Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-262/2024 26.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı “əmlak” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 yuxarıda sadalanan iki kameralı soyuducu 1 ədəd; mikrodalğalı soba 1 ədəd; paltaryuyan maşın 1 ədəd; qabyuyan maşın 1 ədəd; kondisioner 4 ədəd; çilçıraq 12 ədəd; 1924-cü il buraxılışlı, 20 qram çəkidə, 900 əyarla gümüş qəpiklər 2 ədəd; 1965-ci ildə faşizm üzərində qələbə münasibətilə buraxılmış 1 rubl 1 ədəd; 1970-ci ildə V.İ.Leninin 100 ilik doğum gününə həsr edilmiş 1 rubl 2 ədəd; 3 mərtəbəli şəxsi həyət evinin, qarajın və qarajın üstündə yerləşən bir otaq və 1 mətbəxin (nikah dövründə yaşadıqları ev) təmir xərcləri; mətbəx mebeli; bütün evin çöldən rənglənməsi xərcləri; nikahdan qabaq ona məxsus olan kitablar – Aleksandr Tolstoy – 12 tom, Lev Tolstoy – 12 tom, Remask – 12 tom, Ramen Rolan – 12 tom, Aleksandr Puşkin – 12 tom, Aleksandr Düma, Yaroslav Qolien – 4 tom əmlakların və nikah dövründə ona məxsus olan mənzilə görə 72 ay müddətində Cavabdeh ödənilən ümumilikdə 21.600 (iyirmi bir min altı yüz) manat pulun 10800 manatının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş əridir. Onlar xx.xx.2018-ci il tarixdə nikaha daxil olub evləndikdən sonra Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəsbəsi 734 saylı bağ evində birgə yaşamışlar. Cavabdehlə nikahın ilk anlarında mehriban münasibətlərdə olmuş, lakin son 1 il ərzində cavabdehin özü tərəfindən evdə söz-söhbət yaradılaraq tarixdə yaşadıqları evin giriş qapısının açarlarını dəyişərək onu evdən qovmuşdur. Hazırda cavabdeh aralarındakı nikahın pozulmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmə tərəfindən onlara barışmaq üçün 3 ay möhlət verilmişdir. O, mənzildən qovulduğu zaman aşağıdakı özünə məxsus və nikah dövründə aldığı əmlak qeydiyyatda olduğu mənzildə qalmışdır: iki kameralı soyuducu 1 ədəd; mikrodalğalı soba 1 ədəd; paltaryuyan maşın 1 ədəd; qabyuyan maşın 1 ədəd; kondisioner 4 ədəd; çilçıraq 12 ədəd; 1924-cü il buraxılışlı, 20 qram çəkidə, 900 əyarla gümüş qəpiklər 2 ədəd; 1965-ci ildə faşizm üzərində qələbə münasibətilə buraxılmış 1 rubl 1 ədəd; 1970-ci ildə V.İ.Leninin 100 ilik doğum gününə həsr edilmiş 1 rubl 2 ədəd; 3 mərtəbəli şəxsi həyət evinin, qarajın və qarajın üstündə yerləşən bir otaq və 1 mətbəxin (nikah dövründə yaşadıqları ev) təmir xərcləri; mətbəx mebeli; bütün evin çöldən rənglənməsi xərcləri; nikahdan qabaq ona məxsus olan kitablar – Aleksandr Tolstoy – 12 tom, Lev Tolstoy – 12 tom, Remask – 12 tom, Ramen Rolan – 12 tom, Aleksandr Puşkin – 12 tom, Aleksandr Düma, Yaroslav Qolien – 4 tom. Bundan əlavə, cavabdehlə birgə nikahda olduqları dönəmdə ona məxsus olan Bakı şəhəri Nərimanov rayonu F.X.Xoyski prospektində yerləşən 138 saylı 5 mərtəbəli binada 42 kv.m. ümumi sahədən ibarət olan 2 otaqlı, 11 saylı mənzil X10 xx.xx.2016-cı il tarixdən etibarən 300 manat qarşılığında icarəyə verilmiş və 72 ay müddətində aylıq icarə haqları Nahid Hüseynov tərəfindən ilkin olaraq nağd formada şəxsən Cavabdeh verilmiş, bir müddət sonra isə Cavabdeh adına olan plastik bank kartlarına ("xxxx" ASC və ya "xxxx" ASC-nə aid kartlar) köçürülmüşdür. 72 ay müddətində Cavabdeh verilmiş aylıq 300 manat icarə haqqı, ümumilikdə 21.600 (iyirmi bir min altı yüz) manat təşkil etmişdir ki, bunun da yarısı, yəni 10800 manat hissəsi ona verilməlidir. Beləliklə, hesab edir ki, cavabdehlə birgə nikahda olduqları dövrdə yuxarıda qeyd etdiyi əmlakların özü və ya dəyəri və mənzilin icarəsindən ona çatası məbləğ - 10800 manat ona verilməlidir. xx.xx.2023-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddia tələblərinə, həmçinin, cavabdehə məxsus olan Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 734 saylı bağ evinin və evin həyətində olan qarajın təmirinə iddiaçının xərclədiyi pul vəsaitlərinin də cavabdehdən tələb edilməsi daxildir. Belə ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 734 saylı bağ evi 2 mərtəbə və zirzəmidən ibarətdir. Birgə nikah dövründə həmin evdə olan bütün otaqların, zirzəminin, evin fasadının və qarajın tam təmir olunmasına 62102 manat pul vəsaiti xərclənmişdir. Həmçinin, iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən 42 saylı mənzilin X1 verilməsinə görə kirayəçi cavabdehə 21600 manat kirayə haqqı ödəmişdir. Lakin cavabdeh həmin pul vəsaitini iddiaçıya verməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən iddiaçıya məxsus olan 1 ədəd iki kameralı soyuducu; 1 ədəd mikrodalğalısoba; 1 ədəd paltaryuyan maşın; 1 ədəd qabyuyan maşın; 4 ədəd kondisioner; 12 ədəd çilçıraq; 2 ədəd 1924-cü il buraxılışlı, 20 qram çəkidə, 900 əyarla gümüş qəpiklər; 1 ədəd 1965-ci ildə faşizm üzərində qələbə münasibətilə buraxılmış 1 rubl; 2 ədəd 1970-ci ildə V.İ.Leninin 100 ilik doğum gününə həsr edilmiş 1 rublun Cavabdeh alınaraq iddiaçıya verilməsi; iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən 42 saylı mənzilin X1 verilməsinə görə Cavabdeh ödənilmiş 21600 manat kirayə haqqının Cavabdeh alınaraq iddiaçıya verilməsi; Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 734 saylı bağ evinin təmirinə xərclənmiş 62102 manat pul vəsaitinin 1/2 hissəsi, 31051 manatın Cavabdeh alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə təqdim edərək, bildirmişdir ki, 1 ədəd iki kameralı soyuducu, 1 ədəd mikrodalğalı soba, 1 ədəd paltaryuyan maşın, 1 ədəd qabyuyan maşın, 4 ədəd kondisioner, 12 ədəd çilçıraq birgə nikah dövründə alınmışdır və iddiaçıda saxlanılır. İddia tələblərinə, həmçinin, cavabdehə məxsus olan Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 734 saylı bağ evinin və evin həyətində olan qarajın təmirinə iddiaçının xərclədiyi pul vəsaitlərinin də cavabdehdən tələb edilməsi daxildir. Belə ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 734 saylı bağ evi 2 mərtəbə və zirzəmidən ibarətdir. Birgə nikah dövründə həmin evdə olan bütün otaqların, zirzəminin, evin fasadının və qarajın tam təmir olunmasına 62102 manat pul vəsaitləri xərclənmişdir. Həmçinin, iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən 42 saylı mənzilin X1 verilməsinə görə kirayəçi cavabdehə 21600 manat kirayə haqqı ödəmişdir. Lakin cavabdeh həmin pul vəsaitini iddiaçıya verməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən birgə nikah dövründə alınmış 1 ədəd iki kameralı soyuducu, 1 ədəd mikrodalğalı soba, 1 ədəd paltaryuyan maşın, 1 ədəd qabyuyan maşın, 4 ədəd kondisioner, 12 ədəd çilçırağın dəyərinin müəyyən edilərək 1/2 hissəsinin Cavabdeh alınaraq iddiaçıya verilməsi; iddiaçıya məxsus olan 2 ədəd 1924-cü il buraxılışlı, 20 qram çəkidə, 900 əyarla gümüş qəpiklər, 1 ədəd 1965-ci ildə faşizm üzərində qələbə münasibətilə buraxılmış 1 rubl, 2 ədəd 1970-ci ildə V.İ.Leninin 100 illik doğum gününə həsr edilmiş 1 rublun Cavabdeh alınaraq iddiaçıya verilməsi; iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən 42 saylı mənzilin X1 verilməsinə görə ödənilmiş 21600 manat kirayə haqqının Cavabdeh alınaraq iddiaçıya verilməsi; Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 734 saylı bağ evinin təmirinə xərclənmiş 62102 manat pul vəsaitinin 1/2 hissəsi, 31051 manatın Cavabdeh alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək bildirmişdir ki, iddia tələblərinə, həmçinin, Cavabdeh məxsus olan Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 734 saylı bağ evinin və evin həyətində olan qarajın təmirinə iddiaçının xərclədiyi pul vəsaitlərinin də cavabdehdən tələb edilməsi daxildir. Belə ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 734 saylı bağ evi 2 mərtəbə və zirzəmidən ibarətdir. Birgə nikah dövründə həmin evdə olan bütün otaqların, zirzəminin, evin fasadının və qarajın tam təmir olunmasına 62102 manat pul vəsaitləri xərclənmişdir. Bundan başqa, birgə nikahdan əvvəl əldə edilmiş İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 42 saylı mənzilin X1 verilməsinə görə kirayəçi Cavabdeh 21600 manat kirayə haqqı ödəmişdir. Lakin cavabdeh həmin pul vəsaitini iddiaçıya verməmişdir. Bundan başqa, tərəflər birgə nikah dövründə ümumi dəyəri 16530 manat olan aşağıdakı əmlakları almışlar, həmin əmlaklar cavabdehin Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi bağ evi 734 ünvandakı evində saxlanılır: 1 ədəd TOSHİBA markalı iki kameralı soyuducu – BRAVO marketlər şəbəkəsinin 20 YANVAR şöbəsində alınıb, qiyməti 1100 manat; 1 ədəd SİEMENS markalı mikrodalğalı soba – cavabdehin qonşusu Heydər Babayevdən alınıb, qiyməti 1000 manat; 1 ədəd SAMSUNG markalı paltaryuyan maşın – BRAVO marketlər şəbəkəsinin 20 YANVAR şöbəsində alınıb, qiyməti 1000 manat; 1 ədəd SİEMENS markalı qabyuyan maşın - BRAVO marketlər şəbəkəsinin 20 YANVAR şöbəsində alınıb, qiyməti 1200 manat; 4 ədəd SAMSUNG markalı kondisioner – 1 ədəd qiyməti 1200 manat, cəmi qiyməti 4800 manat; 12 ədəd çilçıraq (cavabdehin ekspertizaya təqdim etdiyi təmir xərcləri smetasında qeyd edilib) – 1 ədədin qiyməti 180 manat olmaqla 5 ədəd, qiyməti 160 manat olmaqla 1 ədəd, 1 ədədin qiyməti 80 manat olmaqla 2 ədəd, 1 ədədin qiyməti 240 manat olmaqla 2 ədəd, 1 ədədin qiyməti 220 manat olmaqla 2 ədəd, cəmi qiyməti 2080 manat; 1 ədəd qaynaq aparatı – qiyməti 350 manat; 1 ədəd lazer aparatı – qiyməti 160 manat; 1 ədəd vibrator – 40 manat; mətbəx mebeli – EMBAWOOD marketlər şəbəkəsinin Zabrat şöbəsində alınıb, qiyməti 3000 manat; 3 ədəd qarderob qapıları (cavabdehin ekspertizaya təqdim etdiyi təmir xərcləri smetasında qeyd edilib) – 1 ədəd qiyməti 600 manat, cəmi 1800 manat. Həmçinin, iddiaçının şəxsi əmlakı olan 2 ədəd 1924-cü il buraxılışlı, 20 qram çəkidə, 900 əyarla gümüş qəpiklər; 1 ədəd - 1965-ci ildə faşizm üzərində qələbə münasibətilə buraxılmış 1 rubl; 2 ədəd - 1970-ci ildə V.İ.Leninin 100 illik doğum gününə həsr edilmiş 1 rubl Cavabdeh saxlanılır. Qeyd olunanlara əsasən tərəflərin birgə nikahı dövründə alınmış aşağıdakı əmlaklarda İddiaçı 1/2 pay hüququnun tanınması və onların cəmi dəyəri olan 16530 manatın 1/2 hissəsi olan 8265 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi: 1 ədəd TOSHİBA markalı iki kameralı soyuducu – BRAVO marketlər şəbəkəsinin 20 YANVAR şöbəsində alınıb, qiyməti 1100 manat; - 1 ədəd SİEMENS markalı mikrodalğalı soba – cavabdehin qonşusu Heydər Babayevdən alınıb, qiyməti 1000 manat; - 1 ədəd SAMSUNG markalı paltaryuyan maşın – BRAVO marketlər şəbəkəsinin 20 YANVAR şöbəsində alınıb, qiyməti 1000 manat; - 1 ədəd SİEMENS markalı qabyuyan maşın - BRAVO marketlər şəbəkəsinin 20 YANVAR şöbəsində alınıb, qiyməti 1200 manat; - 4 ədəd SAMSUNG markalı kondisioner – 1 ədəd qiyməti 1200 manat, cəmi qiyməti 4800 manat; - 12 ədəd çilçıraq (cavabdehin ekspertizaya təqdim etdiyi təmir xərcləri smetasında qeyd edilib) – 1 ədədin qiyməti 180 manat olmaqla 5 ədəd, qiyməti 160 manat olmaqla 1 ədəd, 1 ədədin qiyməti 80 manat olmaqla 2 ədəd, 1 ədədin qiyməti 240 manat olmaqla 2 ədəd, 1 ədədin qiyməti 220 manat olmaqla 2 ədəd, cəmi qiyməti 2080 manat; - 1 ədəd qaynaq aparatı – qiyməti 350 manat; - 1 ədəd lazer aparatı – qiyməti 160 manat; - 1 ədəd vibrator – 40 manat; - mətbəx mebeli – EMBAWOOD marketlər şəbəkəsinin Zabrat şöbəsində alınıb, qiyməti 3000 manat; - 3 ədəd qarderob qapıları (cavabdehin ekspertizaya təqdim etdiyi təmir xərcləri smetasında qeyd edilib) – 1 ədədin qiyməti 600 manat, cəmi qiyməti 1800 manat; İddiaçı şəxsi əmlakı olan 2 ədəd 1924-cü il buraxılışlı, 20 qram çəkidə, 900 əyarla gümüş qəpiklər, 1 ədəd - 1965-ci ildə faşizm üzərində qələbə münasibətilə buraxılmış 1 rubl, 2 ədəd - 1970-ci ildə V.İ.Leninin 100 illik doğum gününə həsr edilmiş 1 rublun Cavabdeh alınaraq İddiaçı verilməsi; İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 42 saylı mənzilin X1 verilməsinə görə ödənilmiş 21600 manat kirayə haqqının Cavabdeh tutularaq İddiaçı ödənilməsi; Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 734 saylı bağ evinin təmirinə xərclənmiş 62102 manat pul vəsaitinin 1/2 hissəsi, 31051 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi; ilkin mediasiya prosesi üçün ödənilmiş 50 manat mediasiya xərcinin və dövlət rüsumu üçün ödənilmiş 369 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “əmlak” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və "xxxx" ASC arasında bağlanmış 2014-cü il tarixli (nikahdan əvvəl) ipoteka müqaviləsi üzrə onunla cavabdeh İddiaçı birgə gəlirləri hesabına "xxxx" ASC-nə ödədikləri pulun 1/2 hissəsinin cavabdeh İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, onlar rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş, ailə münasibətlərinə son qoyulmuşdur. Xasiyyətlərinin uyğun gəlməməsi faktiki olaraq ailənin dağılmasına gətirib çıxarmışdır. O, cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbi barədə məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə onlara barışıq üçün 3 ay vaxt verilmişdir. Cavabdeh İddiaçı onunla nikaha daxil olmamışdan əvvəl Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167, 02 binadan, m. 35 ünvanda yerləşən mənzili əldə etmişdir. Həmin mənzil "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmişdir. Cavabdeh həmin mənzili "xxxx" Mənzil Tikinti Kooperativindən ipoteka yolu ilə əldə etmişdir. Belə ki, həmin mənzilin alınması üçün cavabdeh İddiaçı ilə "xxxx" ASC arasında 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsi 2014-cü il tarixində cavabdehin adına rəsmləşdirilsə də, onunla cavabdeh 2018-ci ilin iyun ayından (rəsmi nikaha daxil olduqları vaxtdan) 2022-ci ilin iyun ayına qədər birgə nikahda olduqları zaman həmin ipoteka müqaviləsi üzrə hər ay ödənilməli olan 273 manat məbləğində pulu (bəzi aylar çox ödənildiyi olub) birgə gəlirləri hesabına banka ödənilmişdir. Hazırda onların ailə münasibətlərinə son qoyulmuş, 2022-ci ilin iyun ayından faktiki olaraq ayn yaşayırlar və artıq birgə təsərrüfat aparmırlar. Lakin onlar sözügedən mənzilin dəyərini birgə ödəmələrinə baxmayaraq, mənzil cavabdehin mülkiyyətində qalmışdır. Bunun üçün hazırda o, cavabdehə qarşı onunla "xxxx" ASC arasında bağlanmış 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən birgə nikah dövründə ödənilmiş pulun 1/2 məbləğini tələb edir. Hazırda banka ödənilən pul məbləğləri onların birgə nikahda olduqları vaxt birgə gəlirləri hesabına ödənildiyindən o, həmin pulun 1/2 hissəsini cavabdehdən tələb etməkdə tam haqlıdır. xx.xx.2024-cü il tarixdə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, aşağıdakı tələblər üzrə məhkəmə qətnaməsi qəbul edilməsini məhkmədən xahiş etmişdir. Tərəflərin birgə nikahı dövründə alınmış aşağıdakı əmlaklarda İddiaçı 1/2 pay hüququ tanınsın və onların cəmi dəyəri olan 16530 manatın 1/2 hissəsi olan 8265 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin: 1 ədəd TOSHİBA markalı iki kameralı soyuducu - BRAVO marketlər şəbəkəsinin 20 YANVAR şöbəsində alınıb, qiyməti 1100 manat; 1 ədəd SİEMENS markalı mikrodalğalı soba cavabdehin qonşusu Heydər Babayevdən alınıb, qiyməti 1000 manat; 1 ədəd SAMSUNG markalı paltaryuyan maşın - BRAVO marketlər şəbəkəsinin 20 YANVAR şöbəsində alınıb, qiyməti 1000 manat; 1 ədəd SİEMENS markalı qabyuyan maşın - BRAVO marketlər şəbəkəsinin 20 YANVAR şöbəsində alınıb, qiyməti 1200 manat; 4 ədəd SAMSUNG markalı kondisioner - 1 ədəd qiyməti 1200 manat, cəmi qiyməti 4800 manat; 12 ədəd çilçıraq (cavabdehin ekspertizaya təqdim etdiyi təmir xərcləri smetasında qeyd edilib) - 1 ədədin qiyməti 180 manat olmaqla 5 ədəd, qiyməti 160 manat olmaqla 1 ədəd, 1 ədədin qiyməti 80 manat olmaqla 2 ədəd, 1 ədədin qiyməti 240 manat olmaqla 2 ədəd, 1 ədədin qiyməti 220 manat olmaqla 2 ədəd, cəmi qiyməti 2080 manat; 1 ədəd qaynaq aparatı qiyməti 350 manat; 1 ədəd lazer aparatı - qiyməti 160 manat; 1 ədəd vibrator - 40 manat; mətbəx mebeli - EMBAWOOD marketlər şəbəkəsinin Zabrat şöbəsində alınıb, qiyməti 3000 manat; 3 ədəd qarderob qapıları (cavabdehin ekspertizaya təqdim etdiyi təmir xərcləri smetasında qeyd edilib) - 1 ədədin qiyməti 600 manat, cəmi qiyməti 1800 manat; İddiaçı şəxsi əmlakı olan 2 ədəd 1924-cü il buraxılışlı, 20 qram çəkidə, 900 əyarla gümüş qəpiklər, 1 ədəd; 1965-ci ildə faşizm üzərində qələbə münasibətilə buraxılmış 1 rubl; 2 ədəd - 1970-ci ildə V.l.Leninin 100 illik doğum gününə həsr edilmiş 1 rubl Cavabdeh alınaraq İddiaçı verilsin; İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən 42 saylı mənzilin X1 verilməsinə görə ödənilmiş 21600 manat kirayə haqqı Cavabdeh tutularaq İddiaçı ödənilsin; Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 734 saylı bağ evinin təmirinə xərclənmiş 62102 manat pul vəsaitinin 1/2 hissəsi, 31051 manat Cavabdeh tutularaq İddiaçı ödəilsin; ilkin mediasiya prosesi üçün ödənilmiş 50 manat mediasiya xərci və dövlət rüsumu üçün ödənilmiş 369 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh öz növbəsində cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və “Azərbaycan Beynəlxalq Bankı" ASC arasında bağlanmış 2014-cü il tarixli (nikahdan əvvəl) ipoteka müqaviləsi üzrə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı birgə gəlirləri hesabına “X12” ASCnə ödədikləri pulun 1/2 hissəsinin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırda İddiaçı qarşı olan iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, qarşılıqlı iddianı məhkəməyə təqdim etdikləri zaman tərəflərin birgə nikah dövründə ipoteka müqaviləsi üzrə banka ödədikləri məbləği barədə onlarda dolğun məlumat yox idi. Məhkəmə sorğusu ilə ipoteka müqaviləsi və ödəniş cədvəlləri məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan “X12” ASC tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı və "xxxx" ASC arasında bağlanmış 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə ödəniş bank hesabından çıxarışdan da görünür ki, xx.xx.2018-xx.xx.2022-ci il tarixləri aralığında 14258 manat məbləğində ödəniş olunmuşdur. Odur ki, hazırda iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edir. Yuxarıda qeyd olunanları, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsini rəhbər tutaraq məhkəmədən İddiaçı və "xxxx" ASC arasında bağlanmış 2014- cü il tarixli (nikahdan əvvəl) ipoteka müqaviləsi üzrə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı birgə təsərrüfat apardıqları, birgə gəlirləri hesabına “X12” ASC-nə ödədikləri 14258 manat pulun 1/2 hissəsinin, yəni 7129 manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə etdi, qarşılıqlı iddia tələbini qəbul etmədi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ipoteka ödənişləri İddiaçı öz şəxsi vəsaitləri hesabına şəxsən ödənilmişdir. İddiaçı "xxxx" ASC-də işləyir, əmək haqqı 1620 manat təşkil edir. Cavabdeh 470 manat pensiya alır. Göründüyü kimi İddiaçı kifayət qədər vəsaiti olmuşdur ki, özünə məxsus mənzilin kreditini ödəsin. Həmin ipoteka üzrə Cavabdeh adı yazılan cəmi 3 qəbz vardır. Həmin ödənişlər üzrə pul vəsaitini İddiaçı işdə olmayan vaxt Cavabdeh vermişdir ki, aparıb banka ödəsin. Qeyd olunanlara əsasən iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etmədi, qarşılıqlı iddia tələbini müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ilkin olaraq tərəflər arasında olan münasibətlə bağlı bildirir ki, iddiaçını heç kim evdən qovmamışdır. İddiaçı özü öz xoşu ilə evi tərk edib getmişdir. Ailədə mübahisəni iddiaçı özü yaratmışdır, özü öz xoşu ilə evi tərk edib gedərkən iddiaçıya bildirmişdir ki, “səninlə yaşamaq istəmirəm, boşanacam, görərsən məhkəmədə səndən nələr tələb edəcəyəm". Bunlardan əlavə bildirir ki, tərəflər birgə nikah dövründə birgə gəlirləri hesabına heç bir daşınar və daşınmaz əmlak əldə etməmişlər, Cavabdeh məxsus evin təmiri üçün iddiaçı ilə cavabdeh tərəfindən heç bir vəsait xərclənməmişdir. İddiaçının iddiasında qeyd etdikləri həqiqəti əks etdirmir, sadə söz yığınağından başqa bir sey deyil, heç bir sübuta dayanmır, iddia ərizəsində qeyd etdikləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, iddia tələbinin 1 ədəd TOSHİBA markalı iki kameralı soyuducu - BRAVO marketlər şəbəkəsinin 20 YANVAR şöbəsində alınıb, qiyməti 1100 manat; 1 ədəd SİEMENS markalı mikrodalğalı soba - cavabdehin qonşusu Heydər Babayevdən alınıb, qiyməti 1000 manat; 1 ədəd SAMSUNG markalı paltaryuyan maşın - BRAVO marketlər şəbəkəsinin 20 YANVAR şöbəsində alınıb, qiyməti 1000 manat; 1 ədəd SİEMENS markalı qabyuyan maşın - BRAVO marketlər şəbəkəsinin 20 YANVAR şöbəsində alınıb, qiyməti 1200 manat; 4 ədəd SAMSUNG markalı kondisioner -1 ədəd qiyməti 1200 manat, cəmi qiyməti 4800 manat. Məişət əşyaları hissəsində bildirir ki, tərəflər birgə nikah dövründə adları yuxarıda qeyd edilən markalarda və məbləğdə heç bir məişət əşyası alınmamışdır. Nə nikahdan əvvəl nə nikah dövründə tərəflərin yaşadıqları evə adları yuxarıda qeyd edilən markada, qiymətddə məişət əşyası alınmamışdır. Nə zaman lazım olsa evə gəlib onun evində olan əşyaların Raziyyə Mərcanovanın tələb etdiyi əşyalarla heç bir (nə marka, nə qiymət, nə alınma tarixi) eynilik təşkil etmədiyi müəyyən edilə bilər. Bunlardan əlavə bildirir ki, tərəflər birgə nikah dövründə heç bir daşınar və daşınmaz əmlak almamış, tərəflərin birgə yaşadıqları mənzildən məişət əşyaları əvvəlcədən, yəni nikaha daxil olmadan ev bütün məişət əşyaları ilə təchiz olunmuşdur. Tərəflər birgə nikah dövründə heç bir məişət əşyaları almamışlar, buna ehtiyac olmamışdır. Bildirir ki, İddiaçı ilkin olaraq Cavabdeh ona məxsus məişət və sair əşyalar tələb etmiş, daha sonra iddiasını guya dəqiqləşdirərək birgə nikah dövründə əldə edilmiş məişət əşyalarını tələb etmiş, nəhayət 3-cü dəfə iddiasını dəqiqləşdirərək adları yuxarıda qeyd edilən məişət əşyalarının birgə nikah dövründə alındığını iddia edərək həmin məişət əşyalarını cavabdehdən tələb edir. İddiaçının 3 dəfə iddia ərizəsini dəyişdirməsi, tələbinin qeyri-dəqiq olması, iddianın ümumiyyətlə tələbinin ilk iddia ərizəsinə diqqət yetirdikdə ümumiyyətlə həmin əşyaların adlarının, markalarının, qiymətinin nə qədər olması, haradan alınması barədə məlumat olmaması əslində onun tərəfindən alınmasında iştirak etməməsinə dəlalət edir. Görünür, iddiaçı cavabdehin (əslində cavabdehə yetərincə maddi dəstək göstərən X7 yaşayan qızı Ayla Süleyman) yetərincə maddi imkana malik olduğunu görüb, onlardan nəsə əldə etməyə çalışır. Halbuki iddiaçı yaxşı bilir ki, cavabdehlə onlar birgə nikah dövründə ancaq gündəlik tələbatlarını ödəməyə imkanları olmuşdur. Artıq tərəflər nikaha daxil olan zaman evdə mövcud olmuş məişət əşyaları Cavabdeh X7 yaşayan yeganə övladı olan Aysa Süleyman tərəfindən alınmışdır. Evin təmiri üçün pul məbləği də Ayla Süleyman tərəfindən atasına məxsus bank kartına ödənilmiş pul vəsaiti hesabına alınmış və təmir etdirilmişdir. Belə ki, ərizəyə əlavə edilmiş Cavabdeh məxsus bank hesabından çıxarışlardan da görünür ki, X7 yaşayan Ayla Süleyman tərəfindən hər ay mütəmadi olaraq atasına 1000- 1500 ABŞ dolları məbləğində pul vəsaiti mədaxil edilir. Həmin pullar məhz hazırda Cavabdeh adına olan və gələcəkdə yeganə övladı Ayla Süleymanovaya qalacaq mənzilin təmiri və digər xərcləri üçün göndərilmiş və təyinatı üzrə də istifadə edilmişdir, iddia tələbin 12 ədəd çilçıraq (cavabdehin ekspertizaya təqdim etdiyi təmir xərcləri smetasında qeyd edilib) - 1 ədədin qiyməti 180 manat olmaqla 5 ədəd, qiyməti 160 manat olmaqla 1 ədəd, 1 ədədin qiyməti 80 manat olmaqla 2 ədəd, 1 ədədin qiyməti 240 manat olmaqla 2 ədəd, 1 ədədin qiyməti 220 manat olmaqla 2 ədəd, cəmi qiyməti 2080 manat olan çilçıraqlar tələbi hissəsində isə bildirir ki, yuxarıda qeyd etdiyi kimi iddiaçı nikaha daxil olanda artıq həmin çilçıraqlar Cavabdeh qızı tərəfindən alınmışdır. İddiaçı çilçıraqların qiymətini qeyd etsə də onların haradan alınmasını qeyd etməmişdir, edə də bilməzdi, çünki onların haradan alınması iddiaçı bilmir, bilə də bilməz. Ümumiyyətlə, sadalanan çilçıraqların mövcudluğu barədə heç bir sübut təqdim edilməmişdir. Bildirir ki, Cavabdeh məxsus bağ evində olan çilçıraqların qiyməti iddiaçının iddia ərizəsində qeyd etdiyi məbləğlərlə eynilik təşkil etmir. İddiaçı tələb etdiyi çilçıraqların mövcudluğu, haradan, neçəyə alınması, qiymətlərinin həqiqətən iddiasında qeyd etddiyi kimi olması barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. İddia tələbinin 1 ədəd qaynaq aparatı - qiyməti 350 manat, 1 ədəd lazer aparatı - qiyməti 160 manat, 1 ədəd vibrator - 40 manat tələbi hissəsində bildirir ki, bu adda əşyalar iddiaçı tərəfindən nə cehiz gətirilmiş, nə də birgə nikah dövründə əldə edilmişdir. Cavabdeh belə bir əşyaların olmasından xəbəri olmamışdır. Seyfulla Süeymanın qaynaqçı deyil ki, qaynaq aparatı, lazer aparatı və ya vibrator alsın və istifadə etsin. Ola bilsin iddiaçı mənzilin təmiri zamanı ustaların istifadə etdiyi aparatları cavabdehə məxsus olduğunu zənn edərək həmin əşyaları cavabdehdən tələb edir. Həmin əşyaların mövcudluğu ilə bağlı heç bir sübut yoxdur. İddia tələbinin EMBAWOOD marketlər şəbəkəsinin Zabrat şöbəsində alınmış, qiyməti 3000 manat təşkil edən mətbəx mebeli hissəsində bildirir ki, görünür İddiaçı tələb etməli olduğu əmlakların ona məxsus olmasını və ya onun və cavabdehin birgə nikah dövründə əldə edilmiş olmasını bilmir. Çünki tələb etdiyi mətbəx mebeli evdə olan digər əşyalar kimi, X13 Süleymanovla nikah girməmişdən 2 il əvvəl Cavabdeh qızı Ayla tərəfindən EMBAWOOD mebel salonunda sifariş verilmiş, ödəniş də məhz onun tərəfindən həyata keçirilmişdir. Raziyyə Mərcanova Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 734 saylı bağ evinə gəlin gəlməmişdən 2 il əvvəl həmin mebel sifariş verilmiş və evə quraşdırılmışdır. Göründüyü kimi Raziyyə Mərcanova əslində ona heç bir aidiyyəti olmayan, mebelin alınmasında heç bir vəsaiti olmamış, əvvəlcədən mənzildə olmuş əşyaları ilkin olaraq öz əşyası, daha sonra nikah dövründə əldə edilmiş əmlak kimi qəbul edərək cavabdehdən nəsə “qoparmaq” niyyəti daşıyır. Belə ki, ərizəyə əlavə edilmiş KMO seriyalı 16310 nömrəli qəbzdən də görünür ki, hazırda İddiaçı tələb etdiyi mətbəx mebeli xx.xx.2016-cı il tarixində X11 tərəfindən sifariş verilmiş, mətbəx mebelinin dəyəri olan 1270 manat pul məbləği isə müştəri X11 tərəfindən ödənilmişdir (qəbz, eskiz layihə, zəmanət talonu ərizəyə əlavə edilir.) İddia tələbinin 3 ədəd qarderob qapıları (cavabdehin ekspertizaya təqdim etdiyi təmir xərcləri smetasında qeyd edilib) - 1 ədədin qiyməti 600 manat, cəmi qiyməti 1800 manat, hissəsində bildirir ki, yuxarıda qeyd etdiyi kimi həmin qapılar da daxil olmaqla evin bütün təmiri Cavabdeh qızı Ayla Süleyman tərəfindən atasının bank kartına ödənilmiş pul hesabına alınmışdır. (Bank hesabından çıxarış məhkəməyə təqdimedilmişdir). İddia tələbinin İddiaçı şəxsi əmlakı olan 2 ədəd 1924-cü il buraxılışlı, 20 qram çəkidə, 900 əyarla gümüş qəpiklər, 1 ədəd 1965-ci ildə faşizm üzərində qələbə münasibətilə buraxılmış 1 rubl, 2 ədəd 1970-ci ildə V.İ.Leninin 100 illik doğum gününə həsr edilmiş 1 rublun Cavabdeh alınaraq İddiaçı verilməsi hissəsində bildirir ki, cavbdeh belə bir əşyaların olduğunu bilmir. Bu əşyaların cavabdeh üçün nə maddi, nə də mənəvi dəyəri olmadığı üçün o əşyalar cavabdehdə olsaydı iddiaçıya qaytarardı. O, belə əşyaları görməmiş, bu əşyaların mövcud olması heç nə ilə sübut olunmur. O, belə əşyaları evdə görməmişdir. Olubsa da İddiaçı özündə olub. Amma həmin əşyalar cavabdehdə, nə də ki, onun mənzilində deyil. Ümumiyyətlə, qeyd edir ki, İddiaçı (Sovet dövründən qalan, heç bir istifadəyə yararlı olmayan və özü ilə gətirdiyi bir neçə karobka, içində nə olduğu bilinməyən şəxsi əşyaları) ona məxsus bütün əşyalarını götürüb öz evinə aparmışdır. Belə ki, iddaçı ona məxsu olan bütün əşyalarını xx.xx.2022-ci il tarixində "xxxx" MMC daşıma xidmətindən istifadə edərək özünə məxsus mənzilinə aparılmışdır. "xxxx" MMC-nə xidmətin göstərilməsi ilə bağlı ödəniş qəbzi ərizəyə əlavə edilir. (xx.xx.2023-cü il tarixli 139569 nömrəli mədaxil qəbzi ərizəyə əlavə edilir. Hansı ki İddiaçı xx.xx.2023-cü il tarixdə birgə yaşadıqları evi tərk edib getdiyi zaman bütün şəxsi əşyalarını 166 Global Logistics MMC daşıma xidmətindən istifadə edərək aparmışdır. İddiaçı hazırda tələb etdiyi əşyaları da özü ilə götürüb aparmışdır) Görünür İddiaçı həmin daşıma xidmətinin qəbzinin, yəni daşıma xidmətindən istifadə etdiyini təsdiq edən qəbzin saxlanıldığını sübut kimi məhkəməyə təqdim ediləcəyini unutmuşdur. Həmin əşyaları da özü ilə aparmışdır, iddia tələbinin - İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən 42 saylı mənzilin X1 verilməsinə görə ödənilmiş 21600 manat kirayə haqqı Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində isə bildirir ki, iddiaçı ona məxsus mənzili kirayə vermişdirsə tərəflə bağladığı kirayə müqaviləsini məhkəməyə təqdim etməlidir, iddiaçı ona məxsus mənzilin həqiqətən kirayə verməsi ilə də bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki əmlak kirayə müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsi ilə tənzimlənir. Tərəflər həmin müqaviləyə əsasən hüquq və vəzifələr müəyyən etmişdir. Müqavilə yazılı bağlanmalı tərəflər həmin müqaviləni imzalamaqla təsdiq etməlidirlər, iddiaçı əmlakını kirayə verməsi ilə bağlı heç bir kirayə müqaviləsi məhkəməyə təqdim etməmişdir. Bu hal da öz təsdiqini tapmır. Lap götürsələr belə ki, iddiaçı mənzilini kirayə verib və kirayə pulu ilk iddia üzrə cavabdehin bank kartına ödənilib, həmin pulun tələb edilməsi belə absurddur. Çünki həmin vaxtlarda tərəflər nikahda olmuşlar, birgə təssərrüfat aparmışlar, ödənilən pul məbləği də birgə evə, təsərrüfata xərclənmişdir. Mənzildə kirayə yaşayan şəxs X8 şahid qismində dəvət edilməsi ilə bağlı bildirir ki, vəsatət təmin edilməməlidir. Belə ki, yuxarıda qeyd etdiyi kimi kirayə müqaviləsi qanunvericiliyin tələbinə görə yazılı şəkildə bağlanmalıdır. Bu isə Azərbaycan Respublikası Mülki Məcəllənin 675-ci maddəsi ilə təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz, odur ki, bu hissədə də iddiaçının iddiası əsassızdır təmin edilə bilməz. Bundan əlavə, iddiaçı kirayə haqqı hissəsində ərizəsində qeyd edir ki, cavabdehlə birgə nikahda olduğu dönəmdə ona məxsus olan Bakı şəhəri Nərimanov rayonu F.X.Xoyski prospektində yerləşən 138 saylı 5 mərtəbəli binada 42 kv.m ümumi sahədən ibarət olan 2 otaqlı 11 saylı mənzil X10 xx.xx.2016-cı il tarixdən etibarən 300 manat qarşılığında icarəyə verilmiş və 72 ay müddətində aylıq icarə haqları Nahid Hüseynov tərəfindən ilkin olaraq nağd formada şəxsən Cavabdeh verilmiş, bir müddət sonra isə Cavabdeh adına olan plastik bank kartlarına (“Kapital Bank" ASC və ya "xxxx" ASC-nə aid kartlar) köçürülmüşdür. 72 ay müddətində Cavabdeh verilmiş aylıq 300 manat icarə haqqı, ümumilikdə 21.600 (iyirmi bir min altı yüz) manat ödənilmişdir. Bildirir ki, ərizəyə əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, tərəflər nikaha xx.xx.2018-ci il tarixində daxil olmuşlar. İddiaçı 2022-ci ilin iyun ayından isə evdən öz xoşu ilə çıxıb getmişdir. Nikahları isə Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1416/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Göründüyü kimi tərəflər ümumilikdə təxminən 48 ay müddətində nikahda olmaqlarına baxmayaraq, iddiaçı nikahda olmadıqları dövr üçün yəni, 2016-cı və 2017-ci illər üzrə cavabdehdən pul tələb edir. Yuxarıda qeyd etdiyi kimi, iddiaçı ona məxsus mənzili kirayə vermişdirsə tərəflə bağladığı kirayə müqaviləsini məhkəməyə təqdim etməlidir, iddiaçı ona məxsus mənzilin həqiqətən kirayə verməsi ilə də bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Lap götürsələr belə ki, iddiaçı mənzilini kirayə verib və kirayə pulu ilk iddia üzrə cavabdehin bank kartına ödənilib, həmin pulun tələb edilməsi belə absurddur. Çünki həmin vaxtlarda tərəflər nikahda olmuşlar, birgə təssərrüfat aparmışlar, ödənilən pul məbləği də birgə evə, təsərrüfata xərclənmişdir. İddia tələbinin Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 734 saylı bağ evinin təmirinə xərclənmiş 62102 manat pul vəsaitinin 1/2 hissəsi, 31051 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində isə bildirir ki, İddiaçı iddia edir ki, birgə nikah dövründə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 734 saylı bağ evinin təmirinə 62102 manat pul xəcləmişlər, 16.530 manat məbləğində mənzilə məişət əşyaları almışlar. Raziyə Süleymanovanın məntiqi ilə yanaşıldıqda onlar 4 il ərzində yaşadıqları mənzilə 80.000 manata yaxın pul xərcləmişlər, (məişət əşyaları almışlar, təmir elətdirmişlər) Bildirir ki, tərəflər ümumilikdə 4 ilə yaxın müddət ərzində nikahda olmuşlar. Sadə məntiqlə yanaşsalar minimum pensiya alan Cavabdeh ilə İddiaçı 4 il ərzində 80.000 manat məbləğində pulun necə əldə etmələri məntiqə sığmır, absurddur. Görəsən minimum pensiya alan 2 şəxsin 4 il ərzində komunal, geyim-keçim, ərzaq, tibbi xərcləri və sair gündəlik tələbatı ödəməklə 80.000 manatı necə əldə etmələrini hansı riyazi hesablamalarla aparılması sual doğurur? Bundan belə bir sual ortaya çıxır, İddiaçı və Cavabdeh aylıq gəlirləri nə qədər yüksək idi ki, onlar 48 ay ərzində əldə etdikləri pulla həm 62102 manata ev təmir etmişlər, 16.530 manat məbləğində mənzilə məişət əşyaları almışlar, İddiaçı Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167, 02 / binadan, m. 35 saylı mənzil üçün hər ay 300 manat kredit ödəmişlər, həmin mənzili təmir etdirmişlər? Yəni 48 ay ərzində tərəflər, yemək, geyim, kommunal, nəqliyyat, sığorta, sağlamlıq, istirahət, səyahət, kredit ödənişilərindən sonra aldıqları minimum pensiya ilə 80.000 manatddan çox pul artıraraq evi təmir etmələri, 16.530 manat məbləğində məişət əşyalarının alınması inandırıcı deyil. Qeyd etdiyi kimi tərəflərin birgə nikah dövründə yaşadıqları ev Cavabdeh X7 yaşayan Ayla Süleymanın atasına göndərdiyi vəsait hesabına təmir edilmişdir. İddiaçı iddiasında Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 734 saylı bağ evinin təmirinə onun tərəfindən vəsait xərclənməsi ilə bağlı heç bir sübut mövcud deyildir. Ümumiyyətlə, İddiaçı iddia tələbləri qeyri-dəqiq, heç bir sübuta dayanmayan, əsassız və qanunsuz tələblərdir. Ümumiyyətlə, qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Tələb olunan əşyaların qiyməti, markası, hardan, hansı tarixdə (nikahdan əvvəl və sonra) necə, onun vəsaiti ilə alması barədə heç bir sübut yoxdur. Halbuki, Mülki Prosessual Məcəllənin tələbinə görə iddiaçı iddiasını sübut etməlidir. Sübutetmə vəzifəsi onun üzərinə düşür. Onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh maddi imkanı yetərincədir. Onun hər hansı şəxsin, o cümlədən iddaçının puluna ehtiyacı yoxdur. Onun qızı Seyfulla Ayla X7 yaşayır. Atasına yetərincə maddi dəstək verir. Mütəmadi olaraq atasına X4 xeyli miqdarda pullar göndərir. Bank çıxarışı ərizəyə əlavə edir. Göründüyü kimi iddiaçının iddia tələblərini təsdiq edən heç bir sübut yoxdur, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Onun iddiasını təkzib edən bütün sübutlar tərəfimizdən məhkəməyə təqdim edilir. Yuxarıda qeyd edilən işin hallarından maddi və prosesual hüququ normalarının tələblərindən göründüyü kimi iddiaçının iddia tələbləri əsassızdır və təmin edilməməlidir. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Qeyd olunanlara əsasən iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X16 ifadəsində bildirmişdir ki, o, İddiaçı rəfiqəsidir. Tərəflərin Maştağa qəsəbəsindəki evlərində olmuşdur. Raziyə xanımla çoxdan rəfiqədir, münasibətləri digər şəxs vasitəsi ilə başlamışdır, özü həkim işləyir. Tərəflərin evinə gedəndə mətbəx xaric heç bir otağın təmiri yox idi. İkinci mərtəbə də təmirsiz idi, iki balaca otaq var idi. Otaqların birində Raziyənin mərhum qaynanası, digərində isə özləri yaşayırdılar. İlk dəfə 2016-cı ildə həmin evdə olmuşdur. 2018-2019-cu illərdə də həmin evə getmişdir. O, iyul ayında doğum gününə gedəndə artıq təmir var idi. Sonuncu dəfə 2022-ci ilin dekabr ayında həmin evdə olmuşdur. Evin təmiri 2019-cu ildə pandemiyadan əvvəl tam yekunlaşmışdı. Raziyə əvvəllər bankda işləyirdi. Evi kirayədə idi, kirayədən gələn bütün pulları Raziyənin əri götürürdü. Təmir xərclərinin məbləğini bilmir, lakin təmiri birlikdə etdiklərini bilir. Məhkəmə iclasında şahid X20 ifadəsində bildirmişdir ki, tərəflərin hər ikisini tanıyır, həmin evdə usta işləmişdir. Evin bütün fasadlarını vurmuşdur, ikinci mərtəbəni və zirzəmini təmir etmiş, rəngləmiş, döşəməni vurmuş, şpaklyovka vurmuş, tavana alçipan vurmuş, pilləkəni işləmiş, balkonun navestini təmir etmişdir. Ona gördüyü iş müqabilində təqribən 5-6 min manat pul ödənilmişdir. Təmir-tikinti materiallarına xərclənən vəsait haqqında məlumatı yoxdur. Gördüyü işlərə görə təqribən cəmi 7000 manat pul almışdır. Qaynaq aparatı alınıb, 360 manatlıq olardı, haradan aldığını bilmir. İşlədiyi dövrdə drel alıb. Nə lazım olurdusa, Seyfulla bəy alırdı. Qiyməti usta nöqteyi-nəzəri ilə deyir, dəyəri barədə sənəd görməmişdir. Damın əşyalarını, taxta, kərpic ləvazimatlarını ondan alıb. Lazer aparatı 160 manat dəyərində idi, onu da Seyfulla bəy alıb. Seyfulla bəy kondisionerlər alıb, 5 dənə idi, özü də saymışdır. Seyfulla bəyin özünün gedib mağazadan aldığını görməmişdir, ustalar mağazadan gəldilər ki, evə bunları yerləşdirməlidirlər. ”Nissan” markalı maşın da vardı ki, qohumu Nicatın adına almışdı. O evdə 2019-cu ildən 2023-cü ilə qədər fasiləli şəkildə işləmişdir. Yerdeşən aparat var idi ki, 90-120 manat olardı, Seyfulla bəy almışdı. Məhkəmə iclasında şahid X14 ifadəsində bildirmişdir ki, o, ünvan 1 ünvanda yerləşən 42 saylı mənzildə 2016-2021-ci illərdə yaşamışdır. Pandemiya dövründə 7 ay ondan kirayə haqqı almayıblar. Çox vaxt Seyfulla bəyin kartına ödəniş edirdi. Avqust ayından həmin mənzildən çıxmışdır, 3 ildir ki, orada yaşamır. Hər ay mənzildə qalmağa görə 300 manat ödəniş etmişdir. Axırıncı ayın ödənişini Raziyə xanıma vermişdir. Evin kimə məxsus olduğunu bilmirdi, o, evə kirayə gələndə ikisi də orada idi. Kirayə müqaviləsi bağlamışlar, amma onda müqavilə yoxdur. 2015-ci ildə əmin deyildir, amma dəqiq bilir ki, 2016-cı ildə orada qalmışdır. Kart Seyfulla bəyin adına idi, gələ bilmədiyini deyirdi, ona görə kirayə haqqını karta ödəyirdi, Raziyyə xanım bununla bağlı nə isə deməmişdir. Sadəcə avqust ayının kirayə haqqını Raziyyə xanıma ödəmişdir. Qadının adı kommunal ödənişləri edəndə çıxırdı. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ seriyalı 278441 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2018-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1235 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Seyfulla, arvada Mərcanova soyadı verilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1416/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 1235 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. - İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/18-00655 nömrəli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. - MH seriyalı ******* nömrəli xx.xx.2006-cı il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Fətəli xan Xoyski prospektində istifadədə olan 0.03405 ha torpaq sahəsində yerləşən 138 nömrəli 5 mərtəbəli binada 42 kv.m ümumi sahədən ibarət 2 otaqlı 11 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 121 manat dövlət rüsumu ödənilmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 248 manat dövlət rüsumu ödənilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsi üçün 33 manat dövlət rüsumu ödənilmişdir. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. - "xxxx" ASC (borc verən) ilə İddiaçı (borcalan) arasında bağlanmış 8896 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, borc verən tərəfindən borcalana 120 ay müddətinə hər ay 339 manat ödəməklə illik 10 faiz dərəcəsi ilə 25.660 manat məbləğində kredit verilmişdir. - "xxxx" ASC (kreditor), İddiaçı (borclu) və "xxxx" MMC (zamin) arasında bağlanmış 1255 nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, kreditorla borclu arasında bağlanmış xx.xx.2014-cü il tarixli 8896 nömrəli kredit müqaviləsinə əsasən 25.660 manat məbləğində 120 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür. - "xxxx" ASC (girovsaxlayan) ilə İddiaçı (girovqoyan) arasında bağlanmış 760/14 nömrəli xx.xx.2014-cü il tarixli girov müqaviləsindən görünür ki, girovsaxlayanla girovqoyan arasında bağlanmış xx.xx.2014-cü il tarixli 8896 nömrəli kredit müqaviləsinə əsasən 25.660 manat məbləğində 120 ay müddətinə verilmiş kreditin və qeyd olunan kreditlərə hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş hüquqların girovla yüklü edilməsi barədə razılığa gəlmişlər. Girovun predmeti girovqoyanla "xxxx" MMC arasında bağlanılan alqı-satqı müqaviləsi əsasında yaranan və Xırdalan şəhəri H.Əliyev prospekti ünvanında inşa edilən (ediləcək, edilmiş) yaşayış sahəsinin üzərində istifadə və sahiblik hüquqlarıdır. Girovla yüklü edilmiş hüquq ABB/465 nömrəli xx.xx.2014-cü il tarixli müavilənin predmeti olan Xırdalan şəhəri H.Əliyev prospekti “AAAF-Park” yaşayış massivindəki 12 saylı küçəsində 2 saylı 8 mərtəbəli yaşayış binasında 76.1 kv.m olan 2 otaqdan ibarət 35 saylı mənzil 45.660 manat məbləğində qiymətləndirilir. - "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixə kredit müqaviləsi üzrə qalıq borc məbləği 3564.71 manat təşkil edir. Hesabdan çıxarışda bir hissədə Cavabdeh və İddiaçı adı qeyd edilmiş (xx.xx.2018-ci il tarixdə 870 manat məbləğində ödənişdə), bəzi hissələrdə İddiaçı adı qeyd edilmiş, bəzi hissələrdə isə ümumiyyətlə ad qeyd edilməmişdir. - "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan və məktuba əlavə edilmiş hesabdan çıxarışlardan görünür ki, Cavabdeh adına "xxxx" ASC-də xx.xx.2021-ci il tarixdə pensiya hesabı (hesab üzrə əməliyyat aparılmamışdır), bankın müştəri xidməti departamentində xx.xx.2017-ci il tarixdə bank hesabı və xx.xx.2021-ci il tarixdə bank hesabı açılmışdır. Hesablar açılan tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə aparılmış əməliyyatlara dair çıxarışlardan görünür ki, (xx.xx.2021-xx.xx.2023) kredit dövriyyəsi 26.837,44 manat, debit dövriyyə 26.300,96 manat, qalıq 536.48 manatdır. - "xxxx" ASC tərəfindən təqdim edilmiş Cavabdeh məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2017-xx.xx.2023-cü illər ərzində kredit dövriyyəsi 48.897,99 manat, debit dövriyyə 48.487,18 manat, qalıq məbləğ 410.81 manat təşkil edir. - "xxxx" ASC tərəfindən təqdim edilmiş İddiaçı məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2014-xx.xx.2024-cü illər ərzində kredit dövriyyəsi 69.893 manat, debit dövriyyə 69.880,28 manat, qalıq məbləğ 13.22 manat təşkil edir. - "xxxx" ASC tərəfindən təqdim edilmiş İddiaçı məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2014-xx.xx.2023-cü illər ərzində kredit dövriyyəsi 76.323,21 manat, debit dövriyyə 76.320,33 manat, qalıq məbləğ 2.88 manat təşkil edir. - "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan və məktuba əlavə edilmiş Cavabdeh məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2016xx.xx.2022-ci illərdə 9883.45 manat məbləğində pul mədaxil, 9727.86 manat məbləğində pul isə məxaric olunmuşdur, balans 155.59 manat təşkil edir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-10/7695 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 734 saylı bağ evinin və evin həyətində olan qarajda aparılmış tikinti-təmir işlərinin (tikinti materialları və xidmət haqqı daxil olmaqla) dəyərinin bazar qiymətlərinə uyğun olaraq 20075,0 manat məbləğində olduğu müəyyən edilir. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdən "xxxx" ASC-də işləyir və hal-hazırda 1620 manat əmək haqqı ilə Təşkilati işlər və metodologiya departamentinin Ümumi şöbəsində kuryer vəzifəsində çalışır. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, Təşkilati İşlər və Metodologiya departamentinin Ümumi şöbəsinin kuryeri İddiaçı 16xx.xx.2018-ci il tarixlərində əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən, 21xx.xx.2021-ci il tarixlərində əmək məzuniyyətinə əsasən, 22.09-xx.xx.2021-ci il tarixlərində əmək məzuniyyətinə əsasən işə çıxmamış, 24-xx.xx.2021-ci il tarixlərində isə iş yerinə (Baş ofisin əsas binasına) gəlməmişdir (funksiyalarını distant qaydada icra etmişdir). - Bravo Supermarket MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli qəbzdən və 5939 nömrəli xx.xx.2018-ci il tarixli zəmanət talonundan görünür ki, Cavabdeh tərəfindən həmin tarixdə 849 manat dəyərində Sharp markalı kondisioner alınmışdır. - Bravo Supermarket MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli qəbzdən və 5938 nömrəli xx.xx.2018-ci il tarixli zəmanət talonundan görünür ki, Cavabdeh tərəfindən həmin tarixdə 579 manat dəyərində Sharp markalı kondisioner alınmışdır. - Bravo Supermarket MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli qəbzlərdən və 2955, 2956 nömrəli xx.xx.2018-ci il tarixli zəmanət talonlarından görünür ki, Cavabdeh tərəfindən həmin tarixdə 529 manat dəyərində Sharp markalı paltaryuyan maşın və 629 manat dəyərində Sharp markalı qabyuyan maşın alınmışdır. - Bravo Supermarket MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qəbzdən və 3713 nömrəli xx.xx.2019-cu il tarixli zəmanət talonundan görünür ki, Cavabdeh tərəfindən həmin tarixdə 283 manat dəyərində Sharp markalı mikrodalğalı soba alınmışdır. - Bravo Supermarket MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli qəbzdən və 3632 nömrəli xx.xx.2018-ci il tarixli zəmanət talonundan görünür ki, Cavabdeh tərəfindən həmin tarixdə 1249 manat dəyərində Sharp markalı soyuducu alınmışdır. - “Embawood” mağazası tərəfindən verilmiş kitabçadan və təhvil aktından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə həmin mağazadan mətbəx mebeli almış, mebel xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Albalılıq 243 ünvanında quraşdırılmışdır. - Embawood MMC adından çıxış edən satış təmsilçisi X15 (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli podrat müqaviləsindən görünür ki, icraçı sifarişçinin sifarişi ilə bu müqavilədə göstərilən mətbəx mebeli məhsulunu hazırlamağı və bu müqavilədə göstərilən ünvanda (Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Tavaylıq bağ sahəsi 34) quraşdırmağı, sifarişçi isə həmin məhsulu bu müqavilənin müəyyən etdiyi şərtlər əsasında qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür (sənəd imzalanmamışdır). - X11 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, atası Cavabdeh 2014-cü ildən təqaüddədir, heç bir yerdə işləmir və başqa gəlirləri də yoxdur. Bu müddət ərzində onun pensiyasının məbləği 360 manatdab 620 manatadək qalxmışdır. Əlbəttə ki, bu məbləğ atasına evlərinin təmiri ilə məşğul olmağa imkan verməzdi. Bununla əlaqədar o, mütəmadi olaraq atasına layiqli həyat tərzi daşınması, birgə razılaşdıqları təmir işlərinin görülməsi və evləri üçün avadanlıqların alınması üçün lazımi miqdarda pul köçürmələri həyata keçirirdi. Yalnız atasının ikinci evliliyi dövründə o, atasının bank hesabına, kartdan karta və Western Union sistemi vasitəsi ilə 80000 AZNdən çox pul köçürtmüşdür. O, hələ hər dəfə Bakıya gələndə atasına verdiyi nağd pulları saymır. O, atasının və onun keçmiş ikinci həyat yoldaşının RanTur şirkəti vasitəsi ilə əldə etdiyi Şamaxı Palas və Türkiyədəki istirahətlərini tam ödəmişdir. Atasının keçmiş ikinci həyat yoldaşının evlərinin təmirinin və həyət sahəsinin abadlaşdırmasının maliyyələşdirilməsində heç bir maddi iştirakı olmamışdır. Qeyd olunanlara əsasən qərar qəbul edilərkən ərizədə göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə heyəti tərəfindən tərəflərin, onların nümayəndələrinin və vəkillərinin iştirakı ilə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi bağ evi 734 ünvanında yerləşən evə baxış keçirilmişdir. Baxış zamanı həmin evdə 1 ədəd SHARP markalı iki kameralı soyuducu; 1 ədəd SİEMENS markalı mikrodalğalı soba; 1 ədəd SHARP markalı paltaryuyan maşın; 1 ədəd SHARP markalı qabyuyan maşın; 5 ədəd SHARP markalı kondisioner; 12 ədəd çilçıraq; 1 ədəd vibrator; 1 ədəd prefarator; mətbəx mebeli; 3 ədəd qarderob qapıları; evin daxilində 12 ədəd taxta qapının olduğu müəyyən edilmişdir. Baxış zamanı müəyyən olundu ki, həmin evdə 1 ədəd TOSHİBA markalı iki kameralı soyuducu yoxdur, 1 ədəd SHARP markalı iki kameralı soyuducu var, 1 ədəd SAMSUNG markalı paltaryuyan maşın yoxdur, 1 ədəd SHARP markalı paltaryuyan maşın var, 1 ədəd SİEMENS markalı qabyuyan maşın yoxdur, 1 ədəd SHARP markalı qabyuyan maşın var, 4 ədəd SAMSUNG markalı kondisioner yoxdur, 5 ədəd SHARP markalı kondisioner var. Cavabdeh 2 ədəd SHARP markalı kondisionerin 2018-ci ildə alındığını, digər 3 ədəd SHARP markalı kondisionerin isə 2022-ci ildə İddiaçı evdən çıxdıqdan sonra alındığını bildirdi. İddiaçı bununla bağlı heç bir məlumat demədi. 1 ədəd qaynaq aparatı yoxdur, 1 ədəd lazer aparatı yoxdur. İddiaçı şəxsi əmlakı olan 2 ədəd 1924-cü il buraxılışlı, 20 qram çəkidə, 900 əyarla gümüş qəpiklər, 1 ədəd 1965-ci ildə faşizm üzərində qələbə münasibətilə buraxılmış 1 rubl, 2 ədəd 1970-ci ildə V.İ.Leninin 100 illik doğum gününə həsr edilmiş 1 rubl qəpiklər yoxdur. Baxış zamanı qaraj və qarajın üstündəki tikiliyə də baxış keçirilmişdir. Qaraja baxış keçirilən zaman iddiaçı cavabdehin orada həyata keçirdiyi bütün təmir işlərinin birgə nikah dövründə iddiaçı ilə bərabər görüldüyünü iddia etdi. Cavabdeh bununla bağlı heç bir məlumat demədi. Tərəflər bildirdilər ki, ekspert qaraja baxış keçirmişdir və rəy vermişdir. Qarajın üstündəki tikilinin təmirinə çəkilmiş xərclər barədə iddia ərizəsində konkret tələb göstərilmədiyindən ora baxış keçirilməsi davam etdirilməmişdir. Məhkəmə iddianın və iddiaya olan etirazın əsaslarının təsdiqi kimi tərəflərin istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həm ilkin, həm də qarşılıqlı iddianın əsasını birgə nikah dövründə əldə edilmiş əmlaklar üzərində mülkiyyət paylarının müəyyən edilməsi təşkil edir. Məhkəmə ilkin iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 32.1. maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 34.1. maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. 36.1. maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3. maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4. maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. 37.1. maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1. maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Sonradan tərəflərin münasibətləri pozulmuş və 2022ci ilin may ayından faktiki olaraq ayrı yaşamağa başlamışlar, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1416/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Məhkəmə qeyd edir ki, ilkin iddia tələbində qeyd edilmiş 1 ədəd TOSHİBA markalı iki kameralı soyuducu; 1 ədəd SAMSUNG markalı paltaryuyan maşın; 1 ədəd SİEMENS markalı qabyuyan maşın; 4 ədəd SAMSUNG markalı kondisioner; 1 ədəd SİEMENS markalı mikrodalğalı soba Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 734 nömrəli bağ evində aşkar edilməmiş, eyni zamanda, məhkəmə araşdırması zamanı həmin əşyaların birgə nikah dövründə alınması müəyyən edilməmişdir. Ona görə də həmin hissədə məhkəmə ilkin iddia tələbini əsassız hesab edir. Eyni zamanda, məhkəmə qeyd edir ki, tərəflər birgə nikah dövründə Bravo Supermarket MMC-dən birgə nikah dövündə, yəni xx.xx.2018-ci il tarixdə 849 manat dəyərində Sharp markalı kondisioner, xx.xx.2018-ci il tarixdə 579 manat dəyərində Sharp markalı kondisioner, xx.xx.2019-cu il tarixdə 283 manat dəyərində Sharp markalı mikrodalğalı soba almışlar. Həmçinin, baxış zamanı bağ evində 5 ədəd Sharp markalı kondisionerin, 3 ədəd qarderob qapılarının olduğu müəyyən edilmiş, yuxarıda qeyd edildiyi kimi kondisionerlərin yalnız 2 ədədinin birgə nikah dövründə əldə edildiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, həmin əşyalar birgə nikah dövründə tərəflərin ümumi gəlirləri hesabına Cavabdeh adına alındığından, həmin əşyalar üzərində İddiaçı 1/2 hissədə pay hüququ tanınmalı və onların cəmi dəyəri olan 3511 (283+849+579+1800) manatın 1/2 hissəsi olan 1755,50 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Həmçinin, Bravo Supermarket MMC-dən xx.xx.2018-ci il tarixdə alınmış 529 manat dəyərində Sharp markalı paltaryuyan maşın və 629 manat dəyərində Sharp markalı qabyuyan maşın, xx.xx.2018-ci il tarixdə alınmış 1249 manat dəyərində Sharp markalı soyuducu tərəflər nikah bağlamamışdan əvvəl alındığından, tərəflərin ümumi birgə əmlakı hesab edilə bilməz. Yuxarıda qeyd olunan bağ evinə baxış zamanı 12 ədəd çilçıraq, 1 ədəd vibrator aşkar edilsə də, həmin əmlakların birgə nikah dövründə və tərəflərin birgə vəsaiti hesabına əldə edilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmiş, 1 ədəd qaynaq aparatı, 1 ədəd lazer aparatı, 2 ədəd 1924-cü il buraxılışlı, 20 qram çəkidə, 900 əyarla gümüş qəpiklər,, 1 ədəd - 1965-ci ildə faşizm üzərində qələbə münasibətilə buraxılmış 1 rubl, 2 ədəd - 1970-ci ildə V.İ.Leninin 100 illik doğum gününə həsr edilmiş 1 rubl aşkar edilməmişdir. Bu səbəbdən, məhkəmə qeyd olunan hissələrdə də ilkin iddianı əsassız hesab edir. Baxış zamanı aşkar edilmiş 1 ədəd preferator mübahisə predmeti olmadığından, məhkəmə həmin əşya ilə bağlı hər hansı araşdırma aparmağı zəruri hesab etmir. Göründüyü kimi, mətbəx mebeli tərəflər nikaha daxil olmamışdan əvvəl alındığından, onların ümumi birgə mülkiyyəti hesab edilə bilməz. Bu səbəbdən məhkəmə, ilkin iddia tələbini mətbəx mebeli üzərində İddiaçı 1/2 hissədə payının müəyyən edilməsi və həmin mebelinin dəyərinin 1/2 hissəsinin Cavabdeh alınaraq ona verilməsi hissəsində əsassız hesab edir. Məhkəmə, ünvan 1 ünvanında yerləşən 42 saylı mənzilin X1 verilməsinə görə ödənilmiş 21600 manat kirayə haqqının Cavabdeh tutularaq ona ödənilməsi hissəsində də ilkin iddianı əsassız hesab edir. Belə ki, İddiaçı qeyd olunan hissədə tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları (kirayə müqaviləsi və s.) məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 734 saylı bağ evinin təmirinə xərclənmiş pul vəsaitinin 1/2 hissəsiinin Cavabdeh tutularaq ona ödənilməsi hissəsində ilkin iddianı qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/7695 nömrəli xx.xx.2024-cü il tarixli rəyində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 734 saylı bağ evinin və evin həyətində olan qarajda aparılmış tikinti-təmir işlərinin (tikinti materialları və xidmət haqqı daxil olmaqla) dəyərinin bazar qiymətlərinə uyğun olaraq 20075,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Həmçinin, ekspert rəyində taxta materialdan qapının birinin dəyəri 300 manat olmaqla, 2 ədəd olduğu müəyyən edilsə də, baxış zamanı 12 ədəd taxta qapının olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 734 saylı bağ evinin təmirinə xərclənmiş pul vəsaiti ekspert rəyinə əsasən 20075 manat, taxta qapıların qiyməti 3000 manat (12x300=3600 manat, 2 qapının qiyməti olan 600 manat 20075 manata daxildir) olmaqla, cəmi 23075 manat məbləğində pul vəsaitinin 1/2 hissəsini təşkil edən 11537,50 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Yuxarıda qeyd edildiyi kimi tərəflər xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuş, 2022-ci ilin may ayına qədər birgə təsərrüfat idarə etmişlər. Ona görə də məhkəmə hesab edir ki, Xırdalan şəhəri H.Əliyev prospekti “AAAF- Park” yaşayış massivindəki 12 saylı küçəsində 2 saylı 8 mərtəbəli yaşayış binasında 76.1 kv.m olan 2 otaqdan ibarət 35 saylı mənzilin alınması üçün "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 8896 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka ödənilən pulların xx.xx.2018-ci il tarixdən 2022-ci ilin may ayına qədər ödənilmiş pul vəsaitinin 1/2 hissəsi İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin istinad edilən müddəalarına əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İş materiallarından və tərəflərin izahatlarından aydın olur ki, tərəflərin arasında belə bir kontrakt mövcud deyil. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməli, Xırdalan şəhəri H.Əliyev prospekti “AAAF-Park” yaşayış massivindəki 12 saylı küçəsində 2 saylı 8 mərtəbəli yaşayış binasında 76.1 kv.m olan 2 otaqdan ibarət 35 saylı mənzilin alınması üçün "xxxx" ASC-nə xx.xx.2018-xx.xx.2022-ci il tarixlərdə ödənilmiş cəmi 13813,75 manat məbləğində pul vəsaitinin 1/2 hissəsi, yəni 6906,87 manat üzərində Cavabdeh pay hüququ tanınmalı, həmin pul vəsaiti İddiaçı tutularaq Cavabdeh ödənilməli, qalan hissədə qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, 3 ədəd cəmi dəyəri 1800 manat olan qarderob qapıları, 849 manat dəyərində 1 ədəd Sharp markalı kondisioner, 579 manat dəyərində 1 ədəd Sharp markalı kondisioner və 1 ədəd 283 manat dəyərində Sharp markalı mikrodalğalı soba üzərində İddiaçı 1/2 hissədə pay hüququ tanınmalı və onların cəmi dəyəri olan 3511 manat məbləğində pul vəsaitinin 1/2 hissəsi – 1755,50 manat Cavabdeh tutularaq İddiaçı ödənilməli; Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 734 saylı bağ evinin təmirinə xərclənmiş cəmi 23075 manat məbləğində pul vəsaitinin 1/2 hissəsi - 11537,50 manat Cavabdeh tutularaq İddiaçı ödənilməli, ilkin iddia tələbi qalan hissədə rədd edilməli, 50 manat mediasiya xərcinin yarısı - 25 manat və 129,88 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməli, artıq ödənilmiş 96,25 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalı, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, Xırdalan şəhəri H.Əliyev prospekti “AAAF- Park” yaşayış massivindəki 12 saylı küçəsində 2 saylı 8 mərtəbəli yaşayış binasında 76.1 kv.m olan 2 otaqdan ibarət 35 saylı mənzilin alınması üçün "xxxx" ASC-nə xx.xx.2018xx.xx.2022-ci il tarixlərdə ödənilmiş cəmi 13813,75 manat məbləğində pul vəsaitinin 1/2 hissəsi – 6906,87 manatı üzərində Cavabdeh pay hüququ tanınmalı və 6906,87 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh ödənilməli, qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilməli, artıq ödənilmiş 41,71 manat dövlət rüsumu dövlət büdcəsindən Cavabdeh qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri olan cəmi 100 manat İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. 3 ədəd cəmi dəyəri 1800 manat olan qarderob qapıları, 849 manat dəyərində 1 ədəd Sharp markalı kondisioner, 579 manat dəyərində 1 ədəd Sharp markalı kondisioner və 1 ədəd 283 manat dəyərində Sharp markalı mikrodalğalı soba üzərində İddiaçı 1/2 hissədə pay hüququ tanınsın və onların cəmi dəyəri olan 3511 manat məbləğində pul vəsaitinin 1/2 hissəsi – 1755,50 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 734 saylı bağ evinin təmirinə xərclənmiş cəmi 23075 manat məbləğində pul vəsaitinin 1/2 hissəsi üzərində İddiaçı pay hüququ tanınsın və həmin pul vəsaitinin 1/2 hissəsi, yəni 11537,50 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. 50 manat mediasiya xərcinin yarısı - 25 manat və 129,88 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Artıq ödənilmiş 96,25 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Xırdalan şəhəri H.Əliyev prospekti “AAAF-Park” yaşayış massivindəki 12 saylı küçəsində 2 saylı 8 mərtəbəli yaşayış binasında 76.1 kv.m olan 2 otaqdan ibarət 35 saylı mənzilin alınması üçün "xxxx" ASC-nə xx.xx.2018-xx.xx.2022-ci il tarixlərdə ödənilmiş cəmi 13813,75 manat məbləğində pul vəsaitinin 1/2 hissəsi – 6906,87 manatı üzərində Cavabdeh pay hüququ tanınsın və 6906,87 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilsin. Artıq ödənilmiş 41,71 manat dövlət rüsumu dövlət büdcəsindən Cavabdeh qaytarılsın. Məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 manat İddiaçı və Cavabdeh müştərək qaydada tutulsun, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Şəbnur Qədirova