Məhkəmə qərarları › İş №e-2(008)-4966/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4966/2024

07.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4966/2024 07.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mirzəliyev Ruslan Əsəd oğlu, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 37.50 (otuz yeddi manat, əlli qəpik) manat məbləğində sığorta ödənişi və 30,40 (otuz manat, qırx qəpik) məbləğində dövlət rüsumunun, cəmi 67,90 (altmış yeddi manat, doxsan qəpik) manat pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASCnin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı-Quba yolunun 23 km-də X2 idarə etdiyi “Vaz 21074” markalı, ** OV *** dövlət qeydiyyat nişanlı avtomobil və "xxxx" ASC-də (bundan sonra ASC) icbari sığorta qaydasında sığortalanmış, Cavabdeh2 məxsus olan və Cavabdeh1 idarə etdiyi “BMW 316” markalı, ** NZ *** dövlət qeydiyyat nişanlı avtomobillər yol nişanı və daş beton səkiyə dəyərək yol nəqliyyat uğramışlar. Faktla bağlı BDYPİ-nin 1-ci Tağımı tərəfindən araşdırma aparılmışdır. BDYPİ-nin 1ci Tağımın polis baş serjantı X1 tərəfindən tərtib edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərrüatları barədə ARAYİŞ” da Cavabdeh1, mülkiyyətçi Cavabdeh2 məxsus “BMW 316” markalı, ** NZ *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə etdiyi qeyd olunmuşdur. Lakin, Cavabdeh2 Cavabdeh1 verilmiş etibarnamə sənədlər toplusunda təqdim olunmamışdır. Bundan sonra qeyd edilən halın araşdırılması ilə bağlı ASC xx.xx.2024-cü il tarixli, BS-C-24/0771 nömrəli sorğu ilə AR DİN BDYP-yə müraciət etmişdir. AR DİN BDYP-nin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-74062/24 nömrəli məktubunda xx.xx.2018-ci il tarixdən “BMW 316” markalı, ** NZ *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 adına qeydiyyatda olduğu və həmin nəqliyyat vasitəsinin Cavabdeh1 verilməsi barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud olmadığı barədə məlumat verilmişdir. Azərbaycan X3 Agentliyindən "xxxx" ASC-yə daxil olmuş 19 aprel 2024-cü il tarixli, 11-1/2-32xx-xx/2024 nömrəli məktuba əsasən X3 Agentliyinə dəymiş zərər 75 (yetmiş beş) manat müəyyən edilmiş, sığortaçının zərər məbləğindəki payı nəzərə alınmaqla 37.50 (otuz yeddi manat, əlli qəpik) manat məbləğində sığorta ödənişi edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, PBA ********** nömrəli sığorta şəhadətnaməsindən (müqavilə) göründüyü kimi, “BMW 316” markalı, ** NZ *** dövlət qeydiyyat nişanlı avtomobi “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* və İXP ******* nömrəli inzibati xəta haqqında protokollardan və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan müəyyən olunur ki, həmin tarixdə Bakı-Quba yolunun 23 km-də X2 idarə etdiyi “Vaz 21074” markalı, ** OV *** dövlət qeydiyyat nişanlı avtomobil və "xxxx" ASC-də (bundan sonra ASC) icbari sığorta qaydasında sığortalanmış, Cavabdeh2 məxsus olan və Cavabdeh1 idarə etdiyi “BMW 316” markalı, ** NZ *** dövlət qeydiyyat nişanlı avtomobillər yol nişanı və daş beton səkiyə dəyərək yol nəqliyyat uğramışlar. Yol-nəqliyyat hadisəsinin törədilməsində hər iki sürücü təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişlər. İddia ərizəsinə əlavə edilmiş AR DİN BDYP-nin xx.xx.2024-cü il tarixli, 3-13-16/2- 74062/24 nömrəli məktubundan xx.xx.2018-ci il tarixdən “BMW 316”markalı, ** NZ *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 adına qeydiyyatda olduğu və həmin nəqliyyat vasitəsinin Cavabdeh1 verilməsi barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud olmadığı müəyyən edilir. Azərbaycan X3 Agentliyindən "xxxx" ASC-yə daxil olmuş 19 aprel 2024-cü il tarixli, 11-1/2-32xx-xx/2024 nömrəli məktubuna və həmin məktuba əlavə edilmiş yol təsərrüfatına vurulmuş zərər barədə arayışa əsasən X3 Agentliyinə dəymiş zərər 75 (yetmiş beş) manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli sığorta aktından və xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, iddiaçının zərər məbləğindəki payı nəzərə alınmaqla yol təsərrüfatına dəymiş zərərə görə 37.50 (otuz yeddi manat, əlli qəpik) manat məbləğində orta ödənişi edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, BS-S-24/1005 nömrəli Geriyə tələb (subroqasiya) məktublarından, məktubun cabdehlərə göndərilməsini təsdiq edən poçt göndərişinin izlənilməsinə dair çıxarışdan və xəbərnamədən görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 37.50 (otuz yeddi manat, əlli qəpik) manat bləğində sığorta ödənişinin geri ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehlərə rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Göstərilən müddət ərzində cavabdehlər tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmamışdır. İş materiallarını araşdırıb, iş üzrə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, hazırkı tələb üzrə iddianın qiyməti 37,50 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü və 284-6.1-ci maddələrinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, PBA ********** nömrəli sığorta şəhadətnaməsindən (müqavilə) göründüyü kimi, “BMW 316” markalı, ** NZ *** dövlət qeydiyyat nişanlı avtomobi “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. - xx.xx.2024-cü il tarixli, İXP ******* və İXP ******* nömrəli inzibati xəta haqqında protokollardan və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan müəyyən olunur ki, həmin tarixdə Bakı-Quba yolunun 23 km-də X2 idarə etdiyi “Vaz 21074” markalı, ** OV *** dövlət qeydiyyat nişanlı avtomobil və "xxxx" ASC-də (bundan sonra ASC) icbari sığorta qaydasında sığortalanmış, Cavabdeh2 məxsus olan və Cavabdeh1 idarə etdiyi “BMW 316” markalı, ** NZ *** dövlət qeydiyyat nişanlı avtomobillər yol nişanı və daş beton səkiyə dəyərək yol nəqliyyat uğramışlar. - Azərbaycan X3 Agentliyindən "xxxx" ASC-yə daxil olmuş 19 aprel 2024-cü il tarixli, 11-1/2-32xx-xx/2024 nömrəli məktubuna və həmin məktuba əlavə edilmiş yol təsərrüfatına vurulmuş zərər barədə arayışa əsasən X3 Agentliyinə dəymiş zərər 75 (yetmiş beş) manat müəyyən edilmişdir. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli sığorta aktından və xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, iddiaçının zərər məbləğindəki payı nəzərə alınmaqla yol təsərrüfatına dəymiş zərərə görə 37.50 (otuz yeddi manat, əlli qəpik) manat məbləğində orta ödənişi edilmişdir. - xx.xx.2024-cü il tarixli, BS-S-24/1005 nömrəli Geriyə tələb (subroqasiya) məktublarından, məktubun cabdehlərə göndərilməsini təsdiq edən poçt göndərişinin izlənilməsinə dair çıxarışdan və xəbərnamədən görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 37.50 (otuz yeddi manat, əlli qəpik) manat bləğində sığorta ödənişinin geri ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə, (subroqasiya hüququ) faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə isə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinin tələbinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i. a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandırıraq hesab edirəm ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 37.50 (otuz yeddi manat, əlli qəpik) manat məbləğində sığorta ödənişi və 30,40 (otuz manat, qırx qəpik) məbləğində dövlət rüsumunun, cəmi 67,90 (altmış yeddi manat, doxsan qəpik) manat iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1%-i məbləğində dövlət rüsumu tutulur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏTETDİM: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 37.50 (otuz yeddi manat, əlli qəpik) manat məbləğində sığorta ödənişi və 30,40 (otuz manat, qırx qəpik) məbləğində dövlət rüsumunun, cəmi 67,90 (altmış yeddi manat, doxsan qəpik) manat məbləğində pul vəsaiti müştərək qaydada tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar