Məhkəmə qərarları › İş №e-2(008)-2367/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2367/2023

11.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2367/2023 11.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh (İalchin Mamedov) X6 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdeh (İalchin Mamedov) X6 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, “Mercedes Benz E200 CD”İ markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 1332 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 33,72 manat dövlət rüsumunun cavabdeh X1 alınaraq, xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və onunla əsaslandırdı ki, xx.xx.2014-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində cavabdeh (İalchin Mamedov) X7 tərəfindən idarə edilən “VAZ-21074” markalı, ** KL *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Babək prospektində hərəkət edərkən yol-hərəkəti qaydasını pozaraq, “Mercedes Benz E200 CDİ” markalı ** FT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncu avtomobilə maddi ziyan dəymişdir. Hadisədən sonra məlum olmuşdur ki, X7 avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Baş vermiş yolnəqliyyat hadisəsində cavabdeh X3 təqsirli olması DYPİ-nin YPXA-nin xx.xx.2014-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarında öz əksini tapmışdır. xx.xx.2014-cü il tarixli Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Akta uyğun olaraq, “Mercedes Benz E200 CD”İ markalı ** FT *** dövlət qeydiyyat nişanlı avtomobilə 1700 manat ziyan dəymişdir. MİP-132037 saylı sığorta мüqaviləsinin 011413 saylı sığorta аktına əsasən İddiaçıSığorta Şirkəti ASC dəymiş zərərə görə 1332 manat sığorta ödənişi həyata keçirmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən cavabdeh X7 avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Gösərilənlərə əsasən, nümayəndə ərizənin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, proses iştriakçısını dinləyib, toplanmış sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən məcmu halında tədqiq edilərək qiymətləndirilmiş: - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən və işin araşdırılan hallarından görünür ki, X4 məxsus “Mercedes Benz E200 CDİ” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. - xx.xx.2014-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X7 hərəkətdə olan zaman yolun sol hissəsinə keçmiş və əks istiqamətdən gələn “Mercedes Benz E200 CDİ” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. - xx.xx.2014-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən məlum olur ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152-1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2014-cü il tarixli 011413 saylı sığorta aktından görünür ki, “Mercedes Benz E200 CDİ” markalı **-FT-*** dövlət qeydiyat nişanlı avtomaşına vurulmuş maddi zərərin məbləğindən 300 manat franşiza çıxılmaqla sığorta ödənişi 1332 manat məbləğində müəyyənləşdirilmişdir. - xx.xx.2014-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X2 "xxxx" ASC-nin Şərq filialındakı hesabına 1332 manat məbləğində sığorta haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə, (subroqasiya hüququ) faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə isə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinin tələbinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i. a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) cavabdeh X7 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində maddi ziyan dəymiş “Mercedes Benz E200 CD”İ markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta ödənişi olaraq 1332 manat məbləğində ödəniş edilmiş və həmin ödəniş üzrə tələb hüququ subroqasiya qaydasında İddiaçı Sığorta Şirkəti ASC-yə keçmişdir. Bununla da, cavabdeh X7 yüksək təhlükə mənbəyi olan avtomobillə törədilmiş yolnəqliyyat hadisəsi nəticəsində, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyana görə mülki məsuliyyət daşıyır. Eyni zamanda, məhkəmə hesab edir ki, ödənilmiş 33,72 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən, cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-301,79, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh (İalchin Mamedov) X1 1332 (bir min üç yüz otuz iki) manat məbləğində sığorta ödənişi və 33,72 (otuz üç manat, yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar