Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1426/2022 14.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdehlər Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, nzazl2089 saylı Kredit müqaviləsi üzrə 97143,38 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 2804,19 manat məbləğində faiz borcu və 0 manat məbləğində dəbbə borcu, cəmi 99947,57 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 389.9 manat məbləğində, cəmi 429,9 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 3-də, 0,02629 ha torpaq sahəsinə və onun üzərində yerləşən 250,9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 xx.xx.2019-cu il tarixli, nzazl2089 saylı kredit müqaviləsi üzrə cəmi 99947,57 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 429,9 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsi, ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 3-də, 0,02629 ha torpaq sahəsinə və onun üzərində yerləşən 250,9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldikdən və ev satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ünvan 3-də, 0,02629 ha torpaq sahəsindən və onun üzərində yerləşən 250,9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evindən çıxarılsın və ev boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı ASC iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh3 və Cavabdeh1 kredit müqaviləsi üzrə 72793,38 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 7591,58 manat məbləğində faiz borcu, cərimə borcuna görə 7756,88 manat olmaqla, cəmi 88141,84 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat, "xxxx" MMC-yə ödənilmiş 500 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 389.9 manat məbləğində, cəmi 929,9 manat pulun tutulması; tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 3-də, 0,02629 ha torpaq sahəsinə və onun üzərində yerləşən 250,9 kv.ııı ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmentinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 xx.xx.2019-cu il tarixli, nzazl2089 saylı kredit müqaviləsi üzrə cəmi 88141,84 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat, “Legal Hüquq və Ekspert Mərkəzi“ MMC-yə ödənilmiş 500 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 389.9 manat məbləğində, cəmi 929,9 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilsin. İpoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 3-də, 0,02629 ha torpaq sahəsinə və onun üzərində yerləşən 250,9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldikdən və ev satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi. Novruz küçəsi 28-də, 0,02629 ha torpaq sahəsindən və onun üzərində yerləşən 250,9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evindən çıxarılsın və ev boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Nizami» filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, nzaz12089 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 07% dərəcəsi olmaqla 48 ay müddətinə 150000 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu İl tarixli, nzaz12089 saylı saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh3 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh3 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh3 xx.xx.2019-cu il tarixli, nzaz12089 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 97143,38 Manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 2804,19 manat məbləğində faiz borcu və 0 Manat məbləğində dəbbə borcu, cəmi 99947,57 Manat təşkil edir. xx.xx.2019-cu il tarixli, nzazl2089 saylı Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 3-də, 0,02629 ha toıpaq sahəsi və onun üzərində yerləşən 250,9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli, nzaz!2089 saylı İpoteka müqaviləsinə əsasən İddiaçı ASC qarşısında yüklü edilmişdir. Bundan başqa İddiaçı ASC-ııin “Nizami» filialı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, nzaz12089 saylı Kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə digər cavabdeh - Cavabdeh1 ilə İddiaçı ASC-nin “Nizami» filialı arasında xx.xx.2019-cu ildə zaminlik müqaviləsi bağlanmışdır. Həmin Zaminlik müqavilələrinə görə zamin və borclu xx.xx.2019-cu il tarixli, nzazl2089 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, məhkəməyə təqdim edilmiş iddia ərizəsində və maliyyə arayışlarında xx.xx.2019-cu il tarixli, nzaz12089 saylı kredit müqaviləsinin tarixində texniki yalnışlığa yol verilərək xx.xx.2019-ci il tarix kimi qeyd edildiyini, qeyd edilən tarixin xx.xx.2019-cu il tarix kimi deyildə xx.xx.2019-cu il kimi oxunmasını məhkəmədən xahiş etmişdir. Ərizə qanunvericiliyin tələblərinə uyğun olduğundan məhkəmə tərəfindən mümükün hesab edilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsini müdafiə etdiyini və məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia ərizəsini qismən qəbul edərək ekspertizanın vermiş olduğu rəy ilə razı olduğunu bildirmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə məhkəmə iclasının iddiaçının və digər cavabdehlərin iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış nzaz12089 saylı Kredit müqaviləsinə əsasən bank Cavabdeh3ov Ələkbər oğluna illik faiz dərəcəsi 07% dərəcəsi olmaqla 48 ay müddətinə 150000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış nzaz12089 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 nzaz12089 saylı kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə borc alanla kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə eyni dərəcədə məsuliyyət götürməsinə dair razılığa gəlmişdir.. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış nzaz12089 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 nzaz12089 saylı kredit müqaviləsinə əsasən öhdəliklərin taminatı kimi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Novruzov küçəsindəki 28-də ünvanında yerləşən ümumi sahəsi 250.9 kv.m sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Reyestrindən çıxarışının surətindən görünür ki, ünvan 2 ünvanında ümumi sahəsi 250.9 kv.m olan fərdi yaşayış evini Cavabdeh2 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının X2 daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında ümumi sahəsi 250.9 kv.m olan fərdi yaşayış evi xx.xx.2019-ci il tarixli nzaz12089 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. xx.xx.2019-cı il tarixli orderinin surətindən görünür ki, 15000 manat kredit məbləğini Cavabdeh3 hesabına köçürülmüşdür. İddiaçı ASC xx.xx.2022-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, nzaz12089 saylı Cavabdeh3 götürdüyü kredit borcuna görə 72793.38 manat məbləğində kredit borcu, 7591.58 manat məbləğində faiz borcu və 7756.88 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 88141.84 manat məbləğində borcu yaranmışdır; İddiaçı ASC-nin Cavabdeh2 ünvanladığı xx.xx.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin surətindən görünür ki, “İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli nzaz12089 kredit müqaviləsi üzrə borcalan Cavabdeh3 öhdəliklərini yerinə yetirməməsi səbəbindən hesablanmış qalıq borcun ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlanılması barədə xəbərdar edilmişdir; İddiaçı Açık Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ünvanladığı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında xx.xx.2021-ci il tarixli ərizənin məzmunundan görünür ki, ipoteka predmeti olan ünvan 2 ünvanında ümumi sahəsi 250.9 kv.m olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh2 xx.xx.2021-ci il tarixdə bildiriş göndərilməsi nəzərə alınmaqla tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinin müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişinin məzmunundan görünür ki, Cavabdeh2 məxsus və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında ümumi sahəsi 250.9 kv.m olan fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş həmin təşkilatda qeydə alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Maştağa filialının tərəflərə ünvanladığı xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, xx.xx.2019-ci il tarixli nzaz12089 saylı kredit müqaviləsi üzrə hesablanmış əsas, faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəkdir. Bu halda onlar, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişlər; - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 24 nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Novruzov küçəsindəki 28 ünvanında yerləşən 250.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evin dəyərinin müəyyən edilməsi barədə hesabatdan görünür ki, evin likvid dəyəri 300.000 (üç yüz min) manata dəyərləndirilmişdir. Aparılmış tədqiqatın dəyəri 200 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbayjan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5444 saylı ekspert rəyindən görünür ki, 29 iyul 2019-cu il tarixdə bağlanmış nzaz12089 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh3 İddiaçı ASC-yə borcu aşağıdakı kimi müəyyən edilir, xx.xx.2022-ci il (ekspert rəyinin tərtib edildiyi tarixə) borcu 82.288,44 manat, əsas borc üzrə 81.906,21 manat və faiz borcu üzrə 382,23 manat təşkil edir. Aprılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması ilə əlaqədar 389.9 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh3 İddiaçı ASc ilə bağladığı xx.xx.2019-cu tarixli, nzaz12089 saylı əsas kredit müqaviləsinə əsasən 48 (qırx səkkiz) ay müddətinə 7 faiz şərti ilə 150000 (yüz əlli min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh3 kredit razılaşmasının tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri vaxtı vaxtında banka qaytarmamışdır. Göründüyü kimi, Cavabdeh3 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit alan Cavabdeh3 öhdəliyi lazımınca icra etmədiyi üçün zamin Cavabdeh1 borcun ödənilməsi üçün tam öhdəlik daşıyırlar. Buna görə də, Cavabdeh3 və Cavabdeh1 onların risk dairələrinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidirlər. Məhkəmə ödənilməli olan faiz məbləğinə diqqət yetirərək qeyd edir ki, iddiaçı iddia tələbində xx.xx.2022-ci il tarixli maliyyə arayışına istinad edərək 7591.58 manat məbləğində faiz borcunun ödənilməsini məhkəmədən xahiş etsədə, Məhkəmə Ekspertiza mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5444 saylı ekspert rəyi ilə məlum olur ki, 2907.2019-ci il tarixli kredit müqaviləsi üzrə faiz borcu xx.xx.2022-ci il tarixdə cavabdehin faiz borcu 382.23 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, ekspertizanın vermiş olduğu rəy ilə maliyyə arayışının verildiyi tarix arasında bir aydan az vaxt olmasına baxmayaraq faiz borcunun 7591.58 manat olmasına dair iddiaçı tərəfin təqdim etmiş olduğu dəlil həqiqətə uyğun hesab edilmədiyindən məhkəmə tərəfindən iddia tələbinin faiz borcunun tutulması hissəsini qismən, ekspertizanın vermiş olduğu rəyə uyğun olaraq 382.23 manat həcimdə təmin edilməlidir. Məhkəmə iddianın əsas borca hesablanmış 7756.88 manat məbləğində cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğlərinə mütənasib olmadığından endirilməli, 150 manat müəyyən edilməli, həmin məbləğ cavabdehlər Cavabdeh3 oğli və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, xx.xx.2019 il tarixli, nzaz 12089 saylı əsas kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Novruzov küçəsindəki 28 ünvanında yerləşən ümumi sahəsi 250.9 kv.m ibarət fərdi yaşayış evi İddiaçı ASC xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh3 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə xəbərdarlıq ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetlərinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh3 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Novruzov küçəsindəki 28 ünvanında yerlışən ümumi sahəsi 250.9 kv.m olan fərdi yaşayış evinə yönəldilməli, həmin ipoteka predmetləri açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. Lakin məhkəmə iddia tələbinin Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən 0,02629 ha torpaq sahəsinə tutmanın yönəldilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh2da məxsus çıxarışdan görünür ki, Bakıxanov qəsəbəsi, Novruz küçəsi 28 ünvanında yerlışən ümumi sahəsi 0,02629 ha olan torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi olmaqla Cavabdeh2 istifadəsinə verilmişdir, bundan başqa da ümumiyyətlə İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış ipoteka müqaviləsi yalnız həmin ünvanda yerləşən fərdi yaşayış evi ilə bağlı olmuşdur, o cümlədən tərəflərin qeyd edilən torpaq sahəsi ilə bağlı ipoteka müqaviləsi bağlamaq hüquqları olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, tutmanın ünvan 3 ünvanında yerləşən 0,02629 ha torpaq sahəsinə yönəldilməsi hissəsində iddia tələbi təmin edilə bilməz. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Müvafiq ipoteka predmetlərinin qiymətləndirilməsi zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 24 nömrəli qiymətləndirmə rəyi əsas götürülməlidir. Beləliklə məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Novruzov küçəsindəki 28 ünvanında yerləşən ümumi sahəsi 250.9 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 300.000 (üç yüz min) manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 389.90 (üç yüz səksən doqquz doxsan) manat dövlət rüsumu hissəsi qismən təmin edilməli və cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 309.98 (üç yüz doqquz manat doxsan səkkiz qəpik) manat İddiaçı ASCnin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat xidmət haqqı cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə iddia tələbinin Tərəqqi MMC-yə ödənilmiş 500 manat pulun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, Tərəqqi MMC tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, ekspertiza xərci 500 manat deyildə 200 manat təşkil etmişdir. Belə olan halda da məhkəmə hesab edir ki, qiymətləndirmə ekspertizasına iddiaçı bank təfəindən çəkilmiş xərc tərəflər arasında bərabər paylara bölünməli, 200 manat ekspertiza xərcinin 100 manat hissəsi Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Rabitəbank ASC-ə ödənilməlidir. Bundan başqa mühasibatlıq ekspertizası rəyi üzrə 50 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilməlidir. Bundan əlavə İpoteka predmeti olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 250.9 kv. m olan fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci bir ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər çıxarılmaqla yaşayış sahəsi boşaldılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 72793.38 (yetmiş iki min yeddi yüz doxsan üç manat, otuz səkkiz qəpik) manat əsas borc, 382.23 (üç yüz səksən iki manat, iyirmi üç qəpik) manat faiz borcu, 150 (bir yüz əlli) manat dəbbə borcu olmaqla, cəmi 73325.61 (yetmiş üç min üç yüz iyirmi beş manat, altmış bir qəpik) manat borc pul, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum və 309.98 (üç yüz doqquz manat doxasn səkkiz qəpik) manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutulmalı olan məbləğ-73325.61 (yetmiş üç min üç yüz iyirmi beş manat, altmış bir qəpik) manat borc öhdəliyinin təminatı kimi iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən sahəsi 250.9 kv. m olan fərdi yaşayış evinə yönəldilsin. Həmin yaşayış evi açıq hərrac yolu ilə realizə edilsin. Həmin yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh2 verilsin. İpoteka predmeti olan ünvan 2 ünvanında yerləşən sahəsi 250.9 kv. m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 300.000 (üç yüz min) manat məbləğində müəyyən olunsun. İpoteka predmeti olan ünvan 2 ünvanında yerləşən sahəsi 250.9 kv. m olan fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci bir ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər çıxarılmaqla yaşayış sahəsi boşaldılsın. Qiymətləndirmə ekspertiza xərcinin 100 manat hissəsi Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Rabitəbank ASC-ə ödənilsin. Mühsiabtlıq ekspertizasının 50 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada, 50 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-1426/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1426/2022
14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver