Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-867/2023 06.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "subroqasiya qaydasında zərərin ödənilməsi" tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3680 (üç min altı yüz səksən) manat məbləğində sığorta ödənişinin, 56.80 (əlli altı manat, səksən qəpik) manat məbləğində dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat məbləğində xidmət haqqının, cəmi 3727,20 (üç min yeddi yüz iyirmi yeddi manat, iyirmi qəpik) məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC (bundan sonra ASC) tərəfindən xx.xx.2022-ci il tarixli PBA********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə sığortalanmış, Cavabdeh2 məxsus olan və Cavabdeh1 tərəfindən idarə edilən “Hyundai Elantra” markalı ** BC *** (k.d.q.n ** FB ***) dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində saat 14:45 radələrində Rövşən Cəfərov küçəsində “Mercedes Benz 190” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil və “BMW 530” markalı ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. xx.xx.2022-ci il tarixli hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən İcbari Sığorta Bürosunun mərkəzləşdirilmiş sisteminə yerləşdirilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə “ARAYİŞ”a (Forma 4) əsasən onlar, xx.xx.2022-ci il tarixli hadisə zamanı Cavabdeh1 “Hyundai Elantra” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə etdiyinə görə onun barəsində xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında Qərar tərtib olunaraq İXP-nın 332.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə olunmuşdur. ASC tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 190” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2795 (iki min yeddi yüz doxsan beş) manat, “BMW 530” markalı ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə isə 885 (səkkiz yüz səksən beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, PBA********** saylı icbari sığorta müqaviləsinin surətindən müəyyən olunur ki, “Hyundai Elantra” markalı ** BC *** (k.d.q.n 77FB324) dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti xx.xx.2022-ci il tarixdən 12 (on iki) ay müddətinə “icbari sığorta” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında qərardan və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə “ARAYİŞ”dan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli hadisə zamanı Cavabdeh1 “Hyundai Elantra” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə etdiyinə görə onun barəsində xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında Qərar tərtib olunaraq İXP-nın 332.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə “ARAYİŞ”dan müəyyən olunur ki, “Hyundai Elantra” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2dur. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli zərərin hesablanması aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 190” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2795 (iki min yeddi yüz doxsan beş) manat məbləğində qiymətləndirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli zərərin hesablanması aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “BMW 530” markalı ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 885 (səkkiz yüz səksən beş) manat məbləğində qiymətləndirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, yolnəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 190” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ASC tərəfindən 2795 (iki min yeddi yüz doxsan beş) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “BMW 530” markalı ** EZ *** sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2023-cü il tarixli, BS-S-23/0093 saylı Geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 3680 (üç min altı yüz səksən) manat məbləğində sığorta ödənişinin 3 gün müddətində geri ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edirəm ki, iddia təmin edilməlidir. İddia ərizəsinə əlavə edilmiş və tədqiq edilmiş: - BB 294603 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, 2017-ci il buraxılışlı, ** EZ *** dövlət qeydiyyat nişanlı “BMW 530” markalı minik markalı avtomobil Mürsəlli Murad Cəmil oğlunun mülkiyyətindədir. - AD 002746 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, 1992-ci il buraxılışlı, ** BG *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 190” markalı minik markalı avtomobil Abdullayev Bakir Qəşəm oğlunun mülkiyyətindədir. - BB 255115 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, 2014-cü il buraxılışlı, ** BC *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı minik markalı avtomobil Cavabdeh2 mülkiyyətindədir. - İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Hyundai Elantra” markalı, ** BC *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. - xx.xx.2022-ci il tarixli, 2292/22 nömrəli sığorta aktının surətindən görünür ki, zərər dəymiş “Mercedes Benz 190” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün sığorta ödənişi olan 2795 manat ödəniləcək məbləğ müəyyən olunmuşdur. - xx.xx.2022-ci il tarixli, 2300/22 nömrəli sığorta aktının surətindən görünür ki, zərər dəymiş əmlaka “BMW 530” markalı ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün sığorta ödənişi olan 885 manat ödəniləcək məbləğ müəyyən olunmuşdur. - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 2795 manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxs Abdullayev Bakir Qəşəm oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 885 manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxs Mürsəlli Murad Cəmil oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. - "xxxx" ASC-nin 10 yanvar 2023-cü il tarixli BS-S-23/0093 saylı Pretenziya məktubundan görünür ki, Cavabdeh1 3680 manat sığorta ödənişinin 5 gün müddətində ödənilməsi tələb edilmiş, ödəmədiyi təqdirdə "xxxx" ASC tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. - “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə “Arayış”ın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 15:00 dəqiqədə yol nəqliyyat hadisəsi baş vermişdir. xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında qərarın surətindən görünür ki, hadisə zamanı Cavabdeh1 “Hyundai Elantra” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə etdiyinə görə onun barəsində xx.xx.2022ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında Qərar tərtib olunaraq İXP-nın 332.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə olunmuşdur. - Dövlət rüsumu haqqında xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 56.80 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Beləliklə, təqdim olunmuş sənədlərdən müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə etibarnamə olmadan idarə etdiyi Cavabdeh2 məxsus “Hyundai Elantra” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən Rövşən Cəfərov küçəsində “Mercedes Benz 190 ” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil və “BMW 530” markalı ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Bakı Şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında qərarda öz əksini tapmışdır. Sığorta aktlarına əsasən sığortalı “Hyundai Elantra” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sığortası olan "xxxx" ASC tərəfindən “Mercedes Benz 190” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə 2795 manat və “BMW 530” markalı ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobilə 885 manat sığorta ödənişini həyata keçirmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-yə dəymiş və ödənilməmiş 2795 manat və 885 manat olmaqla, cəmi 3680 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, Cavabdeh1 iddiaçı qarşısında mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, Cavabdeh1 ** BC *** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı avtomobillə yol hərəkəti qaydasını təqsirli şəkildə pozaraq “Mercedes Benz 190” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə və “BMW 530” markalı ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobilə “Hyundai Elantra” markalı ** BC *** avtomobillə zərər vurması və iddiaçının “Mercedes Benz 190” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Abdullayev Bakir Qəşəm oğluna 2795 manat və “BMW 530” markalı ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Mürsəlli Murad Cəmil oğluna 885 manat məbləğində ödəniş etməsi təqdim olunmuş sənədlərlə müəyyən olunur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi: bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Belə olan halda, etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etmiş Cavabdeh1 və həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 qarşı iddiaçının subroqasiya tələbi əsaslıdır və subroqasiya tələbi onlara qarşı yönəlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün "xxxx" ASC tərəfindən 56.80 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 56.80 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, təqdim olunmuş sənədlərə, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edirəm ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3680 manat vurulmuş zərər, 56.80 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat xidmət haqqı müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3680 manat vurulmuş zərər, 56.80 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat xidmət haqqı müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-867/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-867/2023
06.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver