Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1289/2023 13.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi (anası) X3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh yaşadığı ünvan 1 ünvanda yerləşən mənzilində olan: qızıl-zinət əşyaları - çəkisi 4 qram olan 750 əyyarlı, 450 manatlıq tək qaşlı üzüyün, çəkisi 7,5 qram olan 585 əyyarlı halqalı, 600 manatlıq brilyant qaşlı paxlava üzüyün, çəkisi 7,3 qram, 750 əyyarlı 1.200 manatlı brilyant qaşlı sırğa və üzüyün, çəkisi 2,5 qram, 750 əyyarlı tək qaşlı 250 manatlıq üzüyün, çəkisi 8,5 qram olan 750 əyyarlı 900 manatlıq tros sep və qolbağın, çəkisi 2,1 qram olan 585 əyyarlı Türkiyə istehsalı, 200 manatlıq yaslı fason üzüyün, çəkisi 4,0 qram olan 585 əyyarlı Türkiyə istehsalı, 600 manatlıq brilyant qaşlı "obodok" üzüyun, çəkisi 10,0 qram olan 750 əyyarlı,1.000 manatlıq sep, sirğa və diyircəkli qaşı olan üzük dəstinin, çəkisi 3,0 qram olan 585 əyyarlı 250 manatlıq nazik sep və klonun, çəkisi 2,0 qarm olan 585 əyyarlı, 150 manatlıq uşaq sırğasının, çəkisi 2,0 qaram olan 585 əyyarlı, 150 manatlıq tək qaşlı uşaq üzüyünün cavabdehdən alınaraq ona verilməsi, bu mümkün olmadıqda, həmin zinət əşyalarının ümumi dəyəri olan - 5.750 manat pulun alınıb ona verilməsi barədə, himayəsində olan azyaşlı uşağın istifadəsi üçün olan 1 ədəd uşaq yataq çarpayısının tumbuçkası ilə birlikdə cavabdehdən alınaraq ona verilməsi, bu mümükün olmadıqda onların dəyərini təşkil edən - 250 manat məbləğində pulun alınıb ona verilməsi barədə, məişət əşyaları - uşaq oyun cihazı "plesteyşen" - 350 manat, karaoki-mikrofon - 150 manat, televizor "Samsunq" - 300 manat, ağ rəngli xalıça, 2X3,5 metr ölçüdə - 140 manat, uşaq odeyalı 2 ədəd - 100 manat, yataq örtüyü 1 ədəd (sarı-ag rəngdə) - 135 manat, yataq örtüyü, qırmızı rəngli - 100 manat, yun yorğan, 2 ədəd - 100 manat, çəhrayı və qəhvəyi rəngli 2 ədəd yorğan - 50 manat, yun döşək, 1 ədəd - 50 manat, balışlar, 6 ədəd - 100 manat, qırmızı rəngli 6 ədəd fujer - 30 manat, kofe fincanı 6 ədəd - 15 manat, kofe nəlbəkisi 6 ədəd - 10 manat, "madonna" tort qabı, kvadrat formada - 30 manat, Rusiya istehsalı elektrik tort bişirən - 100 manat, ağ rəngli 12 ədəd plov və 12 ədəd salat üçün boşqab - 70 manat, qaşıq-bıçaq-çəngəl dəsti çamadanda – 150 manat, boşqab 30 ədəd - 70 manat, uzun fujer 5 ədəd - 20 manat, çaynik 2 ədəd - 50 manat, qırmızı rəngli kvadrat formalı 1 ədəd adi və 1 ədəd dərin tort qabı - 20 manat, xrustal stəkan 18 ədəd - 20 manat, "madonna" mürəbbə qabları 12 ədəd - 15 manat, göy rəngli 12 ədəd nəlbəki - 15 manat, qədəh 6 ədəd - 10 manat, ağ və qırmızı rənli qazan dəstləri - 60 manat, göy rəngli qazanlar - 30 manat, dəst çaynik - 25 manat, tort qabı 6 ədəd kiçik boşqabla - 25 manat, yemək qovurmaq üçün tas - 25 manat, plov bişirmək üçün qazan - 25 manat, çuqun vedrə - 15 manat, dəmir vedrə 1 ədəd - 10 manat, mürəbbə bişirmək üçün tas - 15 manat, sarı rəngli çaynik, nəlbəki və fincan dəsti - 20 manat, hər birindən 18 ədəd olan çəngəl, biçaq və qaşıq - 60 manat, göy rəngli qapaqlı şüşə qablar - 10 manat, çəhrayı rəngli yumru plasmass qablar - 10 manat, çömçələr - 30 manat, dolça 2 ədəd - 10 manat, kəfkir 4 ədəd - 15 manat, plov üçün böyük qaşıqlar 20 ədəd - 60 manat, dəst olmayan qaşıq, çəngəl və boşqablar - 50 manat, ütü, paltar üçün - 30 manat, ütü, saç üçün - 20 manat, dırnaq aparatı qel ilə birlikdə - 35 manat, hamam dəsmalı 3 ədəd, 2 ağ və sarı - 60 manat, qətibə, 6 ədəd - 50 manat, çay dəsmalları 16 ədəd - 40 manat, vilur süfrə 3 ədəd - 25 manat, qara rəngli süfrə 3 ədəd (salfetka ilə) - 45 manat, ağ rəngli süfrə 2 ədəd (salfetka ilə) - 30 manat, qırmızımtıl rəngli sürfə - 20 manat, canamaz (qədimi təsbeh və möhürlə) - 150 manatın alınib ona verilməsi barədə, bu mümkün olmadıqda həmin əşyaların dəyəri olan cəmi - 3000 manat pulun alınıb ona verilməsi barədə, şəxsi və geyim əşyaları - "ayfon 8+" markalı, 256 q/bayt, mobil telefon cihazı - 2.000 manat, qara rəngli qısa şuba - 350 manat, qəhvəyi rəngli, tüklü jilet - 200 manat, qəhvəyi rəngli qısa jilet - 60 manat, süd rəngli gödəkçə - 50 manat, qara rəngli gödəkçə - 50 manat, qırmızı rəngli gödəkçə - 50 manat, qara rəngli balonka gödəkçə - 40 manat, qara rəngli yubka və pencəkdən ibarət kostyüm - 50 manat, boz rəngli uzun paltar - 120 manat, qara rəngli 2 ədəd düyməli köynək - 40 manat, qara rəngli düyməli köynək - 20 manat, sarı rəngli 3-lü dəst idman forması - 25 manat, qırmızı rəngli 3-lü dəst idman forması - 50 manat büzməli və zərli yupka - 20 manat, qara rəngli, arxadan şunurkalı köynək - 20 manat, sarı rəngli şifon köynək - 80 manat, büzməli sarı köynək - 15 manat, ağ paloskalı düyməli köynək - 15 manat, sarı rəngli fasonlu yun köynək - 15 manat, ağ paloskal köynək - 15 manat, cins şort - 20 manat, cins qısa şort, 1 ədəd - 10 manat, qara rəngli uzun ətəkli yubka - 15 manat, sarı rəngli düyməli köynək "guees" - 15 manat, sarı rəngli düyməli köynək - 10 manat, ağ şalvar - 20 manat, cins şalvar, 4 ədəd - 50 manat, süd rəngli qoluaçıq köynək - 15 manat, biserli qara köynək - 15 manat, yaşıl rəngli 1 ədəd yun paltar - 15 manat, qara rəngli besırlı yun paltar, təzə - 35 manat, göy rəngli yun köynək - 15 manat, ağ qaroşkalı şifon köynək - 15 manat, göy rəngli, yuxarısı tül olan köynək - 15 manat, boz rəngli qoluaçıq biserli köynək - 20 manat, qara rəngli uzunqol köynək - 15 manat, ağ şifon köynək -15 manat, qara rəngi, qabağı biserli düyməli köynək - 20 manat, sarımtıl düyməli köynək - 10 manat, çəhrayı düyməli köynək - 10 manat, qara rəngli şəkilli köynək - 15 manat, boz rəngli, yanları açıq qaşlı köynək - 10 manat, ağ rəngli, üzərində yazılar və şəkil olan köynək - 10 manat, ağ rəngli jilet - 10 manat, qara rəngli zamoklu jaket - 15 manat, qəhvəyi şərf - 10 manat, tulum qaroşkalı - 25 manat, göy rəngli çimərlik paltarı - 30 manat, qara rəngli çimərlik paltarı - 20 manat, qara rəngli sarafan - 15 manat, qara-qırmızımtıl sarafan - 20 manat alınıb ona verilməsi, bu mümkün olmadıqda həmin əşyaların ümumi dəyəri olan cəmi - 3.770 manat pulun, ümumilikdə bütün əmlakına görə cəmi - 12.770 (on iki min yeddi yüz yetmiş) manat pulun alınib ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur, nikahlarından 3 övladları doğulmuşdur. 2021-ci ilin əvvəllərindən cavabdehlə münasibətləri pozulduğu üçün iki azyaşlı uşaqla xx.xx.2021-ci il tarixdən valideynlərinə məxsus evə qayıtmışdır. Həmin gün cavabdeh atasını və qardaşını yaşadığı evə dəvət edib onlara barəsində əsassız şər-böhtan söyləmiş, iddiaçını və iki azyaşlı uşağı götürüb aparmalararını onlardan tələb etmişdir. Mənzildən çıxan zaman cavabdeh və anası özünə məxsus geyim, cehiz, zinət əşyalarından heç birinin götürməsinə imkan verməmişlər. Bir müddət sonra barışacaqlarını fikirləşib mənzildən əynində olan bir dəst paltarla çıxmışdır. Barışmaq və ailəni saxlamaq mümkün olmadığından Cavabdeh iddia ərizəsi əsasında Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlardan ikisi iddiaçının, biri cavabdehin himayəsində qalmışdır. 2021-ci ilin mart ayının 20-dən Cavabdeh ayrı yaşamağına baxmayaraq, ona məxsus əmlak hələ də onun yaşadığı mənzildə qalmışdır. Əmlakının qaytarılmasına dair tələbini cavabdeh yerinə yetirməmiş, mübahisənin sülh yolu ilə məhkəmədən qabaq mediasiya proseduru çərçivəsində həll olunması nəticə verməmiş, mediator tərəfindən təyin olunan ilkin sessiyaya Cavabdeh gəlməmiş, məhkəmə qaydasında həll edilməsi zəruri olmuşdur. Cavabdehlə nikaha daxil olan zaman, habelə onunla nikahda olduğu dövründə, valideynləri və qohumları, cavabdeh və qohumları iddiaçıya müxtəlif məişət predmetləri və zinət əşyaları hədiyyə etmişlər. Hədiyyə verilmiş və hazırda cavabdehin faktiki sahibliyində qalmış əmlak iddia tələbində göstəriləndən ibarətdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (anası) X4 iddianı qəbul etməyərək, qeyd etdi ki, iddiaçı bütün geyimlərini aparmış, istədiyi qızıllar da onun özünə məxsus olmuş, o, sadəcə təxmaq üçün gəlininə vermişdir. Xahiş edir, iddia rədd edilsin. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, təqdim olunmuş fotoşəkillərdən aşağıdakı əmlakların və qızıl-zinyət əşyalrının iddiaçıya məxsus olması müəyyən edilmişdir: Çəkisi 2,5 qram olan 750 əyarlı tək qaşlı üzük – 250 manat, Çəkisi 2,1 qram olan 585 əyarlı yastı üzük – 250 manat, Çəkisi 3 qram olan 585 əyarlı nazik sep kulon– 250 manat, Çəkisi 2 qram olan 585 əyarlı uşaq sırqası – 150 manat, cəmi 900 manat. Eyni zamanda, aşağıdakılar müəyyən edilmiş və həmin əmlakların qiymətləndirilməsi məqsədilə iddiaçının vəsatəti əsasında iqtisad ekspertizası təyin edilmişdir: çəkisi 4 qram olan təkqaşlı üzük (750 əyar), çəkisi 7,5 qram olan halqalı brilyant qaşlı paxlava üzük və çəkisi 4 qram olan Türkiyə istehsalı brilyant qaşlı “obodok» üzük (585 əyar), çəkisi 7,3 qram olan brilyant qaşlı sırğa və üzük dəsti (750 əyar), çəkisi 8,5 qram olan tros sep və qolbağı (750 əyar), 10 qram olan sep, sırğa, diyircəyli qaşlı üzük dəsti (750 əyar) və 2 qram olan uşaq sırğası (750 əyar) süni xəzdən olan qara rəngli qısa şuba, süni xəzdən olan qəhvəyi rəngli tüklü gödəkcə, uşaq oyun cihazı "plesteyşen", karaoke-mikrofon, ağ rəngli xalça (2X3,5 metr ölçüdə), uşaq odeyalı, 1 ədəd yataq örtüyü (sarı-ag rəngdə), yataq örtüyü (qırmızı rəngli), qırmızı rəngli 6 ədəd fujer, Rusiya istehsalı elektrik tort bişirən, qaşıq-bıçaq-çəngəl dəsti. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 9/3945 №-li rəyə əsasən həmin əmlaklar aşağıdakı qaydada qiymətləndirilmişdir: çəkisi 4 qram olan təkqaşlı üzük (750 əyar) - 440 manat, çəkisi 7,5 qram olan halqalı brilyant qaşlı paxlava üzük – 638 manat, çəkisi 4 qram olan Türkiyə istehsalı brilyant qaşlı “obodok» üzük (585 əyar) – 340 manat, çəkisi 7,3 qram olan brilyant qaşlı sırğa və üzük dəsti (750 əyar) – 803 manat, çəkisi 8,5 qram olan tros sep və qolbağı (750 əyar) – 935 manat, 10 qram olan sep, sırğa, diyircəyli qaşlı üzük dəsti (750 əyar) – 1100 manat, 2 qram olan uşaq sırğası (750 əyar) – 220 manat, Cəmi 4476 manat, süni xəzdən olan qara rəngli qısa şuba - 350 manat, süni xəzdən olan qəhvəyi rəngli tüklü gödəkcə - 100 manat, uşaq oyun cihazı "plesteyşen" – 200 manat, karaoke-mikrofon – 20 manat, ağ rəngli xalça (2X3,5 metr ölçüdə) -250 manat, uşaq odeyalı – 10 manat, 1 ədəd yataq örtüyü (sarı-ag rəngdə) – 30 manat, yataq örtüyü (qırmızı rəngli) – 30 manat, qırmızı rəngli 6 ədəd fujer – 18 manat, Rusiya istehsalı elektrik tort bişirən – 30 manat, qaşıq-bıçaq-çəngəl dəsti – 80 manat, cəmi 1118 manat. İddia tələbində göstərilən digər əşyalara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Cavabdehin nümayəndəsi iddia etdiklərinə dair sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə aparılmış ekspertiza iddiaçı tərəfin vəsatəti əsasında təyin edildiyindən, ekspertizanın 50 manat dəyəri Məhkəmə Ekspertiza Mərkəzinə iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. çəkisi 2,5 qram olan 750 əyarlı tək qaşlı üzük – 250 manat, çəkisi 2,1 qram olan 585 əyarlı yastı üzük – 250 manat, çəkisi 3 qram olan 585 əyarlı nazik sep kulon– 250 manat, çəkisi 2 qram olan 585 əyarlı uşaq sırqası – 150 manat, çəkisi 4 qram olan təkqaşlı üzük (750 əyar) - 440 manat, çəkisi 7,5 qram Türkiyə istehsalı olan halqalı brilyant qaşlı paxlava üzük (585 əyar) – 638 manat, çəkisi 4 qram olan Türkiyə istehsalı brilyant qaşlı “obodok» üzük (585 əyar) – 340 manat, çəkisi 7,3 qram olan brilyant qaşlı sırğa və üzük dəsti (750 əyar) – 803 manat, çəkisi 8,5 qram olan tros sep və qolbağı (750 əyar) – 935 manat, çəkisi 10 qram olan sep, sırğa, diyircəyli qaşlı üzük dəsti (750 əyar) – 1100 manat, çəkisi 2 qram olan uşaq sırğası (750 əyar) – 220 manat, süni xəzdən olan qara rəngli qısa şuba - 350 manat, süni xəzdən olan qəhvəyi rəngli tüklü gödəkcə - 100 manat, uşaq oyun cihazı "plesteyşen" – 200 manat, karaoke-mikrofon – 20 manat, ağ rəngli xalça (2x3,5 metr ölçüdə) -250 manat, uşaq odeyalı – 10 manat, 1 ədəd yataq örtüyü (sarı-ag rəngdə) – 30 manat, yataq örtüyü (qırmızı rəngli) – 30 manat, qırmızı rəngli 6 ədəd fujer – 18 manat, Rusiya istehsalı elektrik tort bişirən – 30 manat, qaşıq-bıçaq-çəngəl dəsti – 80 manat dəyərində olan əşyalar, əşyalar olmadıqda isə onların dəyəri Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-1289/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1289/2023
13.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver