Məhkəmə qərarları › İş №e-2(008)-2779/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2779/2023

01.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2779/2023 01.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər X5 və Rahmanı Alının nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X19 iştirakları ilə, İddiaçı cavabdehlər X8 və Rahmanı Alıya qarşı Əmanətlərin Sığortalanması Fondu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “avtomobilin qanunsuz sahiblikdən geri qaytarılması və ya bazar dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X8 və Rahmanı Alıya qarşı Əmanətlərin Sığortalanması Fondu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “avtomobilin qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə mərhum əri X14 məxsus "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli 112 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş **-MG-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2007 olan “BMW 535” markalı avtomobilin cavabdehlər Cavabdeh2 və X4 alınıb ona qaytarılması və ödədiyi 165 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əri X20, keçmiş kürəkənləri Cəbrayılov Əli Tahir oğlunun kredit məbləğini özü ödəyəcəyi şərti ilə bankdan pul götürüb ona borc verməsi xahişini yerinə yetirmiş, "xxxx" ASC-dən xx.xx.2015-ci il tarixli 112 nömrəli kredit müqaviləsi üzrə 6000 ABŞ dolları, həmin tarixli 113 nömrəli müqavilə üzrə 9950 ABŞ dolları, cəmi 15950 ABŞ dolları götürdüyü krediti maşın alması məqsədi ilə elə bankda ona vermişdir. Əli Cəbrayılov həmin pul ilə salondan seçib bəyəndiyi **-MG-*** dövlət qeydiyyat nişanlı “BMW 535” markalı avtomobil almış, kredit müqaviləsinin təminatı olaraq həmin avtomobil ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə əri Şamil Novruzov ilə bank arasında 112 saylı xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. 2015-ci il iyul ayında Əli Cəbrayılov ərinə zəng edərək avtomobili satmaq istədiyini, satdığı şəxsə etibarnamə verməsi üçün notariusa gəlməsini xahiş etmiş, Şamil 11 iyul 2015-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunda onunla görüşərək, sonradan adı ona məlum olan cavabdeh Vüsalə Quliyevaya (sonradan ərinin Rəhmani soyadını götürmüşdür) xx.xx.2025-ci il tarixədək daşınar əmlakın idarə edilməsi üçün baş etibarnamə vermişdir. O, etibarnaməni ləğv etdiyi üçün sonradan xx.xx.2019-cu il tarixdə Cavabdeh2 2 il müddətinə etibarnamə vermişdir. Cavabdehlər ipoteka predmeti olan avtomobili banka təhvil vermədiyi üçün və razılığı olmadan özgəninkiləşdirilməsinin qarşısının almaq məqsədi ilə sonuncu etibarnaməni də ləğv etmişdir. Yaxın qohum olduğu üçün Əli Cəbrayılov maşını satana qədər kredit borcu üzrə aylıq ödənişləri banka edibetməməsi ilə əri maraqlanmamışdır. Avtomobilin alqı-satqısına dair bütün sövdələşmələr, o cümlədən, bank ödənişləri Əli Cəbrayılov ilə Cavabdeh2 arasında həyata keçirildiyinə görə yeni alıcının da banka ödənişləri vaxtında edəcəyini düşündüyü üçün maşının satılmasından sonra da həmin məsələ ilə maraqlanmamışdır. Hər iki cavabdeh məhkəmə iclasında izahatlarında avtomobilin alqı-satqısına və bank ödənişlərinə dair bütün sövdələşmələrin Əli Cəbrayılov ilə Cavabdeh2 arasında həyata keçirildiyini, bankda olub Şamil Novruzovun kredit müqaviləsi üzrə 3000 ABŞ dolları cərimə borcundan 2500 ABŞ dollarını ödəmələrini təsdiq etmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 87/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC ilə X20 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 112 nömrəli kredit müqaviləsi üzrə 5380 ABŞ dolları əsas, 2562 ABŞ dolları hesablanmış faiz borcu məbləğində pul vəsaitinin Şamil Novruzovdan tutulub iddiaçı ləğv prosesində olan "xxxx"ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməsi, ödəmənin xx.xx.2015-ci il tarixli 112 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş X14 məxsus buraxılış ili 2007-ci il olan **- MG-*** dövlət qeydiyyat nişanlı “BMW 535” markalı avtomobilə yönəldilməsi, açıq hərracdan satılaraq əldə edilən pul vəsaitinin "xxxx" ASC-yə ödənilməsi, "xxxx" ASC ilə X20 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 113 nömrəli kredit müqaviləsi üzrə 4575 ABŞ dolları əsas, 1002,29 ABŞ dolları hesablanmış faiz borcu məbləğində pul vəsaitinin X20, Cəbrayılov Əli Tahir oğlu və X9 müştərək qaydada tutulub iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun heabına köçürülməsi qət edilmişdir. Bu qətnamə qəbul edidikdən 5 ay sonra həyat yoldaşı X3 kürəkənə bankdan borc pul alıb verməsi, salondan alınmış maşından 5 ay Əli Cəbrayılov, 5 il müddətində də Vüsalə və əri Cavabdeh1 istifadə edib faydalanması, nəticədə banka 13.519,29 ABŞ dolları borclu qalması, qızının ailə münasibətlərinin pozulması onun səhhətinə mənfi təsir göstərdiyinə görə infarktdan xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Cavabdeh2 cavabdehlər Cəbrayılov Əli Tahir oğlu və X14 qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlərdən 18550 ABŞ dollarının alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-224/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Əli Cəbrayılovdan 6400 manat, Şamil Novruzovun prosessual hüquq varisləri - İddiaçı, İ.Novruzov və L.Novruzovadan Cavabdeh2 və əri Cavabdeh1 xeyrinə 8750 ABŞ dollarının tutulması qət edilmişdir. Qətnamədən görünür ki, Cavabdeh2 məhkəmə iclasında göstərmişdir ki, 2017-ci ilin noyabr ayından banka ödənişləri dayandırmış, sonuncu ödənişi həmin ilin oktyabr ayında etmişdir. Ödənişləri dayandırmasının səbəbini Şamil Novruzovun 113 nömrəli kredit müqaviləsinin olmasından məlumatsız olması, yalnız 112 nömrəli müqavilə üzrə ödənişlərin etməli olmasının ona bildirilməsi ilə, Əli Cəbrayılov isə izahatında manatın devolvasiyası nəticəsində Cavabdeh2 aylıq ödənişləri etməsinə gücü çatmaması ilə izah etmişdir. 2015-ci ilin fevral ayının axırlarında manatın birinci devolvasiyası baş vermiş, 1 ABŞ dolları 1,05 manat məbləğində olmuşdur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ipoteka predmeti olan avtomobili 11 iyul 2015-ci il tarixdə almaları, dolların bu kursu ilə bank ödənişlərini yerinə yetirmək imkanında olduğunu göstərir. 2015-ci ilin dekabr ayında manatın ikinci devolvasiyası baş verdikdən sonra dolların kursu 1 dollar 1,55 manat, sonrakı aylar üzən məzənnəyə keçərək 1,70, 1,80 hətta 1,90 manata yüksəlmişdir. Göründüyü kimi dolların bahalaşması onların 2017-ci ilin noyabr ayından ödənişləri dayandırmasna səbəb olmuşdur. Cavabdehlər iştirak etdikləri məhkəmə iclaslarında avtomobilin alqı-satqısı sövdələşməsi aparılarkən Şamil Novruzovun banka olan 3000 manat cərimə borcundan 2500 manatını ödəmələrini, aylıq ödənişləri də özləri keçirmələrini təsdiq etmişlər. Göründüyü kimi bankda olmalarını özləri etiraf etmiş, bu zaman cərimə ilə maraqlandıqları halda, Şamil Novruzovun banka ödəməli oan əsas və faiz borcu, cəmi hansı məbləğdə borcu olması ilə maraqlanmamaları, bunu bankın mütəxəssisindən soruşmamaları inandırıcı görünmür. Bu hal dolların bahalaşmasına görə onların ödəmələri həyata keçirmək imkanında olmadığı nəticəsinə gəlməyə əsas verir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2633/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 8.750 ABŞ dollar məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatının oğlu X21, qızı X24 və ondan tutulub Cavabdeh2 və Cavabdeh1 ödənilməsi qət edilmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu bu günədək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-87/2020 saylı xx.xx.2020-ci il tarixli qətnamənin icrası ilə maraqlanmamış və tələb etməmiş, icra məmuru isə 3 il ərzində qətnamənin “ödəmənin Şamil Novruzova məxsus ipoteka predmeti olan avtomobilə yönəldilməsi” hissəsini icra etməmişdir. Cavabdehlər 2017-ci ilin noyabr ayından ödənişləri dayandırmalarına baxmayaraq, ipoteka predmeti olan avtomobili banka, yaxud Şamil Novruzova, qətnamənin qəbul edildiyi xx.xx.2020-ci il tarixdən bu günə kimi Bakı şəhəri Səbail rayon İcra Şöbəsinə təhvil verməmişdir. Bu günə kimi hüquqazidd hərəkətləri ilə ailəsinə maddi zərər vurmaqda davam edirlər. Həmin qətnamədən görünür ki, cavabdehlərdən Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında ipoteka predmeti olan avtomobilin əri Cavabdeh1 sahibliyində olduğunu bildirmişdir. Bundan sonra məhkəmə iclaslarında görüşərkən Cavabdeh2 ondan ərinin 113 saylı müqavilə üzrə banka olan kredit borcunu ödəyib avtomobilin qanuni alqı-satqısını həyata keçirmələrini tələb edir. Sonuncu dəfə oğlu İbrahim Novruzovun hazırkı mübahisə üzrə kassasiya müddətinin bərpasına dair ərizəsinə baxılarkən, 12 yanvar 2023-cü il tarixdə, audio-video yazı ilə keçirilən məhkəmə iclasında ondan avtomobilin sənədlərini istəmişdir. Bu hal göstərir ki, avtomobil Vüsalə və əri Əlinin sahibliyindədir. Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli aktı ilə qızı X16 məxsus “Honda Pilot” markalı **-GB-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyaraq, nəqliyyat vasitəsini mühafizə olunan duracağına yerləşdirmişdir. Avtomobilin qiymətləndirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar "xxxx" MMC-yə göndərilmişdir. Göründüyü kimi icra məmuru adı onların olan, faktiki artıq 8 ildir cavabdehlərin istədikləri kimi sahiblik, istifadə etdiyi və faydalandığı ipoteka predmeti olan avtomobili cavabdehlərdən tələb etmək əvəzinə, asan çıxış yolu taparaq, banka olan borcu qızının min bir əziyyətlə aldığı avtomobilin satışı hesabına həyata keçirir. Halbuki, tutma ilk növbədə ipoteka predmetinə yönəlməli, açıq hərracdan satılmalı, əldə edilən satış pulu borcun ödənilməsinə yönəlməlidir. Buna görə əri Şamil Novruzovun mülkiyyətində olan ipoteka predmeti olan avtomobil cavabdeh Vüsalə Rəhmanı və Cavabdeh1 alınıb Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna verilməsi məqsədilə ona verilməlidir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, xüsusi mülkiyyət hüququ ilə mərhum əri X14 məxsus "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli 112 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş **-MG-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2007 olan “BMW 535” markalı minik avtomobilinin və ya onun bazar dəyəri 25000 (iyirmi beş min) manatın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınıb ona verilməsi və ödədiyi 165 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, avtomobil alınıb ipotekaya qoyulduğu gündən 5 ay müddətində keçmiş kürəkən Əli Cəbrayılov, onunla Cavabdeh1 və Cavabdeh2 şifahi alqısatqı müqaviləsi bağlandıqdan sonra 2015-ci ilin iyul ayının 11-dən 8 il müddətində cavabdehlər avtomobildən istədikləri kimi faydalanmış və bu gün də faydalanmaqda davam edirlər. Cavabdehlər 2017-ci ilin noyabr ayından ödənişləri etmək imkanında olmadıqlarına görə ödənişləri dayandırmalarına baxmayaraq, ipoteka predmeti olan avtomobili banka, yaxud Şamil Novruzova qaytarmamışlar. Halbuki, həmin vaxt onlar avtomobili qaytarsalar onun satışından əldə edilən pul bankın kredit borcunu ödəmiş olardı. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun tələbi ilə xx.xx.2020-ci ildə qətnamə qəbul edildikdən 3 il sonra da avtomobili qaytarmamışlar. Bundan sonra 3 il də maşını sürüb faydalanmış, Bakı Apellyasiya Məhkəməsinin audio və video yazı ilə keçirilən iclasında izahat verərkən Cavabdeh2 avtomaşının sənədlərini ondan istəmişdir. Halbuki, bu sənədləri Əli Cəbrayılov xx.xx.2015ci il tarixdə avtomobilin sövdələşməsi aparılarkən onlara notariat kontorunda vermişdir. Onların arasında avtomobilin dəyərinin hissə-hissə ödənişi olması barədə razılaşma olmasına və ondan faydalanmalarına baxmayaraq, avtomobil sahiblik və istifadələrində olduğu müddətdə ödədikləri 8750 ABŞ dolları pulun onlardan - vərəsələrdən tutulması barədə məhkəmənin qətnaməsini anlamaq olmur. Belə çıxır ki, Şamil Novruzov bankdan kredit pul götürüb cavabdehlərə maşın almışdır. Maşını bu gün də qaytarmırlar və göründüyü kimi qaytarmaq fikirləri də yoxdur. Avtomobili aldıqları halda 6 il ərzində ödənişləri dayandırmadan və avtomobili də qaytarmamaları bu nəticəyə gəlməyə əsas verir. 2017-ci ildə avtomobili qaytarmamaları nəticəsində Şamil Novruzovun banka 13519,20 ABŞ dollar borcu qalmışdır. Bankdan cəmi 15950 ABŞ dolları kredit götürüldüyü halda avtomobil satılarkən cavabdehlərlə qiyməti 18.000 ABŞ dolları məbləğinə razılaşdırlmışdı. Göründüyü kimi bankın borcunun vaxtında qaytarılmaması cavabdehlərin təqsiri üzündən baş vermişdir. Banka olan kredit borcunun ödənilməsi məqsədi ilə ipotekaya qoyulan avtomobil cavabdehlərdən geri qaytarılmalı və ya onun bazar dəyəri alınıb ona verilməlidir. "xxxx" MMC-nin QXM E-341 nömrəli xx.xx.2023-cü il tarixli “BMW 535” minik markalı **-MG-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2007 olan avtomobilin bazar dəyərinin müəyyən edilməsi barədə qiymətləndirmə hesabatından görünür ki, avtomobilin bazar dəyəri 25000 (iyirmi beş min) manat müəyyən edilmişdir. BDYPİ-nin vəkil sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə “BMW 535” minik markalı 90 MG-323 qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan yol hərəkəti qayda pozuntusu törədilməsi faktı üzrə xüsusi texniki vasitələrinin BDYPİ-nin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatları əsasında Rəhmani Ali barəsində elektron qərar çıxarılaraq 40 manat məbləğində cərimə tətbiq edilmiş, eləcə də həmin avtomobil sonuncu dəfə xx.xx.2019-cu il tarixdə Respublika Müayinə Mərkəzində texniki baxışdan keçmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 İddiaçı izahatındakı xüsusatları təsdiq edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər X17 və Rahmanı Alı tərəfindən iddia ərizəsinə etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi onunla əsaslandırılıb ki, “iddiaçının mərhum əri mübahisəli avtomobili Ləğv prosesində olan "xxxx" ASC-yə ipotekaya qoyaraq 112 saylı kredit müqavilələri üzrə həmin bankdan kredit əldə etmiş, avtomobil kreditdə olarakan iddiaçının mərhum əri və onun kürəkəni 112 saylı krediti ödəmək şərtilə avtomobili hazırkı iş üzrə cavabdehlərə satmış və bu məqsədlə notarial qaydada onlara sərəncam vermək hüququ da daxil 2015-ci ilin iyulda baş etibarnamə vermişdir. Lakin sonradan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddiaçının mərhum ərinə qarşı “kredit borcunun ödənilməsi və ödəmənin ipoteka predmeti olan avtomobilə yönəldilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmə həmin iddia tələbini xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin etmiş və mərhum Şamil Novruzovdan kredit borcunun tutulması və borcun mübahisəli **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi qət edilmişdir. Qətnamədən şikayət verilmədiyi üçün icraya yönəldilmişdir. Buna baxmayaraq hazırkı iş üzrə cavabdehlər **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobili indiyədək icraya və onlara təqdim etmirlər”. Qeyd etdiklərinin sübutu kimi iddiaçı göstərir ki, guya ki, “cavabdehlərdən Vüsalə Rahmani məhkəmə iclasında verdiyi izahatında ipoteka predmeti olan avtomobilin əri Əli Rahmaninin sahibliyində olduğunu bildirmiş və sonuncu dəfə oğlu İbrahim Novruzovun hazırkı mübahisə üzrə kassasiya müddətinin bərpasına dair ərizəsinə baxılarkən 12 yanvar 2023-cü il tarixdə, audio-video yazı ilə keçirilən məhkəmə iclasında ondan avtomobilin sənədlərini istəmişdir. Bu hal onu göstərir ki, avtomobil Vüsalə və əri Əlinin sahibliyindədir”. İddia ərizəsinin iddiaçının mərhum əri, daha sonra onun vərəsləri ilə cavabdehlər arasında yaranmış mübahisənin əsas hissəsi öz əksini tapmamış, baş vermiş münasibətlər və hallar natamam şəkildə qeyd edilmişdir. İddia tələbini əsaslandırmaq üçün göstərilən dəlillər kifayət qədər əsaslı deyil. İddiaçının mərhum əri Şamil Novruzov, onun kürəkəni Əli Cəbrayılov və daha sonra Şamil Novruzovun vərəsləri, o cümlədən hazırkı iş üzrə iddiaçılar arasında mübahisəli avtomobillə bağlı münasibətlər ardıcıllığı göstərilməklə aşağıdakı şəkildə baş vermişdir. 2015-ci ilin ortalarında Azərbaycan Respublikası vətəndaşı olan Cavabdeh2 (əvvəlki soyadı Quliyeva) və İran İslam Respublikasının vətəndaşı Əli Rahmani (ər-arvad) avtomobil almaq qərarına gəlirlər və bu məqsədlə internet vasitəsilə axtarış edən zaman “BMW 535” markalı **-MG-*** dövlət qeydiyyat nömrəli minik avtomobilinin satılması barədə Cəbrayılov Əli Tahir oğlu (hazırkı iş üzrə iddiaçının keçmiş kürəkəni) tərəfindən elan verilməsinə rast gəlmişlər. Həmin şəxsin internetdə qeyd edilmiş telefon nömrəsinə zəng edərək avtomobilin qiyməti barədə məlumat əldə etdikdən sonra, onu satın almaq istədiklərini bildiriblər və növbəti gün Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Sədərək” adlanan ticarət mərkəzində görüşmək qərarına gəlmişlər. Hazırkı iş üzrə cavabdehlər Vüsalə və Ali Rahmani ilə birlikdə hazırkı iş üzrə iddiaçının keçmiş kürəkəni Əli Cəbrayılovla Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Sədərək” adlanan ticarət mərkəzinin qarşısında görüşmülər. Həmin görüş zamanı Cavabdeh1 “BMW 535” markalı **-MG-*** dövlət qeydiyyat nömrəli minik avtomobilinin qayınatası (arvadının atası) mərhum X14 mülkiyyət hüququ ilə məxsus olduğunu, lakin adıçəkilən şəxsin həmin avtomobili sürmək üçün ona verdiyini, avtomobilin "xxxx"da ipotekada olduğunu və avtomobili 18000 (on səkkiz min) X23 dollarına satmaq istədiyini bildirmişdır. Ali və Vüsalə həmin avtomobili almaq istədiklərini Əli Cəbrayılova bildirmiş və razılığa gəlmişlər ki, 18000 (on səkkiz min) ABŞ dollarının 8000 (səkkiz min) dollarını ona versinlər, yerdə qalan 10000 (on min) ABŞ dollarını isə avtomobilin mülkiyyətçisi X20 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 112 nömrəli kredit müqaviləsi üzrə faizləri də daxil olmaqla 2015-2017-ci illər ərzində kredit borcu, eyni zamanda həmin vaxtı mövcud 3000 (üç min) ABŞ cəriməsindən 2500 (iki min beş yüz) ABŞ dolları şəklində ödəsinlər. Ali və Vüsalə Rahmani xx.xx.2015-ci il tarixdə nağd şəkildə 8000 (səkkiz min) ABŞ dollarını Cəbrayılov Əli Tahir oğluna verdikdən sonra sonuncu mərhum Şamil Novruzova zəng edərək onu avtomobilin sənədləşmə işlərinin aparılması, Vüsalə və Ali Rahmaniyə etibarnamənin verilməsi üçün olduqları yerə çağırmış və mərhum Şamil Novruzov onlarla Bakı şəhəri 6 saylı notariat kontorunda görüşərək özünə məxsus rəsmi reyestrdə qeydə alınmış daşınar əmlakların idarə edilməsi və həmin əmlaklar barəsində sərəncam verilməsi barədə iddiaçıya 11 iyul 2015-ci il tarixli 10 il müddətinə Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş etibarnamə vermişdir. Sonra birlikdə "xxxx" ASCnin müvafiq filialının inzibati binasına getmişlər. Bankda Ali və Vüsalə Rahmaniyə məlum olmuşdur ki, kredit müqaviləsi üzrə Şamil Novruzovun ödəmələrdə gecikməsi olduğundan həmin gecikmə ilə əlaqədar bank ona 3000 ABŞ dolları məbləğində cərimə hesablanmışdır. Ali və Vüsalə Rahmani həmin cərimənin 2500 ABŞ dolları hissəsini ödəmişlər. Lakin cərimənin ödənilməsi ilə bağlı onlara hər hansı qəbz verilməmişdir. Cərimənin yerdə qalan hissəsini isə Əli Cəbrayılov və mərhum Şamil Novruzov ödəməyə öz üzərilərinə götürmüş və növbəti gün gəlib cəriməni ödəyəcəklərini bildirmişlər. Şamil Novruzovun 112 saylı kredit müqaviləsi üzrə ödənişlərinin Vüsalə və Ali Rahmani tərəfindən həyata keçiriləcəyini bildikdən sonra Cavabdeh1 ödəniş qrafiki vermiş və onlara bildirmişlər ki, faizlər də daxil 2015-2017-ci illər ərzində 8550 (səkkiz min beş yüz əlli) ABŞ dolları ödəniş etsələr kredit üzrə ödənişlər tamamlanar və avtomobil ipotekdan azad olunar. 2015-2017-ci illər ərzində bankın müəyyən etdiyi ödəniş cədvəli əsasında iddiaçı və əri tərəfindən ikinci cavabdehin kredit borcuna görə banka aşağıdakı tarixlərdə və məbləğdə ödənişlər həyata keçirilmişdir. İddiaçı Cavabdeh2 tərəfindən: "xxxx" ASC-nın “Uğur” filialında **********6830001 hesabına-X10 banka olan kredit borcuna görə: 16 iyul 2015-ci il tarixdə 500 dollar (beş yüz X23 dolları); 27 iyul 2015-ci il tarixdə 500 dollar (beş yüz X23 dolları); 31 iyul 2015-ci il tarixdə 200 dollar (iki yüz X23 dolları); 07 sentyabr 2015ci il tarixdə 650 dollar (altı yüz əlli X23 dolları); 12 oktyabr 2015-ci il tarixdə 650 dollar (altı yüz əlli X23 dolları); -11 dekabr 2015-ci il tarixdə 600 dollar (altı yüz X23 dolları); 01 mart 2016-cı il tarixdə 300 dollar (üç yüz X23 dolları); 11 aprel 2016-cı il tarixdə 300 dollar (üç yüz X23 dolları); 02 iyun 2016-cı il tarixdə 400 dollar (dörd yüz X23 dolları); 11 avqust 2016-cı il tarixdə 300 dollar (üç yüz X23 dolları); 07 aprel 2017-ci il tarixdə 300 dollar (üç yüz X23 dolları). İddiaçının əri Cavabdeh1 Məhəmməd oğlunun adından isə "xxxx" ASCnin “Uğur” filialında **********6830001 hesabına-X10 banka olan kredit borcuna görə: 10 noyabr 2015-cı il tarixdə 650 dollar (altı yüz əlli X23 dolları); 30 iyun 2016-cı il tarixdə 400 dollar (dörd yüz X23 dolları); 18 yanvar 2017-cı il tarixdə 300 dollar (üç yüz X23 dolları); 14 fevral 2017-cı il tarixdə 300 dollar (üç yüz X23 dolları); 15 mart 2017-cı il tarixdə 300 dollar (üç yüz X23 dolları); 15 may 2017-cı il tarixdə 300 dollar (üç yüz X23 dolları); 13 iyun 2017-cı il tarixdə 300 dollar (üç yüz X23 dolları); 07 iyul 2017-cı il tarixdə 300 dollar ( üç yüz X23 dolları); 14 avqust 2017-cı il tarixdə 300 dollar (üç yüz X23 dolları); 05 sentyabr 2017-cı il tarixdə 300 dollar (üç yüz X23 dolları); 13 oktyabr 2017-cı il tarixdə 300 dollar (üç yüz X23 dolları). Qəbzlər cəmi 8550 dollar (səkkiz min beş yüz əlli X23 dolları). 2017-ci ildə iddiaçı axırıncı ödəniş həyata keçirildikdən sonra avtomobilin ipotekadan azad olması barədə sənədləri və avtomobilə məxsus digər sənədləri bankın rəsmisindən tələb etdikdə, orada Vüsalə və Ali Rahmaniyə bildiriblər ki, əlavə 14.000 (on dörd min) ABŞ dolları da ödəməlidirlər. Bunun səbəbini soruşduqda bankdan cavab olaraq bildirmişlər ki, borclu mərhum Şamil Novruzovun adına bankda iki ayrı-ayrı, xx.xx.2015-ci il tarixli 112 saylı və 113 saylı kredit müqavilələri vardır və həmin 112 saylı müqavilə üzrə X14 məxsus 2007-ci il buraxılışlı **-MG-*** dövlət qeydiyyat nişanlı “BMW 535” markalı avtomobil ipotekaya qoyulub, 113 saylı kredit isə zaminlik müqaviləsi ilə yüklüdür. Eyni zamanda söyləmişlər ki, onların 2015-2017-ci illər ərzində ödədikləri pullar həm 112 saylı, həm də 113 saylı kredit müqavilələrinin əsas və faiz borclarına hesablanmışdır. Ali və Vüsalə Rahmani mərhum Şamil Novruzovla onun avtomobilinin ipotekada olduğu 112 saylı kredit müqaviləsi üzrə ödəniş etməyi razılaşdıqlarını və həmin müqavilə üzrə bütün ödənişləri etdiklərini və avtomobili ipotekdan çıxarmağı xahiş etsələr də, bank rəsmiləri buna əhəmiyyət verməmişdir. Ali və Vüsalə Rahmaninin mərhum Şamil Novruzovun adına eyni bankla iki kredit müqaviləsinin olduğundan xəbərləri olmamışdır. Onların 2500 ABŞ dolları da cərimə də daxil olmaqla banka ödədikləri 10550 ABŞ dolları xəbərləri olmadan ikinci cavabdehin 112 və 113 saylı kredit müqavilələri üzrə borcların ödənilməsinə hesablanmışdır. Ali və X37 Cəbrayılov və mərhum Şamil Novruzov tərəfindən aldadılmışlar. Bankın əlavə 14000 ABŞ dolları ödənilməsi tələbi Ali və Vüsalə Rahmani tərəfindən rədd edildikdən sonra, 2019-cu ildə iddiaçı "xxxx" ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər X14, Cəbrayılov Əli Tahir oğluna və X18 qarşı “kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-87/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə həmin iddia tələbi təmin edilərək "xxxx" ASC ilə X20 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 112 nömrəli kredit müqaviləsi üzrə 5380 ABŞ dolları əsas, 2562 ABŞ dolları hesablanmış faiz borcu məbləğində pul vəsaitinin cavabdeh X6 tutulub iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməsi; ödəmənin "xxxx" ASC ilə X20 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 112 nömrəli kredit müqaviləsinə əsasən yüklü edilmiş X14 məxsus 2007-ci il buraxılışlı **-MG-*** dövlət qeydiyyat nişanlı “BMW 535” markalı avtomobilə yönəldilməsi, həmin avtomobilin satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin cavabdeh X14 verilməsi, "xxxx" ASC ilə X20 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 113 nömrəli kredit müqaviləsi üzrə 4575 ABŞ dolları əsas, 1002,29 ABŞ dolları hesablanmış faiz borcu məbləğində pul vəsaiti cavabdehlər X20, Cəbrayılov Əli Tahir oğlu və X9 müştərək qaydada tutulub iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməsi, "xxxx" ASC tərəfindən iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlər X20, Cəbrayılov Əli Tahir oğlu və X9 müştərək qaydada tutulub iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-87/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmədiyi üçün qanuni qüvvəyə minmişdir. Bundan sonra mərhum Şamil Novruzov avtomobili bir müddət sonra cavabdeh Ali Rahmanidən alaraq, bankla münasibətləri yoluna qoyduqdan sonra, ya avtomobili, ya da onların banka ödədikləri pulu qaytaracağına söz verərək avatomobili təhvil almışdır. Avtomobili aldıqdan sonra bir-iki ay Şamil Novruzovla münasibət yaratmaq mümkün olmadıqda, X34 İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə müraciət etmiş, həmin müraciətdən bir-neçə ay sonra eyni zamanda pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23.04.21-ci il tarixli 2(009)-224/21 saylı və xx.xx.2021-ci il tarixli 2(009)-2633/21 saylı qətnamələri ilə Vüsalə və Ali Rahmaninin mərhum Şamil Novruzovun kürəkəni Əli Cəbrayılova və vərəsələri İddiaçı (hazırkı iş üzrə iddiaçı), Leyla Novruzovaya və İbrahim Novruzova qarşı “pul tələbi”nə dair iddia tələbi təmin edilərək Əli Cəbrayılovdan 6650 manat, İddiaçı, İbrahim Novruzov və Leyla Novruzovadan müştərək qaydada 8550 ABŞ dollarının tutularaq Ali və Vüsalə Rahmaniyə ödənilməsi qət edilmişdir. İş hal-hazırda Bakı şəhəri Səbail rayon İcra Şöbəsində icra icraatındadır. Baxmayaraq ki, tərəflər arasında uzun müddətdir pul tələbinə dair mübahisə getmişdir, hazırkı iş üzrə iddiaçı və onun uşaqları heç vaxt avtomobilə dair hazırkı cavabdehlərə tələb irəli sürməmişlər, bu barədə iddia qaldırmamışlar, pul tələbinə dair Ali və Cavabdeh2 iddiasını yalnız iddia tələbini ötürdüklərinə görə mübahisələndirmişlər. Avtomobil hal-hazırda iddiaçı və onun uşaqlarındadır. Bu iddianı da irəli sürməkdə məqsəd Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-2633/21 saylı qətnaməsi ilə müəyyən edilmiş 8550 manat ABŞ dollarını ödəməkdən yayınmaqdır. Bundan əlavə, iddiaçı avtomobilin və yaxud onun dəyərinin cavabdehlərdən alınaraq ona ödənilməsinə dair tələb irəli sürsə də, tələbini əsaslandıran sənədləri (sübutları), o cümlədən hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olduqlarını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı mübahisəli avtomobili vərəsəliyə qəbul etdiyini təsdiq edən şəhadətnaməni məhkəməyə təqdim etmədiyindən onun məhrum Şamil Novruzovun vərəsəsi olması qəbul edilə bilməz. "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər X14, Cəbrayılov Əli Tahir oğluna və X18 qarşı “kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-87/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi qəbul edildikdən bir müddət sonra hazırkı iş üzrə cavabdeh Ali Rəhmani mübahisəli **-MG-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2007 olan “BMW 535” markalı minik avtomobilini mərhum Şamil Novruzova təhvil vermişdir. Hazırkı iş üzrə iddiaçı və Şamil Novruzovun digər vərəsələrinin indiyədək avtomobili cavabdehlərdən tələb etməməsi də onu göstərir ki, avtomobil onlardadır və hazırkı tələb də 8550 ABŞ dollarını ödəməkdən yayınmağa xidmət edir. İddiaçının məhkəməyə sübut qismində məhkəməyə təqdim etdiyi DİN BDYPİ-dən alınmış Ali Rəhmaninin yol hərəkəti qaydalarını pozduğuna görə cərimələnməsinə dair arayışa gəldikdə isə həmin hadisə avtomobil hələ Ali Rəhmanidə olan vaxtı - 2019-cu ildə baş vermişdir. Avtomobil isə 2020-ci ildə mərhum Şamil Novruzova təhvil verilmişdir. Bundan əlavə, iddia tələbi də qeyri-müəyyəndir. Bilmək olmur iddiaçı avtomobil və yaxud pul tələb edir. İddia tələbi müəyyən, birmənalı və konkret olmalıdır. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etmədi, etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh X17 iddia tələbini etiraf etmədi, etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X28 izahatında bank tərəfindən müvafiq icra sənədinin icrası ilə bağlı maraqlanılmamasını həmin ərəfədə bankın ləğv prosesində olması ilə əlaqələndirmiş, sözügedən avtomobilin axtarışda olduğunu, kimdə olması barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı 681526 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X11 xx.xx.1993-cü il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Novruzova soyadı verilmişdir. - Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 3-13- 16/2-30899/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə “BMW” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan yol hərəkəti qayda pozuntusu törədilməsi faktı üzrə xüsusi texniki vasitələrinin BDYPİ-nin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatları əsasında Rahmani Ali barəsində elektron qərar çıxarılaraq 40 (qırx) manat məbləğində cərimə tətbiq edilmiş, eləcə də həmin avtomobil sonuncu dəfə xx.xx.2019-cu il tarixdə Respublika Müayinə Mərkəzində texniki baxışdan keçirilmişdir. Qeyd olunan avtomobilin hərəkətdə olmasına dair nömrə tanıma sistemində hər hansı məlumat qeydə alınmamışdır. - “BMW 535” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, nəqliyyat vasitəsi alqı-satqı müqaviləsinə əsasən X22 mülkiyyətinə keçmiş və adına xx.xx.2011-ci il tarixdə şəhadətnamə verilmişdir. Daha sonra nəqliyyat vasitəsi alqı-satqı müqaviləsinə əsasən X10 mülkiyyətinə keçmiş və sonuncunun adına xx.xx.2015-ci il tarixdə şəhadətnamə verilmişdir. Hazırda nəqliyyat vasitəsi X10 adına qeydiyyatdadır, sonuncu tərəfindən nəqliyyat vasitəsinə dair Cəbrayılov Əli Tahir oğluna və Rahmanı Alıya etibarnamələr verilmişdir. - "xxxx" MMC-nin E-341 nömrəli xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, “BMW 535” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 25.000 manat müəyyən edilmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-87/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" ASC ilə X20 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 112 №-li Kredit Müqaviləsi üzrə 5,380 ABŞ dolları əsas, 2,562 ABŞ dolları hesablanmış faiz borcu məbləğində pul vəsaitinin cavabdeh X6 tutulub iddiaçı ləğv prosesində olan "xxxx"ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməsi, ödəmənin "xxxx" ASC ilə X20 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 112 №-li İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş X14 məxsus 2007-ci il buraxılışlı **-MG-*** dövlət qeydiyyat nişanlı BMW 535 markalı avtomobilə yönəldilməsi, həmin avtomobilin satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin cavabdeh X14 verilməsi, "xxxx" ASC ilə X20 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 113 №-li Kredit Müqaviləsi üzrə 4,575 ABŞ dolları əsas, 1002,29 ABŞ dolları hesablanmış faiz borcu məbləğində pul vəsaitinin cavabdehlər X20, Cəbrayılov Əli Tahir oğlu və X9 müştərək qaydada tutulub iddiaçı ləğv prosesində olan "xxxx"ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməsi, "xxxx" ASC tərəfindən iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlər X20, Cəbrayılov Əli Tahir oğlu və X9 müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5206/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, üçüncü şəxs Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-87/2020 nömrəli xx.xx.2020ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-224/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 və müstəqil tələb irəli sürən 3-cü şəxs (iddiaçı) Cavabdeh1 iddiasının qismən təmin edilməsi, cavabdeh Cəbrayılov Əli Tahir oğlundan iddiaçı Cavabdeh2 və müstəqil tələb irəli sürən 3-cü şəxs (iddiaçı) Cavabdeh1 xeyrinə 6550 manat pulun tutulması, cavabdeh X10 prosessual hüquqi varisləri İddiaçı, X21 və X12 iddiaçı Cavabdeh2 və müstəqil tələb irəli sürən 3-cü şəxs (iddiaçı) Cavabdeh1 xeyrinə 8750 ABŞ dollarının tutulması (ödəniş aparılan zaman manat məzənnəsinə uyğun olaraq), iddiaçı Cavabdeh2 ödədiyi 30 manat dövlət rüsumunun və müstəqil tələb irəli sürən 3-cü şəxs (iddiaçı) Cavabdeh1 ödədiyi 30 manat dövlət rüsumunun 10 manatının Cəbrayılov Əli Tahir oğlundan, 10 manatının İddiaçı, 10 manatının X7, 10 manatının X12 tutularaq iddiaçı Cavabdeh2 və müstəqil tələb irəli sürən 3-cü şəxs (iddiaçı) Cavabdeh1 ödənilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6358/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-224/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinin iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddialarının cavabdeh X10 prosessual hüquqi varisləri X21, X24 və İddiaçı qarşı qismən təmin edilən və rədd edilən hissələrində ləğv edilməsi, həmin hissələrdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2633/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, 8.750 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatının X21, X24 və İddiaçı tutulub Cavabdeh2 və Cavabdeh1 ödənilməsi, ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi məbləğində pulun X21, X24 və İddiaçı tutulub Cavabdeh2 və Cavabdeh1 ödənilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “BMW” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qeydiyyatla bağlı məhdudiyyət qoyulması ilə əlaqədar Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-87/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra vərəqəsi və Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli 10492/2021-xxxx/1020 nömrəli məktubu əsasında BDYPİ-nin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. Həmçinin, BDYPİ-nin müşahidə kameralarının yaddaş məlumatlarına baxış zamanı “BMW” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə olunması halları müşahidə edilməmişdir. - “Bakı Hərrac Mərkəzi” açıq hərracın nəticələri haqqında Y-059/23 nömrəli xx.xx.2023-cü il tarixli yekun protokolun surətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2633/2021 nömrəli xx.xx.2022-ci il tarixli icra vərəqəsi, Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin 225285/2022-16-25 nömrəli xx.xx.2023-cü il tarixli sifariş məktubu əsasında hərrac keçirilmiş və “Honda Pilot” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 18.000 manat X1. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-87/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icra işində olan: xx.xx.2021-ci il tarixli qərara əsasən icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası barədə bildirişə əsasən X9 və X6 icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuş, əks təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. AZ-İİ seriyalı 101710 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X20 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. xx.xx.2021-ci il tarixli qərara əsasən X14 məxsus 2007-ci il buraxılışlı **-MG-*** dövlət qeydiyyat nişanlı “BMW 535” markalı avtomobilin axtarışının elan edilməsi qərara alınmışdır. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli xəbərdarlıqlara əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmadığından barəsində qanunamüvafiq qaydada məcburi icra tədbirləri tətbiq olunacağı X18 bildirilmişdir. xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, X25 icra sənədi barədə xəbərdar olduğunu, icra sənədi üzrə heç bir ödəniş etmədiyini bildirmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2633/2021 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra işində olan: xx.xx.2022-ci il tarixli qərara əsasən icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası barədə bildirişə əsasən X7, X12 və İddiaçı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuş, əks təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, X21 icra sənədi barədə xəbərdar olduğunu, lakin məhkəmə qərarı ilə razı olmadığından heç bir ödəniş etmədiyini bildirmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-435/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2(009)-2633/2021-018 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X16 məxsus “Honda Pilot” markalı ** GB *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli akta əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2633/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq borclu X16 məxsus olan və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-435/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş “Honda Pilot” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildi. Avtomobilin tam yaralı vəziyyətdə olduğu aşkar olunaraq avtomobil X2 verildi. Üzərinə həbs qoyularaq saxlanca verilmiş əmlak barəsində qanunsuz hərəkətlər ediləcəyi halda CM-nin 303-cü maddəsinin tələbləri izah edilməklə, bu barədə ondan iltizam alındı. xx.xx.2023-cü il tarixli qəbzə əsasən X21 “Honda Pilot” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobili tam olaraq istifadəyə yaralı vəziyyətdə saxlanca qəbul etmişdir. xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2633/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq borclu X16 məxsus olan və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-435/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş “Honda Pilot” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobil borclu X21 tərəfindən könüllü olaraq duracağa yerləşdirildi. Duracağa yerləşdirilən zaman avtomobilin 186416 km yürüyüşdə oluduğu müəyyən olundu. Avtomobilin açarları borcluda saxlanıldı. Avtomobil Səbail rayon 16 nömrəli mühafizə olunan duracaqda saxlanıldı. Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, “Honda Pilot” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobil X21 tərəfindən duracağa yerləşdirilmişdir. Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru Aslan Astanov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, X16 məxsus “Honda Pilot” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi üçün "xxxx" MMC-dən qiymətləndirici dəvət edilməsi qərara alınmışdır. "xxxx" MMC-nin QXM-3423 nömrəli xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, “Honda Pilot” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 22.500 manat müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, “BMW 535” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mərhum əri X14 məxsus olmuş, avtomobil 112 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin təminatı kimi eyni nömrəli və tarixli ipoteka müqaviləsinə əsasən "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər 112 nömrəli kredit müqaviləsi üzrə Ş.Novruzovun adından kredit borcunu ödədikdən sonra həmin avtomobili girovdan azad edərək əldə etmək barədə sonuncunun keçmiş kürəkəni Əli Cəbrayılovla razılaşmışlar. Sonradan cavabdehlərə məlum olmuşdur ki, mərhum Ş.Novruzovun sözügedən bankda eyni tarixli 112 və 113 saylı kredit müqavilələri mövcuddur. Mübahisəli avtomobil 112 saylı kredit müqaviləsi üzrə yüklü edilməsinə baxmayaraq, cavabdehlər tərəfindən ödənilmiş pul vəsaitləri Ş.Novruzovun 112 və 113 saylı kredit müqavilələri üzrə olan borcundan silinmişdir. Bank tərəfindən 112 nömrəli kredit müqaviləsi üzrə kredit borcu tam ödənilmədiyindən, məhkəməyə müraciət olunmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-87/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmişdir. Cavabdehlər Ş.Novruzov tərəfindən aldadıldıqlarından, ödədikləri pul vəsaitinin tutulması üçün Ş.Novruzovun hüquqi varislərinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(009)-2633/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 8.750 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatının X21, X24 və İddiaçı tutulub Cavabdeh2 və Cavabdeh1 ödənilməsi qət edilmişdir. Hər iki qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Bakı şəhəri Səbail rayon İcra Şöbəsinə göndərilmişdir. Hazırda iddiaçı iddia edir ki, cavabdehlər 2015-ci ilin iyul ayının 11-dən bu günədək avtomobildən faydalanırlar. Cavabdehlər 2017-ci ilin noyabr ayından ödənişləri dayandırmalarına baxmayaraq, ipoteka predmeti olan avtomobili banka və ya Şamil Novruzova qaytarmamış, hətta ödədikləri pul vəsaitlərinin ondan və digər vərəsələrdən tutulmasına dair məhkəmə qətnaməsinin çıxarılmasına nail olmuşlar. Hesab edir ki, avtomobil cavabdehlərin qanunsuz sahibliyindən alınaraq ona qaytarılmalı və ya avtomobilin bazar dəyəri cavabdehlərdən tutularaq ona ödənilməlidir. Belə ki, mərhum ərinin kredit borcu üzrə tutma ilk növbədə həmin avtomobilə yönəldilməli, avtomobil açıq hərracdan satılmalı, əldə edilən satış pulu hesabına borc ödənilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin məhkəmə iclasında tədqiq edilən halları ilə “BMW 535” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlərin qanunsuz sahibliyində olması müəyyən edilməmişdir. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-87/2020 nömrəli xx.xx.2020ci il tarixli icra sənədinin icrası zamanı icra məmurunun xx.xx.2021-ci il tarixli qərarına əsasən X14 məxsus 2007-ci il buraxılışlı **-MG-*** dövlət qeydiyyat nişanlı “BMW 535” markalı avtomobilin axtarışının elan edilməsi qərara alınmışdır. Həmin avtomobilin üzərinə qeydiyyatla bağlı məhdudiyyət qoyulması barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-87/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra vərəqəsi və Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli 10492/2021-xx-xx/1020 nömrəli məktubu əsasında BDYPİ-nin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmış, BDYPİ-nin müşahidə kameralarının yaddaş məlumatlarına baxış zamanı “BMW” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə olunması halları müşahidə edilməmişdir. Bundan başqa, iddiaçı “BMW” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdehlərin qeyri-qanuni sahibliyində olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X8 və Rahmanı Alıya qarşı Əmanətlərin Sığortalanması Fondu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “avtomobilin qanunsuz sahiblikdən geri qaytarılması və ya bazar dəyərinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, mübahisəli avtomobil iddiaçının mərhum əri X10 mülkiyyətində olmuşdur. Hazırkı iddiaçı həmin avtomobili vərəsəlik qaydasında qəbul etdiyini təsdiq edən şəhadətnaməni məhkəməyə təqdim etmədiyindən onun məhrum əri Şamil Novruzovun vərəsəsi olması qəbul edilə bilməz. Odur ki, yalnız mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bildiyindən və hazırkı iddiaçının subyektiv hüququ olmadığından iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər X8 və Rahmanı Alıya qarşı Əmanətlərin Sığortalanması Fondu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “avtomobilin qanunsuz sahiblikdən geri qaytarılması və ya bazar dəyərinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar