Məhkəmə qərarları › İş №e-2(008)-203/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-203/2025

04.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-203/2025 04.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, onun vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı ona məxsus olan yaşayış evinə yerləşdirdiyi 1.Televizor Sony KD-49XG7096 markalı, qiyməti 1310 manat; 2. Kompüter stolüstü, medion markalı, qiyməti 1000 manat; 3. Kreslo, yelləncək qiyməti 300 manat; 4. İdman velosipedi, qaçış üçün, qiyməti 300 manat; 5. Mətbəx üçün bir ədəd stol və və stullar, qiyməti 150 manat; 6. Bir ədəd mikrodalğalısoba qiyməti 150 manat; 7. Elektrik ətçəkən maşın qiyməti 130 manat; 8. Əl ilə işləyən ətçəkən maşın 40 manat; 9. Toster 2 ədəd hər biri 70 manat, cəmi 140 manat; 10. Blender 2 cür 60 manat, cəmi 120 manat; 11. Mikser bir ədədi 60 manat;

12. Stol üstü saat elektron qiyməti 50 manat; 13. Plastik rəf qiyməti 50 manat; 14. Sərinkeş qiyməti 50 manat; 15. Süfrə qiyməti 80 manat; 16. Kişi qol saatı 150 manat; 17. Kişi kəməri 150 manat; 18. Kişi ətiri 50 manat; 19. Qadın kurtkası, xaki rəngli, uzun ölçülü 120 manat; 20. Qadın kurtkası qısa, qiyməti 50 manat; 21. Kofta sviter göy rəngli 60 manat; 22. Qadın paltarı don, göy güllü qiyməti 80 manat; 23. Qadın paltarı don, rəngli, qiyməti 50 manat; 24. İdman dəsti, qiyməti 50 manat, cəmi dəyəri 4690 manat təşkil edən əmlakların Cavabdeh alınaraq ona geri qaytarılması, əmlaklar olmadığı təqdirdə həmin əmlakların dəyəri olan 4690 manat pulun, vəkil xidməti üçün ödənilmiş 320 manatın və ödənilmiş 71 manat dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini mərhum həyat yoldaşı X4 ilə birlikdə öz vəsaitləri hesabına 16 noyabr 2020-ci il tarixdə alqı-satqı (qeydiyyat yolu ilə) yolu ilə əldə etmişlər. Həyat yoldaşı X4 04 dekabr 2020-ci il tarixdə ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Həmin vaxtdan da Seyran Nüsrətovla birlikdə orada yaşamağa başlamışlar. Yaşamaq üçün lazım olan əşyaları və həyat yoldaşının iş ləvazimatlarını da ora köçürmüşlər. Həmçinin, evin müəyyən dərəcədə təmirə ehtiyacı olduğu üçün evi təmir etdirmişlər. Lakin həyat yoldaşı üzun sürən ağır xəstəlikdən əziyyət çəkirdi. O, 17 fevral 2021-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşının yas mərasimini və 40 mərasimini verib başa çatdırdıqdan sonra 2021-ci ilin aprel ayının əvvəllərində ünvan 3 ünvanındakı fərdi yaşayış evinə yeni əşyalar yerləşdirmişdir. O, daimi olaraq bu evdə yaşayırdı. 2021-ci ilin iyul ayının 17-də işdən evə gəlmiş, lakin evin giriş qapısının açarlarının dəyişdirildiyini görmüş və evə daxil ola bilməmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, qayınatası Cavabdeh, qızı X5 və onun həyat yoldaşı X7 ilə birlikdə onun icazəsi olmadan, gizli şəkildə evinin giriş qapısını hansı vasitə ilə açaraq evə daxil olmuşlar və onun icazəsi olmadan evinin giriş qapısının açarları onlar tərəfindən dəyişdirilmişdir. Buna görə polis idarəsinə şikayət etmişdir. Lakin polis idarəsində bu məsələ öz həllini tapmadığı üçün məhkəməyə müraciət etməli olmuşdur. ünvan 1 ünvanında yerləşən ferdi yaşayış evinə köçürülməsi və sair tələblər barədə məhkəmədə iddia qaldırmışdır. Yuxarıda qeyd etdiyi kimi, mənzildə çoxlu sayda təzə əşyaları var idi. Artıq evində nələr baş verməsindən məlumat ala bilmirdi. Cavabdeh onu evinə buraxmırdı. Həmin vaxt mənzildə aşağıda göstərilən əşyaları var idi. Birinci mərtəbədə olan əmlaklar: qonaq otağında olan pərdə - qiyməti 800 manat, stol-stullar qiyməti 800 manat, televizor Sony - qiyməti 600 manat, maqnitofon dəsti sony qiyməti – 500 manat, mətbəx stol-stul dəsti qiyməti - 500 manat, soyuducu Toshiba qiyməti - 1300 manat, paltaryuyan Bosch - 1200 manat, qaz pilitəsi aspiratorla birlikdə - qiyməti 500 manat, mikrodalğalı soba Panosonic - 100 manat, elektrik avadanlıqları - qiyməti 1000 manat, şkaf 2 ədəd - 500 manat, kondisioner Bosch – 800 manat, kondisioner - 600 manat, qızına aldığı cehiz əşyaları qabqacaq və sair - 3000 manat, su filtri - 800 manat, kombi aparatı - 600 manat, pitiminutka – 100 manat, çilçıraq 2 ədəd - 500 manat, mətbəxt pərdəsi - 100 manat, qab-qacaq - 200 manat. İkinci mərtəbə olan əşyaları: iki yataq dəsti - 2000 manat, kompüter - 1000 manat, televizor Sony - 1300 manat, yelləncəkli stul - 300 manat, mansardda künc divan-kreslo - 400 manat, stol-stul - 50 manat, velosiped - 300 manat, tozsoran Bosch - 500 manat, qızına aldığı cehiz əşyaları - 3000 manat. Evə köçürülmə barədə iddia tələbi ilə bağlı müvəqqəti təminat tədbiri barədə ərizə verərək cavbdeh tərəfindən ona məxsus əşyalarından istifadə olunmasına (müəyyən hərəkətlərin edilməsinə) qadağan qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 2(008)-5326/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizəni təmin etməmişdir. Amma indi görür ki, cavabdeh evdə olan əşyalarının bir qismini mənzildən aparmış və yerdə qalan əşyalarından da istifadə edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (iş № 2(008)-5326/2021) iddia tələbi qismən təmin edilərək, onun ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə cavabdeh tərəfin verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (iş №2(103)-11225/2021) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5326/2021 saylı 09 sentyabr 2021-ci il tarixli qətnaməsinin iddianın qismən təmin edildiyi hissədə ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın qismən təmin edilməsi, onun ünvan 4 ünvanında yerləşən fərdi evə köçürülməsi, qətnamənin qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2196/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11225/2021 nömrəli iş üzrə 16 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(008)-5326/2021 saylı qətnaməsi icraya yönəldilmişdir. Lakin Cavabdeh müxtəlif vasitələrlə qətnaməni icra etməkdən yayınırdı. O, ünvan 4 ünvanında yerləşən evdə daimi olaraq yaşamırdı. ünvan 5əmuru Səbirə Məmmədova ünvan 4 ünvanında yerləşən fərdi evin giriş-çıxış qapısının məcburi qaydada açılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-246/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin edilərək, ünvan 4 ünvanında yerləşən fərdi evin giriş-çıxış qapısının məcburi qaydada açılması qərara alınmışdır. Həmin iş aylarla davam etmişdir. Cavabdeh vaxt uzatmaq və onun mənzilə daxil olmasının qarşısını almaq üçün müxtəlif vasitələrdən istifadə edir və hər yerə heç bir əsası olmayan şikayətlər göndərirdi. ünvan 4 ünvanında yerləşən fərdi evin giriş-çıxış qapısının məcburi qaydada açılması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-246/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı qanuni qüvvəsini aldıqdan sonra da bir neçə dəfə qətnamənin icrası ilə bağlı gün təyin edilsə də, cavabdeh buna yenə də mane olaraq evin giriş qapısını yenə açmamışdır. Sonuncu dəfə qətnamənin icrası xx.xx.2024-cü il tarixə saat 11:00-a təyin edilmişdir. Həmin vaxt məcbur olaraq ona məxsus olan ünvan 4 ünvanında yerləşən evə gedərək evin həyət qapısını məcburi qaydada açıb işəri daxil olmuşdur. Həmin vaxt Cavabdeh və onun Tünzalə adlı nəvəsinin evdə olduğunu görmüşdür. Onlar artıq gördülər ki, həyətə girmişdir və bundan sonra onlar evin giriş qapısını açdılar. Bundan sonra o, evə daxil olmuşdur. 2021-ci ilin 17 iyul tarixindən xx.xx.2024-cü ilədək bir dövrdə cavabdeh onu bu evə buraxmamışdır. Onun mülkiyyətində olan ev və evin içərisində yerləşdirdiyi əmlaklar uzun müddət cavabdehdə qalmışdır. O, evə daxil olarkən diqqət çəkən əşyalarının əksəriyyətinin yerində olmadığını görmüşdür. Həmin vaxt bununla bağlı DİN-nin 102 xidmətinə zəng edərək evdə olan əşyalarının yox olduğunu, onun icazəsi olmadan gizli şəkildə götürüldüyünü, oğurlandığını bildirmiş və araşdırma aparılmasını xahiş etmişdir. Bununla bağlı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi təhqiqat araşdırması aparmış və toplanmış material üzrə 19 fevral 2024-cü il tarixli qərarla Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. ünvan 1 ünvanındakı yaşayış evinə yerləşdirdiyi və yuxarıda qeyd etdiyi əşyalardan aşağıda göstərilən əşyalar cavabdeh tərəfindən mənzildən çıxarılaraq başqa yerə aparılmışdır: televizor Sony KD-49XG7096 markalı qiyməti 1310 manat, həmin televizoru həyat yoldaşının ölümündən sonra xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-dən nisyə alqı-satqı müqaviləsi əsasında kreditlə almışdır. Müqavilənin surətini əlavə edir. Kompüter stolüstü, Medion markalı, qiyməti 1000 manat, həmin kompüteri qızına almışdır, ona məxsusdur. Kreslo, yelləncək qiyməti 300 manat, onu da özü almışdır. İdman velosipedi qaçış üçün, qiyməti 300 manat, yoldaşı dünyasını dəəyişdikdən sonra almışdır. Mətbəx üçün bir ədəd stol və və stullar, qiyməti 150 manat; bir ədəd mikrodalğalı soba qiyməti 150 manat; elektrik ətçəkən maşın qiyməti 130 manat; əl ilə işləyən ətçəkən maşın 40 manat; toster 2 ədəd hər biri 70 manat cəmi 140 manat; blender 2 cür, hər biri 60 manat, cəmi 120 manat; bir ədəd mikser, qiyməti 60 manat; stol üstü saat elektron, qiyməti 50 manat; plastik rəf, qiyməti 50 manat; ventilyator, qiyməti 50 manat; süfrə bir ədəd, qiyməti 80 manat; kişi qol saatı - 150 manat, həyat yoldaşının ad günündə hədiyyə etmişdir; kişi kəməri - 150 manat, həyat yoldaşına ad günündə hədiyyə etmişdir; kişi ətiri - 50 manat, onu da həyat yoldaşına hədiyyə olaraq almışdır; qadın kurtkası, xaki rəngli, uzun ölçülü qiyməti 120 manat, özünə məxsus; qadın kurtkası qısa, qiyməti 50 manat, özünə məxsus; kofta sviter göy rəngli, qiyməti 60 manat, özünə məxsus; qadın paltarı don, göy güllü qiyməti 80 manat özünə məxsus; qadın paltarı don, rəngli, qiyməti 50 manat özünə məxsus; idman dəsti, qiyməti 50 manat, özünə məxsus, cəmi 4690 manat məbləğində olan əşyaları cavabdeh tərəfindən evdən aparılmışdır. Ona görə də bu əmlaklar-əşyalar cavabdehdən alınaraq ona qaytarılmalıdır. Bundan başqa, cavabdeh və onun yaxın qohumları qızı və nəvəsi evdə olan bütün əşyalarından istifadə etmişlər. Bununla da cavabdeh ona xeyli miqdarda zərər vurmuşdur. Onu da qeyd edir ki, ünvan 1 ünvanına məhkəmənin qərarı ilə qeydiyyata alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1260/2022 nömrəli 9 mart 2022-ci il tarixli qərarı ilə iddiа tələbi rədd edilmişdir. Həmin qərardan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2289/2022 nömrəli 28 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1260/2022 nömrəli 9 mart 2022-ci il tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilməklə iddia təmin edilərək, onun Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Seyid Şuşinski küçəsi 3Q saylı evə (məhkəmə qətnaməsi ilə köçürüldüyü evə) qeydiyyata alınması öhdəliyi cavabdehə həvalə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 202/2023 xx.xx.2023-cü il qərarı ilə həmin qərardan üçüncü şəxs Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 2289/2022 saylı 28 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, cavabdeh tərəfindən götürülmüş əşyaları geri qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı, onun vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın qismən təmin edilməsinə etiraz etmədilər. Kompüter stolüstü, medion markalı əşya həyat yoldaşına dayısı tərəfindən Almaniyadan hədiyyə şəklində verildiyindən onun dəyəri ilə bağlı hər hansı sübutu yoxdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 185.6. İşdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən etiraf edi və izahatında bildirdi ki, televizor Sony markalı; kompüter stolüstü, kreslo yelləncək və idman velosipedi həqiqətən onun evində olmuş, lakin televizoru Sumqayıta aparmış, komputerlə nəvələri oynadığından və xarab olduğundan onu tullamış, idman velosipedi evində yer tutduğundan onu bayıra qoymuş və gecə ikən onu kimsə aparmış, kreslo yelləncək sındığından onu da tullamışdır. Qalan əşyaları görməmiş və məlumatı yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2289/2022 №-li xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1260/2022 saylı 09 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi, yeni qərar qəbul edilərək iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Seyid Şuşinski küçəsi 3Q saylı evə (məhkəmə qətnaməsi ilə köçürüldüyü evə) qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-202/2023 №-li xx.xx.2023-cü il tarixli qərarından görünür ki, üçüncü şəxs Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2289/2022 saylı 28 sentyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5326/2021 №-li xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ünvan 7 ünvanında yerləşən fədi yaşayış evinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11225/2021 №-li xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5326/2021 saylı 09 sentyabr 2021-ci il tarixli qətnaməsinin iddianın qismən təmin edildiyi hissədə ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın qismən təmin edilməsi İddiaçı ünvan 7 ünvanında yerləşən fərdi evə köçürülməsi, qətnamənin qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2196/2022 №-li xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11225/2021 nömrəli iş üzrə 16 dekabr 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı tələbi ilə əlaqədar mülki mübahisələrin həlli üçün Azərbaycan Respublikasının MPM-nin 25-ci maddəsinə əsasən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. - VSBK06808 №-li xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin, təhvil-təslim aktının və ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı cəmi dəyəri 1310 manat olan 1 ədəd Sony KD-49XG7096 televizoru, 1 ədəd Yupiter YP 470 32-55 kronşteyni və 1 ədəd Rampage SN-RU7 Black USB Gaming Headset with Microphone qulaqlığı 12 ay müddətinə 11 manat ilkin ödəniş etməklə aylıq 108 manat (sonuncu ay 111 manat) ödəmək şərti ilə "xxxx" MMC-dən almışdır. - Bakıxanov Bələdiyyəsi tərəfindən verilmiş 026 nömrəli xx.xx.2021-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, İddiaçı yerli (bələdiyyə) vergilərin ödəyicisi kimi uçota alınmışdır. - 024992 nömrəli xx.xx.2000-ci il tarixli vəsiqənin surətindən görünür ki, X4 müharibə veteranıdır. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Bakı şəhəri 18 saylı vəkil bürosunun hesabına 320 manat məbləğində pul ödənilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün İddiaçı tərəfindən həmin tarixdə 71 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-129/2024 №-li xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçı X2 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı üçüncü şəxs qismində İddiaçı cəlb edilməklə “cavabdehin imtinasının əsassız hesab edilməsi, iddiaçının Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X.Şuşinski küçəsi 3Q saylı fərdi evə daimi pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-645/2022 №-li xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs İddiaçı) ünvan 8 ünvanına pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə olunması barədə iddiasının rədd edilməsi qərara alınmışdır. - ORK00806 №-li xx.xx.2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin, təhvil-təslim aktının və ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı dəyəri 899 manat olan 1 ədəd Sony KDL-40R353C markalı televizoru 251 manat ilkin ödəniş etməklə, 6 ay müddətinə aylıq 108 manat ödəmək şərti ilə "xxxx" MMC-dən almışdır. - ORK00390 №-li xx.xx.2016-cı il tarixli nisyə alqı-satqı müqaviləsinin, təhvil-təslim aktının və ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı dəyəri 1099 manat olan 1 ədəd BOSCH WLK2426SME markalı paltaryuyanı 12 ay müddətinə aylıq 92 manat ödəmək şərti ilə "xxxx" MMC-dən almışdır. - ORK00518 №-li xx.xx.2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin, təhvil-təslim aktının və ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı dəyəri 1291 manat olan 1 ədəd BOSCH WLK2426SME markalı paltaryuyanı 12 ay müddətinə 91 manat ilkin ödəniş etməklə, aylıq 100 manat ödəmək şərti ilə "xxxx" MMC-dən almışdır. - X6 ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, sonuncu, 1 ədəd pambıq, 1 ədəd kömür, 1 ədəd kristal, 1 ədəd membran, 1 ədəd kakos və 1 ədəd mineral filtri X3 təhvil almışdır. - “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyi tərəfindən verilmiş 023010 №-li vəsiqənin surətindən görünür ki, Cavabdeh şəhid ailəsidir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/9132 №-li xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, qərardadda qeyd edilən əşyaların istifadədə olmuş vəziyyətdə satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadı, yeni vəziyyətdə televizor və yelləncəyin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1940,00 manat müəyyən olunur. Digər 2 adda əşya ilə bağlı kifayət qədər məlumat olmadığından, tədqiqat aparmaq mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı mətbəx üçün bir ədəd stol və və stullar, qiyməti 150 manat; bir ədəd mikrodalğalısoba qiyməti 150 manat; elektrik ətçəkən maşın qiyməti 130 manat; əl ilə işləyən ətçəkən maşın 40 manat; toster 2 ədəd hər biri 70 manat, cəmi 140 manat; blender 2 cür 60 manat, cəmi 120 manat; mikser bir ədədi 60 manat; stol üstü saat elektron qiyməti 50 manat; plastik rəf qiyməti 50 manat; sərinkeş qiyməti 50 manat; süfrə qiyməti 80 manat; kişi qol saatı 150 manat; kişi kəməri 150 manat; kişi ətiri 50 manat; qadın kurtkası, xaki rəngli, uzun ölçülü 120 manat; qadın kurtkası qısa, qiyməti 50 manat; kofta sviter göy rəngli 60 manat; qadın paltarı don, göy güllü qiyməti 80 manat; qadın paltarı don, rəngli, qiyməti 50 manat; idman dəsti, qiyməti 50 manat olan əşyaların ünvan 1 ünvanında və cavabdehin qeyri-qanuni sahibliyində olması sübuta yetirilməmiş, iddiaçı həmin hissədə iddia tələbinin əsası kimi istinad etdiyi hallara, yəni adı çəkilən əşyaların onun tərəfindən alınmasına və özünə məxsus olmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, həmin əşyalara münasibətdə iddia tələbi əsassızdır və rədd edilməlidir. Bununla yanaşı, məhkəmə araşdırması zamanı Cavabdeh televizor Sony KD- 49XG7096 markalı, qiyməti 1310 manat; kompüter stolüstü, Medion markalı, qiyməti 1000 manat; kreslo, yelləncək qiyməti 300 manat; idman velosipedi, qaçış üçün, qiyməti 300 manat olan əşyaların əvvəllər ünvan 1 ünvanında olmaqla İddiaçı məxsus olduğunu etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə hesab edir ki, televizor Sony KD-49XG7096 markalı, qiyməti 1310 manat; kreslo, yelləncək qiyməti 300 manat; idman velosipedi, qaçış üçün, qiyməti 300 manat olan əşyaların iddiaçıya məxsus olması cavabdeh tərəfindən etiraf edildiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı Cavabdeh kompüter stolüstü, Medion markalı, qiyməti 1000 manat olan əşyanın İddiaçı məxsus olduğunu etiraf etsə də, iddiaçı həmin əşyanın ərinə dayısı tərəfindən hədiyyə verildiyini bildirmiş, həmçinin, əşyanın mövcudluğuna və dəyərinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə, kompüter stolüstü, Medion markalı, qiyməti 1000 manat olan əşyaya münasibətdə cavabdehin etirafını qəbul etmir və hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 1 ünvanındakı fərdi yaşayış evində İddiaçı məxsus olan Sony KD- 49XG7096 markalı televizor, olmadıqda dəyəri 1310 manat; kreslo yelləncək, olmadıqda dəyəri 300 manat; idman velosipedi, olmadıqda dəyəri qiyməti 300 manat, ümumilikdə 1910 manat dəyərində əmlaklar, olmadıqda dəyəri Cavabdeh alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, artıq ödənilmiş 4.10 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalı, 39.10 manat dövlət rüsumu və 160 manat hüquqi yardım haqqı Cavabdeh alınaraq İddiaçı ödənilməli, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək qaydada, hər birindən 25 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanındakı fərdi yaşayış evində İddiaçı məxsus olan Sony KD-49XG7096 markalı televizor, olmadıqda dəyəri 1310 manat; kreslo yelləncək, olmadıqda dəyəri 300 manat; idman velosipedi, olmadıqda dəyəri qiyməti 300 manat, ümumilikdə 1910 manat dəyərində əmlaklar, olmadıqda dəyəri Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Artıq ödənilmiş 4.10 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Cavabdeh 39.10 manat dövlət rüsumu və 160 manat hüquqi yardım haqqı alınaraq İddiaçı ödənilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək qaydada, hər birindən 25 manat tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar