Məhkəmə qərarları › İş №e-2(007)-804/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-804/2023

17.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-804/2023 17.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş 160 (yüz altmış) manat sığorta ödənişinin, 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx) qəpik məbləğində xidmət haqqının, cəmi 190,4 manat pul vəsaitinin müştərək qaydada iddiaçının hesabına ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli PBA********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə sığortalanmış, xx.xx.2019-cu il tarixdə Cavabdeh2 məxsus Cavabdeh1 tərəfindən idarə olunan “X3” markalı, ** LO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində Q.Qarayev prospekti 74 ünvanında “Mazda 6” markalı ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur.Hadisə zamanı Cavabdeh1 səlahiyyətli dövlət orqanlarına məlumat vermədən hadisə yerindən yayınmış və onun barəsində xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında Qərar qəbul olunmuşdur. "xxxx" ASC tərəfindən tərtib olunmuş zərərin hesablanması aktına əsasən “Mazda 6” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 160,00 manat müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş sığorta aktına və xx.xx.2022-ci il tarixli, AZ0014727 saylı ödəniş tapşırığına əsasən “Mazda 6” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın aradan qaldırılması üçün 160 manat məbləğində sığorta ödənişi edilmişdir.İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BS-S-22/6198 saylı geriyə tələb məktubundan müəyyən olunur ki, subroqsiya hüququna əsasən 160 (yüz altmış) manat sığorta ödənişinin cavabdeh tərəfindən ödənilməsi tələbi ilə ona bildiriş göndərilmişdir, lakin cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 160 (yüz altmış) manat sığorta ödənişinin ,30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx) qəpik, cəmi 190,4 manat “Bakı Sığorta" ASC xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarında olan TP ******* nömrəli, 10.10.22-ci il tarixli inzibati xəta haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 idarə etdiyi “X3” markalı, ** LO *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, və bununla əlaqədar Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, “Mazda 6” markalı ** ZO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsinə görə dəymiş ziyanla əlaqədar 160 manat avtomobilin təmiri məqsədi ilə X1 ödənilmişdir. İş materiallarında olan zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə zərərin hesablanması aktından görünür ki, “Mazda 6” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 160 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC məhkəməyə müraciət etmək üçün 30.40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 922.1-ci maddəsinə görə, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəlləsinin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələblərinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin maddi hüquq normasının mənasına görə, sığorta məbləğini sığortalıya ödəmiş sığortaçı "xxxx" ASC sığorta hadisəsinin törədilməsində təqsirli şəxslərdən ödənilmiş məbləği tələb etməyə haqlıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində Cavabdeh1 idarə etdiyi “X3” minik markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, və bununla əlaqədar Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuşdur.Həmin hadisə nəticəsində “Bakı Sığorta" ASC “Mazda 6” minik markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 160 manat məbləğini avtomobilin təmiri məqsədi ilə X1 ödənilmişdir. Hal-hazırda iddiaçı qeyd olunan məbləği subroqasiya qaydasında zərərvuran Cavabdeh1 və avtomobilin mülkiyyətçisi Cavabdeh2 tələb edir. Lakin mülki qanunvericiliyə əsasən vurulmuş ziyan nəqliyyət vasitəsini qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə) idarə edən şəxsin öhdəsinə qoyulur. Qeyd olunanlara əsasən məhkəmə iddianı qismən əsaslı hesab edir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınmasının zəruri olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh1 subroqasiya qaydasında 160 (yüz altmış) manat sığorta ödənişi, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik məbləğində xidmət haqqı, cəmi 190,4 manat pul vəsaiti tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar