Məhkəmə qərarları › İş №e-2(008)-4920/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4920/2025

07.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4920/2025 07.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi İmanlı Aytən Məhəmməd qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək Bakı 13 saylı Mediasiya Təşkilatının 15 aprel 2025-ci il tarixli, MŞB/13/2025-00343 nömrəli barışıq sazişinin 3, 5 və 5.1-ci bəndlərini, Tərəflər, 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X1 üçün 2025-ci ilin aprel ayından başlayaraq, hər ayın 15-20-si aralığında 250 (iki yüz əlli) manat aliment məbləğinin 1-ci tərəf Maraqlı şəxs tərəfindən 2-ci tərəf Ərizəçi ödənilməsi barədə razılaşdılar; Tərəflər, 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ilə birgə nikah dövründə əldə etdikləri 2-ci tərəf Ərizəçi adına rəsmi qeydiyyatda olan 1995-ci il buraxılış ili, ** ZU *** dövlət qeydiyyat nişanlı, Mercedes Benz markalı, 220 model, Sedan tipli avtomobilə olan pay hüququnun qarşılığı olaraq 2025-ci ilin may ayından başlayaraq, 12 ay müddətində,aylıq 550 (beş yüz əlli) manat, ümumilikdə 6 600 (altımin altı yüz) manat məbləğin 1-ci tərəf Maraqlı şəxs tərəfindən 2-ci tərəf Ərizəçi ödənilməsi barədə razılaşdılar; Tərəflər, 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ilə birgə nikah dövründə əldə etdikləri 2-ci tərəf Ərizəçi adına rəsmi qeydiyyatda olan 1995-ci il buraxılış ili, ** ZU *** dövlət qeydiyyat nişanlı, MERCEDES BENZ markalı, 220 model, SEDAN tipavtomobilə olan pay hüququnun qarşılığı olaraq 1-ci tərəf Maraqlı şəxs tərəfindən 2-ci tərəf Ərizəçi ödəniləcək ümumi 6 600 (altı min altı yüz) manat məbləğin tam ödənilməsindən sonra 2-ci tərəf Ərizəçi həmin avtomobilin 1-ci tərəf Maraqlı şəxs adına rəsmiləşdirilməsinə dair öhdəlik götürərək, razılaşdılar, hissələrində təsdiq edilməsinə və ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsasladırmışdır ki, tərəflər xx.xx.2018-ci il tarixdə 4 saylı Bakı Asan Xidmət X3 nikahılarını rəsmiləşdirərək ailə qurmuşdur. Birgə nikah dövründə xx.xx.2019-cu il təvəllüdlü X4 anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan Mediasiya təşkilatına müraciət etdilər. Müəyyən məsələlərdə razılıq əldə edilərək aralarında Bakı 13 saylı Mediasiya Təşkilatının 15 aprel 2025-ci il tarixli, MŞB/13/2025- 00343 nömrəli barışıq sazişi bağlanmışdır. Həmin sazişin 3,5, 5.1-ci bəndlərində qeyd olunan məsələlər razılaşdırılsa da, icra edilməmişdir. Sazişdə alimentin ödənməsinin hər ayın 15-20 si aralığında olması və nəqliyyat vasitəsinə dair hər ay 550 manat məbləğində pulun ödənilməsi razılşadırılsa da maraqlı şəxs bu öhdəliklərdən yayınmaqdadır. Hazırda may və iyun aylarının aliment məbləğləri ödənməmiş və sazişin 5-5.1-ci bəndləri ümumiyyətlə icra edilməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs mərt ayı ilə indiki vəziyyətinin fərqli olduğunu, yenidən evləndiyini bu səbəbdən icra edə bilmədiyini qeyd etmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, tərəflərin bir uşağı var: xx.xx.2019-cu il tarixdə doğulmuş X4 (AZ İV 257053 №-li doğum haqqında şəhadətnamə). Tərəflər arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-00343 nömrəli barışıq sazişindən görünür ki, sazişə görə Maraqlı şəxs (Birinci tərəf) və Ərizəçi (İkinci tərəf) aşağıdakı qaydada razılığa gəlirlər: “1. Tərəflər xx.xx.2018-ci il tarixində, 4 saylı Bakı "ASAN xidmət” X3 bağladıqları, 09 sayı ilə qeydə alınan nikahlarının məhkəmədə 3 ay barışıq müddəti verilmədən pozulması barədə razılaşdılar.

2. Tərəflər birgə nikahdan anadan olan övladları xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər 2-ci tərəfin yanında, himayəsində saxlanılmasına razılaşdılar.

3. Tərəflər, birgə nikahdan dünyaya gələn övladları xx.xx-2019-cu il təvəllüdlü X1 üçün 2025-ci ilin aprel ayından başlayaraq, hər ayın 15-20-si aralığında 250 (iki yüz əlli) manat aliment məbləğinin 1-ci tərəf Maraqlı şəxs tərəfindən 2-ci tərəf Ərizəçi ödənilməsi barədə razılaşdılar.

4. Tərəflər 2-ci tərəf Ərizəçi aid cehiz əşyalarının (yataq dəsti mebeli, mətbəx dəsti mebeli, qonaq dəsti mebeli, 1 ədəd paltaryuyan, 1 ədəd soyuducu, 1 ədəd tozsoran, 1 ədəd künc divanı, 1 ədəd televizor, 1 ədəd soba, 1 ədəd şirəçəkən, 2 ədəd böyük xalça, 3 ədəd balaca xalça, 3 ədəd çilçıraq, 1 ədəd masa və 8 ədəd stul) 10 gün müddətində 1-ci tərəf Maraqlı şəxs tərəfindən 2-ci tərəf Ərizəçi qaytarması barədə razılığa gəldilər. 4.1. Tərəflər bu Sazişin 4-cü bəndində qeyd olunan cehiz əşyalarının qaytarılması zamanı daşınma xərclərinin (300 (üç yüz) manat) 1-ci tərəf Maraqlı şəxs tərəfindən ödənilməsi barədə razılaşdılar. 5.Tərəflər birgə nikah dövründə əldə etdikləri 2-ci tərəf Ərizəçi adına rəsmi qeydiyyatda olan 1995-ci il buraxılış ili, ** ZU *** dövlət qeydiyyat nişanlı, MERCEDES BENZ markalı, 220 model SEDAN tipli avtomobilə olan pay hüququnun qarşılığı olaraq 2025-ci ilin may ayından başlayaraq 12 ay müddətində, aylıq 550 (beş yüz əlli) manat, ümumilikdə 6 600 (altı min altı yüz) manat məbləğin 1-ci tərəf Maraqlı şəxs tərəfindən 2ci tərəf Ərizəçi ödənilməsi barədə razılaşdılar. 5.1. Tərəflər birgə nikah dövründə əldə etdikləri 2-ci tərəf Ərizəçi adına rəsmi qeydiyyatda olan 1995-ci il buraxılış ili, ** ZU *** dövlət qeydiyyat nişanlı, MERCEDES BENZ markalı, 220 model, SEDAN tipli avtomobilə olan pay hüququnun qarşılığı olaraq 1-ci tərəf Maraqlı şəxs tərəfindən 2-ci tərəf Ərizəçi ödəniləcək ümumi 6 600 (altı min altı yüz) manat məbləğin tam ödənilməsindən sonra 2-ci tərəf Ərizəçi həmin avtomobilin 1-ci tərəf Maraqlı şəxs Eİxan oğlunun adına rəsmiıəşdirilməsinə dair öhdəlik götürərək, razılaşdılar.

6. 1-ci tərəf Maraqlı şəxs 2-cı tərəf Ərizəçi övladları xx.xx.2019-cu il təvəllüdlü X4 ilə hər həftənin şənbə günü saat 12:00-dan bazar günü 18:00-a qədər 2-ci tərəf Ərizəçi faktiki yaşadığı (Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi) ünvandan götürərək həmin ünvana qaytarmaq şərti ilə (uşağın təhsil, tərbiyə, idman, inkişaf və s. maraqları nəzərə alınmaqla) görüşüb sərbəst ünsiyyətdə olması barədə razılaşdılar”. Hazırda ərizəçi həmin barışıq sazişinin təsdiq edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 -ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci məddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 84.1-ci maddəsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2.1-ci maddəsinə görə, bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. 86-cı maddəsinə görə, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: 34.1-ci maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə görə, barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə görə, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə görə, barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Göründüyü kimi, barışıq sazişi qanunvericiliyin tələblərinə zidd olmamış, Maraqlı şəxs barışıq sazişinin onun tərəfindən icra edilməsinə dair məhkəməyə sübutlar göndərməmişdir. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında və qanunvericiliklə müəyyən edilmədiyindən sazişin ərizədə göstərilən hissələri təsdiq edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-00343 №-li Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinin aşağıdakı hissələri təsdiq edilməlidir: Maraqlı şəxs ilə Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X1 üçün 2025-ci ilin aprel ayından başlayaraq, hər ayın 15-20-si aralığında 250 (iki yüz əlli) manat aliment məbləğinin Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməlidir. Maraqlı şəxs ilə Ərizəçi birgə nikah dövründə əldə etdikləri Ərizəçi adına rəsmi qeydiyyatda olan 1995-ci il buraxılış ili, 10ZU096 dövlət qeydiyyat nişanlı, Mercedes Benz markalı, 220 model, Sedan tip avtomobilə olan pay hüququnun qarşılığı olaraq 2025-ci ilin may ayından başlayaraq, 12 ay müddətində,aylıq 550 (beş yüzəlli) manat, ümumilikdə 6 600 (altımin altı yüz) manat məbləğin Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməlidir. Maraqlı şəxs ilə Ərizəçi birgə nikah dövründə əldə etdikləri Ərizəçi adına rəsmi qeydiyyatda olan 1995-ci il buraxılış ili, 10ZU096 dövlət qeydiyyat nişanlı, Mercedes Benz markalı, 220 model, Sedan tip avtomobilə olan pay hüququnun qarşılığı olaraq Maraqlı şəxs tərəfindən Ərizəçi ödəniləcək ümumi 6 600 (altı min altı yüz) manat məbləğin tam ödənilməsindən sonra 2-ci tərəf Ərizəçi həmin avtomobilin 1-ci tərəf Maraqlı şəxs adına rəsmiləşdiriləcəyinə dair öhdəlik götürür. Məhkəmə alimentin sazişdə göstərilən 2025-ci ilin aprel ayından başlayaraq ödənilməsinə münasibət bildirərək qeyd edir ki, aprel ayının hansı tarixindən başlanması sazişdə dəqiq göstərilmədiyindən uşağın mənafeyi baxımından həmin tarixin ayın əvvəli olan aprelin 1-i tarixindən başlayaraq alimentin ödənilməsinə başlanmasını məhkəmə məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, alimentlə bağlı hissədə qətnamə dərhal icra edilməlidir. Son olaraq, məhkəmə onu da qeyd edir ki, barışıq sazişin təsdiqi barədə ərizə ilə məhkəməyə müraciət etmək üçün Ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişində xərclərlə bağlı qeyd edilmişdir ki: “...Əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir”. Belə olan halda və ərizə təmin edildiyindən və maraqlı şəxsdən tələb edildiyindən məhkəmə hesab edir ki, ərizəçi tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişinin aşağıdakı hissələri təsdiq edilsin: Maraqlı şəxs ilə Ərizəçi birgə nikahından dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X1 üçün 2025-ci ilin aprel ayının 1-dən başlayaraq, hər ayın 15-20-si aralığında 250 (iki yüz əlli) manat aliment məbləği Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilsin. Maraqlı şəxs ilə Ərizəçi birgə nikah dövründə əldə etdikləri Ərizəçi adına rəsmi qeydiyyatda olan 1995-ci il buraxılış ili, ** ZU *** dövlət qeydiyyat nişanlı, Mercedes Benz markalı, 220 model, Sedan tipli avtomobilə olan pay hüququnun qarşılığı olaraq 2025-ci ilin may ayından başlayaraq, 12 ay müddətində,aylıq 550 (beş yüzəlli) manat, ümumilikdə 6600 (altı min altı yüz) manat məbləğ Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilsin. Maraqlı şəxs ilə Ərizəçi birgə nikah dövründə əldə etdikləri Ərizəçi adına rəsmi qeydiyyatda olan 1995-ci il buraxılış ili, 10ZU096 dövlət qeydiyyat nişanlı, Mercedes Benz markalı, 220 model, Sedan tipli avtomobilə olan pay hüququnun qarşılığı olaraq Maraqlı şəxs tərəfindən Ərizəçi ödəniləcək ümumi 6600 (altı min altı yüz) manat məbləğin tam ödənilməsindən sonra 2-ci tərəf Ərizəçi tərəfindən həmin avtomobil 1-ci tərəf Maraqlı şəxs adına rəsmiləşdirilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fuad Babaşov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar