Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1264/2025 05.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 855,26 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nərimanov filialı (bundan sonra bank) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kartmane debet karta dair əsas şərtlər – razılaşmaya əsasən **********6944-749961 saylı kart hesabı açılmışdır. Cavabdehin kartına xx.xx.2024-cü il tarixində birbank vasitəsi ilə C2C edilmiş, daha sonra əməliyyatdan imtina edilib və vəsait geri çəkilmişdir. Lakin vəsait geri çəkilmədən müştəri kart hesabındakı pulu istifadə etmişdir. Nəticədə həmin pul geri çəkildiyi zaman hesabda 841,26 AZN overdraft borcu yaranmışdır. Hal-hazırda Cavabdeh xx.xx.2024-cü il tarixinə 841,26 manat overdraft borcu və Bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 14 manat faiz borcu olmaqla, cəmi 855,26 manat borcu vardır. Tərəflərindən Cavabdeh bu barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş və bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh bu günədək banka məxsus olan pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə, Cavabdeh bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla banka maddi zərər vurmuşdur. Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair müştəri ilə bank arasında bağlanan müqavilənin ümumi şərtlərinin 7.23-cü maddəsinə müştəri kart hesabı üzrə yaranan overdraft və ya texniki overdraft borcunu, bu haqda bankdan məlumat alan tarixdən etibarən bank tərəfindən daha qısa müddət müəyyən edilməmişdirsə, 30 təqvim günü müddətində banka ödəməyi öz öhdəsinə götürür. Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair müştəri ilə bank arasında bağlanan müqavilənin ümumi şərtlərinin 7.24-cü maddəsinə əsasən müştəri kart hesabı üzrə overdraft və ya texniki overdraft yarandığı təqdirdə, bu haqda müştəriyə telefon, email və ya sms vasitəsilə məlumat verilir. Müştəri yaranan borcu banka overdraftın və ya texniki overdraftın yarandığı gündən etibarən 30 (otuz) təqvim günü ərzində ödəməzsə, bu halda overdraft borcu məbləğinə müvafiq razılaşmada müəyyən edilmiş həcmdə illik faiz dərəcəsi ilə faiz hesablanır və müştəri hesablanan kredit borcunu qəbul etməklə banka ödəməyi öz öhdəsinə götürür. Daha sonra iddiaçının nümayəndəsi X3 iddia tələbinə dəqiqləşmə ərizəsi təqdim edərək, cəmi 855.26 manat borcun 841.26 manatı overdraft borcu və 14 manatı isə ona hesablanmış faiz borcu kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək bildirdi ki, overdraft borcudur, arayışda da ətraflı şəkildə məlumat vermişdir. Tərəfə debit və ya kredit kartının hansının verildiyi barədə məlumatı yoxdur, amma balansdakı məbləğdən əlavə istifadə etmiş, ona görə overdraft yaranmışdır. 841.26 manat overdraft borcudur. Əsassız varlanmışdır. Həmçinin 5 faiz əldən çıxmış faydanı da hesablamışlar. Ekspert rəyi də var. Boş kart verilir, ordakı məbləği istifadə edirlər, karta vəsait qoyduqca illik 4 faiz depozit gəliri də verilir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, bankın vəsaitini istifadə etməmiş, götürdüyü məbləği də qaytarmışdır. Qeyd edilən hal 2023-ci ildə baş veribsə, indi nə üçün tələb etdiklərini anlamır. Banka kredit borcu vardır, amma vaxtında ödəyir. Banka zəng edəndə ona bildirmişlər ki, yanlış anlaşılma olub. Bankın pul götürdüyü filialına müraciət etmiş, sistemə baxıb ona borcunun olmadığını demişlər. O, bankdan kart götürmüşdür, içində də məbləğ var idi, içində təxminən 30000 manat vardı, həmin bankdan tək bu kartı götürmüş, bu kredit kartıdır. Bankın əməkdaşları ona texniki problem olduğunu, bir də belə bir şey olmayacağını demişdi. Bütün müqavilələr üzrə o, borcunu bağlamışdır. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən sonuncuya 60 ay müddətinə illik 4% gəlir faizi ilə debet kartı verilmiş, Bankın internet səhifəsində yerləşdirilmiş müqavilənin ümumi şərtləri qəbul edilmişdir. - İddiaçı ASC-nin fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair müştəri ilə bank arasında bağlanan xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş müqavilənin ümumi şərtlərinə əsasən bank ilə müştəri arasında yazılı razılaşmanı təsdiq edən, ayrı-ayrı bank xidmətlərinin təqdim edilməsi üsulunu, onların həyata keçirilməsi və istifadəsi, habelə tərəflərin hüquq və vəzifələri ilə bağlı şərtləri müəyyən edən, tərəflər arasında münasibətləri tənzimləyən bu ümumi şərtlərdən və müştəri tərəfindən imzalanmış, müştərinin istifadə edəcəyi bank xidmətlərinin əsas şərtlərinin müəyyən edildiyi razılaşmalardan (bundan sonra “razılaşma”) ibarət ikitərəfli yazılı əqddir. Həmin müqaviləyə əsasən: 7.21. Müştəri bu müqavilə ilə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla bank qarşısında bu müqavilə üzrə yaranmış istənilən borcu banka ödəməlidir. ödəmələr kart hesabının valyutasına müvafiq olaraq qəbul edilir. borcların banka ödənilməsi zamanı bank tərəfindən müəyyən edilən valyuta məzənnələri əsas kimi götürülür. Müştəri kart hesabında texniki overdraft yaranacağı təqdirdə Kartın bloklaşdırıla və istifadəsinin dayandırıla biləcəyini başa düşür, bu halda bütün borc və öhdəlikləri təcili yerinə yetirməyi və bununla əlaqədar bu müqavilədə nəzərdə tutulmuş qaydada hesablanacaq cərimə məbləğini ödəməyi öhdəsinə götürür. 7.24. Kart hesabı üzrə Overdraft və ya Texniki Overdraft yarandığı təqdirdə, bu haqda Müştəriyə telefon, email və ya SMS vasitəsilə məlumat verilir. Müştəri yaranan borcu banka overdraftın və ya texniki overdraftııı yarandığı gündən etibarən 30 (otuz) təqvim günü ərzində ödəməzsə, bu halda overdraft borcu məbləğinə müvafiq razılaşmada müəyyən edilmiş həcmdə illik faiz dərəcəsi ilə faiz hesablanır və müştəri hesablanan kredit borcunu qəbul etməklə Banka ödəməyi öz öhdəsinə götürür. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə overdraft nəticəsində yaranan borcu 841.26 manat, 14 manat faiz borcu olmaqla, cəmi 855.26 manat borcu vardır. - xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank tərəfindən Cavabdeh 855.26 manat borcu yarandığı bildirilmiş, banka olan borcunun 3 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə, borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh kart hesabının qalığından artıq məbləğlərdə əməliyyatlar aparmaqla (texniki overdraft), hesabında olmayan vəsaitdən istifadə etmiş və bununla da hüquqi əsası olmadan bankın vəsaiti hesabına əsassız varlanmışdır. Beləliklə, Cavabdeh məxsus kart hesabı üzrə texniki xəta nəticəsində 841.26 manat overdraft borcu yaranmış, xx.xx.2024-cü il tarixinə Cavabdeh İddiaçı ASCyə ümumi borcu 855.26 manat olmuşdur (841.26 manat əsas borc, 14 manat faiz borcu). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/2171 №-li ekspert rəyindən görünür ki, mövcud iş materiallarında olan sənədlərə (bank hesabından çıxarışlara) əsasən Cavabdeh **********6944-749961 saylı kredit kart hesabında xx.xx.2023-cü il tarixində 2000,00 manat pul məbləğinin olması müəyyən edilir. İş materiallarında olan mövcud sənədlərə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh məxsus **********6944-749961 saylı kredit kart hesabından 1689,67 manat məbləğində overdraft məbləğinin yaranmasına səbəb olan məxaric məbləğinin olması və 848,41 manat məbləğində overdraft məbləğinin geri qaytarılması üzrə mədaxil olması müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilən sənədlərə əsasən Cavabdeh məxsus **********6944-749961 saylı kredit kart hesabından ümumilikdə 841.26 manat məbləğində overdraft borcu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 841.26 manat məbləğində overdraft borcu, 14 manat məbləğində illik faiz borcu, cəmi 855.26 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə hesab edir ki, 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 841.26 manat məbləğində overdraft borcu, 14 manat məbləğində illik faiz borcu, cəmi 855.26 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutulsun və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-1264/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1264/2025
05.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver