Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-157/2025 20.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "əmlakın açıq hərracda satılması və satışdan əldə edilən pulun bölüşdürülməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "əmlakın açıq hərracda satılması və satışdan əldə edilən pulun bölüşdürülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin adına rəsmiləşdirilmiş 99FZ372 dövlət qeydiyyat nişanlı FORD TRANZİT markalı avtomobilin və ½ hissədə Əsgərova (Kərimova) Mərdanə Oruc qızının və ½ hissədə Cavabdeh payı müəyyən edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə edilən pulun mülkiyyətçilər arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehin adına rəsmiləşdirilmiş 99FZ372 dövlət qeydiyyat nişanlı FORD TRANZİT markalı avtomobilin açıq hərracda satılması və satışdan əldə edilən pulun mülkiyyətçilər arasında bərabər bölünməsi, ½ hissədə Əsgərova (Kərimova) Mərdanə Oruc qızının və ½ hissədə Cavabdeh payı müəyyən edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölünməsi, mümkün omadığı halda açıq hərracda satılması və satışdan əldə edilən pulun mülkiyyətçilər arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Sabunçu Rayon Qeydiyyat Şöbəsində 1021 saylı nikah aktı ilə onlar arasında nikah rəsmiləşdirilmişdir. Tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2007-ci il təvəllüdlü X13 anadan olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2007-cı il tarixdə Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən bağlanmış nikahın bağlanması haqqında akt qeydləri kitabında 1021 nömrə ilə qeydə alınmış nikah pozulmuş, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X8 iddiaçı X4 himayəsində saxlanılması qət edilmişdir. Tərəflər birgə nikah dövründə əldə edilmiş əmlaklar üzərində payları barışıq sazişi vasitəsi ilə bölməyi razılaşmışlar. Bununla bağlı Bakı 8 saylı Mediasiya Təşkilatına müraciət etmişlər. Baki 8 saylı MediasiyaTəşkilatında xx.xx.2023-cü il tarixdə bağlanmış MŞB/8/20203-1549 nömrəli barışıq sazişinə əsasən birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanda yerləşən 0,02 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 194,60 kv.m olan fərdi yaşayış evinə 1/2 hissədə Cavabdeh və 1/2 hissədə iddiaçı Əsgərova (Kərimova) Mərdanə Oruc qızının payları müəyyən edilmişdir. Bundan əlavə yuxarıda qeyd edilən barışıq sazişinə əsasən birgə nikah dövründə əldə edilmiş **-FZ-*** dövlət qeydiyyat nişanlı «FORD TRANZİT» markalı avtomobilə 1/2 hissədə Cavabdeh və 1/2 hissədə iddiaçı Əsgərova (Kərimova) Mərdanə Oruc qızının payları müəyyən edilmişdir. İddiaçı 09 dekabr 2023-cü il tarixdə Cavabdeh yazılı formada fərdi yaşayış evinə və avtomobilə görə kompensasiya verməyi təklif edib. Lakin təklifi aldığı müddətdən iki ay keçməsinə baxmayaraq heç bir cavab bildirməyib. Bildirmək istəyirəm ki, barışıq sazişi ilə əmlaklar tərəflər arasında paylar müəyyən edilsə də, onun satılmasında və bölünməsində heç cür razılaşa bilmirlər. Hesab edirik ki, bu halda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evivə **-FZ-*** dövlət qeydiyyat nişanlı «FORD TRANZİT» markalı avtomobilin açıq hərrac vasitəsi ilə satılmalı və onların pulu bərbərbər paylar əsasında bölünməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, rəyə əsasən naturada bölgü mümkün deyildir. Hərracdan satılaraq pul tərəflər arasında bölünməlidir. Əmlakın hərracdan satılmasının qarşısının alınmasına da razılıq yoxdur.Evin ilkin satış qiyməti icrada müəyyən edilə bilər. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, rəy əsassızdır və ev naturada bölünə bilər. Evin 2 giriş-çıxışı var. Evin naturada bölünməsini xahiş etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli 04/8489 nömrəli texniki pasportdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Mərkəzi küçəsi 20-ci keçid ev 252B fərdi yaşayış evi X5 məxsusdur. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Mərkəzi küçəsi 20-ci keçid ev 252B fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X5 məxsusdur. - Cavabdeh İddiaçı ünvanladığı təklifdən görünür ki, iddiaçı cavabdehə **-FZ-*** dövlət qeydiyyat nişanlı “FORD TRANZİT” markalı avtomobilə görə 5000 manat, ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 194,60 kv.m olan fərdi yaşayış evə görə 60000 manat kompensasiya verilməsini təklif etmişdir. - Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, iddiaçının cavabdehə ünvanladığı təklifi Cavabdeh şəxsən almış və imzası ilə təsdiq etmişdir. - xx.xx.2023-cü il tarixli MŞB/8/2023-1549 nömrəli ″Barışıq sazişi″ndən görünür ki, tərəflər aşağıdakı şərtlərlə razılaşıblar: 1.Tərəflər: Kərimov X9 imzalandıqdan sonra İkinci tərəf (sabiq həyat yoldaşı) Əsgərova (Kərimova) Mərdanə Oruc qızı ilə birgə nigah dövründə əldə etdikləri ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəli, 16.12 2021-ci i tarixli Çıxarış ilə X4 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 194,60 kv.m olan fərdi yaşayış evinin və Cavabdeh mülkiyyətində (adında) olan “FORD TRANZİT’’ markalı **-FZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin aralarında bölünməsinə (əmlak rejiminin müəyyən edilməsinə) razıdır.
2. Birinci tərəf: Kərimov X9 imzalandıqdan sonra İkinci tərəf Əsgərova Kərimova) Mərdanə Oruc qızı ilə birgə nigah dövründə eldə etdikləri və Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli X6) Mərdanə Oruc qızının xüsusi mülkiyyətində olan daşınmaz əmlak (torpaq sahəsi və fərdi yaşayış evinin) Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 0,02 hektar torpaq sahəsində inşa edilən, 2 (iki) mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 194,60 kv.m olan fərdi yaşayış evinin aralarında 2/1 lissədə bölünməsinə razıdır.
3. Birinci tərəf: Kərimov X9 imzalandıqdan sonra İkinci tərəf Əsgərova <ərimova) Mərdanə Oruc qızı ilə birgə nigah dövründə əldə etdikləri (daşınar əmlak) və Cavabdeh mülkiyyətində (adında) olan **-FZ-*** dövlət qeydiyyat nişanlı “FORD TRANZİT” markalı avtomobilinin 2/1 hissədə aralarında bölünməsinə razıdır.
4. Birinci tərəf: Bu mübahisəsnin məhkəmədən kənar qaydada həll olunduğunu təsdiq edir və İkinci ərəfə qarşı digər əmlak tələbinin olmadığını təsdiq edir. 5.Tərəflər bu sazişin 2 və 3-cü bəndlərində göstərilən razılaşdırılmış şərtlərə 10 (on) gün müddətində əməl etmədikdə aidiyyəti məhkəməyə müraciət etmək hüququnu öz üzərlərində saxlayır.
1. Tərəflər: Əsgərova (Kərimova) X7 imzalandıqdan sonra İkinci tərəf sabiq həyat yoldaşı) Cavabdeh ilə birgə nigah dövründə əldə etdikləri ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışla Əsgərova (Kərimova) Mərdanə Oruc qızının xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.02 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 194,60 kv.m olan fərdi yaşayış evinin və Birinci tərəf <ərimov Oruc Cəmil oğlunun xüsusi mülkiyyətində olan “FORD TRANZİT” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz aralarında bölünməsinə (əmlak rejiminin müəyyən edilməsinə) razıdır.
2. İkinci tərəf Əsgərova (Kərimova) X7 imzalandıqdan sonra birinci Cavabdeh ilə birgə nigah dövründə əldə etdikləri və Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli,xx.xx.2021-ci ci il qeydiyyat tarixli Çıxarışla Əsgərova (Kərimova) Mərdanə Oruc qızının xüsusi mülkiyyətində olan daşınmaz əmlak (torpaq sahəsi və fərdi yaşayış evinin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 0,02 hektar torpaq sahəsində inşa edilən 2 (iki) mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 194,60 kv.m olan fərdi yaşayış evinin aralarında 2/1 hissədə bölünməsinə razıdır.
3. İkinci tərəf: Əsgərova (Kərimova) X7 imzalandıqdan sonra birinci tərəf Cavabdeh ilə birgə nigah dövründə eldə etdikləri (daşınar əmlak) və Cavabdeh mülkiyyətində (adında) olan (daşınar əmlak) **-FZ-*** dövlət qeydiyyat nişanlı, “FORD TRANZİT" markalı avtomobilinin 2/1 hissədə aralarında bölünməsinə razıdır.
4. İkinci tərəf: Bu mübahisəsnin məhkəmədən kənar qaydada həll olunduğunu təsdiq edir və birinci tərəfə qarşı digər əmlak tələbinin olmadığını təsdiq edir.
5. Tərəflər bu sazişin 2-ci və 3-cü bəndlərində razılaşdırılmış şərtlərə 10 (on) gün müddətində əməl etmədikdə aidiyyəti məhkəməyə müraciət etmək hüququnu öz üzərlərində saxlayır. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/73xx-xx/7046 nömrəli ekspert rəyindən görünür ki, aşağıdakılar müəyyən edilir:
1. Qərardadla qoyulmuş sual üzrə ünvan 3 ünvanında yerləşən tədqiqat obyektinə uyğun analoj yerli internet saytlarında məlumat olmadığı üçün qiymətləndirmə aparılması mümkün olmamışdır.
2. Ekspertiza tədqiqatına təqdim edilmiş 1999-cu il buraxılışlı, qırmızı rəngli, parça oturacaqlı, 473753 k/m yürüşlü, mühərrik tutumu 2496 kub/sm, “Ford Tranzit” markalı, 99FZ372 dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 8500 manat müəyyən olunur.
3. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçilərinin paylarına uyğun olaraq təcrid mənzillər şəklində bölünməsinin İnşaat Norma və Qaydalarının bəndlərinin və Məhkəmə Tikinti- X1raq texniki cəhətdən mümkün olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə"Azərbaycan Respublikası Ali Məhkəməsinin 02/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərardadından görünür ki, Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (əşyadan payın naturada ayrılması) ilə eynilik təşkil etdiyindən bu qərardadın 42-44, 46-cı bəndlərində nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Sadalanan normalarının birgə təhlilindən görünür ki, əmlakın bölünməsi iki mərhələdən ibarətdir: naturada bölgü və hərracdan satılması. İş üzrə iddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evin naturada bölünməsi tələbinə uyğun olaraq keçirilmiş tikinti-texniki ekspertizanın rəyindən görünür ki, həmin əmlakın naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Beləliklə, qanunvericiliklə təyin edilmiş ardıcılığı uyğun olaraq ilk öncə əmlakın naturada bölgüsünü tələb etmiş, lakin bu mümükün olmadığından növbəti etapa keçmişdir. İşdən göründüyü kimi, 99FZ372 dövlət qeydiyyat nişanlı FORD TRANZİT markalı avtomobil və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tərəflərin hər birinin ½ hissədə olmaqla paylı mülkiyyətindədir. İddiaçı həmin əmlaklarda olan payına uyğun kompensasiya pulunun ödənilməsini təklif etsə də, cavabdeh kompensasiya ödənilməsi ilə bağlı razılığa gəlməsinə dair hər hansı hərəkət törətməmişdir. Bu səbəbdən də iddiaçı əmlakların açıq hərracda satılaraq satışdan əldə edilən pulun aralarında paylarına uyğun, yəni bərabər şəkildə bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Müəyyən edilir ki, tərəflər məhkəməyə qədər razılığa gələrək həm 99FZ372 dövlət qeydiyyat nişanlı FORD TRANZİT markalı avtomobilin, həm də ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evin birgə nikah dövründə əldə edilmiş əmlaklar olduğundan üzərində hər birinin ½ hissədə pylarının olduğunu barışıq sazişi bağlayaraq təsdiq etmişlər. Eyni barışıq sazişində hər iki tərəf əmlakların bölünməsinə dair də razılığa gəlmişlər. Lakin buna baxmayaraq cavabdeh iddiaçının irəli sürdüyü kompensasiya təklifini qəbul etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının 99FZ372 dövlət qeydiyyat nişanlı FORD TRANZİT markalı avtomobilin və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evin açıq hərracda satılması və satışdan əldə edilən pulun aralarında paylarına uyğun, yəni bərabər şəkildə bölünməsi tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. 99FZ372 dövlət qeydiyyat nişanlı FORD TRANZİT markalı avtomobil açıq hərracda satılsın. Satışdan əldə edilmiş pul vəsaiti İddiaçı və Cavabdeh arasında paylarına uyğun ½ hissədə bölüşdürülsün. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi açıq hərracda satılsın. Satışdan əldə edilmiş pul vəsaiti İddiaçı və Cavabdeh arasında paylarına uyğun ½ hissədə bölüşdürülsün. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya qaytarılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Adilə Paşayeva.