Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4180/2023 22.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 3000 manat pulun və 50 manat dövlət rüsumunun əvəzinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, İddiaçı Cavabdeh xeyli müddətdir ki tanıyır, aralarında səmimi münasibət yaranmışdır. 2021-ci il iyun-iyul aylarında iddiaçının maşın ehtiyat hissələrinə ehtiyacı yaranmış, cavabdeh onu maşın hissələri ilə təmin edə biləcəyini bildirmişdir. Bundan sonra cavabdeh pula ehtiyacı olduğunu deyərək, ona 3000 manat verməsini xahiş etmiş, əvəzində lazım olan ehtiyat hissələrini verəcəyini bildirmişdir. İddiaçı xx.xx.2021-ci ildə 3000 manat pulu cavabdehə vermiş, cavabdeh də öz xətti ilə iddiaçıdan pul almasına dair qəbz yazıb vermişdir. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, cavabdeh nə pulunu qaytarmış, nə də lazım olan ehtiyat hissələrini alıb vermişdir. Dəfələrlə ona bu barədə məlumat versə də, hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu ödəməkdən yayınır. Bu səbəbdən, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İndiki halda cavabdeh ona yalan vədlər və məlumatlar vermiş, etibar və inamından istifadə edərək öhdəliyi yerinə yetirməmişdir. Nümayəndə əlavə olaraq bildirdi ki, məhkəməyə təqdim edilmiş ekspert rəyindən də görünür ki, iddianın əsası kimi istinad olunan əlyazma məhz cavabdeh tərəfindən icra edilmişdir. Qeyd olunanlara əsasən, nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, onun iddiaçıya heç bir borcu yoxdur. İş materiallarında olan əlyazma ona aid deyil, onun tərəfindən yazılmamış və imzalanmamışdır. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -xx.xx.2021-ci il tarixli əlyazmadan görünür ki, Cavabdeh İddiaçı 3000 manat pulu aldığını, ehtiyat hissələrini vaxtında çatdırmasa 20 gün ərzində həmin pulu qaytaracağına söz vermişdir. -Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2(008)-4180/2023 nömrəli qərardadı əsasında təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, aparılmış tədqiqatın nəticəsi kimi belə qənaətə gəlinmişdir ki, ekspertizaya təqdim olunmuş, mülki işin 13-cü vərəqəsində yerləşən 28 iyul 2021-ci il tarixli qəbzdəki “X2 Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbis İlaq Quliyev küçəsi, Ev 14-də yaşayan İddiaçı 3000 (üc min) Az Aldım, bu pulu 20 gün mütdətinə qaytaracam. Əmi etməsəm dələzluqluq kimi qiymətləndirisin. Ehdiyat hissələrini vaxdında çatdırmasam 3 min Azn pulu geri ədalətə qaytarmağa söz verirəm. İmza Quliyev Ş. Bakı şəhəri 28 iyul 2021 Şəxsiyət NAA ******* 2031-ci ilə qədər etibarlıdır. Düzliş pozuntusu etbarlıdı.” yazıları, həmçinin “Quliyev S” soyadı qarşısında və mətnin sonunda yerləşən imzalar -Cavabdeh tərəfindən icra olunmuşdur. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, İddiaçı avtomaşın ehtiyat hissələrini almaq müqabilində Cavabdeh 3000 manat məbləğində pul vermiş, sonuncu isə həmin pulu təhvil almış və əvəzində müvafiq ehtiyat hissələrini ona verəcəyinə, əks halda pulunu 20 gün ərzində geri qaytaracağına söz vermişdir. Bu halın sübutu kimi cavabdeh əlyazma tərtib etmiş və imzalamışdır. Həmin əlyazma xx.xx.2023-cü il tarixli məhkəmə iclasında cavabdeh tərəfindən mübahisələndirilsə də, məhkəmənin məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardadı əsasında təqdim edilmiş ekspert rəyindən göründüyü kimi, sözügedən əlyazma və mətnin sonundakı imzalar məhz Cavabdeh tərəfindən icra edilmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. İddiası və təqdim etdiyi sübutlar işin faktiki halları ilə uzlaşıb, iddanın təmin edilməsi üçün mötəbər və yetərli hesab olunmalıdır. Çünki Cavabdeh 3000 manat məbləğində pulu əldə etməyə nə qanuni, nə də müqavilə üzrə əsası olmuş, həmin pulu əldə etməklə əsassız varlanmışdır. Odur ki, hazırkı tələb təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2-ci maddə). Həmin Məcəllənin 1092.1-ci maddəsində göstərilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarından görünür ki, məhkəmədə hazırkı iddianın qaldırılması üçün iddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir, habalə aparılmış ekspertiza tədqiqatının dəyəri 105 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş məhkəmə xərci Cavabdeh aid edilməklə, 50 manat ondan alınaraq, İddiaçı xeyrinə tutulmalı, 105 manat ekspertiza xərci cavabdehdən alınaraq dövlətin nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 3000 (üç min) manat məbləğində dəymiş ziyan və ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat məbləğində pul vəsaiti tutulsun. İş üzrə keçirilmiş keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 105 (bir yüz beş) manat məbləğində məhkəmə xərci cavabdehdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN**********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-4180/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4180/2023
22.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver