Məhkəmə qərarları › İş №e-2(008)-1398/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1398/2023

05.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1398/2023 05.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçı nümayəndəsi (vəkili) X7 iştirakları ilə İddiaçılar İddiaçı və X4 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə clasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X9 Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehdən ** SJ *** dövlət qeydiyyat nişanlı Hyundai Santafe markalı avtomobilin 1725 manat təmir xərcinin, 65 manat dövlət rüsumunun, qüsur aktının tərtib olunması üçün “Hyundai Gənclik ” servis mərkəzinə ödənilmiş 100 manat xidmət haqqının, hüquqlarının müdafiəsi üçün müqavilə üzrə vəkilə ödənilmiş 300 manat müqavilə dəyərinin, avtomobilin bazar satış dəyərinin itirməsini nəzərə alaraq 1000 manat kompensasiya dəyərinin, qəza nəticəsində vaxt itkisinin və mənəvi ziyanın təzminatı olaraq 1000 manat kompensasiyanın və cəm olaraq 4190 manat pulun birdəfəlik alınaraq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2022-cil tarixində saat 16:00 radələrində atası, digər iddiaçı X8 məxsus ** SJ *** dövlət qeydiyyat nişanlı Hyundai Santafe markalı avtomobili etibarnamə əsasında idarə edərkən Nardaran-Bilgəh yolunda hərəkətdə olarkən yol nəqliyyat hadisəsi baş vermişdir. Qəza baş verdikdən dərhal sonra 102 məlumat xidmətinə müraciət etmiş və hadisə yerinə Sabunçu RPİ-nin DYPŞ-nin polis əməkdaşları gəlmiş, lazımi sənədləşmə işləri aparılmış və qəzanın baş verməsində “KHAZAR LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinmişdir. Cavabdeh inzibati xəta haqqında iş üzrə inzibati tənbeh edilməsinə dair ******* №-li, xx.xx.2022-ci il tarixli qərar qanuni qüvvəyə minmişdir. Qəza nəticəsində ** SJ *** dövlət qeydiyyat nişanlı Hyundai Santafe markalı avtomobilə ziyan dəymişdir. Avtomobilə dəymiş ziyanın hesablanması məqsədi ilə “Hyundai Gənclik” rəsmi servis mərkəzinə müraciət edilmiş, servis tərəfindən Qüsur Aktı tərtib edilmiş və dəymiş ziyan 1725 manat müəyyən edilmişdir. “KHAZAR LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin 4-cü fəslində nəzərdə tutulmuş qaydada sığortalanmamış və təmir xərci cavabdeh tərəfindən ödənilməmişdir. Baş vermiş qəza və avtomobilin təmiri maddi ziyanla bərabər həm də mənəvi ziyana, xeyli vaxt itkisinə və əsəbə səbəb olmuşdur. Həmçinin ölkədəki avtomobil satışı praktikasına nəzər salınsa aydın olar ki, qəzanın baş verməsi və sonradan təmir edilməsi avtomobilin satış dəyərinin itirməsinə səbəb olur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onarın iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İddiaçı X9 ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddiaçı X9 və cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, avtomobil artıq İddiaçı vəsaiti hesabına təmir edilmişdir, yəni avtoqəzada zərərçəkmiş şəxs İddiaçı olmuşdur, iddiaçı X2 avtomobilin mülkiyyətçisi olduğundan iddia vermişdir, o, heç bir zərərə məruz qalmamışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, hesab edir ki, İddiaçı iddiası qismən təmin, iddiaçı X4 iddiası rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. ** SJ *** dövlət qeydiyyat nişanlı Hyundai Santafe markalı avtomobil (sonradan - Hundai) iddiaçı X1 (AC seriyalı 518424 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi). Həmin avtomobili xx.xx.2012-ci – xx.xx.2022-ci il tarixli etibarnamə əsasında digər İddiaçı idarə etmişdir. İddiaçı xx.xx.2022-cil tarixində saat 16:00 radələrində Hundai idarə edərkən Nardaran-Bilgəh yolunda hərəkətdə olarkən yol nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh tərəfindən idarə edilən “KHAZAR LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil (sonradan – KHAZAR) ilə toqquşmuşdur (yol nəqliyyat hadisəsinin sxemi). Sabunçu DYPŞ-in TP ******* №-li, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə qərarı ilə Cavabdeh inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində inzibati tənbeh tədbiq edilmişdir. X12 Departamenti tərəfindən xx.xx.2022-ci il tarixli qüsur aktı tərtib edilmiş və dəymiş ziyan 1725 manat müəyyən edilmişdir. Məhkəmənin təşəbbüsü ilə məhkəmə iqtisad ekspertizası təyin edilmişdir. Azərbycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 9/3918 №-li ekspert rəyinə əsasən iddiaçının avtomobilinə dəymiş zərərin məbləği 1515 manad müəyyən edilmişdir. Hazırda iddiaçılar 1725 manat məbləğində ziyanın, avtomobilin bazar satış dəyərinin itirməsini nəzərə alaraq 1000 manat kompensasiya dəyərinin, qəza nəticəsində vaxt itkisinin və mənəvi ziyanın təzminatı olaraq 1000 manat kompensasiyanın və məhkəmə xərclərinin cavabdehdən tutulmasını iəstəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi, cavabdeh tərəfindən törədilmiş delikt məhkəmə qərarı ilə təsdiq edilmiş, ekspertiza tərfindən isə avtomobilə dəyən zərər 1515 manat məbləğində müəyyən edilmişdir. İş matreiallarından göründüyü kimi, avtoqəza nəticəsində bütün xərclər İddiaçı tərəfindən həyata keçirilmiş, iddiaçı X9 hər-hansı bir ziyana düşməməişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə 1515 manat cavabdehdən İddiaçı xeyrinə tutulmalı, X4 iddiası rədd edilməlidir. İddiaçılar eyni zamanda avtomobilin bazar satış dəyərinin itirməsini nəzərə alaraq 1000 manat kompensasiya dəyərinin, qəza nəticəsində vaxt itkisinin və mənəvi ziyanın təzminatı olaraq 1000 manat kompensasiyanın tutulmasını da istəyir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən buna dair sübutlar təqdim edilmədiyindən iddia bu hissdə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçılar eyni zamanda aşağıdakı məhkəmə xərclərinin tutulmasını istəyir.: 65 manat dövlət rüsumunun, qüsur aktının tərtib olunması üçün “Hyundai Gənclik ” servis mərkəzinə ödənilmiş 100 manat xidmət haqqının, hüquqlarının müdafiəsi üçün müqavilə üzrə vəkilə ödənilmiş 300 manat müqavilə dəyərinin (həmin ödənişləri təsdiq edən ödəniş qəbzləri əlavə edilmişdir). Məhkəmə hesab edir ki, 35,15 manat dövlət rüsumu (1515 manat tutulduğu üçün), qüsur aktının tərtib olunması üçün ödənilmiş 100 manat xidmət haqqı və vəkilə ödənilmiş 300 manat cavabdehdən İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən mütəxəssislərə ödənilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflər hesab edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda məhkəmənin təşəbbüsü ilə iş üzrə ekspertiza təyin olunmuşdur, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 25 manat İddiaçı, 25 manat Cavabdeh tutulub X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 1515 manat maddi zərərin əvəzi tutulub İddiaçı xeyrinə ödənilsin. İddiaçı iddiası qalan hissədə rədd edilsin. 35,15 manat dövlət rüsumu, qüsur aktının tərtib olunması üçün ödənilmiş 100 manat xidmət haqqı və vəkilə ödənilmiş 300 manat cavabdehdən İddiaçı xeyrinə tutulsun. 29,85 manat dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatin 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə Cavabdeh tutulub X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İddiaçı X4 iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar