Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-749/2023 11.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X2 ölümünə görə 5000 manat (beş min manat) və “VAZ 217230” markalı, 99KE274 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər görə 400 manat (dörd yüz manat) ödənilən sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi üçün ödənilmiş 74,40 manat (yetmiş dörd manat qırx qəpik) məbləğin Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixində Cavabdeh “Mersedes Benz” markalı, 99KE245 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə X4 vəfat etmiş və “VAZ 217230 Priora” markalı, 99KE274 dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində X2 ölümünə görə 5000 manat (beş min manat) və xx.xx.2017-ci il tarixli Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “VAZ 217230” markalı, 99KE274 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər görə 400 manat (dörd yüz manat), ümumilikdə 5400 manat (beş min dörd yüz manat) sığorta ödənişini həyata keçirmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-646/2017 saylı, xx.xx.2021-ci il tarixli Hökmü ilə təqsirli bilinmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə “Mersedes Benz” markalı, 99KE245 dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törədərək “VAZ 217230 Priora” markalı, 99KE274 dövlət qeydiyyat nişanlı avtomobilə zərər yetirmiş və hadisə zamanı X4 vəfat etmişdir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin xx.xx.2016-cı il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, X2 ölümünə səbəb başın küt travması nəticəsində yaranmış kəllə sümüklərinin sınığı, baş beyin toxumasının əzilməsi, qişaya, beyin toxumasına və beyin mədəciklərinə qansızmalar olmuş, ölüm neyrocərrahlıq xəstəxanasında xx.xx.2016-cı il tarixdə saat 01:05 radələrində vermişdir ki, bu da meyit əlamətlərinin inkişaf dərəcəsi ilə təsdiq olunur. Eyni zamanda cavabdeh avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Qeyd olunan hallar Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-646/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmündə öz əksini tapmış və hökm ilə Cavabdeh CM-nin 263.1.3-cü və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, 03 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə əsas cəzaya əlavə cəzanı birləşdirməklə Cavabdeh qəti olaraq 05 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 036774 nömrəli sığorta aktına əsasən xx.xx.2017-ci il tarixli Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “VAZ 217230” markalı, 99KE274 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər görə 400 manat və 036840 nömrəli sığorta aktına əsasən X2 ölümünə görə 5000 manat sığorta ödənişi müəyyən edilmiş və həmin ödənişlər vəfat etmiş şəxsin yaxınlarına ödənilmişdir. Hazırda iddiaçı tərəfindən qeyd olunan 5400 manat məbləğ və 74 manat dövlət rüsumun cavabdehdən tutulması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: 6.8-ci bəndinə əsasən şəxsi sığorta üzrə sığorta hadisəsi nəticəsində sağlamlığına zərər dəymiş şəxs, onun öldüyü halda isə ailə üzvləri zərərçəkən hesab edilir. 14.1-ci bəndinə əsasən fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması, şəxsin əmək qabiliyyətini tam və ya qismən itirməsi (əlillik) və şəxsin ölümü halları hesab edilir. 24.1.5-ci maddəsinə əsasən zərərçəkənin bu Qanunla müəyyən edilmiş hallarda və qaydada sığorta ödənişi almaq hüquqları vardır. 25.1.2-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ bu qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması hallarda yaranır. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən tələbdə göstərilən hallar iş materiallarına əlavə edilmiş sübutlar əsasında öz təsdiqini tapdığından iddia tələbi təmin edilməlidir. Belə ki, “Mersedes Benz” markalı, 99KE245 dövlət qeydiyyat nişanlı avtomobilini idarə edən sürücü Cavabdeh CM-nin 263.1.3-cü və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətmiş və bununla da X3 maddi zərər dəymiş və həmin hadisə nəticəsində o vəfat etmişdir. Cavabdeh avtomobili sərxoş vəziyyətdə idarə etmiş və bununla da sığorta şirkətinin subroqasiya hüququ yaranmışdır. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən zərərlə bağlı “VAZ 217230” markalı, 99KE274 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 400 (dörd yüz) manat sığorta ödənişi məbləği və X2 ölümünə görə İddiaçı Sığorta Şirkəti tərəfindən ödənilmiş 5000 manat olmaqla ümumilikdə 5400 manat müəyyən olunmuş və müvafiq olaraq sığorta ödənişləri zərərçəkmiş şəxslərə həyata keçirilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilmiş sığorta ödənişinin əvəzini ödəməməklə və sığorta ödənişini ondan tələb etmək hüququ olan iddiaçının bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə qanunvericiliyin qeyd edilən tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə X2 ölümünə görə ödənilmiş 5000 manat (beş min manat) və “VAZ 217230” markalı, 99KE274 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər görə ödənilmiş 400 manat (dörd yüz manat) sığorta ödənişi məbləği olmaqla 5400 manat vəsait və dövlət rüsumuna görə ödənilmiş 74,00 manat vəsait tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə X2 ölümünə görə ödənilmiş 5000 manat (beş min manat) və “VAZ 217230” markalı, 99KE274 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər görə ödənilmiş 400 manat (dörd yüz manat) sığorta ödənişi məbləği olmaqla 5400 manat vəsait və dövlət rüsumuna görə ödənilmiş 74,00 manat vəsaitin əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-749/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-749/2023
11.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver