Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-208/2025 07.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla) “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********** nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, 2259 nömrəli Ləhiş bağ sahəsinin 0.25 ha torpaq sahəsində X2 tərəfindən özbaşına tikilmiş bağ evinin öz hesabına sökülməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli ********** nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, 2259 nömrəli Ləhiş bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Qonşu torpaq sahəsində olan Cavabdeh ona məxsus 0.25 ha torpaq sahəsində ev tikmişdir. Dəfələrlə torpaq sahəsinin mülkiyyət sənədi və cizgisi olmasını, torpaq sahəsində tikilmiş özbaşına evin sökülməsini tələb etsə də, cavabdeh buna məhəl qoymayaraq, məhkəməyə müraciət etməsini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh mübahisə gedən torpaq sahəsinin babası Nazim Məmməd oğluna məxsus olduğunu, köhnə tikili babası tərəfindən tikildiyini və iddia tələbini qəbul etmədiyini bildirdi. İddiaçı və maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Rüspublikası Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında mübahisə gedən torpaq sahəsi ilə bağlı iddiaçının çıxarışı olduğunu, iddiaçının torpaq sahəsində qanunsuz tikili olduğu müəyyən edildiyini, cavabdehin həmin tikilidə əvvəl yaşadığını, torpaq sahəsində həm təzə, həm də köhnə tikili mövcud olduğunu və ekpert rəyində də bunlar öz əksini tapdığını bildirmişdir. xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında 2023-cü ildə Bakı İnzibati Məhkəməsinin qərarına əsasən mübahisə gedən torpaq sahəsi cavabdehin babası Nazim Məmməd oğluna məxsus olduğunu, torpaq sahəsi ilə bağlı çıxarış alınması ilə bağlı məhkəmə mübahisəsinin olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları nəzərdən keçirdərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətlərindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, 2259 nömrəli Ləhiş bağ sahəsinə İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3728/2021 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla) “özbaşına tikilinin sökülməsi” tələbinə dair iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertiza Mərkəzinin 10/4339 nömrəli 26 dekabr 2024-cü il tarixli rəyinə əsasən baxış zamanı təqdim olunmuş tikinti altı sahəsi 99m2 olan tikilinin bütövlükdə, tikinti altı sahəsi 3,16 m2 olan köməkçi tikilinin isə 1,33 m2 hissəsinin, xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Torpaq Məcəlləsi: Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Maddə 111.3 Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İşdən göründüyü kimi iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan 0,25 ha torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş tikililərin sökülməsini, torpaq sahəsinin boşaldılmasını xahiş etmişdir. İş üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq edilmişdir ki, cavabdehə aid olan tikililər iddiaçıya məxsus sahədə yerləşir. Rəyi tərtib etmiş mütəxəsislər iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin kordinat məlumatları əsasında müvafiq ekspertiza keçirmiş və cavabdeh tərəfindən tikilmiş tikililərin həmin sahəyə düşməsini müəyyən etmişlər. Rəyin nəticələrini şübhə altına alan hallar aşkar edilməmişdir. Cavabdeh tərəf də rəyin həqiqiliyini şübhə altına alan dəlillər irəli sürə bilməmişdir. Bundan başqa, məhkəmə müəyyən etmişdir ki, cavabdehin istifadə etdiyi torpaq sahəsi və tikililərə dair heç bir hüquqmüəyyənedici sənədləri yoxdur. Beləliklə məhkəmə hesab edir ki, mübahisə mülkiyyətin müdafiəsinə yönəldilmiş tələb olduğundan iddia təmin edilrərək, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, 2259 nömrəli Ləhiş bağ sahəsinin 0.25 ha torpaq sahəsində tikinti altı bağ sahəsi 99 m2 olan tikili bütövlükdə, tikinti altı sahəsi 3.16 m2 olan köməkçi tikilinin 1.33 m2 hissəsi Cavabdeh hesabına sökülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəfin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəfin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onun aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, 2259 nömrəli Ləhiş bağ sahəsinin 0.25 ha torpaq sahəsində tikinti altı bağ sahəsi 99 m2 olan tikili bütövlükdə, tikinti altı sahəsi 3.16 m2 olan köməkçi tikilinin 1.33 m2 hissəsi Cavabdeh hesabına sökülsün. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçının xeyrinə ödənilsin. 100 manat ekspertiza xərci tərəflərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-208/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-208/2025
07.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver