Məhkəmə qərarları › İş №e-2(007)-545/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-545/2023

01.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-545/2023 01.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X3 Firudin oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X1 cavabdehlər Cavabdeh1 MTK-nə və Cavabdeh2 MTK-nə qarşı yaşayış və qeyri-yaşayış sahələrin sahibliyə və istifadəyə verilməsi tələbinə dair mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 Cavabdeh1 MTK-nə qarşı ünvan 1 ünvanında 6 bloklu binanın 1-ci blok, 1-ci mərtəbəsindəki 1 saylı, ümumi sahəsi 400 kv.m olan qeyri - yaşayış sahəsini, 2) ünvan 1 ünvanında 6 bloklu binanın 5-ci blok, 2-ci mərtəbəsindəki 2 saylı, ümumi sahəsi 200 kv.m olan qeyri - yaşayış sahəsini; 3) ünvan 1 ünvanında yerləşən 6 bloklu binanın 1-ci blok, 4cü mərtəbəsindəki, ümumi sahəsi 145 kv.m olan 3 otaqlı mənzili, 4) ünvan 1 ünvanında yerləşən 6 bloklu binanın 1-ci blok, 10-cu mərtəbəsindəki, ümumi sahəsi 85 kv.m olan 2 otaqlı mənzili 5) ünvan 1 ünvanında yerləşən binanın 2- ci girişinin zirzəmi hissəsində yerləşən sahəsi 200 kv.m olan qeyri-yaşayış sahəsini; Cavabdeh2 MTK-nə 1) Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində yerləşən 10 bloklu binanın, C blok, 3-cü mərtəbəsindəki, ümumi sahəsi 113,89 kv.m olan 3 otaqlı mənzili, 1) Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən 2 girişli, 16 mərtəbəli binanın, A blok, 5-ci mərtəbəsindəki, ümumi sahəsi 132,27 kv.m olan 3 otaqlı mənzili, 3) Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən 2 girişli, 16 mərtəbəli binanın, A blok, 12-ci mərtəbəsindəki, ümumi sahəsi 132,27 kv.m olan 3B otaqlı mənzili; İddiaçı2 Cavabdeh1 MTK-nə qarşı 1) ünvan 1 ünvanında tikilmiş binanın 1-ci mərtəbəsindəki ümumi sahəsi 220 kv.m olan qeyri - yaşayış sahəsini, 2) ünvan 1 ünvanında tikilmiş 6 bloklu binanın 1-ci blok, 10-cu mərtəbəsindəki, ümumi sahəsi 75 kv.m olan 2 otaqlı mənzili, 3) ünvan 1 ünvanında tikilmiş 6 bloklu binanın 1-ci blok, 4-cü mərtəbəsindəki, ümumi sahəsi 80 kv.m olan 2 otaqlı mənzili; İddiaçı3 Cavabdeh1 MTK-nə qarşı 1) ünvan 1 ünvanında tikilmiş 6 bloklu binanın 1-ci blok, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 85 kv.m olan 2 otaqlı mənzili, 2) ünvan 1 ünvanında tikilmiş 6 bloklu binanın 1-ci blok, 5-ci mərtəbəsindəki, ümumi sahəsi 145 kv.m olan 3 otaqlı mənzili və X2 Cavabdeh1 MTK-nə qarşı ünvan 1 ünvanında tikilmiş 6 bloklu binanın 1-ci blok, 12-ci mərtəbəsindəki, ümumi sahəsi 145 kv.m olan 3 otaqlı mənzili onların sahibliyinə və istifadəsinə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçıların vəkili və nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək sözügedən işin ərazi aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçıların vəkili və nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixində Nizami Rayon Məhkəməsinin elektron ünvanına ərizə ünvanlayaraq həmin tarixdə keçiriləcək iclasda iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan ərizəsinin təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsalar da nümayəndələrini məhkəməyə göndərməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərazi aidiyyətinin dəyişdirilməsi barədə iddiaçıların vəkili və nümayəndəsi Vəkil vəsatətini iş materialları ilə birlikdə araşdırarıb hesab edir ki, vəsatət təmin olunmalı,mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmədə işə baxılarkən vergi ödəyicilərinin informasiya sistemindən əldə olunmuş çıxarışla müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MTK-nın hüquqi ünvanları Bakı şəhəri Nərimanov rayonunda yerləşir. Mübahisələndirilən mənzillər isə Nərimanov və Abşeron rayonlarında yerləşir. Azərbaycan Respublikası MPM-nin 39-cu maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. İş materiallarında olan vergi ödəyicilərinin informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MTK-ın hüquqi ünvanları Bakı şəhəri Nərimanov rayonunda yerləşir. Göründüyü kimi mülki işə müstəsna aidiyyət qaydasında Bakı Şəhəri Nizami Rayon Məhkəməsində baxıla bilməz və iddiaçının seçiminə görə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 35,45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X1 cavabdehlər Cavabdeh1 MTK-nə və Cavabdeh2 MTK-nə qarşı daşınmaz əmlakların sahibliyə və istifadəyə verilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar