Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-4567/2023 08.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mirzəliyev Ruslan Əsəd oğlu, İddiaçı X1 Cavabdeh qarşı “Əmlak tələbinə” dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı X1 Cavabdeh qarşı “Əmlak tələbinə” dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, birgə nikah müddətində əldə olunmuş Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Düşərgə ərazisi, 1-ci küçə,ev 12 ünvanında yerləşən ümumi sahəsi 151,5 kv.metr olan fərdi yaşayış evi və “Nissan markalı ** BH *** nömrəli dövlət qeydiyyat nişanlı avtomaşının qiymətləndirilməsi, həmin əmlak üzərində ½ payların müəyyən edilməsi və bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin, iddiaçı məhkəməyə müraciət edərkən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə rüsum əlavə etsə də, rüsum tam ödənilməmişdir. İddia ərizəsinin məzmunundan da göründüyü kimi əmlak tələbinə dair yəni iddia qiymətləndirilən iddialara aid olduğundan, iddianın qiyməti göstərilməli və dövlət rüsumu tələb olunan əmlakın dəyərinə uyğun ödənilməlidir. İddianın qiyməti göstərilmədiyinə görə rüsum düzgün ödənilməmişdir. Azərbaycan Respublikası Müllkii Prosessual Məcəllənin 112.1.2-ci maddəsinə əsasən iddianın qiyməti əmlakın tələb edilməsi haqqındakı iddialarda tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, MPM-nin 149.2-ci maddəsinin tələblərinə riayət edilmədən və dövlət rüsumu iddia tələbinə uyğun tam ödənilmədən verildiyinə görə iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya ərizədə qeyd edilən nöqsanlar aradan qaldırıldaqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-in 112, 149, 152, 263- 264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X1 Cavabdeh qarşı “Əmlak tələbinə” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-4567/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-4567/2023
08.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver