Məhkəmə qərarları › İş №e-2(008)-3327/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-3327/2024

29.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-3327/2024 29.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3603 manat məbləğində pulun və 56 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.\ İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun tanışıdır. xx.xx.2023-cü ildə Cavabdeh ondan 3603 manat dəyərində olan qızıl-zinət əşyalarını götürüb lombarda qoyaraq pul əldə etmişdir. Üç həftə ərzində Cavabdeh pulu çatdırıb verə bilmədi. Bu səbəbdən mən iddiaçı düşdü. O, qızılları lombarda qoymuş və ödənişi isə Elvin adlı şəxs ödəyir. Sonunda qızılları özü götürəcəyinə söz versə də, o sözünü tutmadı və ödənişləri etmədi. Daha sonra Cavabdeh ona möhlət verilməsini istədi, o şərtləki, hər həftənin 6-cı günləri pululn ödənişini vaxtı-vaxtmda ödəyəcəyinə söz verdi. Hətta bildirdi ki, əgər bir daha ödənişi etməsə, söz verdiyi vaxtda ödənişlər olunmasa, dövlət qarşısında cəza təyin olunmasına da etiraz etmədi. Beləliklə, xx.xx.2023-cü il tarixdən daim olaraq 3603 manatı hər həftənin 6-cı günləri 200 manat ödəyəcəyinə söz verdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişdilər. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İş materiallarından görünür ki, iddiaçı 56 manat dövlət rüsumu ödəmişdir (qəbzin nömrəsi **********, ödənişin tarixi xx.xx.2024-cü il). Məhkəmə hesab edir ki, həmin məbləğ dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Belə ki, həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanıldıqda ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı X1 cavabdeh X4 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. 56 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı X3 qaytarılsın (qəbzin nömrəsi **********, ödənişin tarixi xx.xx.2024-cü il). Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar