Məhkəmə qərarları › İş №e-2(008)-300/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-300/2025

27.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-300/2025 27.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı evin 94 saylı mənzilinin 3/2 (üçdə iki) payının iddiaçıya, 3/1 ( üçdə bir) payının isə cavabdehə məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X5 ilə xx.xx.2008-ci il tarixdə nigaha daxil olmuş və bu barədə həmin tarixdə vətəndaş aktlarının qeydiyyatı kitabında 1470 nömrəli akt qeydi aparılmışdır. Birgə nigahdan 25 oktyabr 2009-cu ul tarixdə oğlu X6, 10 may 2015-ci il tarixdə isə qızı X3 anadan olmuşdur. Əvvəllər mehriban yaşasaq da, sonralar aralarında daim mübahisələr olurdu, münasibətləri o qədər pisləşmişdiki, ailənin saxlanılması mümkün deyildi . Odurki, nigahın pozulmasına dair iddia ilə Sabunçu rayon məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 30 aprel 2024-cü il tarixli qətnaməsi ilə aralarında bağlanmış nigah pozulmuş, hər iki uşaq da onun himayəsinə verilmişdir. Nigahada olarkən onlar ünvan 2 ünvanında yerləşən 3 otaqlı 94 saylı mənzili almışlar, mənzil ümumi razılıq əsasında Cavabdeh adına mülkiyyət hüququ ilə rəsmiləşdirilmişdir. Hal-hazırda onların Cavabdehlə həmin mənzildə yaşamaqları mümkün deyildir. Bölgü zamanı nəzərə almaq lazımadır ki, onun himayəsindəki iki uşaq ayrı-ayrı cinslərin nümayəndəsidirlər və onlrın eyni otaqda yaşamaları mentalitet və sanitariya-gigiyena baxımından da düzgün deyildir. Qeyd olunanlara əsasən ünvan 1 ünvanındakı evin 94 saylı mənzilinin 3/2 (üçdə iki) payının iddiaçıya, 3/1 ( üçdə bir) payının isə cavabdehə məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçı ilə 2008-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan iki övladı anadan olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuşdur. Nəticədə nikahları məhkəmə qaydasında pozulmuş, uşaqlar ananın himayəsinə verilmiş və aliment təyin edilmişdir. Alimenti isə vaxtıvaxtında ödəyir, hətta bundan əlavə uşaqların təhsil xərclərini də ödəyir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, həqiqətən də iddiaçının mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Sülh küçəsi, 1 A, mənzil 94 birgə nikah müddətində əldə edilmişdir. İddiaçının işləməyinə və qazanc əldə etməyinə baxmayaraq sözügedən əmlak tamamilə onun hesabına əldə edilmişdir. İpoteka ilə əmlakı alsa da, sonradan ipoteka kreditini özü bağlamışdır. İddiaçının realda bir manat da olsun həmin mənzilə pulu çıxmamışdır. Bununla belə sözügedən əmlakda iddiaçının yaşamağına maneə olan heç kim yoxdur, yəni ki onların mübahisəli mənzildə yaşamaqlarına etiraz etmir. Heç bir zaman da etiraz etməmişdir. Bununla belə iddiaçının əmlakın 1/3 və 2/3 şəklində bölgüsünü absurd hesab edirəm. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılaraq iddian;n təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materillarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 1379/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə 1470 №-li akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2009-cu il tarixdə doğulmuş X6 və xx.xx.2015-ci il tarixdə doğulmuş X3 anaları İddiaçı yanında qalmaları, xx.xx.2009-cu il tarixdə doğulmuş X6 və xx.xx.2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 220 manat, xx.xx.2024-cü il tarixdən uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində ailment Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. 21 avqust 2014-cü il tarixli Cavabdeh, X7 və Rabitə bank ASC arasında bağlanmış Alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri Bakıxanov qəsəbəsi Sülh küçəsi 1A nömrəli evin 94 nömrəli mənzilini 91.000 manata satıcı X4 almışdır. Evin dəyərinin 45.000 manat olan hissədi aıcı tərəfindən ödənmiş, 46.000 manat olan hissəsiisə alıcı-ipotekaya qoyana verilmiş kredit vaistəsi ilə ödənmişdir. İş materilallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri Bakıxanov qəsəbəsi Sülh küçəsi 1A nömrəli evin 94 nömrəli mənzili xx.xx.2014-cü ildən Cavabdeh mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvadın biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçı ilə cavabdeh xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdurlar, tərəflər arasında bağlanmış nikah münasibətləri Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1379/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında pozulmuşdur. Məhkəmənin vermiş olduğu sorğusuna aidiyyatı orqan tərəfindən verilən cavabdan görünür ki, Bakı şəhəri Bakıxanov qəsəbəsi Sülh küçəsi 1A nömrəli evin 94 nömrəli mənzil xx.xx.2014-cü il tarixdən Cavabdeh mülkiyyətinə iddiaçı ilə birgə nikahda olduğları dövürdə alqı-satqı müqaviləsi əsasında keçmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi Sülh küçəsi 1A nömrəli evin 94 nömrəli mənzil iddiaçının mülkiyyətinə birgə nigah dövründə alqı-satqı müqaviləsi əsasında keçmişdir. Belə olan halda məhkəmə hesab edi rki, nə qədərki mübahisə predmenti olan əmlak birgə nikah dövründə cavab dehin mülkiyyətinə alqı-satqı müqaviləsi əsasında keçmişdir, həmin əmlak birgə mülkiyyət hesab edilməli və iddiaçının birgə nikah dövründə əldə edilmiş əmlaka pay hüququ tanınmalıdır. İddiaçı məhəməyə müraciət edərək yetkinlik yaşına çatmayan uşağların onun himayəsində qalmasının və onların ayrı-ayrı cinslərdən olmasını nəzərə alaraq pay hüququnun bərabər deyildə daha çox müyyən edilməsini xahiş etsədə, məhkəmə qeyd edir ki, iddiaçının sadalamış olduğu hallar yetkinlik yaşına çatmayan uşağların əsaslı mənafeyi hesab edilmədiyindən əmlaka pay hüququ bərabər müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etmiş olduğu Cavabdehnın mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 1A nömrəli evin 94 nömrəli mənzilinin ½ hissəsinə İddiaçı pay hüququ tanınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar