, həmin torpaq sahəsində inşa edilmiş yarımtikili fərdi yaşayış evinə usta xərcləri nəzərə alınmaqla çəkilmiş xərclərin 9000 manat təşkil etdiyi müəyyyən edilmişdir.
30. Məhkəmənin Qərardadı ilə keçirilmiş qiymətləndirmə üzrə verilmiş mütəxəssis rəyinə əsasən ünvan 2ində yerləşən 2 sot torpaq sahəsinin bazar dəyərinin 9000 manat, xx.xx.2024-cü il tarixdə isə 6974 manat təşkil etdiyi müəyyən edilmişdir.
31. Həmçinin sözügedən mütəxəssis rəyinə əsasən ünvan 2ində yerləşən 2 sot torpaq sahəsində inşa edilmiş yarımtikili fərdi yaşayış evinin usta xərcləri nəzərə alınmaqla bazar dəyəri 19741 manat, xx.xx.2024-cü il tarixdə 17911 manat təşkil etmişdir. ünvan 2ində yerləşən 2 sot torpaq sahəsində inşa edilmiş yarımtikili fərdi yaşayış evinin tamamlanması üçün 28162 manat, tam təmir edilməsi üçün 24437 manat xərc lazımdır.
Məhkəmə baxışının hədləri:
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
567. alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1 satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 646.1 daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 648.1.daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 648.2. satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
35. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il il tarixli Qərarı.
36. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002ci il tarixli Qərarı.
Məhkəmənin mövqeyi :
37. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
38. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daşınmaz əmlakın hazırki vəziyyətdə təhvil verilməsi, həmin daşınmaz əmlakın alqı-satqısına görə ödənilmiş pul vəsaitinin bir hissəsinin qaytarılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi”nə dair iddia tələbi faktiki olaraq aşağıdakı hissələrdən ibarətdir:
1. torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yarımtikili fərdi yaşayış evinin təhvil verilməsi;
2. alqı-satqı müqaviləsi üzrə torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yarımtikili fərdi yaşayış evinə görə ödənilmiş pul vəsaitinin bir hissəsinin cavabdehdən tutulması;
3. dəymiş maddi və mənəvi zərərin ödənilməsi.
İddia tələbinin “torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yarımtikilinin təhvil verilməsi” hissəsi:
39. İddiaçı iddia tələbinin hazırki hissəsini ünvan 1ində yerləşən 2 sot torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh2 ilə xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanması və həmin alqı-satqı müqaviləsini Cavabdeh2 nümayəndəsi qismində Cavabdeh1 tərəfindən imzalaması, həmin alqı-satqı müqaviləsi üzrə cavabdehlər tərəfindən üzərinə götürülən öhdəliyin yerinə yetirilməyərək torpaq sahəsi və yarımtikili fərfi yaşayış evinin ona təhvil verilməməsi ilə əsaslandırmışdır.
40. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
41. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
43. Mülki iş üzrə İddiaçı iddia tələbinin faktiki halları qismində məhkəmə bildirmişdir ki, o, sosial şəbəkədə özünə münasib ev axtaran zaman Bahar Qasımova adlı şəxs vasitəsilə xx.xx.2024-cü il tarixində Cavabdeh1 ilə tanış olmuş və həmin tarixdə Cavabdeh1 ilə ünvan 1ində yerləşən 2 sot torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yarımtikili fərdi yaşayış evinə gedib baxmışdır. Cavabdeh1 ilə həmin torpaq sahəsi və torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, kürsülü, üç yaşayış otaqlı fərdi yaşayış evinin yardımçı sahələri ilə birlikdə 1 ay müddətində, xx.xx.2024-cü il tarixədək 49000 manata tikilib təhvil verilməsi barədə razılaşmışlar. xx.xx.2024-cü il tarixində Cavabdeh1 ilə aralarında beh müqaviləsi və xx.xx.2024-cü il tarixində isə “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanmışdır. Tərəflər arasında razılaşmaya əsasən o, torpaq sahəsi və fərdi yaşayış evinin dəyərinin 40000 manat hissəsini alqı-satqı müqaviləsi bağlanılan gün, qalan 9000 manat hissəsini isə xx.xx.2025-ci il tarixədək ödəməli idi. Onun tərəfindən alqısatqı müqaviləsi bağlanılan gün 40000 manat vəsait ödənilmiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək fərdi yaşayış evini tikib təhvil verməmişdir.
44. Cavabdeh1 və Cavabdeh2 isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə icraatına lazımi prosessual maraq göstərməmiş, iddia tələbinə etiraz etməmişlər. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında Cavabdeh2 atası iştirak etmiş, lakin etibarnaməsi olmadığı üçün onun iddia tələbinə olan münasibəti öyrənilə bilməmişdir. O, oğlunun İİ qrup əlil olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə tərəfindən ona məhkəmə iclasında oğlunu təmsil etmək üçün qanunvericiliklə müəyyən edilmiş prosessual qaydalar izah edilsə də, növbəti məhkəmə iclaslarda iştirak etməmişdir.
45. İşin müəyyən edilmiş faktiki halı odur ki, İddiaçı ilə Cavabdeh2 arasında Cavabdeh2 mülkiyyətində olan ünvan 1ində yerləşən 0.05 ha torpaq sahəsinin 0.02 ha hissəsinə dair alqı-satqı müqaviləsi bağlanılmış və müqavilənin qiyməti 49000 manat olaraq müəyyən edilmişdir. Həmin alqı-satqı müqaviləsini Cavabdeh2 əvəzinə etibarnamə əsasında Cavabdeh1 imzalamışdır. Alqı-satqı müqaviləsinin dəyəri olan 49000 manat məbləğində pul vəsaitinin 40000 manat hissəsi həmin gün ödənilmiş, qalan 9000 manat məbləğində hissənin isə xx.xx.2025-ci il tarixədək ödənilməsi barədə razılaşmışlar.
46. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Belə olan halda iddia tələbinin qanuni əsası qismində mülki qanunvericiliyin alqı-satqı müqaviləsinə dair normaları nəzərdən keçirilməlidir.
47. Mülki qanunvericiliyə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
48. Məhkəmə ilk növbədə qeyd edir ki, işin tədqiq edilən halları ilə İddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı halı müəyyən edilməmişdir.
49. Hazırki mülki işin mübahisəsiz halı odur ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1ində yerləşən 0.02 ha torpaq sahəsinə dair iddiaçı ilə alqı-satqı müqaviləsi bağlanılmış və satıcı Müqavilənin 11-ci bəndinə əsasən daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə xx.xx.2024-cü il tarixinədək İddiaçı faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür.
50. Həmçinin alqı-satqı müqaviləsində müqavilənin qiyməti olan 49000 manat məbləğində pul vəsaitinin 40000 manat hissəsinin müqavilənin bağlanılanda, qalan 9000 manat hissəsinin isə xx.xx.2025-ci il tarixədək ödənilməsi barədə razılığa gəlinmiş və iddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürülən öhdəlik icra edilərək, 40000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Lakin Cavabdeh2 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, torpaq sahəsini iddiaçıya təhvil verməmişdir.
51. Yəni işin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, torpaq sahəsini iddiaçıya təhvil verməmişdir.
52. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə məhkəmə tərəfindən qiymət verilməli olan məsələ iddia tələbinin “yarımtikili fərdi yaşayış evinin təhvil verilməsi” hissəsi ilə bağlıdır. Bunun üçün xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə tərəflər arasında razılaşmanın nədən ibarət olması, tərəflər arasında iddiaçının məhkəməyə bildirdiyi kimi ünvan 1ində yerləşən 2 sot torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yarımtikili fərdi yaşayış evinin Cavabdeh1 tərəfindən tam tikilib təhvil verilməsinə dair razılaşma olub-olmaması, müqavilənin qiyməti olan 49000 manat məbləğində pul vəsaitinin torpaq sahəsi və ya həmçinin fərdi yaşayış evinin dəyəri olaraq müəyyən edilməsi istiqamətində araşdırma aparılmalıdır.
53. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, ünvan 2ində yerləşən 2 sot torpaq sahəsinin bazar dəyəri alqı-satqı müqaviləsinin bağlanıldığı zaman, yəni xx.xx.2024-cü il tarixdə 6974 manat olmuş, həmçinin həmin torpaq sahəsində inşa edilmiş yarımtikili fərdi yaşayış evinin usta xərcləri nəzərə alınmaqla bazar dəyəri 17911 manat təşkil etmiş və ünvan 2ində yerləşən 2 sot torpaq sahəsində inşa edilmiş yarımtikili fərdi yaşayış evinin tamamlanması üçün 28162 manat (rəyin verildiyi tarixə) xərc lazımdır.
54. İşin müəyyən edilmiş halları onu deməyə əsas verir ki, iddiaçı ilə Cavabdeh1 arasında iddiaçının məhkəməyə bildirdiyi kimi ünvan 1ində yerləşən 2 sot torpaq sahəsində inşa edilmiş yarımtikili fərdi yaşayış evinin tam tikilib iddiaçıya təhvil verilməsinə dair razılaşma əldə edilmişdir. Lakin müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən müqavilə üzrə üzərinə götürülən öhdəlik icra edilməmişdir.
55. Həmçinin tərəflər arasında aparılan danışıqlara dair səs yazıları, o cümlədən “whatsapp” mobil tətbiqində aparılan yazışmalara əsasən müəyyən edilir ki, Cavabdeh1 iddiaçı qarşısında yarımtikili fərdi yaşayış evinin tikilib təhvil verilməsinə dair öhdəlik götürmüşdür. Lakin müəyyən edilmişdir ki, Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, yarımtikili fərdi yaşayış evinin tikintisini tamamlayıb iddiaçıya təhvil verməmişdir.
56. İşin müəyyən edilmiş faktiki hallarına əsasən məhkəmə qeyd edir ki, ünvan 1ində yerləşən 2 sot torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olduğundan iddia tələbinin “0.02 ha torpaq sahəsinin təhvil verilməsi” hissəsi Cavabdeh2 münasibətdə təmin edilməli, ünvan 1ində yerləşən 0.02 ha torpaq sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh2 və həmin torpaq sahəsində inşa edilmiş yarımtikili fərdi yaşayış evinin hazırki vəziyyətdə təhvil verilməsi öhdəliyi Cavabdeh2 və Cavabdeh1 üzərinə qoyulmalıdır. İddia tələbinin “alqı-satqı müqaviləsi üzrə torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yarımtikiliyə görə ödənilmiş pul vəsaitinin bir hissəsinin cavabdehdən tutulması” hissəsi:
57. İddiaçı tərəfindən iddia tələbinin hazırki hissəsi Cavabdeh1 tərəfindən ünvan 1ində yerləşən 2 sot torpaq sahəsində inşa edilmiş yarımtikili fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin bağlanıldığı vaxtdan 1 ay müddətində tam tikilib təhvil veriləcəyinə dair öhdəlik götürülməsinə baxmayaraq üzərinə götürülən öhdəliyin icra edilməməsi ilə əsaslandırılmışdır.
58. İşin müəyyən edilmiş halı odur ki, iddiaçı ilə Cavabdeh2 arasında onun mülkiyyətində olan ünvan 1ində yerləşən 2 sot torpaq sahəsinə dair alıq-satqı müqaviləsi, Cavabdeh1 ilə isə həmin torpaq sahəsində inşa edilmiş yarımtikili fərdi yaşayış evinin tam tikilib təhvil verilməsinə dair podrat müqaviləsi bağlanılmışdır.
59. Mülki qanunvericiliyə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
60. İşin müəyyən edilmiş halıdır ki, iddiaçı ünvan 2ində yerləşən 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yarımtikili fərdi yaşayış evinin tam tikilib təhvil verilməsi üçün 49000 manat ödəniş barədə razılaşsa da, Cavabdeh1 tərəfindən üzərinə götürülmüş öhdəlik icra edilməmiş, yarımtikili fərdi yaşayış evi tikilib təhvil verilməmişdir.
61. Belə olan halda iddiaçı həmin yarımtikilinin inşa edilib tamamlanması üçün ödənilmiş pul vəsaitinin tutulmasını tələb etməkdə haqlı olmuşdur.
62. Hazırki mülki işdə yarımtikili fərdi yaşayış evinin dəyəri ilə bağlı iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmənin qərardadı əsasında keçirilmiş qiymətləndirilməyə dair təqdim edilmiş mütəxəssis rəyləri vardır.
63. Məhkəmə qeyd edir ki, məhkəmənin qərardadı əsasında keçirilmiş qiymətləndirilməyə dair təqdim edilmiş rəy daha əsaslandırılmış, ətraflı olduğundan həmin rəy ilə müəyyən edilmiş qiymətlər əsas götürülməlidir.
64. Mülki qanunvericiliyə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
65. Hazırki mülki iş üzrə iddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış müqavilə cavabdehin öz üzərinə düşən öhdəliyi lazımi qaydada, yəni vaxtında yerinə yetirməməsi nəticəsində xitam verildiyindən, iddiaçı isə yarımtikilinin movcud vəziyyətdə ona təhvil verilməsi ilə bağlı tələb irəli sürdüyündən cavabdeh yalnız yarımtikili fərdi yaşayış evinin dəyərini tələb edə bilər.
66. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 40000 manat məbləğində pul vəsaitindən yarımtikili fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin bağlanılan zaman, yəni xx.xx.2024cü il tarixdə usta xərcləri nəzərə alınmaqla bazar dəyəri olan 17911 manat və ünvan 2ində yerləşən 2 sot torpaq sahəsinin bazar dəyəri olan 6974 manat məbləğində pul vəsaiti çıxılmaqla, 15115 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ödənilməldir.
İddia tələbinin “mənəvi ziyanın ödənilməsi hissəsi:
67. İddiaçı iddia tələbinin “maddi ziyanın ödənilməsi” hissəsini cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməməsi nəticəsində müqavilənin rəsmiləşdirilməsi, hüquqi yardım üçün vəkil ilə müqavilənin bağlanması, mütəxəssis rəyinin alınması və s. şəklində maddi ziyanın dəyməsi ilə əsaslandırmışdır.
68. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürülən öhdəliyi icra etməməsi nəticəsində iddiaçının hüquqi yardım üçün vəkilə müraciət etməsi, həmçinin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu ödəməsi işin mübahisəsiz halı olsa da, iddiaçı tərəfindən digər çəkilən xərclərə dair məhkəməyə mötəbər sübut təqdim edilmədiyindən hazırki hissədə iddia tələbi qismən əsaslıdır.
69. Belə ki, iddiaçı məhkəməyə 200 manat ödənişə dair qəbz təqdim edərək həmin vəsaitin fərdi yaşayış evinin tikintisini həyata keçirən ustaya (arvadının kart hesabına) ödəməsini bildirsədə, həmin vəsaitin kim tərəfindən kimə ödənilməsinə dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir.
70. Həmçinin iddiaçı tərəfindən 2024-cü il tarixində həyata keçirilmiş bəzi notariat hərəkətlərinə dair qəbzlər təqdim edilmiş və həmin xərclərin məhkəməyə müraciət etmək üçün sənədlərin toplanması zamanı çəkildiyini bildirmişdir. Lakin həmin ödənişlərdən birinin ona təqdim edilmiş qəbzi itirdiyi üçün təkrar qəbzin alınması üçün (yəni öz təqsiri ilə əlaqədar) ödədiyini bildirmiş, digər ödənişin isə hansı notariat hərəkəti üçün edildiyini müəyyən etmək mümkün olmamışdır.
71. İddiaçı tərəfindən həmçinin 150 manat məbləğində ödənişə dair qəbz təqdim edilərək həmin ödənişin mütəxəssis rəyi almaq üçün ödənildiyini bildirsə də, həmin ödənişin məhz həmin qiymətləndirmə şirkətinə ödənilməsinə dair mötəbər sübut təqdim edilməmişdir.
72. Həmçinin iddiaçı xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün ödənilmiş vəsaitlərin cavabdehdən tutulmasını tələb etsə də, həmin hissədə iddia tələbi əsassız olduğundan təmin edilə bilməz.
73. Belə ki, Mülki Məcəllənin 647-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir.
İddia tələbinin “mənəvi ziyanın ödənilməsi” hissəsi:
74. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.
75. Həmin Qərarda qeyd edilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
76. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur.
77. Məhkəmə iddia tələbinin “mənəvi zərər” hissəsi ilə bağlı qeyd edir ki, özünün və ailəsinin mənzil şəraitini təmin etmək məqsədi ilə cavabdeh ilə müqavilə bağlayan iddiaçının sonda cavabdeh tərəfindən aldadılması, mənzili təhvil almaq ümidi ilə cavabdeh ilə uzun müddət danışıqlar aparmasına baxmayaraq hər danışıqda cavabdeh öhdəliyi icra edəcəyinə dair yalan vədlər verməsi (məsələn sabah ustalar işləyəcəklər vəs.), iddiaçı hər danışıqda sabaha ümid etməsi, lakin sonda cavabdeh tərəfindən aldadılması, mənzili təhvil ala bilməməsi nəticəsində sarsıntılara, əzaba və məyusluğa məruz qalması istisna edilmədiyindən iddiaçının cavabdehə qarşı mənəvi ziyanın tutulması tələbi əsaslıdır.
78. İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir.
79. Mənəvi zərərin məbləğinin müəyən edilməsi üçün konkret meyarlar qanunvericiliklə müəyyən edilməmişdir. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsirləri aiddir. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək, az olması isə aşağı olmasını şərtləndirir. Belə ki, bir şəxsin avtomobil qəzasında vəfat etməsi ilə şəxsin qəsdən həyatdan məhrum edilməsinin məruz qoyduğu mənəvi zərərin məbləği fərqləndirilməlidir. Təzminatın miqdarı ilə bağlı nəzərə alınmalıdır ki, zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxara bilər.
80. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
81. Mənəvi təzminatın məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki qane olma səviyyəsi hamıda eyni deyil. Təqsirli tərəfin maddi vəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır.
82. Məhkəmə qeyd edir ki, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıları, iddiaçı (yaşayış yerinin olmaması, ev almaq üçün topladığı pul vəsaitini mənzil sahibi olmaq ümidi ilə cavabdehə verməsi) və cavabdehin əmlak vəziyyətini və işin digər hallarını nəzərə alaraq cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pul vəsaitinin tutulması ədalətli və ağlabatandır.
Məhkəmə Xərcləri:
83. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqi yardıma görə ödənilmiş 400 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasına dair tələbi əsaslı olduğundan təmin edilməlidir.
84. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
85. Məhkəmə qeyd edir ki, xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməli və konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da hərdən az məbləğ kimi qəbul edilə bilər.
86. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün vəkilə ödənilmiş 400 manat məbləğində pul vəsaiti ağlabatan olduğundan, iddia tələbi qismən təmin edildiyindən və iddaçı tərəfindən müvafiq tələb irəli sürüldüyündən vəkilə hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
87. Məhkəmə qeyd edir ki, iddiaçının vəkilə etibarnamə verilməsi üçün notarius xidmətinə görə ödənilmiş 17.65 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasına dair tələbi əsaslı olduğundan təmin edilməlidir.
88. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138.34 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli edilməlidir.
89. İddia tələbi qismən təmin edildiyindən qiymətləndiricinin xidmət haqqı olaraq 300 manat məbləğində vəsait Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir.
90. Məhkəmə iddia tələbinin “maddi və mənəvi ziyanın tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçıya dəymiş maddi və mənəvi ziyanda Cavabdeh1 təqsiri müəyyən edildiyindən iddia tələbi qeyd edilən hissədə ona münasibətdə əsaslıdır.
Nəticə :
91. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 2ində yerləşən 2 sot torpaq sahəsinin iddiaçıya təhvil verilməsi öhdəliyi Cavabdeh2 və həmin torpaq sahəsində inşa edilmiş yarımtikili fərdi yaşayış evinin hazırkı vəziyyətdə iddiaçıya təhvil verilməsi öhdəliyi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 üzərinə qoyulmalı, 5 saylı Bakı “Asan xidməti” mərkəzində bağlanmış AN-1 seriyalı, ******* saylı xx.xx.2024-cü il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən ünvan 1ində yerləşən 2 sot torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yarımtikili fərdi yaşayış evinə görə ödənilmiş 40000 manat məbləğində pul vəsaitinin 15115 manat hissəsi, dəymiş mənəvi ziyanın əvəzi qismində 1000 manat, vəkilə hüquqi yardım üçün ödənilmiş 400 manat, etibarnamə üçün ödənilmiş 17 manat 65 qəpik, qiymətləndiricinin xidmət haqqı olaraq ödənilmiş 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 138.34 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir.
92. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia tələbi qismən təmin edilsin. ünvan 2ində yerləşən 0.02 ha torpaq sahəsinin iddiaçıya təhvil verilməsi öhdəliyi Cavabdeh2 və həmin torpaq sahəsində inşa edilmiş yarımtikili fərdi yaşayış evinin hazırkı vəziyyətdə iddiaçıya təhvil verilməsi öhdəliyi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 üzərinə qoyulsun. 5 saylı Bakı “Asan xidməti” mərkəzində bağlanmış AN-1 seriyalı, ******* saylı xx.xx.2024-cü il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən ünvan 1ində yerləşən 2 sot torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yarımtikili fərdi yaşayış evinə görə ödənilmiş 40000 manat məbləğində pul vəsaitinin 15115 manat hissəsi, dəymiş mənəvi ziyanın əvəzi qismində 1000 manat, vəkilə hüquqi yardım üçün ödənilmiş 400 manat, etibarnamə üçün ödənilmiş 17.65 manat, qiymətləndiricinin xidmət haqqı olaraq ödənilmiş 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 138.34 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva