Məhkəmə qərarları › İş №e-2(008)-309/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Əlavə qətnamə — İş №e-2(008)-309/2023

25.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-309/2023 25.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı iddiaçıya məxsus cehiz əşyalarının cavabdehlərdən alınıb verilməsi tələbinə dair mülki iş üzrə əlavə qətnamə çıxarılmasına dair məsələyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xalça böyük 1 ədəd (170 manat), xalça balaca 2 ədəd (180 manat), pərdə (tül,günlük, üstü bəzək) 1 ədəd (550 manat), Taxt üçün örtük "Gəlincik" Türkiyə istehsalı 1 ədəd (350 manat), taxt üçün örtük sadə Türkiyə istehsalı 2 ədəd (80 manat), ədyal Türkiyə istehsalı 2 ədəd (130 manat), pastel dəsti Türkiyə istehsalı 10 ədəd (850 manat), süfrə Türkiyə istehsalı 13 ədəd (715 manat), hamam dəsmalı Türkiyə istehsalı 20 ədəd (300 manat), çay dəsmalı Türkiyə istehsalı 26 ədəd (208 manat), əl-üz dəsmalı Türkiyə istehsalı 27 ədəd (324 manat), mətbəx dəsmalı Türkiyə istehsalı 10 ədəd (50 manat), yun yorğan Azərbaycan istehsalı 2 ədəd (80 manat), dəvə yunundan yorğan Azərbaycan istehsalı 1 ədəd (65 manat), yun döşək Azərbaycan istehsalı 1 ədəd (70 manat), yastıq Azərbaycan istehsalı 4 ədəd (100 manat), tozsoran Bosch markalı 1 ədəd (350 manat), ütü Bosch markalı 1 ədəd (75 manat), blender dəsti Bosch markalı 1 ədəd (85 manat), Şirəçəkən Bosch markalı 1 ədəd (130 manat), Mikser Bosch markalı 1 ədəd (37 manat), Kofemolka Bosch markalı 1 ədəd (28 manat), Duxovka Bosch markalı 1 ədəd (95 manat), Fen Bosch markalı 1 ədəd (40 manat), T oster Bosch markalı 1 ədəd (85 manat), S amovar dəsti Bosch markalı 1 ədəd (160 manat), Multivarka sinbo markalı 1 ədəd (70 manat), Masa+stul (6 nəfərlik) 1 dəst (750 manat), Divan 1 ədəd (900 manat), Kamot 1 ədəd (350 manat), Böyük servant və balaca servant 1 dəst (1800 manat), Jurnalni 1 ədəd (230 manat), Televizor altlığı 1 ədəd (130 manat), Taxt 1 ədəd (450 manat), Qarderob (şfaner) 1 ədəd (480 manat), Termo 1 ədəd (300 manat), Tumbo 2 ədəd (90 manat), Uşaq yatağı 1 ədəd (200 manat), Uşaq masası 1 ədəd (90 manat), Uşaq yelləncəyi 1 ədəd (65 manat), Nahar və çay qaşıqları 12 nəfərlik 1 dəst (220 manat), Böyük qaşıq 12 nəfərlik 1 dəst (20 manat), Çəngəl 12 nəfərlik 1 dəst (20 manat), Bıçaq 12 nəfərlik 1 dəst (20 manat), Çay qaşığı 12 nəfərlik 1 dəst (12 manat), Güldan mirvarili 1 ədəd (45 manat), Konfet qabı mirvarili 2 ədəd (60 manat), Güldan böyük xrustal Çexiya istehsalı 1 ədəd (200 manat), Güldan balaca 4 ədəd (120 manat), Qrafinka+12 bakal Türkiyə istehsalı 2 dəst (100 manat), Kül qabı şüşə 2 ədəd (12 manat), Meyvə qabı şüşə (ədədi 18 manat) 5 ədəd (90 manat), Meyvə qabı iri Çexiya istehsalı 1 ədəd (130 manat), Konfet qabı Türkiyə 12 ədəd (300 manat), Bakal xrustal Çexiya istehsalı 6 ədəd (420 manat), Bakal sadə+12 ədəd 2 dəst (50 manat), Ləpə qabı Türkiyə istehsalı 3 ədəd (30 manat), Çay dəsti Türkiyə istehsalı 6 nəfərlik 1 dəst (40 manat), Kofe dəsti Türkiyə istehsalı 6 nəfərlik 1 dəst (35 manat), Xrustal armudu stakən Rusiya istehsalı 12 nəfərlik 1 dəst (25 manat), Xrustal iri stakən Rusiya istehsalı 12 nəfərlik 1 dəst (25 manat), Nəlbəki armudu böyük 12 nəfərlik 1 dəst (16 manat), N əlbəki böyük 12 nəfərlik 1 dəst (16 manat), Mürəbbə üçün nəlbəki (razetka) şüşə qaşlı 12 nəfərlik 1 dəst (12 manat), Limon qabı 12 nəfərlik 1 dəst (10 manat), Limon çəngəli 1 dəst (6 manat), Qara qazan dəsti Tefal markalı Türkiyə istehsalı 1 dəst (420 manat), Qazan 4 ədəd (96 manat), Tava 3 ədəd (75 manat), Free-setka 1 ədəd (10 manat), Çuğun güllü tava Türkiyə istehsalı 1 ədəd (18 manat), Multivarka qazan 1 ədəd (20 manat), Çuğun ağ qazanlar 1 dəst (350 manat), Aş üçün iri qazan 1 ədəd (50 manat), Tava iri tefal markalı 1 dəst (35 manat), Nimçə (podnus) dəsti gümüşdən 3 dəst (180 manat), Çılçıraq 1 dəst (45 manat), Gül üzük 4 qram 1 ədəd (360 manat), Qız nişan üzüyü 5 qram 1 ədəd (450 manat), Oğlan nişan üzüyü 5 qram 1 ədəd (450 manat), Üzük, sırğa, sep 13 qram 1 dəst (1500 manat), Üzük, sırğa 7 qram 1 dəst (630 manat), Qolbaq 8 qram 1 ədəd (720 manat), Uşaq qolbağı 3 qram 1 ədəd (270 manat), Sep 3 qram 1 ədəd (270 manat) əşyaların, əşyalar aşkar edilməzsə onların dəyəri olan cəmi 19195 (on doqquz min yüz doxsan beş) manatın, ilkin medasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat, ödənilmiş 98.40 manat dövlət rüsumunun və müvəqqəti təmin tədbiri üçün ödənilmiş 10 manat pulun əvəzi cavabdehlərdən alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixdə ailə qurmuşdular. Ailə qurduqdan sonra cavabdehin qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanında yaşamışdılar. İddiaçı qızıl-zinət və cehiz əşyalarını həmin ünvana aparmışdır. Bir müddətdən sonra cavabdehlə münasibətləri korlanmış, Cavabdeh2 iddiaçının evdən qovmuş, heç şəxsi istifadə əşyalarını, paltarlarını götürməyə belə imkan verməmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-348/2020 №-li xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehlə 4 saylı Bakı Asan Xidmət mərkəzində bağlanmış 122 N-li akt qeydli nikahımız pozulmuşdur. Dəfələrlə cehiz və qızıl-zinət əşyalarını, özünün və uşaqların paltarlarını qaytarmalarını bildirsə də, cavabdeh tərəf imtina etmişdir. İnstagramda ikinci_el_ewya_ve_mebel_leyla səhifəsində iddiaçıya məxsus olan cehiz əşyaların bir qisminin Cavabdeh2 tərəfdən satıldığını görmüşdür. Həmin səhifəyə satılan əmlakların iddiaçıya məxsus olduğunu bildirdikdən sonra satış siyahısından çıxarılmışdır. Lakin, Cavabdeh2 ikinci_el_ewya_ve_mebel_leyla instagram səhifəsi ilə yazışmalarına baxdıqda buna qədər cavabdeh tərəfdən iddiaçıya məxsus olan bəzi cehiz əşyalarının satıldığı görünür. Cavabdehlər tərəfindən iddiçıya məxsus olan, iddia tələbində göstərilən ümumilikdə, 19195 manat dəyərində cehiz və qızıl-zinət əşyaları hazırda iddiaçının razılığı olmadan onlar tərəfindən istifadə edlir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-309/2023 №-li iş üzrə qəbul etdiyi xx.xx.2023-ci il tarixli qətnaməsi ilə iddia qnismən təmin edilərək, 585 əyarlı nişan üzüyün qiyməti 400 manat, 585 əyarlı gül üzüyün qiyməti 320 manat, 585 əyarlı bir süt sırqa, sup və üzük 1040 manat, 585 əyarlı bilərzik 640 manat, 585 əyarlı 1 dəstə üzük və sırğa 560 manat, 585 əyarlı 21 dəst uşaq q7olbağı 240 manat, 585 əyarlı 3 qram sep 240 manat, böyük və balaca servant dəsti 1200 manat, televizor altlığı 130 manat əşyaların, əşyalar aşkar edilməzsə onların dəyəri olan cəmi 4770 manat, ilkin medasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat, ödənilmiş 98.40 manat dövlət rüsum və müvəqqəti təmin tədbiri üçün ödənilmiş 10 manat pulun əvəzinin cavabdehlərdən alınıb iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 229.1-ci maddəsinə əsasən öz təşəbbüsü ilə iş üzrə əlavə qətnamənin çıxarılması barədə məsələyə baxılmasını zəruri hesab etmişdir. İşdə iştirak edən şəxslər əlavə qətnamə çıxarılmasına dair məsələyə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsalar da, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işdə iştirak şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1.2-ci maddəsinə əsasən hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə əlavə qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə əlavə qətnamə çıxarılmalıdır. Belə ki, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində icra məmurpu tərəfindən aşkar edilmiş əşyaların cavabdehlərdən alınıb iddiaçıya verilməli olduğunu qeyd etsə də, nitəcə hissəsində bu barədə qətnamə çıxartmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-309/2023 №-li iş üzrə qəbul etdiyi xx.xx.2023-ci il tarixl qətnaməsinə əsasən cavabdeh xalça böyük 1 ədəd, xalça balaca 2 ədəd pərdə (tül,günlük, üstü bəzək), 1 ədəd Taxt üçün örtük "Gəlincik" Türkiyə istehsalı, 1 ədəd taxt üçün örtük sadə Türkiyə istehsalı, 2 ədəd ədyal Türkiyə istehsalı, pastel dəsti Türkiyə istehsalı 10 ədəd, süfrə Türkiyə istehsalı 13 ədəd, hamam dəsmalı Türkiyə istehsalı 20 ədəd, çay dəsmalı Türkiyə istehsalı 26 ədəd, əl-üz dəsmalı Türkiyə istehsalı 27 ədəd, mətbəx dəsmalı Türkiyə istehsalı 10 ədəd, yun yorğan Azərbaycan istehsalı 2 ədəd, dəvə yunundan yorğan Azərbaycan istehsalı 1 ədəd, yun döşək Azərbaycan istehsalı 1 ədəd, yastıq Azərbaycan istehsalı 4 ədəd, tozsoran Bosch markalı 1 ədəd, ütü Bosch markalı 1 ədəd, blender dəsti Bosch markalı 1 ədəd, Şirəçəkən Bosch markalı 1 ədəd , Mikser Bosch markalı 1 ədəd, Kofemolka Bosch markalı 1 ədəd, Duxovka Bosch markalı 1 ədəd, Fen Bosch markalı 1 ədəd, Toster Bosch markalı 1 ədəd, Samovar dəsti Bosch markalı 1 ədəd, Multivarka sinbo markalı 1 ədəd, Masa+stul (6 nəfərlik) 1 dəst, Divan 1 ədəd, Kamot 1 ədəd, Jurnalni 1 ədəd, Taxt 1 ədəd , Qarderob 1 ədəd, Termo 1 ədəd, Tumbo 2 ədəd, Uşaq yatağı 1 ədəd, Uşaq masası 1 ədəd , Uşaq yelləncəyi 1 ədəd, Nahar və çay qaşıqları 12 nəfərlik 1 dəst , Böyük qaşıq 12 nəfərlik 1 dəst, Çəngəl 12 nəfərlik 1 dəst, Bıçaq 12 nəfərlik 1 dəst, Çay qaşığı 12 nəfərlik 1 dəst , Güldan mirvarili 1 ədəd, Konfet qabı mirvarili 2 ədəd, Güldan böyük xrustal Çexiya istehsalı 1 ədəd, Güldan balaca 4 ədəd, Qrafinka+12 bakal Türkiyə istehsalı 2 dəst , Kül qabı şüşə 2 ədəd Meyvə qabı şüşə 5 ədəd, Meyvə qabı iri Çexiya istehsalı 1 ədəd, Konfet qabı Türkiyə 12 ədəd, Bakal xrustal Çexiya istehsalı 6 ədəd, Bakal sadə+12 ədəd 2 dəst, Ləpə qabı Türkiyə istehsalı 3 ədəd, Çay dəsti Türkiyə istehsalı 6 nəfərlik 1 dəst, Kofe dəsti Türkiyə istehsalı 6 nəfərlik 1 dəst , Xrustal armudu stakən Rusiya istehsalı 12 nəfərlik 1 dəst, Xrustal iri stakən Rusiya istehsalı 12 nəfərlik 1 dəst, Nəlbəki armudu böyük 12 nəfərlik 1 dəst, Nəlbəki böyük 12 nəfərlik 1 dəst, Mürəbbə üçün nəlbəki (razetka) şüşə qaşlı 12 nəfərlik 1 dəst, Limon qabı 12 nəfərlik 1 dəst, Limon çəngəli 1 dəst, Qara qazan dəsti Tefal markalı Türkiyə istehsalı 1 dəst, Qazan 4 ədəd, Tava 3 ədəd, Free-setka 1 ədəd, Çuğun güllü tava Türkiyə istehsalı 1 ədəd, Multivarka qazan 1 ədəd, Çuğun ağ qazanlar 1 dəst, Aş üçün iri qazan 1 ədəd, Tava iri tefal markalı 1 dəst, Nimçə (podnus) dəsti gümüşdən 3 dəst, Çılçıraq 1 dəst əşyalar cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 229 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-309/2023 №-li iş üzrə qəbul etdiyi xx.xx.2023-ci il tarixl qətnaməsinə əsasən xalça böyük 1 ədəd, xalça balaca 2 ədəd, pərdə (tül,günlük, üstü bəzək), 1 ədəd Taxt üçün örtük "Gəlincik" Türkiyə istehsalı, 1 ədəd taxt üçün örtük sadə Türkiyə istehsalı, 2 ədəd ədyal Türkiyə istehsalı, pastel dəsti Türkiyə istehsalı 10 ədəd, süfrə Türkiyə istehsalı 13 ədəd, hamam dəsmalı Türkiyə istehsalı 20 ədəd, çay dəsmalı Türkiyə istehsalı 26 ədəd, əl-üz dəsmalı Türkiyə istehsalı 27 ədəd, mətbəx dəsmalı Türkiyə istehsalı 10 ədəd, yun yorğan Azərbaycan istehsalı 2 ədəd, dəvə yunundan yorğan Azərbaycan istehsalı 1 ədəd, yun döşək Azərbaycan istehsalı 1 ədəd, yastıq Azərbaycan istehsalı 4 ədəd, tozsoran Bosch markalı 1 ədəd, ütü Bosch markalı 1 ədəd, blender dəsti Bosch markalı 1 ədəd, Şirəçəkən Bosch markalı 1 ədəd , Mikser Bosch markalı 1 ədəd, Kofemolka Bosch markalı 1 ədəd, Duxovka Bosch markalı 1 ədəd, Fen Bosch markalı 1 ədəd, Toster Bosch markalı 1 ədəd, Samovar dəsti Bosch markalı 1 ədəd, Multivarka sinbo markalı 1 ədəd, Masa+stul (6 nəfərlik) 1 dəst, Divan 1 ədəd, Kamot 1 ədəd, Jurnalni 1 ədəd, Taxt 1 ədəd , Qarderob 1 ədəd, Termo 1 ədəd, Tumbo 2 ədəd, Uşaq yatağı 1 ədəd, Uşaq masası 1 ədəd , Uşaq yelləncəyi 1 ədəd, Nahar və çay qaşıqları 12 nəfərlik 1 dəst , Böyük qaşıq 12 nəfərlik 1 dəst, Çəngəl 12 nəfərlik 1 dəst, Bıçaq 12 nəfərlik 1 dəst, Çay qaşığı 12 nəfərlik 1 dəst , Güldan mirvarili 1 ədəd, Konfet qabı mirvarili 2 ədəd, Güldan böyük xrustal Çexiya istehsalı 1 ədəd, Güldan balaca 4 ədəd, Qrafinka+12 bakal Türkiyə istehsalı 2 dəst , Kül qabı şüşə 2 ədəd Meyvə qabı şüşə 5 ədəd, Meyvə qabı iri Çexiya istehsalı 1 ədəd, Konfet qabı Türkiyə 12 ədəd, Bakal xrustal Çexiya istehsalı 6 ədəd, Bakal sadə+12 ədəd 2 dəst, Ləpə qabı Türkiyə istehsalı 3 ədəd, Çay dəsti Türkiyə istehsalı 6 nəfərlik 1 dəst, Kofe dəsti Türkiyə istehsalı 6 nəfərlik 1 dəst , Xrustal armudu stakən Rusiya istehsalı 12 nəfərlik 1 dəst, Xrustal iri stakən Rusiya istehsalı 12 nəfərlik 1 dəst, Nəlbəki armudu böyük 12 nəfərlik 1 dəst, Nəlbəki böyük 12 nəfərlik 1 dəst, Mürəbbə üçün nəlbəki (razetka) şüşə qaşlı 12 nəfərlik 1 dəst, Limon qabı 12 nəfərlik 1 dəst, Limon çəngəli 1 dəst, Qara qazan dəsti Tefal markalı Türkiyə istehsalı 1 dəst, Qazan 4 ədəd, Tava 3 ədəd, Free-setka 1 ədəd, Çuğun güllü tava Türkiyə istehsalı 1 ədəd, Multivarka qazan 1 ədəd, Çuğun ağ qazanlar 1 dəst, Aş üçün iri qazan 1 ədəd, Tava iri tefal markalı 1 dəst, Nimçə (podnus) dəsti gümüşdən 3 dəst, Çılçıraq 1 dəst əşyalar cavabdehlərdən alınıb iddiaçıya verilsin. Əlavə qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar