Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-825/2023 11.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı Sigorta Şirkəti ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X12” markalı, ZX5OQT-7 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 300 (üç yüz) manat sığorta ödənişi məbləği və X5 yüngül dərəcəli xəsarət aldığı üçün Azərbaycan Respublikası İcbari Sığortalar Haqqında Qanuna əsasən İddiaçı Sığorta Şirkəti tərəfindən ödənilmiş 750 manat sığorta ödənişi və bu iddia ərizəsinin verilməsi ilə bağlı 31 (otuz bir) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə “Ravon Nexia R3 “ markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolnəqliyyat hadisəsi törədərək “X12” markalı, ZX5OQT-7 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmiş, eyni zamanda X5 yüngül dərəcəli xəsarət almışdır. xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığına görə cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “X12” markalı, ZX5OQT-7dövlət qeydiyyat nişanlı avtomobilə 300 manat ziyan dəymişdir. Həmçinin yol nəqliyyat hadisəsi nəticəsində X5 yüngül dərəcəli xəsarət aldığı üçün Azərbaycan Respublikası “İcbari Sığortalar Haqqında” Qanuna əsasən İddiaçı Sığorta Şirkəti 750 manat sığorta ödənişi həyata keçirmişdir. Sığorta müqaviləsinin 089711, 089577 saylı sığorta аktlarına əsasən İddiaçı Sığorta Şirkəti ümumilikdə 1050 (bir min əlli) manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2020-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli olması Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(003)-605/2020 saylı Qərarında öz əksini tapmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə “Ravon Nexia R3 “ markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək “Moon ZX5OQT-7” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmiş, hadisə zamanı X5 yüngül dərəcəli bədən xəsarəti almışdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin 38 nörmrəli, xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, X1 bədənində aşkar edilmiş xəsarətlər- sol gicgahın sıyrığı, sol dizin əzilmiş yarası, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz qaynağının yumşaq toxumalarının əzilməsi küt əşya təsirindən törənmişlər, törənmə müddətləri onun 3 saylı Kliniki Şəhər Xəstəxanasına müraciətindən az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2020-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Eyni zamanda cavabdeh hadisə yerindən yayınmışdır. Qeyd olunan hallar Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(003)-605/2020 saylı qərarında öz əksini tapmış və qərar ilə Cavabdeh İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 ay müddətinə məhdudlaşdırılmışdır. 089577 nömrəli sığorta aktına əsasən xx.xx.2020-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində X6 yüngül dərəcəli xəsarət aldığından sığorta ödənişi 750 manat müəyyən edilmiş və X3 750 manat sığorta ödənişi edilmişdir. 089711 nömrəli sığorta aktına əsasən yol nəqliyyat hadisəsi nəticəsində “Moon ZX5OQT-7” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 300 manat ziyan dəydiyi müəyyən edilmiş və həmin ödəniş X4 ödənilmişdir. Hazırda iddiaçı tərəfindən qeyd olunan 1050 manat məbləğ və 31 manat dövlət rüsumun cavabdehdən tutulması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: 6.8-ci bəndinə əsasən şəxsi sığorta üzrə sığorta hadisəsi nəticəsində sağlamlığına zərər dəymiş şəxs, onun öldüyü halda isə ailə üzvləri zərərçəkən hesab edilir. 14.1-ci bəndinə əsasən fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması, şəxsin əmək qabiliyyətini tam və ya qismən itirməsi (əlillik) və şəxsin ölümü halları hesab edilir. 24.1.5-ci maddəsinə əsasən zərərçəkənin bu Qanunla müəyyən edilmiş hallarda və qaydada sığorta ödənişi almaq hüquqları vardır. 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən tələbdə göstərilən hallar iş materiallarına əlavə edilmiş sübutlar əsasında öz təsdiqini tapdığından iddia tələbi təmin edilməlidir. Belə ki, “Ravon Nexia R3 “ markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Cavabdeh İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və bununla da X3 maddi zərər dəymiş və onun sağlamlığına xəsarət yetirmişdir. Cavabdeh hadisə yerindən yayınmışdır. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən zərərlə bağlı “Moon ZX5OQT-7” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 300 (üç yüz) manat sığorta ödənişi məbləği və X5 yüngül dərəcəli xəsarət aldığı üçün İddiaçı Sığorta Şirkəti tərəfindən ödənilmiş 750 manat olmaqla ümumilikdə 1050 manat müəyyən olunmuş və müvafiq olaraq sığorta ödənişi zərərçəkmiş şəxslərə həyata keçirilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilmiş sığorta ödənişinin əvəzini ödəməməklə və sığorta ödənişini ondan tələb etmək hüququ olan iddiaçının bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə qanunvericiliyin qeyd edilən tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Atəşgah” Sığorta Şirkəti ASCnin xeyrinə “Moon ZX5OQT-7” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 300 (üç yüz) manat və X5 yüngül dərəcəli xəsarət aldığı üçün ödənilmiş 750 manat sığorta ödənişi məbləği olmaqla 1050 manat vəsait və dövlət rüsumuna görə ödənilmiş 31,00 manat vəsait tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Atəşgah” Sığorta Şirkəti ASC-nin xeyrinə “X12” markalı, ZX5OQT-7 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 300 (üç yüz) manat və X5 yüngül dərəcəli xəsarət aldığı üçün ödənilmiş 750 (yeddi yüz əlli) manat sığorta ödənişi məbləği olmaqla, ümumilikdə 1050 manat vəsait və dövlət rüsumuna görə ödənilmiş 31,00 manat vəsaitin əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-825/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-825/2023
11.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver