Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-91/2025 31.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “subroqasiya qaydasında pul” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan ümumilikdə ödənilmiş 11500 manat pul sığorta ödənişinin və ayrıca ödənilmiş 124.50 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh oğlundan ümumilikdə ödənilmiş 10449 manat pul sığorta ödənişinin və ayrıca ödənilmiş 124.50 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirmişdir ki, iş məhkəmə icraatında olduğu zaman Cavabdeh məhkəməyə sənədlər təqdim edərək borcun müəyyən bir qisminin zərərçəkənlərə ödənildiyi barədə mülahizə bildirmişdir. Verilmiş sübutlar qiymətləndirilərkən zərərvuran Cavabdeh “Hyundai Tucson” markalı ** TD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X6 ilə ödəniş edilməsi səbəbi ilə aralarında barışıq olduğu aşkar edilib. Hesab edir ki, zərərçəkən X4 ödənilmiş 1051 manat zərərvuran Cavabdeh tərəfindən ödənildiyi üçün iddia məbləğində azalma edilməli, ümumi iddia məbləği olan 11500 manatdan çıxılmalı, qalan məbləğ 10449 manat hesab edilməlidir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-98/2022 nömrəli hökmünə əsasən, xx.xx.2020-ci il tarixdə Cavabdeh oğlunun tərəfindən idarə olunan “Ravon Nexia R3” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Renault Megane” markalı, ** NT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “Hyundai Tucson” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, X13 Eyvaz oğlu vəfat eləmiş, Abbasova Nüşabə Fərman qızı az ağır dərəcəli xəsarət almışdır. İş materiallarına əlavə edilmiş icbari sığorta müqaviləsindən çıxarışdan görünür ki, sözügedən “Ravon Nexia R3” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da icbari sığorta müqviləsi ilə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş sığorta ödənişini təsdiq edən ödəniş tapşırığından da göründüyü kimi, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, zərərlərin qiymətləndirilməsi barədə hesabata əsasən “Renault Megane” markalı, ** NT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 5868 saylı ödəniş tapşırığına uyğun olaraq X11 oğluna 3949 manat, “Hyundai Tucson” markalı ** TD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə PRP**********962 saylı ödəniş tapşırığına görə 1501 manat, hadisə zamanı vəfat etmiş X15 oğluna görə 4565 saylı ödəniş tapşırığına uyğun olaraq X7 3750 manat, 4617 saylı ödəniş tapşırığına uyğun olaraq X1 1250 manat, az ağır xəsarət almış Abbasova Nüşabə Fərman qızına 4572 saylı ödəniş tapşırığına uyğun olaraq 1500 manat sığorta ödənişi həyata keçirmiş, ümumilikdə 11500 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş, Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(006)-98/2022 saylı hökmündən həmçinin aydın olur ki, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh oğlu olmuşdur. xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi CM-nin 263.2-ci maddəsi ilə, hadisə yerindən qaçdığına görə də CM-nin 264-cümaddəsi ilə təqsirli bilinmişdir. Belə ki, Cavabdeh oğlu hadisə yerindən qaçdığına görə ona qarşı subroqasiya hüququ yaranmışdır.
Tərəflərin izahatları:
4. İddiaçı "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi elektron kabinet vasitəsilə ərizə verərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, keçən iclas cavabdeh qeyd etmişdir ki, növbəti iclas ödəniş qəbzlərini təqdim edəcək. Lakin hazırda həmin qəbzləri təqdim etmir. 4000 manatla bağlı onlara ödəniş qəbzi təqdim olunsa da, 6000 manat ödənişə dair hər hansı qəbz təqdim olunmayıb. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini azaldılmış həcmdə qəbul etdi əlavə olaraq bildirdi ki, öncəki iclas qəbzləri təqdim edəcəyini bildirmişdi, lakin qəbzlər hazırda olmadığı üçün təqdim edə bilmir. X8 varisinə 10000 manat pul ödəmişdir 4000 manatın qəbzi əlavə olunub, 6000 manatın qəbzi isə yoxdu. X12 oğluna “Hyundai Tucson” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 500 manat pul ödəyib sığortadan əlavə. Odur ki, ödənişlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi.
İş materialları:
7. 04.03.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 124.50 manat dövlət rüsumu ödənilmişdir.
8. xx.xx.2022-ci il tarixli, 104779 nömrəli sığorta aktının surətindən görünür ki, X15 oğlunun vərəsəsi X7 5000 manat məbləğində zərər dəymişdir, sığorta tərəfindən 3750 manat ödəniş edilmişdir.
9. xx.xx.2022-ci il tarixli, 104813 nömrəli sığorta aktının surətindən görünür ki, X11 oğluna məxsus “Renault Megane” markalı, ** NT *** dövlət qeydiyyat nişanlı avtomobilə 6914 manat məbləğində zərər dəymişdir, sığorta tərəfindən 3949 manat ödəniş edilmişdir.
10. xx.xx.2022-ci il tarixli, 104814 nömrəli sığorta aktının surətindən görünür ki, X12 oğluna məxsus “Hyundai Tucson” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtomobilə 1840 manat məbləğində zərər dəymişdir, sığorta tərəfindən 1051 manat ödəniş edilmişdir.
11. xx.xx.2022-ci il tarixli, 104782 nömrəli sığorta aktının surətindən görünür ki, Abbasova Nüşabə Fərman qızına zərərlə bağlı 1500 manat məbləğində maddi ziyan ödənilmişdir.
12. xx.xx.2022-ci il tarixli, 104784 nömrəli sığorta aktının surətindən görünür ki, X15 oğlunun vərəsəsi X1 5000 manat məbləğində zərər dəymişdir, sığorta tərəfindən 1250 manat ödəniş edilmişdir.
13. 18.05.2022-ci il tarixli, 5868 nömrəli ödəniş tapşırığından görünür ki, "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti X11 oğluna 3949 manat ödəniş etmişdir.
14. 17.05.2022-ci il tarixli, PRP**********962 nömrəli ödəniş tapşırığından görünür ki, "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti X12 oğluna 1051 manat ödəniş etmişdir.
15. 16.05.2022-ci il tarixli, 4564 nömrəli ödəniş tapşırığından görünür ki, "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə 5975 manat ödəniş etmişdir.
16. 16.05.2022-ci il tarixli, 4564 nömrəli ödəniş tapşırığına əlavədən görünür ki, X7 3750 manat ödəniş etmişdir.
17. 17.05.2022-ci il tarixli, 4617 nömrəli ödəniş tapşırığından görünür ki, "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə 7412.20 manat ödəniş etmişdir.
18. 17.05.2022-ci il tarixli, 4617 nömrəli ödəniş tapşırığına əlavədən görünür ki, X2 1250 manat, X12 oğluna 1051 manat ödəniş etmişdir.
19. 17.05.2022-ci il tarixli, 4572 nömrəli ödəniş tapşırığından görünür ki, "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Abbasova Nüşabə Fərman qızına 1500 manat ödəniş etmişdir.
20. Dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, “Renault Megane” markalı, ** NT *** dövlət qeydiyyat nişanlı avtomobilə 6914 manat məbləğində zərər dəymişdir.
21. Dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, “Hyundai Tucson” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtomobilə 1840 manat məbləğində zərər dəymişdir.
22. 07 noyabr 2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh oğlunun tərəfindən idarə olunan “Ravon Nexia R3” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Renault Megane” markalı, ** NT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “Hyundai Tucson” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, X13 Eyvaz oğlu vəfat eləmiş, Abbasova Nüşabə Fərman qızı az ağır dərəcəli xəsarət almışdır. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, zərərlərin qiymətləndirilməsi barədə hesabata əsasən “Renault Megane” markalı, ** NT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 5868 saylı ödəniş tapşırığına uyğun olaraq X11 oğluna 3949 manat, “Hyundai Tucson” markalı ** TD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə PRP**********962 saylı ödəniş tapşırığına görə 1501 manat, hadisə zamanı vəfat etmiş X15 oğluna görə 4565 saylı ödəniş tapşırığına uyğun olaraq X7 3750 manat, 4617 saylı ödəniş tapşırığına uyğun olaraq X1 1250 manat, az ağır xəsarət almış Abbasova Nüşabə Fərman qızına 4572 saylı ödəniş tapşırığına uyğun olaraq 1500 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.20202-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, “Atəşgah" Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 11500 manat pulun 10 iş günü ərzində İddiaçı Sığota Şirkəti ASC-yə ödəməsi xahiş edilmişdir. Cavabdeh bildirilir ki, zərər məbləğini qeyd edilən müddət (10 iş günü) ərzində şirkətə ödəməsə, İddiaçı Sığorta Şirkəti ASC müvafiq iddia ərizəsi ilə məhkəmə orqanlarına müraciət edəcəkdir və bununla bağlı bütün məhkəmə xərcləri ondan tutulacaqdır.
23. X12 oğlunun xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, ona və nəqliyyat vasitəsinə dəymiş zərər Cavabdeh tərəfindən ödənilmişdir və onunla barışmışdır. Ona qarşı hər hansı tələbi, iddiası və şikayəti yoxdur.
24. X16 oğlunun xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, ona və nəqliyyat vasitəsinə dəymiş zərər Cavabdeh tərəfindən ödənilmişdir və onunla barışmışdır. Ona qarşı hər hansı tələbi, iddiası və şikayəti yoxdur.
25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 oktyabr 2024-cü il tarixli, 9/4038 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı, “Renault Megane” markalı, ** NT *** dövlət qeydiyyat nişanlı minik avtomobilin təmir-bərpa xərci təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla dəyişilməli hissələrin qiyməti 5173 manat, təmir-bərpa işlərinin qiyməti 1740.28 manat, aşınma tətbiq edilməklə dəyişilməli hissələrin qiyməti 4661.28 manat, təmir-bərpa işlərinin qiyməti 1740.28 manat təşkil edir. 2007-ci il buraxılışlı, “Hyundai Tucson” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı minik avtomobilin təmir-bərpa xərci təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla dəyişilməli hissələrin qiyməti 1040 manat, təmir-bərpa işlərinin qiyməti 800 manat, aşınma tətbiq edilməklə dəyişilməli hissələrin qiyməti 612 manat, təmir-bərpa işlərinin qiyməti 800 manat təşkil edir.
İşin faktiki halları:
26. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh oğlu tərəfindən idarə olunan “Ravon Nexia R3” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Renault Megane” markalı, ** NT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “Hyundai Tucson” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. X13 Eyvaz oğlu vəfat eləmiş, Abbasova Nüşabə Fərman qızı az ağır dərəcəli xəsarət almışdır. Cavabdehə məxsus “Ravon Nexia R3” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində icbari sığorta müqviləsi ilə sığortalanmışdır. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, zərərlərin qiymətləndirilməsi barədə hesabata əsasən “Renault Megane” markalı, ** NT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər görə X11 oğluna 3949 manat, “Hyundai Tucson” markalı ** TD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər görə X12 oğluna 1501 manat, hadisə zamanı vəfat etmiş X15 oğluna görə X7 3750 manat, X1 1250 manat, az ağır xəsarət almış Abbasova Nüşabə Fərman qızına 1500 manat sığorta ödənişi həyata keçirmişdir. Hazırda iddiaçı cavabdehdən 10449 manat məbləğində sığorta ödənişini tələb edir.
Tətbiq edilən hüquq:
27. "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun:
14-cü maddəsinə əsasən, fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün aşağıdakı hallar hesab edilir: 14.1.1. şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması; 14.1.2. şəxsin əmək qabiliyyətini tam və ya qismən itirməsi (əlillik); 14.1.3. şəxsin ölümü. 14.2. Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 14.2.1. zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi — 100 faiz; 14.2.2. zərərçəkənin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş elan edilməsi — 100 faiz; 14.2.3. zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində onun əlilliyinin, o cümlədən sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması: 14.2.3.1. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80 faiz; 14.2.3.2. orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60 faiz; 14.2.3.3. orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40 faiz; 14.2.4. əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması – 30 faiz; 14.2.5. yüngül xəsarət alması – 15 faiz. 25.1-ci maddəsinə əsasən, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə; sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda yaranır. 25.2-ci maddəsinə əsasən, Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit etdiyi razılaşmadır. 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən, sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3-cü maddəsinə əsasən, sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 925.6-cı maddəsinə əsasən, əmlakın tam məhv olması dedikdə, həmin əmlakın sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin sığorta müqaviləsində müəyyən edilmiş həddən çox olması başa düşülür. 926-cı maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
29. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın:
35.2-ci maddəsinə əsasən, aşağıdakı hallarda sığorta ödənişi verilərkən köhnəlmə əmsalı tətbiq olunmur: - avtomobilin tam məhvi. - avtomobilin istehsal tarixindən 2 ildən az müddətin keçməsi.
Məhkəmənin mövqeyi:
30. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
31. Belə ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh oğlu tərəfindən idarə olunan “Ravon Nexia R3” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil “Renault Megane” markalı, ** NT *** dövlət qeydiyyat nişanlı avtomobil və “Hyundai Tucson” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. X13 Eyvaz oğlu vəfat eləmiş, Abbasova Nüşabə Fərman qızı az ağır dərəcəli xəsarət almışdır.
32. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericiliyin normalarını pozan hərəkəti nəticəsində “Renault Megane” markalı, ** NT *** dövlət qeydiyyat nişanlı, “Hyundai Tucson” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmuş, X15 oğlu vəfat eləmiş, Abbasova Nüşabə Fərman qızı az ağır dərəcəli xəsarət almışdır. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Renault Megane” markalı, ** NT *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə 3949 manat, “Hyundai Tucson” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə 1051 manat, X7 3750 manat, X1 1250 manat, Abbasova Nüşabə Fərman qızına 1500 manat sığorta ödənişi həyata keçirmişdir. Həmçinin Tağıyev X10 Zəfər Mikayıl oğluna və nəqliyyat vasitəsinə dəymiş zərəri ödəmişdir.
33. Qanunvericiliyin tələbinə əsasən hazırki halda iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranır. Göründüyü kimi cavabdehin təqsirli hərəkətləri nəticəsində avtomobillərə və fiziki şəxslərə ziyan dəymişdir.
34. Məhkəmə, qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir.
35. Dəymiş maddi ziyanın həcmi ilə bağlı qeyd edilməlidir ki, Dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, “Renault Megane” markalı, ** NT *** dövlət qeydiyyat nişanlı avtomobilə 6914 manat, “Hyundai Tucson” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtomobilə 1840 manat məbləğində zərər dəymişdir. Məhkəmənin qərardadı əsasında məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 oktyabr 2024-cü il tarixli, 9/4038 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı, “Renault Megane” markalı, ** NT *** dövlət qeydiyyat nişanlı minik avtomobilin təmir-bərpa xərci təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla dəyişilməli hissələrin qiyməti 5173, təmir-bərpa işlərinin qiyməti 1740.28 manat, aşınma tətbiq edilməklə dəyişilməli hissələrin qiyməti 4661.28, təmir-bərpa işlərinin qiyməti 1740.28 manat təşkil edir. 2007-ci il buraxılışlı, “Hyundai Tucson” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı minik avtomobilin təmir-bərpa xərci təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla dəyişilməli hissələrin qiyməti 1040, təmirbərpa işlərinin qiyməti 800 manat, aşınma tətbiq edilməklə dəyişilməli hissələrin qiyməti 612, təmir-bərpa işlərinin qiyməti 800 manat təşkil edir.
36. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 35.2-ci maddəsinə əsasən, “Renault Megane” markalı, ** NT *** dövlət qeydiyyat nişanlı avtomobil 2006-cı il, “Hyundai Tucson” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtomobil 2007-ci il buraxılışlı olduğu üçün və avtomobillərin istehsal tarixindən 2 ildən çox müddət keçdiyindən dəyişilməli hissələrin və təmir-bərpa işlərinin aşınma tətbiq edilməklə qiyməti müəyyən edilməlidir.
37. Hazırki halda "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərər dəymiş avtomobillərin sahiblərinə, vəfat etmiş və zərərçəkən şəxsə dəymiş zərərə görə 10449 manat ödəniş edilmişdir. odur ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmə baxışının hədləri:
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmə xərcləri:
39. İddia tələbi təmin olunduğundan və iddiaçı tələb etdiyindən ödənilmiş dövlət rüsumu 124.50 manat cavabdehdən tutulmalıdır.
40. Məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
Nəticə:
41. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh dəymiş maddi ziyanın əvəzi 10449 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu 124.50 manat tutularaq "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi 10449 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu 124.50 manat tutularaq "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova