Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2352/2023 07.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili, Cavabdeh2 vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payın naturada ayrılması, torpaq sahəsinin boşaldılması və əlaqəli tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payın naturada ayrılması, torpaq sahəsinin boşaldılması və əlaqəli tələblərə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 429.2 kv.m olan bağ evinin 0.36 ha torpaq sahəsinin 0.30 ha hissəsində payının ayrılması və həmin hissədə torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi, mülkiyyətinə yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1378B ünvanında yerləşən ümumi sahəsi 429.20 kv.m olan bağ evinin 0.36 ha torpaq sahəsinin 0.30 ha hissəsi əvvəlcə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olmuşdur. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1378B ünvanında yerləşən ümumi sahəsi 429.20 kv.m olan bağ evinin 0.36 ha torpaq sahəsinin 0.30 ha hissəsi İddiaçı xüsusi mülkiyyətinə keçmişdir. İddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2022-ci il tarixində dövlət reyestrində qeydə alınmış, bu barədə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Həmin torpaq sahəsi hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1378B ünvanında yerləşən ümumi sahəsi 429.20 kv.m olan bağ evinin 0.36 ha torpaq sahəsinin 0.30 ha hissəsinə iddiaçının, digər Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1378B ünvanında yerləşən ümumi sahəsi 429.20 kv.m olan bağ evinin 0.36 ha torpaq sahəsinin 0.06 ha hissəsinə və bağ evinə isə Cavabdeh2 payı tanınmışdır. Lakin paylı mülkiyyətdə olan həmin torpaq sahəsinə sərəncam, sahiblik və ondan istifadə barədə cavabdehlərlə razılığa gəlinməsi hazırki mərhələdə qeyri-mümkündür. Cavabdeh2 və onun atası Cavabdeh1 iddiaçının ona məxsus torpaq sahəsindən mülkiyyətçi kimi istifadə etməsinə şərait yaratmır. Ona görə də, həmin torpaq sahəsi məhkəmə tərəfindən paylarına uyğun olaraq naturada bölünməlidir. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq, paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən, satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə xx.xx.2022-ci il tarixinədək alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Lakin xx.xx.2022-ci il tarixli alqı-satqı bağlandığı tarixdən sonra Cavabdeh2 iddiaçıya aid torpaq sahəsinin boşadılması ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Əksinə, cavabdehlər iddiaçının həmin sahəyə buraxılmasında süni maneələr yaradırlar. Halbuki, Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Reyestrin mövcud məzmununa görə isə, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1378B ünvanında yerləşən ümumi sahəsi 429.20 kv.m olan bağ evinin 0.36 ha torpaq sahəsinin 0.30 ha hissəsinin mülkiyyətçisidir. Cavabdeh isə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1378B ünvanında yerləşən ümumi sahəsi 429.20 kv.m olan bağ evinin 0.36 ha torpaq sahəsinin 0.30 ha hissəsinə mülkiyyət hüququ xitam olunduğundan o, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə qanunsuz sahiblik edir. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu səbəbdən, Cavabdeh2 və həmin bağ sahəsində yaşayan digər şəxslərin Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1378B ünvanında yerləşən ümumi sahəsi 429.20 kv.m olan bağ evinin 0.36 ha torpaq sahəsinin 0.30 ha hissəsindən istifadə etməsi və orada yaşamaları qeyri-qanunidir. Beləliklə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. Daxili qanunvericilik və beynəlxalq hüquq normalarının tələbləri baxımından da mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçinin həmin hüquqdan sərbəst istifadə etmək hüququ var. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, həmçinin bildirdi ki, "xxxx" Bank Olmayan Kredit X5 Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2020/00033-01 saylı istehlak krediti üzrə borcalanın öhdəliklərinin təminatı olaraq mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində istifadədə olan 0.03388 ha torpaq sahəsi üzərində yerləşən 429.2 kv.m ümumi sahədən ibarət 1378d/10,1378 v, 1378 b saylı bağ evi ipoteka ilə yüklü edilmişdir. Bundan sonra ipoteka saxlayanın razılığı ilə 10.012022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1378B ünvanında yerləşən ümumi sahəsi 429.20 kv.m olan bağ evinin 0.36 ha torpaq sahəsinin 0.30 ha hissəsi ipoteka predmetindən ayrılaraq İddiaçı satılmış və onun xüsusi mülkiyyətinə keçmişdir. Qeyd edilənlər Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1465/2023 saylı, xx.xx.2023-cii il tarixli qətnaməsi ilə də öz təsdiqini tapır. Belə ki, iddiaçı "xxxx" Bank Olmayan Kredit X5 Cəmiyyəti iddia tələbinin həcminin dəqiqləşdiriləşməsi barədə ərizə təqdim edərək, bildirmişdir ki, cavabdehin xx.xx.2019-cu il tarixli, 2019/00015-01 nömrəli kredit müqaviləsi üzrə təşkilatlarına olan borcunu tələbdəki bağ evinin 0,30 ha hissəsini təşkilatın razılığı ilə sataraq tam şəkildə ödəməsi səbəbindən, həmin müqavilə üzrə borc məbləğləri iddia tələbindən çıxarılmışdır, həmçinin qeyd edilmişdir ki, tələbdəki bağ evinin 0,30 ha hissəsi satıldığından, cavabdehin mülkiyyətində həmin bağ evinin cəmi 0,06 hissəsi qalmışdır. Hazırki iş üzrə təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyində də Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1378B ünvanında yerləşən ümumi sahəsi 429.20 kv.m olan bağ evinin 0.36 ha torpaq sahəsinin 0.30 ha hissəsinin naturada ayrılmasının (eləcə də mövcud olan tikili nəzərə alınmaqla) texniki cəhətdən mümkün olması göstərilmişdir. İşin faktiki hallarından göründüyü kimi, cavabdehlərin Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1378B ünvanında yerləşən ümumi sahəsi 429.20 kv.m olan bağ evinin 0.36 ha torpaq sahəsinin 0.30 ha hissəsinə hər hansı hüquqlarının olmamasına baxmayaraq, onların əmlaka sahiblik etməsi qanunsuzdur. Hazırkı vəziyyətdə iddiaçı mülkiyyətçi kimi öz hüquqlarını realizə edə bilmir, onun hüquqları pozulur. Göstərilənlərə əsasən, nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 nümayəndəsi və vəkili, Cavabdeh2 vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, həmin torpaq sahəsindən cavabdehlərin servitut hüquqlarının mövcud ola biləcəyini məhkəmənin diqqətinə çatdıraraq, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tərəflərin iştirakı ilə məcmu halında tədqiq edilmiş: - Cavabdeh2 və İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1378B ünvanında yerləşən ümumi sahəsi 429.2 kv.m olan bağ evinin 0.36 ha torpaq sahəsinin 0.30 ha torpaq sahəsi 71.800 manata İddiaçı satılmış, qalan torpaq sahəsi və bağ evi satıcının mülkiyyətində saxlanılmışdır. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan aydın olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1378B ünvanında yerləşən ümumi sahəsi 429.2 kv.m olan bağ evinin 0.36 ha torpaq sahəsinin 0.30 ha sahəsi üzərində İddiaçı paylı mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə, bağ evi və 0,06 ha sahəsi üzərində isə xx.xx.2022-ci il tarixdə Cavabdeh2 paylı mülkiyyət hüququ qeydiyyata alınmışdır. - Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən imzasının həqiqiliyi təsdiq edilmiş X4 xx.xx.2022-ci il tarixli ərizəsindən məlum olur ki, o, sözügedən torpaq sahəsinin satılmasına etiraz etməmişdir. - Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən imzasının həqiqiliyi təsdiq edilmiş İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsindən aydın olur ki, sözügedən torpaq sahəsi üzərində məhdudiyyət (girov) olması ona məlum olmuş, bununla belə həmin əmlakın adına rəsmiləşdirilməsini xahiş etmiş, bu barədə heç bir iddia və tələbi olmayacağını bildirmişdir. - "xxxx" BOKT ASC-nin ünvan 3 ünvanlanmış xx.xx.2021-ci il tarixli müraciətindən görünür ki, cəmiyyət Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 0.36 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 429.2 kv.m olan 1378B ünvanında yerləşən bağ evi və bağ evinin yerləşdiyi torpaq sahəsi girovda qalmaqla, tikili olmayan boş ərazi olan torpaq sahəsindən 0.30 ha sahəsinin "xxxx" BOKT ASC-də girovda qalması şərti ilə satılmasına etiraz etməmiş, alqı-satqı zamanı qeyd edilən 0,30 ha torpaq sahəsinin "xxxx" BOKT ASCdə girovda qalması şərti ilə alqı-satqı edilməsini və alqı-satqı zamanı əldə edilən vəsaiti, yəni 70.000 manat məbləği “X7” ASC-də olan hesablarına köçürülməsi xahiş olunmuşdur. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən 71.800 manat məbləğində pul vəsaiti "xxxx" QSC-nin “20 Yanvar” filialına mədaxil edilmiş, xx.xx.2022-ci il tarixdə isə sonuncu tərəfindən 70.000 manat pul vəsaiti "xxxx" BOKT ASC-nin “X7” ASC-də olan hesabına köçürülmüşdür. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1465/2023 saylı qətnaməsindən aydın olur ki, iddiaçı "xxxx" BOKT ASC Cavabdeh2 qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizələr və xx.xx.2022-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tariхli, 2020/00033-01 nömrəli krеdit müqaviləsinə əsasən 48.454,46 manat məbləğində qalıq, ona hesablanmış 26.028,94 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 45.300 manat məbləğində dəbbə pulu, müqavilə müddəti başa çatdıqdan sonra Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi əsasında hesablanan faiz borcu 2.451,32 manat olmaqla, cəmi 122.234,72 manat məbləğində borc, ekspertiza tədqiqatının dəyəri olan 550 manat və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun ona ödənilməsi, tələbin cavabdehin mülkiyyətində olan 0,06 ha sahədən ibarət Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1378d/10, 1378v, 1378b saylı bağ evinə yönəldilməsi, açıq hərracda satılması və onun satışından əldə olunacaq pul vəsaiti hesabına cəmi 122.234,72 manat məbləğində borcun, ekspertiza tədqiqatının dəyəri olan 550 manatın və dövlət rüsumu kimi ödənilmiş 30,4 manat məbləğində pulun ona ödənilməsi və ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia həcminin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2019-cu il tarixli, 2019/00015-01 nömrəli kredit müqaviləsi üzrə təşkilatlarına olan borcunu tələbdəki bağ evinin 0,30 ha hissəsini təşkilatın razılığı ilə sataraq tam şəkildə ödədiyindən, həmin müqavilə üzrə borc məbləğləri iddia tələbindən çıxarılmışdır. Həmçinin qeyd edilmişdir ki, tələbdəki bağ evinin 0,30 ha hissəsi satıldığından, cavabdehin mülkiyyətində həmin bağ evinin cəmi 0,06 hissəsi qalmışdır. Həmin iddia tələbi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-306/2022 saylı qətnaməsi ilə qismən təmin edilərək, Cavabdeh2 xx.xx.2020-ci il tarixli, 2020/00033-01 nömrəli istehlak kredit müqaviləsi üzrə 48.454,46 manat məbləğində əsas borc, 13.996,18 manat məbləğində faiz borcu, 4.000 manat məbləğində cərimə, 1.568,09 manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5%lə hesablanan faiz məbləği, ümumilikdə 68.018,73 manat məbləğində borcun iddiaçı "xxxx" Bank Olmayan Kredit X5 Cəmiyyətinin xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən torpaq sahəsi 0.06 ha olan 1378d/10, 1378v, 1378b saylı bağ evinə yönəldilməsi, ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi olan 1378d/10, 1378v, 1378b saylı bağ evinin ilkin satış qiymətinin 347.652 manat məbləğində müəyyən edilməsi həmin bağ evinin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına ümumi borc və dövlət rüsumunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan Cavabdeh2 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. -Həmin qətnamədən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti yuxarıda göstərilmiş apellyasiya instansiya məhkəməsinin sözügedən qətnaməsi ilə təmin edilməmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(001)-306/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. - Məhkəmənin iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə qərardadına əsasən, təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2742 №-li rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 429.2 kv.m olan bağ evinin 0.36 ha torpaq sahəsinin 0.30 ha hissəsində 2 ədəd talvar-hovuz, 1 ədəd tikili və 1 ədəd talvar inşa olunmuşdur. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 429.2 kv.m olan bağ evinin 0.36 ha torpaq sahəsinin 0.30 ha hissəsinin naturada ayrılması (eləcə də mövcud olan tikili nəzərə alınmaqla) Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. Bölgü variantı rəyə əlavə olunmuş sxemdə və rəyin tədqiqat hissəsində ətraflı göstərilmişdir. Beləliklə, işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1378B ünvanında yerləşən ümumi sahəsi 429.2 kv.m olan bağ evinin 0.36 ha torpaq sahəsi Cavabdeh2 "xxxx" BOKT ASC-yə olan borcunun təminatı kimi ipoteka ilə yüklü edilmiş və həmin daşınmaz əmlak üzərindən yüklülük götürülmədən, torpaq sahəsinin bir hissəsi - 0.30 ha sahəsi ipoteka saxlayanın razılığı ilə xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmışdır və sonuncunun sözügedən torpaq sahəsi üzərində paylı mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçı daşınmaz əmlakın sözügedən hissəsinin mülkiyyətçisi olduğu halda, cavabdehlər tərəfindən həmin əmlak üzərində mülkiyyət hüququndan irəli gələr hüquqların icrasına mənaelər törədildiyini və əmlakın onun faktiki sahiblik və istifadəsinə verilmədiyini iddia edərək, bu maneələrə son qoyulmasını və torpaq sahəsinin mülkiyyətində olan 0.30 ha hissəsinin boşaldılaraq ona təhvil verilməsini, həmçinin həmin hissənin naturada bölünməsini məhkəmədən xahiş edir. Məhkəmə, iş materiallarını və ekspert rəyini əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Bununla əlaqədar olaraq da, məhkəmə ekspert rəyini obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirir və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia tələbi təmin edilərək, iddiaçının payının naturada ayrılması tələbi rəyin nəticə və tədqiqat hissəsində göstərilən, habelə rəyə əlavə edilmiş bölgü plan sxeminə uyğun ayrılma variantına uyğun qaydada təmin edilməlidir. Həmin sxemdə hazırda mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 429.2 kv.m olan bağ evinin 0.36 ha torpaq sahəsinin 0.30 ha hissəsinin və orada yerləşən “A” literli tikilinin naturada bölünmə qaydası əyani göstərilmişdir. Beləliklə, ekspert rəyi və həmin sxem nəzərə alınmaqla, İddiaçı mülkiyyətində olan sözügedən ünvanda yerləşən ümumi sahəsi 429.2 kv.m olan bağ evinin 0.36 ha torpaq sahəsinin 0.30 ha hissəsi, Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış və qeydiyyata alınma nömrəsi ********** olan bağ evi və 0,06 ha torpaq sahəsindən naturada ayrılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.4-cü maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə iddianın digər – ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 429.2 kv.m olan bağ evinin 0.36 ha torpaq sahəsinin 0.30 ha hissəsində torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, mülkiyyətə yaradılmış maneələrin aradan qaldırılması hissələrini aşağıdakılara əsasən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin huquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. Məhkəmə, hesab edir ki, tərəflər arasında yaranmış mübahisənin göstərilən hissəsinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1-157.2ci maddələri tətbiq olunmalıdır. Həmin normalara görə, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia tələbi təmin olunaraq İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 429.2 kv.m olan bağ evinin 0.36 ha torpaq sahəsinin 0.30 ha hissəsi, Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış və qeydiyyata alınma nömrəsi ********** olan bağ evi və 0,06 ha torpaq sahəsindən naturada ayrılmalı, bu zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2742 №-li rəyi və ona əlavə edilmiş torpaq sahəsinin bölgü-plan sxemi nəzərə alınmalıdır. Həmçinin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 429.2 kv.m olan bağ evinin 0.36 ha torpaq sahəsinin 0.30 ha hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılaraq, İddiaçı təhvil verilməli və həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdehlər tərəfindən yaradılmış maneə aradan qaldırılmalıdır. Eyni zamanda, iş materiallarından görünür ki, hazırkı iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmiş, verilmiş ekspert rəyinə əsasən, ekspert tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, dövlət rüsumu müştərək qaydada cavabdehlərə aid edilməklə, onlardan iddiaçının xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyəri də müştərək qaydada cavabdehlərə aid edilməklə, onlardan tutularaq, ekspertiza mərkəzinin bank hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 429.2 kv.m olan bağ evinin 0.36 ha torpaq sahəsinin 0.30 ha hissəsi, Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış və qeydiyyata alınma nömrəsi ********** olan bağ evi və 0,06 ha torpaq sahəsindən naturada ayrılsın (bu zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2742 №-li rəyi və ona əlavə edilmiş torpaq sahəsinin bölgü-plan sxemi nəzərə alınsın). ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 429.2 kv.m olan bağ evinin 0.36 ha torpaq sahəsinin 0.30 ha hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılaraq, İddiaçı təhvil verilsin və həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdehlər tərəfindən yaradılmış maneə aradan qaldırılsın. İddianın qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu müştərək qaydada cavabdehlərə aid edilməklə, onlardan iddiaçının xeyrinə tutulsun. İş üzrə keçirilmiş keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********,Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-2352/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2352/2023
07.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver