Məhkəmə qərarları › İş №e-2(008)-437/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-437/2024

05.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-437/2024 05.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “istifadə hüquqlarına xitam verilməklə bağ evinin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 qarşı “istifadə hüquqlarına xitam verilməklə bağ evinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 744a/t saylı bağ sahəsinə istifadə hüquqlarına xitam verilməsi və həmin əmlakın boşaldılaraq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməsi; mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 005/12/01 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik faiz dərəcəsi 12% (on iki) faiz ödənilmək şərtilə 323.025 (üç yüz iyirmi üç min iyirmi beş) manat məbləğində istehlak krediti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə bağlanmış xx.xx.2012-ci il tarixli 005/12/01 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olmuş Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 744 a/t saylı bağ sahəsi, Cavabdeh4 məxsus olmuş Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 742/t saylı bağ sahəsi, X1 məxus olmuş Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 742 saylı bağ sahəsi və Cavabdeh2 məxsus olmuş Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 745 a saylı bağ sahəsi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bununla əlaqədar İddiaçı ASC məhkəməyə müraciət etmişdir. İşə baxan Abşeron Rayon Məhkəməsinin 2(012)-283/2013 saylı 30 may 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 323.025 (üç yüz iyirmi üç min iyirmi beş) manat məbləğində əsas borc, 28.665,11 (iyirmi səkkiz min altı yüz altmış beş manat 11 qəpik) manat faiz borcu, 3.000 (üç min) manat cərimə və 20 (iyirmi) manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-nə ödənilməsi; tələbin ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh1 məxsus Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 744 a/t saylı bağ sahəsinə, Cavabdeh4 məxsus Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 742/t saylı bağ sahəsinə, X1 məxus Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 745 saylı bağ sahəsinə və Cavabdeh2 məxsus Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 745 a saylı bağ sahəsinə yönəldilməsi, həmin bağ evlərinin açıq hərrac yolu ilə satılması, həmin əmlakların açıq hərracda satışından əldə olunan vəsaitin İddiaçı ASC-nə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra Abşeron Rayon Məhkəməsinin 2(011)-283/2013 saylı xx.xx.2013-cü il tarixli icra vərəqəsi icra oluması Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin 3235-221174/17 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən keçirilən hərraclarda əmlak satılmadığı üçün ipoteka qoyana təklif edilmişdir. 10 iyul 2019-cu il tarixli hərracın yekunları barədə 45/02, 45/03, 45/04 və 45/05 nömrəli protokollara əsasən ipoteka predmetləri olan ünvan 1 ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən alınmış və bununla bağlı sonradan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən bankın adına mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlar verilmişdir. Bank tərəfindən 26 iyul 2023-cü il tarixdə Cavabdeh1 və digərlərinə ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak sahələrini könüllü surətdə ailə üzvləri ilə birlikdə tərk etməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin Cavabdeh1 və digərləri ailə üzvləri ilə birlikdə bankın mülkiyyətində olan bağ sahələrini boşaltmaqdan imtina edir və hal-hazırda da həmin evlər onların qeyri-qanuni istifadəsindədir. Bu hal isə mülkiyyətçinin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına və pozulmasına səbəb olaraq, adı çəkilən əmlakdan istədiyi kimi istifadəsini mümkünsüz edir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 744 a/t, 742/t, 745 və 745a saylı bağ sahələrinə istifadə hüquqlarına xitam verilməsi və həmin əmlakın boşaldılaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməsi; mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-437/2024 nömrəli 05 fevral 2024-cü il tarixli qərardadına əsasən Cavabdeh3 aid hissədə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-437/2024 nömrəli 05 fevral 2024-cü il tarixli qərardadına əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh4 aid hissədə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək, Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən 744 a/t saylı 0.12 ha bağ sahəsindən istifadə hüququna xitam verilməsinə və bağ sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia Cavabdeh1 aid hissədə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Abşeron Rayon Məhkəməsinin 2(012)-283/2013 nömrəli xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 323.025 manat əsas borc, 28.665,11 manat faiz borcu və 3000 manat məbləğində cərimə borcunun tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, ipoteka qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən 744 a/t saylı 0.12 ha bağ sahəsinə, cavabdeh X4 məxsus Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən 745a saylı 0.12 ha bağ sahəsinə, Cavabdeh4 məxsus Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 36.8 kv.m yaşayış, 38.8 kv.m köməkçi sahədən ibarət 742/t nömrəli bağ evinə, Cavabdeh3 məxsus Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 105.4 kv.m yaşayış, 70.7 kv.m köməkçi sahədən ibarət 745 nömrəli bağ evinə tutma yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, banka həmin borc məbləğinin qeyd olunan əmlakların satışından əldə edilmiş vəsait hesabına təmin edilməsi qət edilmişdir. -Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X6 ünvan 2 ünvanında qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh3 xx.xx.2016-cı il tarixdə ölmüşdür. -2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-577/2015 nömrəli xx.xx.2015-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz sayılması, girov əmlakın yenidən qiymətləndirilməsi, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə borcun digər girov qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ləğv prosesində olan İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən 744 a/t, 742/t, 742 və 745a saylı bağ sahələrinin 5 gün ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsini tələb etmiş, əks təqdirdə pozulmuş mülkiyyət hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. -Hərracın yekunları barədə 45/02 nömrəli xx.xx.2019-cu il tarixli protokolun surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-283/2013 nömrəli xx.xx.2013-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən 745a saylı bağ sahəsi 22.950 manata İddiaçı ASC tərəfindən əldə edilmişdir. -Hərracın yekunları barədə 45/03 nömrəli xx.xx.2019-cu il tarixli protokolun surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-283/2013 nömrəli xx.xx.2013-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən 744 a/t saylı bağ sahəsi 22.950 manata İddiaçı ASC tərəfindən əldə edilmişdir. -Hərracın yekunları barədə 45/04 nömrəli xx.xx.2019-cu il tarixli protokolun surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-283/2013 nömrəli xx.xx.2013-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən 742/t saylı bağ sahəsi 38.250 manata İddiaçı ASC tərəfindən əldə edilmişdir. -Hərracın yekunları barədə 45/05 nömrəli xx.xx.2019-cu il tarixli protokolun surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-283/2013 nömrəli xx.xx.2013-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən 745 saylı bağ sahəsi 82.875 manata İddiaçı ASC tərəfindən əldə edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 742/t nömrəli bağ evi xx.xx.2020-ci il tarixdən ləğv prosesində olan İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 744 a/t nömrəli bağ sahəsi xx.xx.2020-ci il tarixdən ləğv prosesində olan İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 745 nömrəli bağ evi xx.xx.2020-ci il tarixdən ləğv prosesində olan İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 745a nömrəli bağ sahəsi xx.xx.2020-ci il tarixdən ləğv prosesində olan İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. -Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 ünvan 3 ünvanında, X2 rayonunun Təzəkənd kəndində, Cavabdeh3 ünvan 3 ünvanında, Cavabdeh4 ünvan 5 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 744 a/t, 742/t, 745 və 745a saylı bağ sahələrini qanunauyğun qaydada əldə etmiş, həmin daşınmaz əmlaklara dair keçirilmiş hərracların nəticəsi olaraq daşınmaz əmlakların əvvəlki mülkiyyətçilərinin mülkiyyət hüquqlarına xitam verilmiş, onların bu hüquqları iddiaçıya keçmişdir. Lakin Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 744 a/t nömrəli bağ sahəsinin keçmiş mülkiyyətçisi olan Cavabdeh1 bağ sahəsini boşaltmamış və onun həmin bağ sahəsindən istifadə hüququna xitam verilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, iddiaçı Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 744 a/t nömrəli bağ sahəsi üzərində tam şəkildə mülkiyyət hüquqlarını həyata keçirə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış və iddiaçı mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə Cavabdeh1 mübahisəli bağ sahəsində istifadə hüququnun qalması və bağ sahəsinin boşaldılmaması maneçilik törədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməli, Cavabdeh1 Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 744 a/t nömrəli bağ sahəsindən istifadə hüququna xitam verilməli və həmin bağ sahəsi boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi Cavabdeh1 aid hissədə təmin edilsin. Cavabdeh1 Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 744 a/t nömrəli bağ sahəsindən istifadə hüququna xitam verilsin və həmin bağ sahəsi boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilsin. Cavabdeh1 iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar