Məhkəmə qərarları › İş №e-2(008)-1106/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1106/2024

04.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1106/2024 04.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 730 (yeddi yüz otuz) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumunun, ümumilikdə 760.40 (yeddi yüz altmış manat qırx qəpik) məbləğin iddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra - Şirkət) “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” ilə sığortalanmış, etibarnamə əsasında Cavabdeh tərəfindən idarə olunan “Hyundai Getz” minik markalı, ** NY *** d.q.n.-lı avtomobillə “X3” minik markalı, ** VL *** d.q.n.-lı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Sözügedən sığorta hadisəsi ilə bağlı tərtib olunmuş qüsur aktına uyğun olaraq “X3” minik markalı, ** VL *** d.q.n.-lı avtomobilə 730 (yeddi yüz otuz) manat məbləğində zərər dəydiyi müəyyən edilmiş və həmin məbləğdə sığorta ödənişi Şirkət tərəfindən zərərçəkmiş şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Binəqədi rayon DYPŞ tərəfindən qəbul olunmuş İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli Qərara əsasən, hadisə ilə əlaqədar “Hyundai Getz” minik markalı, ** NY *** d.q.n-lı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələri ilə müəyyən edilmiş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək inzibati cərimə edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Pretenziya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə baxmayaraq Cavabdeh tərəfindən hər hansı vəsait ödənilmədiyinə görə törətdiyi mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi olaraq 730 (yeddi yüz otuz) manat məbləğində sığorta ödənişi Şirkət tərəfindən zərərçəkənə ödənildiyindən, Şirkətin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə uyğun olaraq Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş,cavabdeh isə məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, "xxxx" ASC tərəfindən verilmiş şəhadətnamədən görünür ki, PDS ********** saylı siğorta müqaviləsinə əsasən siğortalı «Hyundai Getz» markalı, 55BS378 dövlət qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən – xx.xx.2021-ci il tarixədək məbləğində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ” ASC-də icbari siğorta ilə siğortalanmışıdr. İXP seriyalı, ******* nömrəli İnzibati Xəta haqqında protokolun surətindən görünür ki, «Hyundai Getz» markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsu Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-327.6cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - İnzibati tənbeh vermə haqqında TP seriyalı, ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikaıs İXM-nin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir.. Dəymiş zərərin qiymətləndirilməsinə dair xx.xx.2021-ci il tarixli hesabatdan görünür ki, X3 markalı ** VL *** dövlə qeydiyyat nişanlı avtomobilə 730 manat ziyan dəymişdir. "xxxx" ASC tərəfindən verilmiş siğorta ödənişi ilə bağlı 7831 nömrəli aktdan görünür ki, PDS ********** saylı siğorta şəhadənaməsin əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ” ASC-də xx.xx.2020-ci il tarixdən – xx.xx.2021-ci il tarixədək icbari siğorta ilə siğortalanmış Hyundai Getz» markalı, 90NY432 dövlət qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsəi zamanı X3 markalı ** VL *** dövlə qeydiyyat nişanlı avtomobilə 730 manat məbləğində ziyan dəymiş olduğundan, 730 manat məbləğind pul vəsaiti X1 ödənilməsi qərarlaşdırılmışdır. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən “X3” markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1 730 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən ödənilən 730 manat pul vəsaiti Cavabdeh geri tələb edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 30 manat dövlət rüsumu ödənilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İcbari Sığorta Haqqında Azərbaycan Respublikası qanununu 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" ASC-də icbari siğorta ilə siğortalı olan «HYUNDAİ GETZ” markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh xx.xx.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi törədərək, “X3” markalı ** VL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzə icraat aparılmışdır. Nəticədə “X3” markalı ** VL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 730 manat məbləğində ziyan dəymişdir. "xxxx" ASC tərəfindən 730 manat məbləğində sığorta ödənişi zərərdəymiş avtomobilin mülkiyyətçisinə ödənilmişdir. Cavabdeh barəsində tərtib edilmiş inzivati xəta haqqında protokol və qərardan da məlum olur ki, xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh, hadisə yerindən yayınmışdır. Ona görə də iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “"xxxx" ASC-də sığortalanmış «HYUNDAİ GETZ” markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfində zərər vurulmuş avtomobilə dəymiş zərər "xxxx" ASC tərəfindən tam şəkildə ödənildiyindən və icbari siğorta ilə siğortalanmış təqsirli sürücü hadisə yerindən yayındığından "xxxx" ASC həmin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli hesab edilən şəxsdən, yəni Cavabdeh sığorta ödənişinin geri tələb etməkdə haqlıdır, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumu iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, iddia tələbi təmin edilməli, Cavabdeh 730 manat məbləğində pul və 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 730 (yedi yüz otuz)) manat məbləğində pul və 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar