Məhkəmə qərarları › İş №e-2(008)-2044/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2044/2025

13.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2044/2025 13.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7250 AZN (yeddi min iki yüz əlli manat) sığorta ödənişin və ödənilmiş 92.50 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2017-ci il tarixində Cavabdeh talama məqsədi olmadan ələ keçirdiyi “Mercedes Benz 230” markalı 10 OZ 06 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Audi” markalı ** EL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “VAZ 2106” markalı ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmiş, nəticədə X8 yüngül dərəcəli xəsarət almış, X3 az ağır dərəcəli xəsarət almışdır. İş materiallarına əlavə edilmiş 044829, 044837, 044821, 044820 nömrəli nömrəli sığorta aktlarından göründüyü kimi hadisə zamanı Cavabdeh talama məqsədi olmadan ələ keçirərək idarə etdiyi “Mercedes Benz 230” markalı 10 OZ 06 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İddiaçı Sığorta Şirkəti” iş materiallarına əlavə edilmiş 8319 nömrəli ödəniş tapşırığına əsasən “Audi” markalı ** EL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 3955 AZN (üç min doqquz yüz əlli beş manat) sığorta ödənişi həyata keçirmiş, “VAZ 2106” markalı ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1045 (min qırx beş manat) sığorta ödənişi həyata keçirmiş, X6 dəymiş yüngül dərəcəli xəsarətə görə 750 AZN (yeddiyüz əlli manat) sığorta ödənişi həyata keçirmiş, X1 dəymiş az ağır dərəcəli xəsarətə görə 1500 AZN (min beş yüz manat) sığorta ödənişi həyata keçirmiş, ümumilikdə 7250 AZN (yeddi min iki yüz əlli manat) sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2017-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini talama məqsədi olmadan ələ keçirmiş və hadisə törətmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Sabunçu rayon Məhkəməsinin 1(008)-39/2018 saylı hökmünə əsasən Cavabdeh Cinayət Məcəlləsinin 185.1 və 263-1.3-cü maddələri ilə təqsirli bilinmişdir. Bu səbəbdən ələ keçirdiyi “Mercedes Benz 230” markalı 10 OZ 06 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini istismar etmək hüququ olmadığı üçün ona qarşı subroqasiya hüququ yaranmışdır və 7250 AZN (yeddi min iki yüz əlli manat) pul Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə tutulmalıdır. İddiaçı Atəşgah Sığorta Şirkəti ASC xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 1(008)-39/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Cinayət Məcəlləsinin 185.1 və 263-1.3-cü maddələri ilə təqsirli bilinmişdir. xx.xx.2017-ci il tarixli, 044837 saylı sığorta aktından görünür ki, sığorta olunmuş “Mercedes Benz 230” markalı, ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobil 55000 manat məbləğində sığorta edilmişdir. xx.xx.2017-ci il tarixdə sığortalanmış avtomobil “Vaz 2106” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində baş vermiş sığorta hadisəsi ilə əlaqədar ziyana görə sığorta ödənişinin məbləği 1045 manat köçürülmə yolu ilə X4 hesabına köçürülmüşdür. xx.xx.2017-ci il tarixli, 044821 saylı sığorta aktından görünür ki, sığorta olunmuş “Mercedes Benz 230” markalı, ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobil 55000 manat məbləğində sığorta edilmişdir. xx.xx.2017-ci il tarixdə sığortalanmış avtomobil törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində X8 yüngül dərəcəli xəsarətlər almışdır. Yol nəqliyyat hadisəsi nəticəsində baş vermiş sığorta hadisəsi ilə əlaqədar ziyana görə sığorta ödənişinin məbləği 750 manat köçürülmə yolu ilə X4 hesabına köçürülmüşdür. xx.xx.2017-ci il tarixli, 044820 saylı sığorta aktından görünür ki, sığorta olunmuş “Mercedes Benz 230” markalı, ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobil 55000 manat məbləğində sığorta edilmişdir. xx.xx.2017-ci il tarixdə sığortalanmış avtomobil törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində X3 az ağır dərəcəli xəsarətlər almışdır. Yol nəqliyyat hadisəsi nəticəsində baş vermiş sığorta hadisəsi ilə əlaqədar ziyana görə sığorta ödənişinin məbləği 1500 manat köçürülmə yolu ilə X4 hesabına köçürülmüşdür. xx.xx.2017-ci il tarixli, 044829 saylı sığorta aktından görünür ki, sığorta olunmuş “Mercedes Benz 230” markalı, ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobil 55000 manat məbləğində sığorta edilmişdir. xx.xx.2017-ci il tarixdə sığortalanmış avtomobil törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində “Audi” markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində baş vermiş sığorta hadisəsi ilə əlaqədar ziyana görə sığorta ödənişinin məbləği 3955 manat köçürülmə yolu ilə X10 hesabına köçürülmüşdür. - xx.xx.2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, 25303 manat məbləğində pul vəsaiti İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığorta ödənişi edilmişdir. -xx.xx.2017-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2017-ci il tarixdə saat 17:00-da Sumqayıt Pirşağı yolunun kəsişməsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin yol nəqliyyat hadisəsi nəticəsində X8 yüngül dərəcəli, X7 ağır, X3 az ağır və X5 az ağır dərəcəli xəsarətlər almışdır. -xx.xx.2017-ci il tarixli, 19672 nömrəli ekspert rəyinin surətindən görünür ki, 2014-cü il buraxılışlı “Audi Q7” markalı, **-EL-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən günə təxminən 6110 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti 4990 manat, təmir-bərpa işlərinn qiyməti 1120 manat təşkil edir. -xx.xx.2017-ci il tarixli, 19673 nömrəli ekspert rəyinin surətindən görünür ki, «Qrand Avtoservis» tərəfindən verilmiş 41 №-li arayışdakı dəyişilməli ehtiyyat hissələri və təmirbərpa işləri barədə məlumatlarına əsasən, təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2004-cü il buraxılışlı “VAZ-2106’’ markalı, **-BG-*** qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən günə, yəni 20 iyul 2017-ci il tarixə nəzəri hesablama yolu ilə təxminən 1787,00 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti - 747,00 manat, təmir-bərpa işlərinin qiyməti - 1040,00 manat təşkil edir. Tədqiq edilən 2004-cü il buraxılışlı, həmin “VAZ-2106” markalı, **-BG-*** qeydiyyat nişanlı avtomobilin hadisə baş verən günə, yəni 20 iyul 2017-ci il tarixə zədələnməsindən zərərçəkmişə dəymiş maddi ziyanın məbləği (təmir-bərpa işlərinin dəyəri), hissələrə düşən köhnəlmə faizi nəzərə alınmaqla nəzəri hesablama yolu ilə təxminən 1499,00 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti - 459,00 manat, təmir-bərpa işlərinin qiyməti - 1040,00 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən zərərdən sığorta müqaviləsinə görə bir tərəf (sığortaçı) müqavilə ilə şərtləşdirilmiş haqq (sığorta haqqı) müqabilində digər tərəfə (sığortalıya) və ya sığorta müqaviləsi xeyrinə bağlanmış başqa şəxsə (faydalanan şəxsə) müqavilədə nəzərdə tutulan hadisənin (sığorta hadisəsinin) baş verdiyi təqdirdə həmin hadisə nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin əvəzini müqavilə ilə müəyyənləşdirilmiş məbləğ (sığorta məbləği) həddində ödəməyi (sığorta ödənişi) öhdəsinə götürür. Həmin məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ bu qanunun xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması zamanı yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, “Mercedes Benz 230” markalı, ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı şirkət tərəfindən sığortalanmışdır və hadisə baş verdiyi 2017-ci il tarixdə maşın sığortlalı olmuşdur. Həmin avtomobili qanunsuz olaraq ələ keçirən Cavabdeh qəza törətmiş, onun təqsiri məhkəmə hökmü ilə müəyyən olunmuşdur. Nəticədə baş vermiş qəza hadisəsindən zərərçəkmişlərə ziyan dəymi. Və bu ziyan iddiaçı tərəfindən ödənilmişdir. Cavabdehin təqsiri müəyyən olunduğuna görə iddiaçının ödənilmiş ziyanın ondan tələb etmək hüququ yaranmışdır. Dəyən ziyanın məbləği ayır ayrılıqda zərərçəkmiş X6 dəymiş yüngül dərəcəli xəsarətə görə 750 AZN, X1 dəymiş az ağır dərəcəli xəsarətə görə 1500 AZN, ümumilikdə 7250 AZN omuşdur. Buna görə də iddia tələbi təmin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 92,50 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7250 (yeddi min iki yüz əlli) manat məbləğində sığorta ödənişi və 92 (doxsan iki) 50 (əlli) qəpik məbləğində dövlət rüsumunun əvəzi «Atəşgah” ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar