Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-55/2024 26.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “ subroqasiya qaydasında pul” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, İddiaçı "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Audi Q7” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 11922,59 manat pulun və ödənilmiş 178 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz S63 AMG” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “Audi Q7” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkətində könüllü sığortalı olan “Audi Q7” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Bildirmək istəyir ki, xx.xx.2022ci il tarixdə yol nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Audi Q7” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobilə 16848.40 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh idarə etdiyi “Mercedes Benz S63 AMG” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığortası olan "xxxx" ASC tərəfindən şirkətə 4925.81 manat ödənilmişdir. Hesab edir ki, 11922.59 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır.
Tərəflərin izahatları:
3. İddiaçı "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi elektron kabinet vasitəsilə ərizə verərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
4. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirmişdir ki, “Audi Q7” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. Avtomobil sığortalıdır. Hər iki sürücü İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Mercedes Benz S63 AMG” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsusdur. Niftəliyevə 7500 manat ziyan vurub. Onun hesabına 3775 manat ödənilib. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdi.
5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh vəkili və nümayəndəsi Vəkil bildirmişdir ki, iddia tələbini qəbul etmir. Verilmiş ekspert rəyləri ilə də razı deyillər.
6. Cavabdeh vəkili və nümayəndəsi Vəkil elektron kabinet vasitəsilə ərizə verərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
8. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
9. 23.01.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 177.60 manat dövlət rüsumu ödənilmişdir.
10. 13.07.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti "xxxx" MMC-yə 16848,40 manat ödəniş etmişdir.
11. xx.xx.2022-ci il tarixli, 106425 nömrəli sığorta aktının surətindən görünür ki, “Audi Q7” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobilə 16848,40 manat məbləğində zərər dəymişdir.
12. 18 noyabr 2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz S63 AMG” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Audi Q7” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. "xxxx" Sığorta dəymiş zərəri aradan qaldıraraq, “Audi Q7” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 16848,40 manat sığorta ödənişi həyata keçirmişdir. Sizin avtomobilin icbari sığortası olan "xxxx" ASC tərəfindən şirkətə 4925,81 manat ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq, “Atəşgah" Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən sığorta ödənişinin qalan hissəsini yəni 11922,59 manat pulun 10 iş günü ərzində İddiaçı Sığota Şirkəti ASC-yə ödəməsi xahiş edilmişdir. Cavabdeh bildirilir ki, zərər məbləğini qeyd edilən müddət (10 iş günü) ərzində şirkətə ödəməsə, İddiaçı Sığorta Şirkəti ASC müvafiq iddia ərizəsi ilə məhkəmə orqanlarına müraciət edəcəkdir və bununla bağlı bütün məhkəmə xərcləri ondan tutulacaqdır.
13. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15:22-də “Mercedes Benz S63 AMG” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Audi Q7” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Cavabdeh və X6 avtomobili etibarnamə ilə idarə etmişdir.
14. xx.xx.2022-ci il tarixli, TP4992761 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, həmin tarixli inzibati xəta haqqında protokol əsasında Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-cı maddəsi ilə təqsirli bilinib, 40 manat məbləğində cərimə edilmişdir.
15. xx.xx.2022-ci il tarixli, TP4992756 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, həmin tarixli inzibati xəta haqqında protokol əsasında X6 Azərbaycan Respublikası İXM-nin 327.1-cı maddəsi ilə təqsirli bilinib, 40 manat məbləğində cərimə edilmişdir.
16. 30.07.2021-ci il tarixli sığorta şəadətnaməsinin surətindən görünür ki, 2020-ci il buraxılışlı “Audi Q7” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobil "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığorta edilmişdir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 avqust 2023-cü il tarixli, 9/3914 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı, “Audi Q7” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı minik avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 15747 manat müəyyən edilir.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 fevral 2024-cü il tarixli, 9/9660 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı, “Audi Q7” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı minik avtomobilin təmir-bərpa xərci təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla dəyişilməli hissələrin qiyməti 14040, təmir-bərpa işlərinin qiyməti 2808 manat, aşınma tətbiq edilməklə dəyişilməli hissələrin qiyməti 12939, təmir-bərpa işlərinin qiyməti 2808 manat təşkil edir.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 oktyabr 2024-cü il tarixli, 9/4363-8/1536 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı, “Audi Q7” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı minik avtomobilin təmir-bərpa xərci təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla dəyişilməli hissələrin qiyməti 14040, təmirbərpa işlərinin qiyməti 2753 manat, aşınma tətbiq edilməklə dəyişilməli hissələrin qiyməti 12939, təmir-bərpa işlərinin qiyməti 2753 manat təşkil edir.
İşin faktiki halları:
20. Məhkəmə iclasında müəyyən edildi ki, “Mercedes Benz S63 AMG” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Audi Q7” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Nəticədə “Audi Q7” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən X4 16848,40 manat ödəniş edilmişdir. Cavabdehin avtomobilin icbari sığortası olan "xxxx" ASC tərəfindən "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə 4925,81 manat ödənilmişdir. Hazırda iddiaçı “Audi Q7” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə ödənilmiş 11922,59 manat məbləğində ödənişini tələb edir.
Tətbiq edilən hüquq:
21. "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun:
25.1-ci maddəsinə əsasən, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə; sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda yaranır. 25.2-ci maddəsinə əsasən, Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit etdiyi razılaşmadır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 925.6-cı maddəsinə əsasən əmlakın tam məhv olması dedikdə, həmin əmlakın sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin sığorta müqaviləsində müəyyən edilmiş həddən çox olması başa düşülür. 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
23. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın:
35.2-ci maddəsinə əsasən, aşağıdakı hallarda sığorta ödənişi verilərkən köhnəlmə əmsalı tətbiq olunmur: - avtomobilin tam məhvi. - avtomobilin istehsal tarixindən 2 ildən az müddətin keçməsi. Məhkəmənin mövqeyi:
24. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
25. Belə ki, “Mercedes Benz S63 AMG” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı və “Audi Q7” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması ilə yolnəqliyyat hadisəsinin baş verməsi, bu zaman “Audi Q7” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər yetirildiyi, cavabdehin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi işin mübahisəsiz hallarıdır və cavabdeh tərəfindən etiraf edilir, məhkəmə tədqiqi zamanı bu hallar öz təsdiqini tapmışdır. İş üzrə cavabdeh tərəfindən mübahisələndirilən hal, yalnız dəymiş maddi ziyanın həcmi ilə bağlıdır.
26. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericiliyin normalarını pozan hərəkəti nəticəsində “Audi Q7” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmuş, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Audi Q7” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə 16848.40 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh idarə etdiyi “Mercedes Benz S63 AMG” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığortası olan "xxxx" ASC tərəfindən şirkətə 4925.81 manat ödənilmişdir.
27. Qanunvericiliyin tələbinə əsasən hazırki halda iddiaçının cavabdehə qarşı subroqasoya hüququ yaranır. Belə ki, hadisə baş verən zaman hər iki avtomobilin sürücüsü avtomobili etibarnamə əsasında idarə etmişdir. Həmçinin hər ikisi inzibati qaydada tənbeh edilmişdir. Göründüyü kimi avtomobilin sürücülərinin təqsirli hərəkətləri nəticəsində avtomobillərə ziyan dəymişdir.
28. Məhkəmə, qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir.
29. Dəymiş maddi ziyanın həcmi ilə bağlı qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən “Audi Q7” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobilə 16848,40 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Məhkəmənin qərardadı əsasında məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 oktyabr 2024-cü il tarixli, 9/4363- 8/1536 nömrəli rəyinə əsasən nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı, “Audi Q7” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı minik avtomobilin təmir-bərpa xərci təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla dəyişilməli hissələrin qiyməti 14040, təmir-bərpa işlərinin qiyməti 2753 manat, aşınma tətbiq edilməklə dəyişilməli hissələrin qiyməti 12939, təmir-bərpa işlərinin qiyməti 2753 manat təşkil edir.
30. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 35.2-ci maddəsinə əsasən, “Audi Q7” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobil 2020-ci il buraxılışlı olduğu üçün və avtomobilin istehsal tarixindən 2 ildən çox müddət keçdiyindən dəyişilməli hissələrin və təmir-bərpa işlərinin aşınma tətbiq edilməklə qiyməti müəyyən edilməlidir. Odur ki, “Audi Q7” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği ekspert rəyində qeyd edilən 15692 manat əsas götürülməlidir.
31. "xxxx" ASC tərəfindən "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə 4925.81 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırda 15692 manat məbləğdən 4925.81 manat çıxılmalı və 10766,19 manat məbləğində pul cavabdehdən tutulmalıdır.
Məhkəmə baxışının hədləri:
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmə xərcləri:
33. İddia tələbi qismən təmin olunduğundan və iddiaçı tələb etdiyindən ödənilmiş dövlət rüsumunun 160.73 manatı cavabdehdən tutulmalıdır.
34. Məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 160 manatın 144.48 manatı Cavabdeh, 15.52 manatı iddiaçı "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürül Nəticə:
35. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş maddi ziyanın əvəzi 10766.19 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 160.73 manatı tutularaq "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi 10766.19 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 160.73 manatı tutularaq "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 160 manatın 144.48 manatı Cavabdeh, 15.52 manatı iddiaçı "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova