Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3407/2025 13.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, ondan ödənilmiş inzibati xəta haqqında protokollara görə cəmi 464 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə lizinq alan X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli MAS-6013 saylı Daxili lizinq müqaviləsi üzrə öhdəliklər xx.xx.2023-cü il tarixli “öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Cavabdeh ötürülmüş və lizinq obyekti olan “Khazar SD” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. X5 tərəfindən Daxili lizinq müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə əməl edilmədiyi üçün İddiaçı MMC iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(008)- 4070/2024 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddiası təmin edilərək, cavabdehdən ümumilikdə 4287,71 manat məbləğində borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar SD” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı hökumət ödəniş portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr - EQ20467905 saylı protokola görə 16 manat, EQ18584634 saylı protokola görə 80 manat, EQ18584632 saylı protokola görə 80 manat, EQ17702480 saylı protokola görə 80 manat, EQ17226107 saylı protokola görə 80 manat, İXP5708684 saylı protokola görə 128 manatdan ibarətdir. Şirkət tərəfindən yuxarıda qeyd edilən cərimələrə görə ümumilikdə 464 manat məbləğində ödəniş edilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vasitəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da, lizinq şirkəti ilə yanaşı nəqliyyat vasitəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Qeyd olunan qanununun 85-ci maddəsinin görə, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən əməkdaş nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdeh X3 rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Göstərilən müddət ərzində cavabdeh X5 tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmamışdır. İş materiallarını araşdırıb, iş üzrə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, hazırkı iddianın qiyməti 464 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü və 284-6.1-ci maddələrinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan İddiaçı MMC ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli daxili lizinq müqaviləsindən, həmin müqaviləyə 1 №-li əlavədən görünür ki, lizinq verən İddiaçı MMC “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili illik 24,5 % olmaqla 32 ay müddətinə lizinq alan X2 müvəqqəti sahiblik və istifadəsinə vermiş, sonuncu isə müqavilənin ayrılmaz hissəsi olan 1 №-li əlavəyə müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil alıcı İddiaçı MMCyə və lizinq alan X3 təhvil verilmişdir. İş materiallarında olan İddiaçı MMC, X5 və “öhdəlikləri ötürən” X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli MAS-6013 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, İddiaçı MMC-nin “öhdəlikləri ötürən” arasında bağlanmış xx.xx.2023-cü il tarixli MAS-6013 nömrəli daxili lizinq müqaviləsi üzrə “öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”-ə ötürür, “öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri “öhdəlikləri ötürən”-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil alıcı İddiaçı MMC-yə və lizinq alan X3 təhvil verilmişdir. İş materiallarında olan inzibati cərimələrə dair məlumatdan müəyyən olunur ki, X5 - İXP5708684 saylı, xx.xx.2023-cü il tarixli protokola əsasən 128 manat, - EQ17226107 saylı, xx.xx.2023-cü il tarixli protokola əsasən 80 manat - EQ17702480 saylı, xx.xx.2023-cü il tarixli protokola əsasən 80 manat - EQ18584632 saylı xx.xx.2023-cü il tarixli protokola əsasən, 80 manat - EQ18584634 saylı xx.xx.2023-cü il tarixli protokola əsasən 80 manat - EQ20467905 saylı xx.xx.2023-cü il tarixli protokola əsasən 16 manat cərimə edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixində EQ20467905 saylı protokol üzrə 16 manat, EQ18584634 saylı protokol üzrə 80 manat, EQ18584632 saylı protokol üzrə 80 manat, EQ17702480 saylı protokol üzrə 80 manat, EQ17226107 saylı protokol üzrə 80 manat, İXP5708684 saylı protokol üzrə 128 manat olmaqla, cəmi 464 manat məbləğində cərimə 547224*****4630 nömrəli kartdan Daxili İşlər Nazirliyinin hesabına ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 4070/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamədən görünür ki, X1 1279,27 manat məbləğində əsas borc, 792,30 manat gecikmiş mükafat, 62,80 manat dəbbə pulu, "Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 2090,91 manat, ümumilikdə 4225,28 manat və 62,43 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 2657 saylı xəbərdarlıqdan görünür ki, İddiaçı MMC X3 xx.xx.2023-cü il tarixli MAS-6013 nömrəli daxili lizinq müqaviləsi üzrə götürdüyü öhdəliyin yerinə yetirilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, “Azari” Express poçt-daşıma kuryer xidməti, akt tərtib və təsdiq etmişdir ondan ötəri ki, xx.xx.2024 İddiaçı qəbul edilmiş zərf qaimə (856598) Cavabdeh məktub çatdırılmamışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə lizinq alan X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli MAS-6013 saylı Daxili lizinq müqaviləsi üzrə öhdəliklər xx.xx.2023-cü il tarixli “öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Cavabdeh ötürülmüş və lizinq obyekti olan “Khazar SD” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Həmin avtomobil cavabdehin müvəqqəti istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar cavabdeh Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən ayrı-ayrı vaxtlarda ayrı-ayrı protokollar üzrə cəmi 464 manat məbləğində inzibati qaydada cərimələnmişdir. Cavabdeh müqavilənin şərtlərini pozduğundan, sözügedən avtomobil iddiaçının mülkiyyətinə qaytarılmışdır. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus avtomobillə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Bu səbəbdən də, Cavabdeh tərəfindən iddiaçıya 464 manat məbləğində maddi zərər vurulmuşdur. Cavabdeh hazırkı iddia ilə müraciət edərək, 464 manat məbləğində pulu cavabdehdən geri tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandırıraq hesab edirəm ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh X1 İddiaçı xeyrinə 464 manat vurulmuş maddi ziyanın və 30 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh X1 İddiaçı xeyrinə 464 (dörd yüz altmış dörd) manat vurulmuş maddi ziyanın və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-3407/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3407/2025
13.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver