Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-280/2024 02.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə oğlunun, Cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah müddətində əldə olunmuş daşınar və daşımaz əmlakın qiymətləndirilməsi, payların müəyyən olunması, bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah müddətində əldə olunmuş daşınar və daşımaz əmlakın qiymətləndirilməsi, payların müəyyən olunması, bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah müddətində əldə olunmuş ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 151,5 kv.metr olan fərdi yaşayış evi və “Nissan X-Trail” markalı **-BH-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomaşının qiymətləndirilməsi, həmin əmlaklar üzərində ½ payların müəyyən edilməsi və bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi vəkil Nümayəndə məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, Cavabdeh “Katsu Space” restoranın icarəyə götürülməsi ilə bağlı çəkilən 60000 manat xərcin İddiaçı payına düşən 30000 manat pulun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 15 may 2002-ci ildə nikaha daxil olmuş, birgə nikahlarından 12 iyul 2003-cü il təvəllüdlü X1 Sasan və 25 noyabr 2013-cü il təvəllüdlü X2 Sasan adlı uşaqları olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(008)-5754/2022 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdehlə nikahda olduqları müddətdə daşınmaz və daşınar əmlaklar əldə etmişlər. ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 151,5 kv.metr olan fərdi yaşayış evini və Nissan X-Trail” markalı 77- BH749 nömrəli dövlət qeydiyyat nişanlı avtomaşın əldə etmişlər. Hər iki əmlak cavabdehin adına qeydə alınmışdır. Hazırda həmin əmlaklardan ½ payın muəyyən edilməklə əmlakın qiymətləndirilməsini və paylarına uyğun naturada bölunməsini xahiş edir. Nikah muddətində əldə edilmiş yaşayış evi uzrə tərəflərin ½ hissədə payının muəyyən edilməsi ilə əlaqədar məhkəmə qeyd edir ki hazırki mübahisənin qabaqcadan məhkəmədən kənar qaydada həll edilməsi ilə bağlı tərəflər arasında xx.xx.2022-ci il tarixdə 38 nömrəli Notariat Ofisi təfindən verilmiş mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən daşınmaz əmlakla bağlı tərəflərin payları müəyyən edildiyindən, yəni tərəflərin məhkəmədən kənar qaydaya əməl etməsinə dair sübut mövcud olduğundan “İddiaçı Ebrahimpour Ardebili Sasanın Cavabdeh ilə birgə nikah müddətində əldə olunmuş ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 151,5 kv.metr olan fərdi yaşayış evinin ½ payların müəyyən edilməsi və bölünməsi” hissəsində icraata Azərbaycan Rspublikası MPM-ni 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, tərəflərin mubahisəli yaşayış evləri uzrə payları məhkəmədən kənar qaydada muəyyən edildiyindən və payların muəyyən edilməsi hissəsində məhkəməyə aid mubahisə olmadığından iş uzrə icraata həmin hissədə xitam verilməlidir. QƏRАRА АLDİ: İddiaçı Ebrahimpour Ardebili Sasanın Cavabdeh ilə birgə nikah müddətində əldə olunmuş ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 151,5 kv.metr olan fərdi yaşayış evinin ½ payların müəyyən edilməsi və bölünməsi hissəsində icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-280/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-280/2024
02.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver