Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1511/2025 02.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “əmlakın geri tələb edilməsi, bu mümkün olmadıqda onun dəyərinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əlzamin oğluna qarşı “əmlakın geri tələb edilməsi, bu mümkün olmadıqda onun dəyərinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əmlakı (Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində, sahəsi 100 kv.m olan iki otaqlı, təmirli fərdi yaşayış evinin) geri qaytarılması, bu mümkün olmadıqda onun dəyəri 30.000 manat, mənəvi zərər 10.000 manat və məhkəməyə ödənilən dövlət rüsumu 210 manat, ümumilikdə 40.210 manat pul vəsaitinin onun xeyrinə tutulması, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində, sahəsi 100 kv.m olan iki otaqlı, təmirli fərdi yaşayış evinin dəyərinin müəyyən edilməsi barədə ekspertiza təyin edilməsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə görə Cavabdeh2 və Cavabdeh3 əməlinə cinayət hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, 2015-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisindən, sahəsi 100 kv.m olan iki otaqlı, təmirli fərdi yaşayış evi almış, evin çıxarışı olmasa da, bütün kommunal müqavilələr onun adına bağlanmışdır. Həmin evdə ailə üzvləri ilə birlikdə bir neçə il yaşamış, lakin hazırda kirayə şəraitində Bakı şəhəri, Pirallahı rayonu, K.Rayev küçəsi, ev 20, mənzil 21-də yaşayırlar. Təxminən 2020-ci ildə sözügedən fərdi yaşayış evini satmaq qərarına gələrək, ev alqı-satqısı ilə məşğul olan Rəşid adlı şəxsə yaxınlaşıb evi satmaq istədiyini bildirmişdir. 2022-ci ildə həyat yoldaşı ilə birlikdə Cavabdeh1 ev aqlı-satqısı ofisinə yaxınlaşaraq, evi satmaq və həmin pulla başqa bir ərazidə ev tikmək istədiklərini bildirmiş, həmin vaxt ofisdə digər Cavabdeh2 da olmuşdur. Rəşid və Qəzənfər onlara bildirmişlər ki, Bakı şəhərində həm ev alqı-satqı və həm də evlərin tikintisi ilə məşğul olurlar. Hətta onlara tikdikləri bir neçə evin şəklini göstərmişlər. Cavabdeh2 bu işə cavabdehlik daşıdığını demişdir. İlkin mərhələdə evin satış dəyərini 30.000 manata müəyyənləşdirdiklərini, real alıcı olarsa müəyyən qədər güzəşt olunacağını da onlara bildirmişdir. 24 oktyabr 2022-ci il tarixdə Cavabdeh1 ona zəng edərək, evi satmaq üçün Cavabdeh3 adlı müştəri tapdığını və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən notariusa gəlməsini demişdir. Qeyd edilən tarixdə həmin notariusa getmiş və Cavabdeh3la, Cavabdeh1 ona evin satıldığını təsdiq edən sənədlərə qol çəkməsini bildirmiş, Cavabdeh3 makler olduğundan və onların arasında əvvəlcədən real razılaşma odluğu üçün Cavabdeh3 pulu birbaşa Cavabdeh1 vermişdir. Cavabdeh1 ona evi 21.000 manata satdığını, həmin puldan 1200 manat zəhmət haqqı olaraq götürdüyünü və qalan pulla ona iki otaqlı fərdi yaşayış evini bir-iki aya tikib verəcəyini bildirmişdir. İddiaçı isə evi çox ucuz qiymətə satdığına görə cavabdehə etiraz etmiş və evin pulunu Cavabdeh3 tərəfindən birbaşa Cavabdeh1 verilməsi ona təəccüblü gəlmişdir. Həmin vaxt X1 vəd vermişdir ki, bir-iki aya evi tikib verəcəkdir. Təxminən iki ay sonra telefon zənglərinə Cavabdeh1 və Cavabdeh2 cavab verməmiş, Cavabdeh3 isə evi tez bir vaxtda başqa bir şəxsə satdığını öyrənmişdir. Bundan sonra polisə şikayət etmiş, hər üç şəxsin barəsində axtarış verilmiş və uzun müddətdən sonra çox çətinliklə bu şəxslər polisə gətirilərək ifadələri alınmışdır. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin hökmü ilə yalnız Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Məhkəməyə qədər istintaq dövründə isə Cavabdeh2 barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işinin başlanmasına xitam verilməsinə baxmayaraq, onların işinə yenidən baxılması üçün müvafiq orqanlara yenidən şikayətlər etmişdir. İddiaçı nümayəndəsi vəkil Nümayəndə xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh4 cavabdeh qismində işə cəlb edilməsini, yekun məhkəmə aktı qəbul edilərkən cavabdehlər X6, Cavabdeh2 və Cavabdeh4 əmlakı (Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində, sahəsi 100 kv.m olan iki otaqlı, təmirli fərdi yaşayış evinin) geri qaytarılması, bu mümkün olmadıqda onun dəyəri 30.000 manat, mənəvi zərər 10.000 manat və məhkəməyə ödənilən dövlət rüsumu 210 manat, ümumilikdə 40.210 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə görə Cavabdeh2 və Cavabdeh4 əməlinə cinayət hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş edərək, 21.000 manat pulun birbaşa Cavabdeh1 verdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsini müdafiə edərək, tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. 11 iyun 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, 21.000 manat pul vəsaitini Cavabdeh1 verdiyini, cinayət işi üzrə Cavabdeh2 münasibətdə xitam verildiyini, ev əşyaları ilə birlikdə satıldığını, əşyaları da evdən çıxartdığını, evin tikintisinə Cavabdeh2 zamin olduğu üçün onun da cavabdeh qismində cəlb etdiyini, Cavabdeh1 ev tikilinə qədər kirayə pulunu verəcəyini, yalnız bir dəfə 400 manat kirayə pulu verdiyini bildirmişdir. 19 avqust 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yarandığını, Notariusdan əldə etdikləri məlumata əsasən, evin alqı-satqısı prosesində alıcı qismində Cavabdeh3 yox Cavabdeh4 iştirak etmiş, alqı-satqı da rəsmi qaydada yox, etibarnamə əsasında həyata keçirildiyini, iddiaçı ilə Cavabdeh1 arasında müvafiq danışıq olacağını, müvafiq faktlar Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hökmündə öz əksini tapdığını, alıcı Cavabdeh4 də makler olduğunu, Cavabdeh3 cavabdehlərin siyahısından çıxarılmasını və Cavabdeh4 cavabdeh qismində cəlb edilməsini, məhkəmədən xahiş etmişdir. Həmçinin bu hadisələrdən sonra iddiaçının beynində kistə yarandığını, bununla əlaqədar hava limanında olan işindəndə ayrılmalı olduğunu bildirmişdir. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunan Bakı Şəhər Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X5 12 iyul 2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış və barəsində həbs qətimkan tədbiri alınmış, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, ifadənin yerində yoxlanılması protokolu, əldə edilmiş qəbz sübut növü kimi qiymtələndirilmişdir. Cavabdeh2 əməlində Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibi olmadığından həmin maddəylə olan cinayət təqibinə xitam verilmişdir. Cavabdeh1, İddiaçı təqdim etdiyi qəbz maddi sübut kimi tanınmış və işə əlavə edilməsi nəzərə alınmışdır. Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından həmin maddəyə uyğun olaraq, cinayət təqibinə xitam verilmişdir. İş materiallarına əlavə olunan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 672/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Hökmün surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh1 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək, ev alqı-satqısı ilə məşğul olduğunu, Cavabdeh2 3-4 ildir ki, makler kimi tanıdığını, İddiaçı ilə o, 2020-ci ilin əvvəllərində tanış olduğunu, İddiaçı Maştağa qəsəbəsində evinin olmasını ona dediyini, evini bir ara satmaq istəsə də, sonradan fikrindən daşındığını, 2022-ci ilin yay aylarında, pul lazım olduğundan evini satmaq qərarını ona dediyini, evi 21000 manata sata biləcəyini söylədiyini, o isə yaxın zamanda məlumat verəcəyini, daha sonra evin satışa reklam kimi çıxardığını, müştəri tapdığını, 1200 manat pulu özünə götürəcəyi ilə bağlı razılaşdıdığını, 2022-ci ilin oktyabr ayının əvvəllərində İddiaçı zəng edərək, Cavabdeh3 adlı şəxsin evi 21000 manata almaq istədiyini dediyini, onunla ofisdə görüşdüyü və orada Cavabdeh2 yanında evi satsa həmin pula ev tikib 3 ay ərzində verə biləcəyini, 24 oktyabr 2022 tarixdə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşən notariusun qabağında görüşdüklərini, orada verilən sənədlərə qol çəkdiyini, zəhmət haqqı kimi 1200 manatı özünə götürdüyünü, lakin 19 800 manat pula Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində Maştağa- Buzovna yolunun kənarında iki otaqlı bir mərtəbəli, tam təmirli ev tikib verəcəyini, evi 2023-cü ilin yanvar ayının sonlarında ona təhvil verəcəyini yalandan vəd verdiyini bildirmişdir. Pula ehtiyacı olduğundan pulu ələ keçirmək istəmişdir. O da həmin zaman ona inanıb razılaşmış, Elməddin pulu sayıb İddiaçı deyil, ona vermiş, həmin vaxt o, yazılı öhdəlik yazıb ona vermişdir. Eləcə də həmin zaman onların yanında olan evi alan şəxs və Niyaz adlı makler də olmuşdur. Ondan sonrakı aylarda İddiaçı aldatmış, cəmi 400 manat pul İddiaçı vermişdir ki, gedib polisə şikayət etməsin. Pulları öz xeyrinə xərcləmiş, ev tikməmişdir. Pulların hamısını Xəzər rayonu ərazisində birdəfəyə almışdır. - Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş İddiaçı, son zamanlar evini sataraq, qızının yaşadığı Xəzər rayonu, Binə qəsəbəsində ev almaq fikri olduğundan Maştağa qəsəbəsində Kirov dairəsi deyilən yerdə makler kimi özünü təqdim edən Cavabdeh1 ilə 2020-ci ilin əvvəllərində tanış olmuş, 2022-ci ilin yay aylarında yoldaşına işi ilə bağlı pul lazım olduğundan evini satmaq qərarını qətiləşdirmiş, bu barədə Cavabdeh1 demiş, ona evi 21000 manata sata biləcəyini söyləmiş, o isə yaxın zamanda ona məlumat verəcəyini bildirmişdir. 2022-ci ilin oktyabr ayının əvvəllərində Cavabdeh1 ona zəng ederək, Cavabdeh3 adlı şəxsin evi 21000 manata almaq istədiyini demiş, o da 24 oktyabr 2022 tarixdə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşən notariusun qabağına gələrək, Cavabdeh1 verdiyi sənədlərə qol çəkmiş, verilən 21.000 manat puldan zəhmət haqqı kimi 1200 manatını Cavabdeh1 özünə götürmüş, qalan 19 800 manat pula ona Maştağa qəsəbəsində Maştağa-Buzovna yolunun kənarında iki otaqlı bir mərtəbəli, tam təmirli ev tikib verəcəyini, evi 2023-cü ilin yanvar ayının sonlarında təhvil verəcəyi barədə vəd vermişdir. O da inanaraq razılaşmışdır. Cavabdeh3 21.000 manat pulu Cavabdeh1 vermiş, həmin vaxt Rəşid yazılı öhdəlik yazaraq ona vermiş, eləcə də həmin zaman orada olan Cavabdeh2 adlı şəxs onu inandıraraq vəd vermişdir ki, ev yaxın günlərdə Cavabdeh1 tərəfindən tikilməyə başlanılacaq, 2023-cü ilin yanvar ayının sonlarınadək təhvil veriləcəkdir. Sonrakı aylarda Q.Cəbarayılov və Cavabdeh1 zəng etsə də, ona cavab verilməmişdir. 2023-cü ilin iyul ayında Cavabdeh1 onunla görüşərək ona 400 manat pul qaytarmışdır. Hazırda ona dəyən ziyan 19400 manatdır. O, məcbur olub polisə müraciət etmişdir. Cavabdeh1 19800 manat pulunu xx.xx.2022-ci il tarixdə Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsində olan notariusun içində ələ keçirərək, ona Maştağa- Buzovna yolunda 2 otaqlı tam təmirli ev tikmək vədini vermişdir. - Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cavabdeh2 Cavabdeh1 8-9 ildir tanıdığını, makler kimi işlədiyini, Niyaz adlı şəxsin də makler olduğunu, üçünün də Maştağa qəsəbəsində işlədiklərini, 2022-ci ilin oktyabr ayında ofisdə olarkən İddiaçı adlı şəxsin gəldiyini, ev alqı-satqısı ilə bağlı Cavabdeh1la danışdığını, sonrakı vaxtlarda evi Niyaz adlı şəxsin taşnışının aldığını, pulu isə Rəşidin ələ keçirdiyini, həmçinin qadına ev tikib təhvil vermək vədini versə də İddiaçı aldatmışdır. 7 saylı notariusda alqı-satqı bağlandığını, həmin zaman orada olmadığını, lakin onun yanında Rəşidin ona ev tikmək vədi verdiyini, 19800 manat pulunu ələ keçirtdiyini, Cavabdeh1, İddiaçı cəmi 400 manat pul qaytardığlını demişdir. Rəşidin belə əməlini ilk dəfədir ki, eşitdiyini, Cavabdeh1la əlbir olmadığını, ələ keçirilən puldan bır manatın da ona vermədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Məhkəmə tərəfindən iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, Gərayeva X4 Rəşir tərəfindən aldadılaraq, 19800 manat pul məbləği mənimsənilmişdir. Bu halı təstiq edən hazırda qanuni qüvvəsini almış məhkəmə hökmü mövcutdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(003)-672/2024 nömrəli xx.xx.2024-cü il tarixli Hökmündən göründüyü kimi məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin, şahid ifadəsi və işin tədqiq olunmuş digər halları ilə tam sübüta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə digər cavabdehlərə münasibətdə bildirir ki, onlar Cavabdeh1la əlbir olmamış, iddiaçı xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında bir daha etiraf etmiuşdir ki, 21.000 pulu Cavabdeh1 vermişdir. Həmçinin məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1 hərəkətləri varlanmaya haqq qazandıran əsassız varlanma kimi qiymətləndirilməlidir. Belə ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, əsassız varlanma üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında aşağıdakılar göstərilmişdir: “... mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Beləliklə məsuliyyətin yaranması üçün mülki-hüquq pozuntsunun tərkibini təşkil edən aşağıdakı elementlərin olması zəruridir: ziyanın vurulması; ziyanvuranın hüquqa və ya qanunazidd hərəkəti; əvvəlki iki elementlər arasında səbəbli əlaqə; ziyanvuranın təqsiri. İş materiallarından göründüyü kimi cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi müəyyən edilir. İş üzrə iddiaçıya maddi zərərin vurulduğu işin mübahisəsiz və aşkar halıdır. Yuxarıda sadalanan normaların məzmunundan və işin hallarından göründüyü kimi, bu zərərin əvəzinin ödənilməsi vəzifəsi cavabdehin üzərindədir. Məhkəmə iddia tələbinin 10000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutulması ilə bağlı hissəsini qismən əsaslı hesab edir. Eyni zamanda 21.000 manat pul məbləğindən iş materialları ilə də sübut olunur ki, Cavabdeh1 xidmət haqqı olaraq 1200 manat verilmiş, eyni zamanda Xəzər Rayon Məhkəməsinin hökmündən və iddiaçının öz etirafından da göründüyü kimi 19800 maat borc məbləğindən Cavabdeh1 ona 400 manat qaytarmış hazırda ona 19.400 manat borcu qalmışdır. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 19400 manat pul və 2000 manat mənəvi ziyan Cavabdeh1 tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmədə hazırkı iddianın qaldırılması üçün iddiaçı tərəfindən 210 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilərək 159 (bir yüz əlli doqquz) manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 19400 (on doqquz min dörd yüz) manat məbləğində əsas, 2000 (iki min) manat mənəvi ziyan, cəmi 21400 (iyirmi bir min dörd yüz) manat pul və 159 (bir yüz əlli doqquz) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-1511/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1511/2025
02.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver