Məhkəmə qərarları › İş №e-2(008)-5351/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5351/2023

14.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5351/2023 14.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin və debitor borcunun ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16324,44 manat məbləğində dəymiş zərərin, 448,78 manat deditor borcu və ödənilmiş 140,32 manat dövlət rüsumunun, ümumilikdə 16913,54 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə istehlakçı Cavabdeh arasında xx.xx.2017-ci il tarixində 16171 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB cavabdehə məxsus Bakı şəhəri, Sabunçu rayonu, 6-cı mədən ərazisində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********0001 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2016-ci il tarixli ******* nömrəli akt əsasında 64,80 manat; xx.xx.2016-cı il tarixli ******* nömrəli akt əsasında 88,30 manat; xx.xx.2016cı il tarixli ******* nömrəli akt əsasında 113,30 manat; xx.xx.2016-cı il tarixli ******* nömrəli akt əsasında 56,60 manat; xx.xx.2016-cı il tarixli ******* nömrəli akt əsasında 112,40 manat; xx.xx.2016-cı il tarixli ******* nömrəli akt əsasında 108 manat; xx.xx.2017-ci il tarixli ******* nömrəli akt əsasında 291,60 manat; xx.xx.2017-ci il tarixli ******* nömrəli akt əsasında 97,20 manat; xx.xx.2017-ci il tarixli ******* nömrəli akt əsasında 233,20 manat; xx.xx.2017-ci il tarixli ******* nömrəli akt əsasında 168,40 manat; xx.xx.2017-ci il tarixli ******* nömrəli akt əsasında 71 manat; xx.xx.2017-ci il tarixli ******* nömrəli akt əsasında 242 manat; xx.xx.2017-ci il tarixli ******* nömrəli akt əsasında 119,60 manat; xx.xx.2017-ci il tarixli ******* nömrəli akt əsasında 126,80 manat; xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 569,60 manat; xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 207,20 manat; xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 252,80 manat; xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 43,20 manat; xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 38,80 manat; xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 115,20 manat; xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 43,20 manat; xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 43,20 manat; xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 43,20 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 21,60 manat; xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 21,60 manat; xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 100,80 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 100,80 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 100,80 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 100,80 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 100,80 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 100,80 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 252 manat; xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 252 manat; xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 252 manat; xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 252 manat; xx.xx.2020-ci il tarixli M005194 nömrəli akt əsasında 48,60 manat (normativ hesabat); xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 640,80 manat; xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 194,40 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 194,40 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 252 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 252 manat; xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 352,80 manat; xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 619,20 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 194,40 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 194,40 manat; xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 4406,40 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 734,40 manat; Cəmi 16324,44 (on altı min üç yüz iyirmi dörd manat 44 qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 448,78 (dörd yüz qırx səkkiz manat 78 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO və GAZREP üzrə ümumi 16773,22 (on altı min yeddi yüz yetmiş üç manat, iyirmi iki qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 16171 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Abonentin SALDO və GAZREP görünür ki ümumi 16773,22 (on altı min yeddi yüz yetmiş üç manat, iyirmi iki qəpik) manat təşkil etməkdədir. “Təbii X1nın pozulması haqqında” cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə xx.xx.2016-ci il tarixli ******* nömrəli; xx.xx.2016-cı il tarixli ******* nömrəli; xx.xx.2016-cı il tarixli ******* nömrəli; xx.xx.2016-cı il tarixli ******* nömrəli; xx.xx.2016-cı il tarixli ******* nömrəli; xx.xx.2016-cı il tarixli ******* nömrəli; xx.xx.2017-ci il tarixli ******* nömrəli; xx.xx.2017-ci il tarixli ******* nömrəli; xx.xx.2017-ci il tarixli ******* nömrəli; xx.xx.2017-ci il tarixli ******* nömrəli; xx.xx.2017-ci il tarixli ******* nömrəli; xx.xx.2017-ci il tarixli ******* nömrəli; xx.xx.2017-ci il tarixli ******* nömrəli; xx.xx.2017-ci il tarixli ******* nömrəli; xx.xx.2018-ci il tarixli ******* nömrəli; xx.xx.2018-ci il tarixli; xx.xx.2018-ci il tarixli ******* nömrəli akt; xx.xx.2018-ci il tarixli ******* nömrəli; xx.xx.2018-ci il tarixli ******* nömrəli; xx.xx.2018-ci il tarixli ******* nömrəli; xx.xx.2018-ci il tarixli ******* nömrəli; xx.xx.2018-ci il tarixli ******* nömrəli; xx.xx.2018-ci il tarixli ******* nömrəli; xx.xx.2023-cü il tarixli ******* nömrəli; xx.xx.2018-ci il tarixli ******* nömrəli; xx.xx.2018-ci il tarixli ******* nömrəli; xx.xx.2019-cu il tarixli ******* nömrəli; xx.xx.2019-cu il tarixli ******* nömrəli; xx.xx.2019-cu il tarixli ******* nömrəli akt; xx.xx.2019-cu il tarixli ******* nömrəli; xx.xx.2019-cu il tarixli ******* nömrəli; xx.xx.2019-cu il tarixli ******* nömrəli; xx.xx.2019-cu il tarixli ******* nömrəli; xx.xx.2019-cu il tarixli ******* nömrəli; xx.xx.2019-cu il tarixli ******* nömrəli; xx.xx.2019-cu il tarixli ******* nömrəli; xx.xx.2019-cu il tarixli ******* nömrəli; xx.xx.2019-cu il tarixli ******* nömrəli; xx.xx.2020-ci il tarixli ******* nömrəli; xx.xx.2020-ci il tarixli ******* nömrəli; xx.xx.2020-ci il tarixli ******* nömrəli; xx.xx.2020-ci il tarixli M005194 nömrəli; xx.xx.2020-ci il tarixli ******* nömrəli; xx.xx.2020-ci il tarixli ******* nömrəli; xx.xx.2023-cü il tarixli ******* nömrəli; xx.xx.2023-cü il tarixli ******* nömrəli; xx.xx.2020-ci il tarixli ******* nömrəli; xx.xx.2020-ci il tarixli ******* nömrəli; xx.xx.2023-cü il tarixli ******* nömrəli; xx.xx.2021-ci il tarixli ******* nömrəli; xx.xx.2021-ci il tarixli ******* nömrəli; xx.xx.2023-cü il tarixli ******* nömrəli; xx.xx.2021-ci il tarixli ******* nömrəli; xx.xx.2023-cü il tarixli ******* nömrəli; xx.xx.2022-ci il tarixli ******* nömrəli əsasında 4406,40 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli; xx.xx.2023-cü il tarixli ******* nömrəli; xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar əsasında cəmi 16324,44 manat məbləğində ziyan məbləği hesablanmışdır. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını Mülki Məcəllənin 1096-cı maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 nömrəli, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin İddiaçı tərəfindən abonentə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən yeni akt tərtib etməsi həmin aktın mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə iddia tələbində qeyd olunmuş aktlara əsasən dəymiş zərərin tutulması hissəsinə qiymət verərkən cavabdehin ilk akt üzrə qanunsuz qoşulma etdiyini etiraf etməsini, lakin digər aktlar zamanı qoşulma olmadığını bildirməsini, tərtib edilmiş aktlarda cavabdehin imzasının olmadığını, ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Həmçinin işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkündür. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən yalnız ilk tərtib olunmuş, xx.xx.2016cı il tarixli ******* nömrəli akt üzrə hesablanmış 64,80 manat məbləğində zərər və debitor borcu üzrə 448.78 manat İddiaçı İB-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin mənasına görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi qismən təmin olduğundan hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 140,32 manat əvəzinə cavabdehdən 30 manat iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 64.80 (altmış dörd manat, səksən qəpik) manat məbləğində zərər, debitor borcu üzrə 448.78 (dörd yüz qırx səkkiz manat, yetmiş səkkiz qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulsun. Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar