Məhkəmə qərarları › İş №e-2(008)-1882/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1882/2023

12.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1882/2023 12.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Rüstəmova Əminə Pünhan qızının katibliyi, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh3 və nünamyəndəsi, vəkil X3 iştirakı ilə, İddiaçı cavabdehlər Mövsümov Cavabdeh1 Mirhüseyin oğluna, Cavabdeh3 və Cavabdeh2 qarşı “əmlak tələbi” barədə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Mövsümov Cavabdeh1 Mirhüseyin oğluna, Cavabdeh3 və Cavabdeh2 qarşı “əmlak tələbinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən qeyri-qanuni saxladığı "Opel Astra” minik markalı, istehsal ili 2006, mühərrik № 1284095, BAN № WOLOAHL**********, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbini onunla əsaslandırılmışdır ki, ** UY *** dövlət qeydiyyat nişanlı “Opel Astra” minik markalı avtomobil 2006-cı ildən onun mülkiyyətindədir. Mövsümov Cavabdeh1 Mirhüseyin oğlu ilə aralarında bağlanmış şifahi razılığa əsasən gündəlik 25 manat ödəniş etmək şərtilə nəqliyat vasitəsini ona icarəyə vermişdir. xx.xx.2022-ci il tarixdə 39 nömrəli Notariat Ofisində etibarnamə verərək nəqliyyat vasitəsi ona təhvil vermişdir. Cavabdeh1 Mövsümov bir müddət ödəniş etsə də, sonradan heç bir ödəniş etməmişdir. xx.xx.2022-ci il tarixdə 25 nömrəli Notariat Ofisində Cavabdeh1 Mövsümov tərəfindən verilmiş etibarnamə əsasında nəqliyyat vasitəsi taksi fəaliyyəti ilə məşğul olan Cavabdeh3 istifadəsinə verilmişdir. xx.xx.2022-ci il tarixdə 17 nömrəli Notariat Ofisində Cavabdeh3 tərəfindən verilmiş etibarnamə əsasında nəqliyyat vasitəsi Cavabdeh2 istifadəsinə vermişdir. Nəzərdə tutulmuş gündəlik ödəmələr olmadığından İddiaçı vermiş olduğu etibarnamələri ləğv etdirmiş və avtomobilin geri qaytarılmasını tələb etdikdə ona məlum olmuşdur ki, Cavabdeh1 Mövsümov avtomobili digər şəxslərin daimi istifadəsinə vermişdir. Cavabdehlər bu günə qədər ona məxsus avtomaobili qeyri-qanuni özündə saxlayır, bu səbəbdən əmlakından məhrum olunmuşdur. Hazırda məhkəməyə müraciət edərək, mübahisəli əmlakın tam mülkiyyət hüququ əsasında ona məxsus oğluğunu, lakin cavabdehlərin hərəkəti nəticəsində sahiblik və istifadə hüququndan məhrum olduğunu bildirmiş, avtomaşının cavabdehlərin qanusuz sahibliyindən alınaraq ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək, İddiaçı və Mövsümov Cavabdeh1 Mirhüseyin oğlunu tanımadığını, avtomobili 8300 manata Paşayev Ələkbər adlı şəxsdən baş etibarnamə əsasında aldığını, daha sonra 8600 manata Cavabdeh2 satdığını bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi, vəkil X4 izahatında bildirdi ki, hazırda avtomobil alqı-satqısı ilə məşğul olan şəxslərin əksəriyyəti avtomobili notarial qaydada alqı-satqı edərək rəsmi reyestrdə qeydiyyata aldırmırlar etibarnamə əsasında əldə edirlər, və ya digər şəxslərə etibarnamə verirlər. Avtomobil hazırda Cavabdeh2, iddianın Cavabdeh3 aid olan hissəsinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər Mövsümov Cavabdeh1 Mirhüseyin oğlu və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə 39 nömrəli Notariat ofisində verilmiş etibarnamə ilə, ** UY *** dövlət qeydiyyat nişanlı “Opel Astra” minik markalı avtomaşın İddiaçı tərəfindən X1, xx.xx.2022-ci il tarixdə 25 nömrəli Notariat ofisində verilmiş etibarnamə ilə, avtomaşın Mövsümov Cavabdeh1 Mirhüseyin oğlu tərəfindən Cavabdeh3, xx.xx.2022-ci il tarixdə 17 saylı Notariat ofisində verilmiş etibarnamə ilə, avtomaşın Cavabdeh3 tərəfindən Cavabdeh2 istifadəsinə verilmişdir. İş materiallarında olan BA10365 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, buraxılış ili 2006-cı il, ** UY *** dövlət qeydiyyat nişanlı, “Opel Astra” minik markalı avtomaşın mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə verilmiş etibarnamələrə, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində iddiaçının ərizəsi əsasında xitam verilmişdir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin, 152.1, 157.2, maddələrinin tələblərini rəhbər tutaraq, hazırki iddianın mübahisə obyektini təşkil edən "Opel Astra” minik markalı, **-UY-*** dövlət nömrə nişanlı avtomobili İddiaçı əldə etmiş, daha sonra avtomabili etibarnamə əsasında Mövsümov Cavabdeh1 Mirhüseyin oğluna, Cavabdeh3 və Cavabdeh2 istifadəyə vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin avtomobili Mövsümov Cavabdeh1 Mirhüseyin oğlu Cavabdeh3 o isə Cavabdeh2 etibarnamə ilə satmışdır. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, ona məlum olanda ki, avtomobil başqa şəxsə etibarnamə əsasında satılıb, dərhal etibarnamələri notariusda birtərəfli qaydada ləğv etdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qanunun mənasından da, göründüyü kimi BA 10365 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mülkiyyət hüququ əsasında iddiaçı ona məxsus olan avtomaşını tələb etməsi qanunidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda Cavabdeh3 nəqliyyat vasitəsini 8300 manata Paşayev Ələkbər adlı şəxsdən aldığını, daha sonra 8600 manata Cavabdeh2 satdığını bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsində göstərilir ki, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Mübahisə predmeti olan avtomaşın rəsmi reyestrdə qeydə alınmalı daşınar əmlak olduğundan, onun alqı-satqısına dair müqavilə daşımaz əşyaların alqı-satqısına uyğun sənədləşdirilməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə daşınmaz əmlakın dövlət reyesteri obyetlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təstiqlənməlidir. Həmin Məcəllənin 329.1-ci maddəsində göstərilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Eləcə də, Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh3 avtomaşını 8300 manata almasına və 8600 manata Cavabdeh2 satmasına dair məhkəməyə yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun sübutlar təqdim etməmişdir. Ona görə də, məhkəmə cavabdehin alqı-satqı müqavilələri bağlaması barədə göstərdiklərini qanunvericiliyin tələblərinə uyğun hesab etməməklə sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alan məhkəmə nəticəyə gəlir ki, mübahisəli avtomaşının mülkiyyətçisi olan İddiaçı özünə məxsus avtomaşını etibarnamə əsasında istifadəyə verdiyindən və hazırda da, etibarnamələri ləğv etdirdiyindən avtomaşının cavabdehlərin sahibliyində qalmasına qanuni əsas yoxdur. Ona görə də avtomaşın cavabdehlərin qanunsuz sahiblik və istifadəsindən alınmaqla iddiaçıya qaytarılmalıdır. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin Cavabdehlər Mövsümov Cavabdeh1 Mirhüseyin oğlunda, Cavabdeh3 və Cavabdeh2 “Opel Astra” minik markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar