Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4325/2024 27.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X24 qızının katibliyi, İddiaçı Zəlimxan oğlunun etibarnamə üzrə nümayəndəsi Vəkil1, Cavabdeh "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Zəlimxan oğlu cavabdeh "xxxx" MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15, X4, Müfid-zadə Vüqar Vasif oğlu, X14, X22 və Bakı şəhəri 53 saylı Notariat Kontoru olmaqla) “mülkiyyətin müdafiəsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Zəlimxan oğlu cavabdeh "xxxx" MMC-yə qarşı “mülkiyyətin müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən zəbt edilmiş ünvan 1 ünvanda yerləşən xüsusi mülkiyyətində olan torpaq sahəsinin və yaşayış evinin boşaldılaraq qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Zəlimxan oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən zəbt edilmiş ünvan 2 ünvanda yerləşən İddiaçı məxsus torpaq sahəsinin boşaldılaraq qaytarılması, həmin ünvanda yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sökülmüş fərdi yaşayış evinin dəyərinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Zəlimxan oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə yenidən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Baki Abadlıq Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən zəbt edilmiş ünvan 2 ünvanda verləşən torpaq sahəsinin boşaldılaraq geri qaytarılması, həmin ünvanda yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində 35000 (otuz beş min) manat məbləğində maddi ziyanın Bakı Abadlıq Xidməti Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Ölkədə hökm sürən pandemiya ilə əlaqədar bir müddət xüsusi mülkiyyətində olan evə və torpaq sahəsinə gedə bilməmişdir. 2022-ci ilin yay aylarında ona məlum olmuşdur ki, evi və torpaq sahəsi X23 tərəfindən tutulmuş, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmişdir. Uzun sürən araşdırmalardan sonra məlum olmuşdur ki, onun xüssusi mülkiyyətində olan ev və torpaq sahəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən zəbt edilmişdir. Müraciəti üzrə cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilmiş və ona mübahisənin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Araşdırmalar zamanı cavabdeh onun adına olan əmlakı daah da yeni və təmir olunmuş vəziyyətdə ona qaytarılmasına razı olduqlarını bildirsələr də, ona nə evini, nə torpaq sahəsini qaytarəlmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Zəlimxan oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 izahatında ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin İddiaçı məxsus olduğu, əvvəl həmin torpaq sahəsində tikili də olduğunu, yerli baxış zamanı həmin tikilinin "xxxx" MMC tərəfindən söküldüyünün müəyyən olunduğunu, Polis İdarəsində gedən araşdırma zamanı da cavabdehin nümayəndəsi kimi özünü təqdim edən Sultanov Pənah ifadəsində, həmin ərazidə yarım tikilinin olduğunu, Qiymətləndirmə Təşkilatına sorğu ilə müraciət etdiklərini, tikili ilə bağlı 33.700 manat qiymət müəyyən edildiyini, bütün bunları nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 izahatında, "xxxx" MMC Bakı ətrafını abadlaşdıran qurum olub, hətta sənədsiz evləri belə müəyyən məbləğ qarşılığında aldığını, Esmira adlı şəxsin həmin tikilini söküb "xxxx" MMC-yə təqdim etdiyini etiraf etmiş, 2017-ci il tarixində torpaq sahəsinin çıxarışı olmadığını, mübahisə gedən torpaq sahəsi "xxxx" MMC tərəfindən zəbt olunmadığını, iş materiallarında olan qiymətləndirmə rəyinin mötəbər sübut olmadığını, iddiaçıya məxsus sahənin sökülməsi ilə bağlı heç bir aidiyyətinin olmadığını, əksinə ona məxsus torpaq sahəsinin abadlaşdırıldığını deyərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Haqverdiyev küçəsi 4 nömrəli 0.083 hektarlı torpaq sahəsi İddiaçı Zəlimxan oğlunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 28 noyabr 2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi, **********25 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1 İddiaçı Zəlimxan oğlunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 12 sentyabr 2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi, **********02-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışından görünür ki, ünvan 1 İddiaçı Zəlimxan oğlunun ½ hissədə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 02 aprel 2015-ci il tarixdə, ********** qeydiyyat nömrə ilə qeydiyyata alınmışdır. Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X20 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli Razılaşmadan görünür ki, "xxxx" MMC, X15, X4 və X14 arasında razılaşma müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, ikinci tərəflərin istifadəsində olan ünvan 3 ünvanında yerləşən 0.1450 bu Müqavilənin 2-ci bəndində razılaşdırılmış dəyərinin, ikinci tərəflərə kompensasiya edilməsini öhdəsinə götürür, ikinci tərəflər isə həmin kompensasiyanı qəbul edərək, Daşınmaz Əmlakdan birinci tərəfin xeyrinə imtina edir və bu müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməyi öhdəsinə götürür. Tərəflər razılaşmışlar ki, Daşınmaz Əmlaka görə ümumi kompensasiya edilməli olduğu dəyər Müqavilənin rəsmiləşdirilməsi və kompensasiya məbləğinin köçürülməsi, habelə birinci tərəfə aid müvafiq digər xərclər istisna olunmaqla 100.000 manat təşkil edir. Tərəflər razılaşırlar ki, Birinci tərəf hazırki müqavilə üzrə Daşınmaz Əmlakın bu Müqavilənin yuxardaki 2-ci bəndində göstərilən Daşınmaz Əmlakınn kompensasiya olunan dəyərini notariusun müvafiq depozit hesabı vasitəsi ilə ikinci tərəflərə - X13 40.000 manat, X7 30000 manat və X3 30000 manat ödəyəcək. Azərbaycan Respublikasının İqtisadiyya Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-32217/2024-**********17 nömrəli xx.xx.2024-cü il tarixli məhkəmənin sorğuya cavab məktubunda, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məhəmmədəli Şəfai küçəsi, döngə 3, 5a nömrəli fərdi yaşayış evinin 1/2 hissəsi, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əhmədağa Əhmədov küçəsi, ev 7, 7 saylı mənzilin 1/2 hissəsi və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Haqverdiyev küçəsi, 4 saylı sahəsində yerləşən torpaq sahəsi İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X15 xx.xx.2024-cü il tarixli notariat qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında atası X1 varisi olaraq istifadəsində olan 0.1450 ha torpaq sahəsinin qardaşı X2 və o zaman Bələdiyyə sədri olan X18 iştirakı ilə 100000 (bir yüz min) manat kompensasiya ödənilməklə Bakı Abadlıq Xidməti MMC ilə müqavilə bağlayaraq qeyd olunan torpaq sahəsini Bakı Abadlıq Xidməti MMC-nin istifadəsinə verdiyini bildirmişdir. Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 13 sentyabr 2024-cü il tarixli 5-18/2- 1737/2024 nömrəli sorğuya cavab məktubunda məhkəməyə bildirilmişdir ki, Ramana qəsəbəsinin inzibati ərazisində yerləşən Haqverdiyev küçəsi, ev 4 və Vəli Vəliyev küçəsi ayrı-ayrı ünvanlardır. İddiaçı xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış yararsız olduğu üçün üzərindəki hüquqların dövlət qeydiyyatını ləğv edilməsini və yalnız torpaq sahəsinə çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilməsinə göstəriş verilməsini xahiş etmişdir. Gələcəkdə bununla bağlı heç bir iddiası olmayacağını bildirmişdir. X6 təşkilatın CVN/D18-150/24 nömrəli, 24 dekabr 2024-cü il tarixli Daşınmaz əmlakın tikinti-təmir-bərpa xərclərinin müəyyən edilməsi barədə arayışından görünür ki, İddiaçı Zəlimxan oğluna məxsus, ünvan 1 ünvanı və bilavasitə yaxın ətraf ərazidə xüsusi mülkiyyətdə olan torpaq sahəsi üzərində yerləşmiş, hazırda söküntüyə məruz qalmış, ümumilikdə 33.7 kv.metr sahədən ibarət, orta təmirli fərdi yaşayış evlərinin yenidənqurma və ya tikinti-təmir-bərpa xərcləri: Tikinti xərcləri: 400,0 (dörd yüz) manat/1 kv.metr; Təmir xərcləri: 600,0 (altı yüz) manat/1 kv.metr təşkil etməklə, Ümumilikdə: 1000,0 (bir min) manat/lkv.metr təşkil edir. Beləliklə, aparılmış hesablamalar və təhlillərə əsasən İddiaçı Zəlimxan oğluna məxsus, ünvan 1 ünvanı və bilavasitə yaxın ətraf ərazidə xüsusi mülkiyyətdə olan torpaq sahəsi üzərində yerləşmiş, hazırda söküntüyə məruz qalmış, ümumilikdə 33.7 kv.metr sahədən ibarət, orta təmirli fərdi yaşayış evlərinin yenidənqurma və ya tikinti-təmir-bərpa xərcləri xx.xx.2024-cü il tarixinə: 33.700,0 (otuz üç min yeddi yüz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddəsinə əsasən (İ hissə) Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. 60-cı maddəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər . Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
42. Maddə 84, 4-cü bəndi. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
43. Maddə 111, 1-ci bəndi. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
44. Maddə 111, 2-ci bəndi. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. İlk olaraq, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik və toxunulmazlıq prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə məhkəmə müdafiəsini nəzərdə tutur. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür. İ. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında Dövlət reyestrindən Çıxarışından göründüyü kimi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Haqverdiyev küçəsi 4 nömrəli 0.083 hektarlı torpaq sahəsi İddiaçı Zəlimxan oğlunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 28 noyabr 2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi, **********25 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı yerli baxış təyin edilmiş mübahisəli sahəyə baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, qeyd olunan torpaq sahəsində Bakı Abadlıq Xidməti tərəfindən abadlıq işləri aparılmış sahənin hər iki hissəsində dəmir darvaza qoyulması müəyyən edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 1 ünvanda yerləşən İddiaçı Zəlimxan oğluna məxsus torpaq sahəsi boşaldılaraq, (iddiaçıya məxsus xx.xx.2022-ci il tarixli çıxarışa əsasən olan kordinatlar üzrə) geri qaytarılmalıdır. İİ. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli Çıxarışdan göründüyü kimi ünvan 2 ünvanında olan 33,70 kv tikili sahəsi X5 məxsus olmuşdur. İş materiallarında olan X8 xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yararsız olduğu üçün üzərindəki hüquqların dövlət qeydiyyatını ləğv edilməsini və yalnız torpaq sahəsinə çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilməsinə göstəriş verilməsini xahiş etmişdir. Gələcəkdə bununla bağlı heç bir iddiası olmayacağını bildirmişdir. İş materialları 152-ci vərəqədə xx.xx.1982-ci il tarixdə tərtib edilmiş Şəxsi mülkiyyət hüququ ilə texniki invertarizasiya və qiymətləndirilməsinə dair Pasportda qeyd olunan iddiaçıya məxsus tikili sahə dağılmış sahə kimi göstərilmişdir. Eyni zamanda iş materialları 90-cı vərəqədə xx.xx.2015-ci il tarixdə X5 verilmiş Texniki Pasportda da, həmin sahə uçurulmuş kimi göstərilmişdir. Eləcə də, X15 xx.xx.2024-cü il tarixli notariat qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında atası X1 varisi olaraq istifadəsində olan 0.1450 ha torpaq sahəsinin qardaşı X2 və o zaman Bələdiyyə sədri olan X18 iştirakı ilə 100000 (bir yüz min) manat kompensasiya ödənilməklə Bakı Abadlıq Xidməti MMC ilə müqavilə bağlayaraq qeyd olunan torpaq sahəsini Bakı Abadlıq Xidməti MMC-nin istifadəsinə verdiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı X9 ona məxsus olan 33,7 kv tikili sahəsinin məhz Bakı Abadlıq Xidməti tərəfindən sökülməsini təstiq edən heç bir sübut məhkəməyə təqdim edə bilməmiş, iş materiallarında olan sənədlərlə öz təstiqini tapır ki, qeyd olunan tikili sahə hələ 1982-ci il texniki sənədlərində uçurulmuş sahə kimi göstərilmiş və iddiaçı özü xx.xx.2022-ci ildə DƏDRX-nin 1 saylı ərazi idarəsinə ərizə ilə müraciət edərək, fərdi yaşayış evinin yararsız olması ilə bağlı üzərində olan hüquqların ləğv edilərək, yalnız torpaq sahəsi ilə bağlı onun hüquqlarının qeydə alınmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanda yerləşən İddiaçı Zəlimxan oğluna məxsus torpaq sahəsi boşaldılaraq geri qaytarılsın. (iddiaçıya məxsus xx.xx.2022-ci il tarixli çıxarışa əsasən olan koordinatlar üzrə). Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Ruslan Mirzəliyev