Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-56/2025 14.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Azayeva Nərmı̇ nə Rza qızının cavabdeh "Vesta Constructı̇ on" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “tam təmirli qeyri-yaşayış sahəsinin və bir avtomaşın üçün dayanacaq yerinin təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı Azayeva Nərmı̇ nə Rza qızının, İddiaçının nümayəndəsi Nümayəndə2, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Azayeva Nərmı̇ nə Rza qızının cavabdeh "Vesta Constructı̇ on" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı “tam təmirli qeyri-yaşayış sahəsinin və bir avtomaşın üçün dayanacaq yerinin təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı Azayeva Nərmı̇ nə Rza qızı cavabdeh "Vesta Constructı̇ on" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı “tam təmirli qeyri-yaşayış sahəsinin və bir avtomaşın üçün dayanacaq yerinin təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 34 ünvanında istismar müddəti bitmiş binanın yerində inşa edilmiş, ünvan 1 ünvanında inşa edilmiş binada Q/Y-1-A-5 saylı, 19.3 kv.m ümumi sahəsi olan tam təmirli qeyri-yaşayış sahəsininin və bir avtomaşın üçün dayanacaq yerinin ona təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsinə dair müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddia tələbini onunla əsaslandırılmışdır ki, onunla cavabdeh "xxxx" MMC arasında xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 15 saylı notariat kontorunda “Öhdəliklərin və hüququların alqı-satqı müqaviləsi” bağlanıb. Həmin müqavilənin 1.2 və 1.3-cü bəndlərində qeyd edilib ki, bu müqaviləyə əsasən “Sakin” DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə İddiaçı verilmiş **********07-05101-093004 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında istismar müddəti bitmiş binada yerləşən ümumi sahəsi 42.8 kv.m olan 11 saylı mənzili akt əsasında MMC-yə verir. MMC isə həmin mənzilin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində ümumi sahəsi 75.0 kv.m olan C-4.1 saylı tam təmirli mənzil, Q/Y-1-A-5 saylı, 19.3 kv.m ümumi sahəsi olan tam təmirli qeyri-yaşayış sahəsini və bir avtomaşın üçün dayanacaq yerini “Sakin”ə təhvil verir. Müqavilədən görünür ki, cavabdeh müqavilə bağlandığı gündən 2 il ərzində mənzil, qeyriyaşayış sahəsi və bir dayanaq yeri ona təhvil verməyi öhdəsinə götürüb. Lakin öhdəliklərin yerinə yetirilməsi vaxtından 5 ildən artıq müddət keçməsinə baxmayaraq cavabdeh onları lazımınca yerinə yetirməyib. Cavabdeh mənzili ona təhvil versə də, hələ də qeyri-yaşayış sahəsini və dayanacaq yerini təhvil verməkdən boyun qaçırır. O, bu istiqamətdə cavabdeh MMC-nin rəhbərləri ilə dəfələrlə danışıqlar aparsa da, MMC-yə məhkəməyə müraciət edəcəyi xəbərdarlığı ilə xx.xx.2023-cü il tarixdə məktub göndərsə də, hər hansı müsbət nəticə əldə edə bilməyib. Nəticədə, cavabadeh onlar arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyi səbəbindən o, iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Odur ki, o, cavabdeh MMC tərəfindən öz öhdəliklərinin yerinə yetirilməsini və verməli olduğu tam təmirli qeyri-yaşayış sahəsini və bir avtomaşın üçün dayanacaq yerini ona təhvil verilməsini istəyir.
İş materialları:
3. Birinci tərəf "xxxx" MMC ilə ikinci tərəf İddiaçı ilə arasında bağlanmış xx.xx.2016-cı tarixli “Öhdəliklərin və hüquqların alqı-satqısı” müqaviləsinin surətindən görünür ki, 1.2. Bu müqaviləyə əsasən "Sakin" DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə X2 verilmiş **********07-05101-093QÖ4 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında istismar müddəti bitmiş binada yerləşən ümumi sahəsi 42 8 kv.m olan 11 saylı mənzili Akt əsasında (müqaviləyə Əlavə 1) "MMC"yə verilir. 1.3. “MMC" isə həmin mənzilin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində ümumi sahəsi 75 kv.m olan C-4 1. saylı tam təmirli mənzili, Q/Y-1-A-5 saylı, 19.3 kv.m ümumi sahəsi olan tam təmirli qeyri-yaşayış sahəsini və bir avtomaşın üçün dayanacaq yerini "Sakin''ə təhvil verir. 1.4 “MMC” tərəfindən "Sakin"ə təhvil veriləcək mənzilin ümumi sahəsi "Sakin”in mənzilin ümumi sahəsinin, ümumi sahəyə əlavənin və mənzilə bitişik olan əlavə tikililərin (əgər varsa) 50%nin cəmi olaraq hesablanır. 2.2. MMC inşat işlərinə başlanılan gündən 24 ay ərzində tam təmirli mənzili sakinə təhvil verməyi öhdəsinə götürüb.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ümumi sahəsi 82,60 kv.m olan mənzil İddiaçı mülkiyyətindədir.
5. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 10/5245 nömrəli rəyindən görünür ki, rəyin tətqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 15 saylı notariat kontorunda bağlanmış “Öhdəliklərin və hüquqların alqı-satqı müqaviləsi”nin 1.3-cü bəndində qeyd edilmiş Q/Y-1-A-5 saylı, ümumi sahəsi 19,3 kv.m olan qeyri-yaşayış sahəsi binaya dair təsdiq edilmiş layihə sənədlərinə əsasən binanın zirzəmi mərtəbəsində yerləşdiyi müəyyən edilir.
6. Məhkəməyə Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsindəki 2535-ci məhəllədə yüksək mərtəbəli yaşayış binalarının eskiz layihəsi təqdim edilmişdir.
Tərəflərin izahatları:
7. Məhkəmə iclasında iddiaçı Azayeva Nərmı̇ nə Rza qızı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mənzilin ümumi sahəsi artırmalarla birlikdə 75 kv.metr idi. Mənzilinin yerləşdiyini bina 2016-cı ildə sökülüb. MMC-nin direktoru Ceyhun bəyə dəfələrlə müraciət ediblər. Onlara birinci mərtəbədən qeyri-yaşayış sahəsi verəcəklərini bildiriblər. 2019-cu ildə MMC tərəfindən verilən yeni mənzilə köçüblər. Əvvəlki qeyriyaşayış sahəsinə dair rəsmi sənədi olmayıb.
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı onun bacısıdır. O, mənzili bacısına hədiyyə edib. Bacısına məxsus mənzilin sahəsi müəyyən olunarkən mənzilin daxili ölçülüb, divaraltı sahə, çöl isə ölçülməyib. O, MMC-nin nümayəndələrinə gözəllik salonu kimi istifadə etdikləri qeyri-yaşayış sahəsinə görə MMC-dən icarə haqqı tələb etmədiyini, lakin birinci mərtəbədən qeyri-yaşayış sahəsi vermələrini tələb edib. MMC-nin nümayəndələri isə zirzəmidən 19.3 kv.metrdən artıq sahəsi olan 43 kv.metr qeyri-yaşayış sahəsi təklif ediblər. O isə MMC-nin təklifi ilə razılaşmayıb, birinci mərətəbədən ümumi sahəsi 19.3 kv.metr olan qeyri-yaşayış sahəsi tələb edib. Əvvəlki qeyri-yaşayış sahəsi 2-3 pilləkən aşağıda idi.
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, MMC heç bir sakinə ümumi sahəsi 40 kv.metr mənzilə görə sahəsi 75 kv.metr mənzil, qeyri-yaşayış sahəsi və qaraj verməz. Tərəflər arasında bağlanmış müqavilədə qeyri-yaşayış sahəsinin zirzəmidən təhvil verilməsi qeyd olunmayıb. Cavabdehin nümayəndəsi bildirir ki, müqavilədə qeyd olunmuş qeyri-yaşayış sahəsinin Q/Y-1-A-5 nömrəsində olan 1 rəqəmin, A hərfindən əvvəlki işarələr tire kimi, 5 rəqəmindən əvvəlki işarə isə mənfi kimi nəzərdə tutulub. Bunun isə heç bir əsası yoxdur. Eskpert rəyində mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin zizəmidə yerləşməsini qeyd edib. Ekspert yalnız zirzəmi mərtəbəsində həmin kvadrat metrdə sanitar qovşağı ilə birlikdə ümumi sahəsi 19.3 kv.metr olan qeyri-yaşayış sahəsi olduğuna görə bu qənaətə gəlib. Həmçinin sözügedən müqavilənin 1.3-cü bəndinə görə MMC 24 ay ərzində ümumi sahəsi 75 kv.metr olan tam təmirli mənzili, ümumi sahəsi 19.3 kv.metr olan tam təmirli qeyri-yaşayış sahəsini və bir avtomobil üçün dayanacaq yerini iddiaçıya 24 ay ərzində təhvil verməyi öhdəsinə götürüb. Müqavilənin qeyd olunan bəndi bir avtomobil üçün dayanacaq yerinin, yəni qarajın da 24 ay ərzində təhvil verilməsini ehtiva edir.
10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qismən qəbul edib izahat verərək bildirdi, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən iddiaçıya təmirli mənzil, zirzəmidən qeyri-yaşayış sahəsi və bir avtomobil üçün dayanacaq yerinin verilməsi nəzərdə tutulub. İddiaçıya məxsus əvvəlki mənzilin yerləşdiyi binada birinci mərtəbədə yaşayış olubsa, onun qeyri-yaşayış sahəsi zirzəmidə yerləşib. İddiaçıya təklif olunan qaraj hazır deyil. Qarajın iddiaçıya təhvil verilməsi ilə bağlı müqavilədə müddət nəzərdə tutulmayıb. MMC tərəfindən qeyri-yaşayış sahəsi və qaraj iddiaçıya təmənnasız verilib. Hazırda yerli baxış keçirilən zirzəmidəki qeyri-yaşayış sahəsində nişanlanan hissədən 19.3 kv.metr sahənin ayırılıb iddiaçıya təhvil verilməsinə etirazları yoxdur. Qeyd edilənlərə əsasən iddianın qismən təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında şahid kimi dindirilən X4 ifadəsində göstərdi ki, iddiaçı onun bacısıdır. Əvvəllər mənzil söküləndə MMC 1-ci mərtəbədən qeyri-yaşayış sahəsi verəcəklərini bildirib.MMC ilə danışıqlarda iştirak edib. MMC-dən bildiriblər ki, 1-ci mərtəbədən qeyri-yaşayış sahəsi və qaraj verəcəklər. Bir dəfə MMC ilə olan danışıqlarda iştirak edib. Həmin vaxt MMC-nin ofisi Qara Qarayev metrosunun yaxınlığında Sevinc ticarət mərkəzinə gedən yolda idi. Əvvəlki qeyri-yaşayış sahəsinə daxil olmaq üçün 2-3 pilləkən aşağı düşmək lazım idi, bir pəncərəsi var idi. Həmin binanın altında yerləşirdi, bacısının mənzili iki yola baxan tərəfdə idi.Əvvəlki qeyri-yaşayış sahəsinin fotoşəkili yoxdur. MMC tərəfindən sökülmüş bacısının mənzili təmirli idi, mənzilə balkon artırmışdır. Mənzilin ümumi sahəsi 43 kv.metr, balkonla birlikdə sahəsi isə 71 kv.metr idi. Bacısı qeyriyaşayış sahəsində gözəllik salonu işlədirdi.
12. Məhkəmə iclasında şahid kimi dindirilən X3 ifadəsində göstərdi ki, iddiaçı onun bacısıdır. Bacısı Nümayəndə2 əvvəlki mənzili təmir etdirib. Bacısına məxsus qeyri-yaşayış sahəsi 2 pilləkən aşağı yerləşirdi. Bacı oranı gözəllik salonu kimi istifadə edirdi. Danışıqlara əsasən MMC tərəfindən bacısına təmirli mənzil, 2 pilləkən aşağı qeyri-yaşayış sahəsi verilməli idi.O, MMC ilə aparılan danışıqlarda iştirak etməyib. Bacına məxsus əvvəlki mənzil ikinci mərtəbədə yerləşirdi və iki otaqlı idi. MMC tərəfindən bacısına verilən yeni mənzil isə dördüncü mərtəbədə yerləşir.
İşin faktiki halı:
13. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, rayon ərazisindəki yaşayış binalarınin böyük əksəriyyəti 20-ci əsrin 50-60-cı illərində inşa edilmişdir ki, onlardan da istismar müddəti artıq başa çatmışdır. Bu binaların çoxu qeyd etdikəri illərdə müxtəlif təşkilatlar tərəfindən işçilərinin mənzillə təminatı üçün inşa edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası İqtisad Nazirliyinin aidiyyəti qurumlarının və Rayon İcra Hakimiyyətinin nümayəndələrindən ibarət komissiya tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli Akta əsasən yaşadıqları binanın yükdaşıyan konstruksiyaları, mühəndis-kommunikasiya xətləri hal-hazırda tikinti normalannin tələblərinə cavab vermir və texniki cəhətdən istismara tam yararsız vəziyyətdədir. Bu binaların əsaslı təmir olunaraq, yenidən bərpa olunmasına onların mövcud balans qiymətindən xeyli artıq vəsait tələb olunur ki, bu da iqtisadi cəhətdən səmərəli deyildir. Nizami rayonunun Sosial-iqtisadi inkişafının surətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarını rəhbər tutaraq, Bakı şəhəri, Nizami rayon icra hakimiyyəti başçısının xx.xx.2016cı il tarixli 29 nömrəli Sərəncamına əsasən Ş.Mirzəyev və M.Abbasov küçələrinin kəsiçməsindəki 2535-ci məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyriyaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyriyaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin “MMC”nin istifadəsinə verilmişdir. 1.2. Bu müqaviləyə əsasən "Sakin" DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə X2 verilmiş **********07-05101- 093QÖ4 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında istismar müddəti bitmiş binada yerləşən ümumi sahəsi 42.8 kv.m olan 11 saylı mənzili Akt əsasında (müqaviləyə Əlavə 1) "MMC"yə verilir. 1.3. “MMC" isə həmin mənzilin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində ümumi sahəsi 75 kv.m olan C-4.1. saylı tam təmirli mənzili, Q/Y-1-A-5 saylı, 19.3 kv.m ümumi sahəsi olan tam təmirli qeyri-yaşayış sahəsini və bir avtomaşın üçün dayanacaq yerini "Sakin''ə təhvil verir. 1.4 “MMC” tərəfindən "Sakin"ə təhvil veriləcək mənzilin ümumi sahəsi "Sakin”in mənzilin ümumi sahəsinin, ümumi sahəyə əlavənin və mənzilə bitişik olan əlavə tikililərin (əgər varsa) 50%-nin cəmi olaraq hesablanır. 2.2. MMC inşat işlərinə başlanılan gündən 24 ay ərzində tam təmirli mənzili sakinə təhvil verməyi öhdəsinə götürüb. Hazırda müqavilə cavabdeh tərəfindən qismən icra edilərək, mənzil iddiaçıya təhvil verilmiş, lakin Q/Y-1-A-5 saylı, 19.3 kv.m ümumi sahəsi olan tam təmirli qeyri-yaşayış sahəsini və bir avtomaşın üçün dayanacaq yeri iddiaçıya təhvil verilməmişdir. Hazırda isə iddiaçı Q/Y-1-A-5 saylı, 19.3 kv.m ümumi sahəsi olan tam təmirli qeyri-yaşayış sahəsini və bir avtomaşın üçün dayanacaq yerinin ona təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı məhkəməyə müraicət etmişdir.
Məhkəmə baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar.
19. Göründüyü kimi, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur.
20. Hazırda İddiaçı cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2016-cı tarixli “Öhdəliklərin və hüquqların alqı-satqısı” müqaviləsi ilə ona məxsus olan Bakı şəhəri, Nizamı rayonu, Şirin Mirzayev küçəsi, ev 34 ünvanında istismar müddəti bitmiş binada yerləşən ümumi sahəsi 42.8 kv.m olan 11 saylı mənzili cavabdehə təhvil verməklə müqavilə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin mənzilin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində ümumi sahəsi 75 kv.m olan C-4.1. saylı tam təmirli mənzili, Q/Y-1-A-5 saylı, 19.3 kv.m ümumi sahəsi olan tam təmirli qeyri-yaşayış sahəsini və bir avtomaşın üçün dayanacaq yerini "Sakin''ə təhvil verməyi öhdəsinə götürməyinə baxmayaraq, müqavilə öhdəliklərini qismən icra etməklə, hazırkı vaxtdadək Q/Y-1-A-5 saylı, 19.3 kv.m ümumi sahəsi olan tam təmirli qeyri-yaşayış sahəsini və bir avtomaşın üçün dayanacaq yerini iddiaçıya təhvil verməmişdir. Nəticədə, cavabdeh müqavilənin bağlanmasından xeyli vaxt keçməsinə baxmayaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməyərək, öhdəlikləri icra etməkdən birtərəfli qaydada yayınır. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və iddia təmin edilməlidir.
21. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iş üzrə tələbdə birbaşa ifadə olunmasa da, məhkəmə araşdırması zamanı iddiaçı müqavilə üzrə ona təhvil verilməli olan Q/Y-1-A- 5 saylı, 19.3 kv.m ümumi sahəsi olan tam təmirli qeyri-yaşayış sahəsinin binanın birinci mərtəbəsində olması halını mübahisələndirmişdir. Məhkəmə tərəfindən qeyd edilən halın araşdırması üçün tikinti-texniki ekspertizası təyin edilmiş və keçirilmiş məhkəmə-tikintitexniki ekspertizasının xx.xx.2024-cü il tarixli 10/5245 nömrəli rəyi ilə rəyin tətqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 15 saylı notariat kontorunda bağlanmış “Öhdəliklərin və hüquqların alqı-satqı müqaviləsi”nin 1.3-cü bəndində qeyd edilmiş Q/Y-1-A-5 saylı, ümumi sahəsi 19,3 kv.m olan qeyri-yaşayış sahəsi binaya dair təsdiq edilmiş layihə sənədlərinə əsasən binanın zirzəmi mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. Həmçinin, məhkəmə iclasında şahidlərin dindirilməsi təmin edilmiş və şahidlər tərəflər arasında olan razılaşmaya əsasən iddiaçıya birinci mərtəbədən qeyri-yaşayış sahəsi veriləcəyi barədə razılıq əldə olunduğu bildirsələr də, eyni zamanda iddiaçıya məxsus olan əvvəlki qeyriyaşayış sahəsinin 2-3 pilləkən yerdən aşağıda yerləşdiyini də bildirmişlər. Həmçinin, məhkəmə tərəfindən xx.xx.2025-ci ildə Q/Y-1-A-5 saylı, 19.3 kv.m ümumi sahəsi olan tam təmirli qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və yerli baxış zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi MMC tərəfindən zirzəmi mərtəbəsində ayrılıb. İddiaçı isə müqavilə bağlanan zaman ona qeyri-yaşayış sahəsinin zirzəmidən deyil, birinci mərtəbədən ayrıldığını, qarajların isə MMC tərəfindən yüksək məbləğdə icarəyə verildiyini, bina tikiləndə qeyri-yaşayış sahəsinə baxmadığını, iddiaçının nümayəndəsi və vəkili müqavilə bağlananda iddiaçının köhnə mənzildə yaşadığını, MMC tərəfindən iddiaçıya layihə təqdim olunmadığını, cavabdehin nümayəndəsi MMC-nin hazırda yerli baxış keçirilən zirzəmidəki qeyri-yaşayış sahəsində nişanlanan hissədən 19.3 kv.metr sahənin ayırılıb iddiaçıya təhvil verilməsinə razı olduğunu, iddiaçıya verilən mənzilin yerləşdiyi binanın altında qaraj nəzərdə tutulmadığını, iddiaçıya verilən qarajın isə hələlik hazır olmadığını, A blokunun təhvil verilmədiyini, birinci mərtəbədə boş qeyriyaşayış sahəsinin olmadığını, hamısının satıldığını bildirmişlər.
22. Bu səbəbdən məhkəmə qeyd edir ki, gələcəkdə tərəflər arasında Q/Y-1-A-5 saylı, ümumi sahəsi 19,3 kv.m olan qeyri-yaşayış sahəsinin binanı hansı hissəsində yerləşməsi barədə konkret məhkəmə mübahisəsi olduğu təqdirdə (icra icraatı mərhələsində və s.) məhkəmə araşdırması nəticəsində həmin qeyri-yaşayış sahəsinin binanın zirzəmi mərtəbəsində yerləşməsinin müəyyən edilməsi halı nəzərə alınmalıdır.
Nəticə:
25. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbini və hazırkı iddia tələbini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, birinci tərəf "xxxx" MMC ilə ikinci tərəf İddiaçı ilə arasında bağlanmış xx.xx.2016-cı tarixli “Öhdəliklərin və hüquqların alqı-satqısı” müqaviləsi üzrə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 34 ünvanında istismar müddəti bitmiş binanın yerində inşa edilmiş Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsindəki 2535-ci məhəllədə yüksək mərtəbəli yaşayış binasında Q/Y-1-A-5 saylı, 19.3 kv.m ümumi sahəsi olan tam təmirli qeyri-yaşayış sahəsi və bir avtomaşın üçün dayanacaq yerinin İddiaçı təhvil verilməsi vəzifəsi "xxxx" MMC-yə həvalə edilməlidir.
Məhkəmə xərcləri:
26. Məhkəmə hesab edir ki, iddiaçı tələb etmədiyindən, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
27. Bundan əlavə, işdə olan xx.xx.2024-cü il tarixli 10/5245 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.
28. İddiaçının tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Birinci tərəf "xxxx" MMC ilə ikinci tərəf İddiaçı ilə arasında bağlanmış xx.xx.2016-cı tarixli “Öhdəliklərin və hüquqların alqı-satqısı” müqaviləsi üzrə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 34 ünvanında istismar müddəti bitmiş binanın yerində inşa edilmiş Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsindəki 2535-ci məhəllədə yüksək mərtəbəli yaşayış binasında Q/Y-1-A-5 saylı, 19.3 kv.m ümumi sahəsi olan tam təmirli qeyri-yaşayış sahəsi və bir avtomaşın üçün dayanacaq yerinin İddiaçı təhvil verilməsi vəzifəsi "xxxx" MMC-yə həvalə edilsin. Məhkəmə xərclərinə aid olan, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədirlik edən: Qumru Əliyeva