Məhkəmə qərarları › İş №e-2(008)-5535/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5535/2025

26.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5535/2025 26.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X1 , İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqrasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh“Hyundai Accent” markalı, ** RD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1090 manat məbləğində sığorta ödənişi, iddianın qaldırılması üçün ödənilmiş 30.90 manat dövlət rüsumunun "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “İveco” markalı, ** JG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Hyundai Accent” markalı, ** RD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərara, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən, hadisənin baş verməsində “İveco” markalı, ** JG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh İXM-nin 327.1, 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Bürosunun (İSB) çıxarışından, həmçinin ZBT161907/24 saylı "xxxx" ASC-nin ödəniş aktından və digər sığorta tələbinə aid sənədlərdən görünür ki, zərərçəkən “Hyundai Accent” markalı, ** RD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. Azərbaycan Respublikası Mərkəzi X4 25/2 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydaya uyğun olaraq zərərçəkənin idarə etdiyi “Hyundai Accent” markalı, ** RD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan "xxxx" ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirmə aktına uyğun olaraq zərərlə bağlı yaranmış 1090 manat sığorta ödənişini iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzə əsasən zərərçəkənə ödəmişdir. İddia ərizəsinə əlavə olunmuş subroqasiya tələblərinin reyestrindən görünür ki, nettinqin nəticələrinə əsasən 1090 manat məbləğində pulun ödənilməsi tələbi "xxxx" ASC tərəfindən İddiaçı Sığorta Şirkəti ASC qarşısında irəli sürülmüşdür. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Bürosunun çıxarışından və sığorta tələbinə aid sənədlərdən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh idarə etdiyi “İveco” markalı, ** JG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari avtoməsuliyyət sığortası ``Atəşgah`` Sığorta Şirkəti ASC-də sığortalanmışdır. Cavabdeh idarə etdiyi “İveco” markalı, ** JG *** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan İddiaçı Sığorta Şirkəti ASC Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair`` (ZBT) qaydaya və iştirakçılar arasında keçirilmiş nettinqin nəticələrinə əsasən dəymiş zərərlə bağlı 1090 manat məbləğində sığorta ödənişi müvafiq qaydada "xxxx" ASC-nə ödəmişdir. xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində X2 hadisə yerindən yayındığı üçün ona qarşı subroqasiya hüququmuz yaranmışdır. Cavabdehlə yazılı (pretenziya) müraciət olunsa və əlaqə yaradılsa da ödəniş edilməmişdir. Hesab edirik ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 1090 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan “icbarı sığorta müqavilələrinin mövcudluğunun yoxlanması” barədə elektron çıxarışın surətindən görünür ki, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobil icbari qaydada sığortalanmışdır. -“İcbarı sığorta müqavilələrinin mövcudluğunun yoxlanması” barədə elektron çıxarışın surətindən görünür ki, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobil icbari qaydada sığortalanmışdır. -xx.xx.2025-ci il tarixli, ödəniş aktından görünür ki, "“İveco” markalı, ** JG *** dövlət qeydiyyat nişanlı avtomobil icbari qaydada sığortalanmış və xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər cəmi 1090 manat məbləğində müəyyən edilmişdir. -“Xalq Bank” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 198 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, Xalq Bank” ASC tərəfindən Xalq Bank” ASC-nin hesabına 8391 manat məbləğində pul köçürülmüşdür. -"xxxx" ASC tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli preteniziya məktubunun surətindən görünür ki, Cavabdeh subroqasiya hüququ əsasında cəmi 1090 manat məbləğində pulun ödənilməsi xahiş olunmuşdur. -xx.xx.2025-ci il tarixli mədaxil qəbzinin surətindən "xxxx" ASC tərəfindən 30,90 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Cavabdeh xx.xx.2024cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “İveco” markalı, ** JG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Hyundai Accent” markalı, ** RD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. “Hyundai Accent” markalı avtomobilə dəyən ziyan iddiaçı tərəfindən ödənilmiş və iddiçının ödənilən 1090 manat pulu subroqasiya qaydasında cavabdehdən tələb etmək hüququ yaranmışdır. Belə ki, cavabdeh hadisə yerindən yayınmışdır. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1, 25.1.3, 25.1.8-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.8-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Hyundai Accent” markalı, ** RD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1090 (bir min doxsan) manat məbləğində sığorta ödənişi və 30 (otuz) manat 90 (doxsan) qəpik məbləğində dövlət rüsumunun əvəzi "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar