Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-5102/2024 29.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İlk iddia üzrə İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Vəkil, İlk iddia üzrə Cavabdeh nümayəndəsi (əri) X1 iştirakları ilə İddiaçı Cavabdeh Cavabdeh İddiaçı MMC-yə qarşı icarə müqaviləsinin dəyişdirilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia verərək, cavabdehin üzərinə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən obyektdə Epidbiomed MMC-yə aid əşyaların (Aptek mebeli (vitrinlər və şkaflar), Soyuducu pozis 1 ədəd, Kabinet mebeli 1 komplekt, Mətbəx mebeli 1 komplekt, Anbar otağında şkaflar 2 ədəd, Anbar otağında rəflər 4 ədəd, Kondisioner 2 ədəd, Havalandırma 1 ədəd, Noutbuk 1 ədəd, Kassa aparatı (vergi), Posterminal (bank), Su qızdırıcısı 1 ədəd) İddiaçı Epidbiomed MMC-yə geri qaytarılması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Epidbiomed MMC və Cavabdeh arasında xx.xx.2022 tarixdə icarə müqaviləsi bağlanmışdır. Müqavilə üzrə mülkiyyətçi Cavabdeh özünə məxsus daşınmaz əmlakın 60 kv metr Epidbiomed MMC-yə təsərrüfat fəaliyyəti (aptek) məqsədilə icarəyə vermişdir. Lakin, sonradan məlum olmuşdur ki, həmin obyekt Epidbiomed MMC-nin fəaliyyəti üçün tələb olunan standartlara cavab vermir. İcarə müqaviləsi bağlandıqdan sonra Epidbiomed MMC həmin obyektə özünə məxsus olan göstərilən əşyaları gətirmişdir: Aptek mebeli (vitrinlər və şkaflar) Soyuducu pozis 1 ədəd Kabinet mebeli 1 komplekt Mətbəx mebeli 1 komplekt Anbar otağında şkaflar 2 ədəd Anbar otağında rəflər 4 ədəd Kondisioner 2 ədəd Havalandırma 1 ədəd Nutbuk 1 ədəd Kassa aparatı (vergi) Posterminal (bank) Su qızdırıcısı 1 ədəd. Obyektin standartlara cavab vermədiyi bəlli olduqdan sonra, obyektin mülkiyyətçisi və onun nümayəndəsi obyektin üzərinə qıfıl vuraraq Epidbiomed MMC-yə özünə məxsus əşyaları geri götürməyə mane olur və onları geri vermir. İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia verərək İlk iddia tələbinin təmin edilməməsi, İddiaçı MMC-dən 10 ay üzrə (hər ay 600 manat olmaqla) cəmi 6000 manat icarə haqqının tutularaq Cavabdeh ödənilməsi, Cavabdeh ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 3M-1679 reyestr nömrəli İcarə müqaviləsinin 4-cü bəndində rəsmi şəkildə düzəliş edilərək 200 manatın əvəzinə faktiki olan 600 manatın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddianı Cavabdeh onunla əsaslandırmışdır ki, icarəçi İddiaçı MMC-nin direktoru X4 ilə öncədən olan razılaşmalırana əsasən 60 kv m sahəsi olan aptekin aylıq icarə haqqısı 600 (altı yüz) manat təşkil edəcəyinə razılıq vermiş, sonradan notariat ofisində müqavilə imzalananda Məmməd Əliyevin göstərişinə əsasən icarə haqqı 200 (iki yüz) manat qeyd edilmiş, hüquqi savadları olmadığı üçün buna əhəmiyyət verməmişlər. Qalan 400 (dörd yüz) manat pulu isə Məmməd Əliyev bildirmişdir ki, əlavə karta otuzduracaq. Həmin vaxt nə baş verdiyini başa düşməmişlər. Sonradan vəkil izah vermişdir ki, Məmməd Əliyev vergidən yayınmaq məqsədi ilə bunu edib. İcarəçi hər ay karta 200 və əlavə 400 manat ödəniş etmiş, İlk 3 ay öncədən və 7 ay sonda cəmi 10 ay isə ödəniş etməmişdir. Bunu sübut edən faktlar (bank kartından çıxarışları məhkəməyə qoşmada rəsmi şəkildə təqdim edir). Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Vəkil ilk iddianın məzmununa uyğun izahat verərək iddia tələbində göstərilən əşyalardan yalnız aptek mebeli (vitrinlər və şkaflar), soyuducu pozis 1 ədəd, kabinet mebeli 1 komplekt, anbar otağında rəflər 4 ədəd, havalandırma 1 ədəd, su qızdırıcısı 1 ədəd qaldığını, qeyd edilən mətbəx mebeli 1 komplektin isə Cavabdeh tərəfindən quraşdırıldığını, aylıq icarə haqqı 200 manat nəzərdə tutusa da, İddiaçı MMC tərəfindən600 manat ödənildiyi, 10 ayın icarə haqqının ödənilmədiyini etiraf etdi, lakin həmin 10 aylıq icarı haqqının 6000 manat deyil, müqavilə şərtləriə uyğun olaraq 2000 manat təşkil etdiyini və 2000 manat icarə haqqını ödəməyə hazır olduqlarını bildirdi. Nümayəndə hər iki iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh nümayəndəsi (əri) X3 qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək qeyd etdi ki, İddiaçı MMC obyekti tərk etdikdən sonra əşyalarının əksəriyyətini aparmış, iddia tələbində göstərilən əşyalardan yalnız aptek mebeli (vitrinlər və şkaflar), soyuducu pozis 1 ədəd, kabinet mebeli 1 komplekt, anbar otağında rəflər 4 ədəd, havalandırma 1 ədəd, su qızdırıcısı 1 ədəd qalmış, qeyd edilən mətbəx mebeli 1 komplekt isə onun özü tərəfindən quraşdırılmışdır. İcarə haqqı tam, yəni 6000 manat məbləğində, ödənildikdən sonra həmin əşyaları qaytarmağa razıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, qarşılıqlı iddia «Cavabdeh ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 3M-1679 reyestr nömrəli İcarə müqaviləsinin 4-cü bəndində rəsmi şəkildə düzəliş edilərək 200 manatın əvəzinə faktiki olan 600 manatın müəyyən edilməsi» barədə tələbi üzrə baxılmamış saxlanılalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı MMC ********** VÖEN-lə xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, əsas fəaliyyət istiqaməti «ortopediya mallarının topdan satışı»nda ibarətdir (elektron məhkəmə sistemindən əldə edilmiş məlumat). Epidbiomed MMC və Cavabdeh arasında xx.xx.2022 tarixdə icarə müqaviləsi bağlanmışdır. Müqavilə üzrə mülkiyyətçi Cavabdeh özünə məxsus daşınmaz əmlakın 60 kv metr Epidbiomed MMC-yə təsərrüfat fəaliyyəti (aptek) məqsədilə icarəyə vermişdir (4 saylı Bakı «ASAN xidmət» Mərkəzində notariat ofisində reyestrdə 3M-1679 № ilə qeyd edilib,informasiya sisteminə daxil edilmişdir). Həmin müqaviləyə əsasən: Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ymumi sahəsi 266 kv metr, yaşayış sahəsi 192,8 kv metr olan 7 otaqlı fərdi yaşayış evinin 60 kv metr hissəsini İddiaçı MMC-yə icarəyə vermiş; icarə müqaviləsi xx.xx.2025-ci il tarixədək müəyyən edilmiş; icarə haqqı aylıq 200 manat müəyyən edilmiş, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqda yazılı ərizəsinə əsasən müvafiq olaraq həyata keçirilməsi nəzərdə tutulmuş; tərəflərin razılığına əsasən hər ay icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə verginin ödənilməsi öhdəliyinin icarəçiyə məxsus olması qeyd edilmişdir. İşin mübahisəsiz halları: İddiaçı MMC həmin icarə obyektində aptek fəaliyyəti ilə məşğul olmuş; hazırda İddiaçı MMC müəyyən əşyalaranı alıb obyektdən çıxmış; obyektdə aptek mebeli (vitrinlər və şkaflar), soyuducu pozis 1 ədəd, kabinet mebeli 1 komplekt, anbar otağında rəflər 4 ədəd, havalandırma 1 ədəd, su qızdırıcısı 1 ədəd qalmış; İddiaçı MMC aylıq 600 manat ödəniş etmiş, həmin ödəniş MMC-nin rəhbərinin kart hesabından Cavabdeh kart hesabına ödənilmiş; 10 ayın icarə haqqı ödənilməmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, qarşılıqlı iddia adıçəkilən tələb üzrə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı faktiki olaraq müqavilənin dəyişdirilməsini istəyir, lakin bu barədə əks tərəfə müqaviləni dəyişdirmək barədə təklif göndərməmişdir. Azərbaycan Respublikası Müki Prossesual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən iddiaçı məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə mülki işi baxılmamış saxlayır. Odur ki, məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı müqavilənin dəyişilməsi barədə qanunvericiliyə əsasən tələb edilən pretenziyanı cavabdehə lazımi qaydada göndərmədiyindən onun iddia tələbi həmin hissədə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Qarşılıqlı iddia «Cavabdeh ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 3M-1679 reyestr nömrəli İcarə müqaviləsinin 4-cü bəndində rəsmi şəkildə düzəliş edilərək 200 manatın əvəzinə faktiki olan 600 manatın müəyyən edilməsi» barədə tələbi üzrə baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-5102/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-5102/2024
29.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver