Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-3406/2025 13.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12058 manat məbləğində dəymiş zərərin və ödənilmiş 127,17 manat dövlət rüsumun şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Rauf Əliyev ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12058 manat məbləğində dəymiş zərərin, ödənilmiş 500 manat ekspertiza xərcinin və 127,17 manat dövlət rüsumun şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin direktoru Elnur Əliyev xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, avtonəqliyyat qəzası nəticəsində müəssisələrinə vurulan zərərin Cavabdeh tərəfindən ödənilməsi ilə əlaqədar olaraq, İddiaçı MMC ona qarşı verdiyi iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Rauf Əliyev xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəbdən xx.xx.2025-ci il tarixində keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci və 185.6-cı maddələrinə əsasən, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materillarını araşdıraraq hesаb edir ki, iddiaçının iddiadan imtina etməsi barədə ərizəsi qəbul edilərək, iş üzrə icrааtа хitаm verilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 261.0.4-ci mаddəsinə əsаsən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hаkim iş üzrə icrааtа хitаm verir. 262.4-cü mаddəsinə əsаsən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuхаrıdа göstərilənləri və Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən ödənilmiş 126,17 (bir yüz iyirmi altı manat on yeddi qəpik) manat məbləğində dövlət rüsumu büdcədən İddiaçı MMC-nə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-3406/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-3406/2025
13.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver