Məhkəmə qərarları › İş №e-2(008)-2909/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-2909/2023

08.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-2909/2023 08.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5 iştirakı ilə, İddiaçı cavabdehlər X6 və Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X6 və Cavabdeh1 qarşı iddia ərizəsi xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 285.3 kv/m olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və X3 özlərinə məxsus əşyaları ilə birlikdə çıxarılmaları, evi tam şəkildə boşaltmaları, iddiaçıya təhvil vermələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 285.3 kv/m olan fərdi yaşayış evinin qanuni əsaslarla, mülkiyyətçisidir. Belə ki, həmin mübahisəli yaşayış sahəsi, cavabdehlər, Cavabdeh1 tərəfindən X11 Xidmət Mərkəzində notariat ofisində verilmiş ümumi (Baş Etibarnamə) əsasında X1 100000 manata, 285.3 kv/m olan yaşayış sahəsi hissəsini 70000 manat, 0.03 ha olan torpaq sahəsi hissəsini 30000 min manat olmaqla, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri 3 saylı Notariat ofisində, AN-İ N1087883 saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi üzrə, müəyyən olunmuş məbləğ ilk olaraq 37000 manat, bir gün sonra isə 63000 manat ödənilməklə, qardaşı X4 tərəfindən alınmış, bundan sonra müqavilənin şərtlərinə uyğun olaraq, həmin daşınmaz Əmlaka, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qardaşım X2 adına xx.xx.2022-ci il tarixli Çıxarış verilmişdir. Daha sonra qanunvericiliyə uyğun olaraq, xx.xx.2023-cü il tarixdə qardaşı X4 tərəfindən Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi əsasında bacısı olaraq İddiaçı həmin ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 285.3 kv/m olan fərdi yaşayış evi bağışlanaraq hədiyyə verilmiş. Həmin daşınmaz əmlak iddiaçının xüsusi mülkiyyətimə keçmişdir. Lakin, hazırda cavabdehlər mübahisəli yaşayış evindən çıxmayaraq, evi boşaltmamışdılar. Cavabdeh1 iddia ərizəsinə etiraz vermişdir (qarşılıqlı iddia ərizəsi adlandırmışdır). Etiraza əsasən fərdi yaşayış evi onun razılığı olmadan həyat yoldaş Cavabdeh2 ona verdiyi etibarnamə ilə İddiaçı satmışdır. Bununla bağlı o, Cavabdeh2 qarşı etibarından suiistifadə edərək, ona verdiyi “mülki etibarnamə” ilə ondan xəbərsiz evini satdığına görə ona dəyən “maddi ziyanın ödənilməsi” iddiası ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Buna görə də cavabdehin iddiası rədd edlməlidir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin vəsatəti əsasında iş üzrə icraat dayandırılmış, xx.xx.2023-cü il tarixdə icraat təzələnmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmənin iclasına çağırılmışlar, lakin cavabdeh məhkəməyə gəlməmiş, İddiaçı nümayəndəsi (vəkili) Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalı, iddia ərizəsi baxılmamış saxlanılmalı, sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin: 259.0.11-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə təmin olunsun. İddiaçınin cavabdehlər X6 və Cavabdeh1 qarşı ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 285.3 kv/m olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və X3 özlərinə məxsus əşyaları ilə birlikdə çıxarılmaları, evi tam şəkildə boşaltmaları, iddiaçıya təhvil vermələri tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar