Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5768/2024 15.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X4 qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Mercedes Benz E220” markalı ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 4400 manat (dörd min dörd yüz) sığorta ödənişi və ödənilmiş 64 (altmış dörd) manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2021-cü tarixdə Cavabdeh idarə etdiyi “Mercedes Benz E220” markalı ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********0 nömrəli, sığorta şəhadətnaməsinin və 102871 nömrəli sığorta aktının surətindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Mercedes Benz E220” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ ASC-də könüllü sığorta müqaviləsi ilə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, “Mercedes Benz E220” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 4500 (dörd min beş yüz manat) ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş 1999 nömrəli sığorta aktına əsasən sığortalanmış “Mercedes Benz E220” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 manat azadolma (franşiza) məbləği çıxılmaqla 4400 (dörd min dörd yüz) manat məbləğində sığorta ödənişini zərəçəkən X1 ödəmişdir. xx.xx.2021-ci tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. İş materiallarına əlavə edilmiş Sabunçu rayon Polis İdarəsinin İŞ-nin müstəntiq polis kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh Füzüli oğlunun barəsində CM-nin 185.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materillarında olan zərərəçəkmiş şəxsin verdiyi izahatda şəxsin təqsirli olması sübut olunmuşdur. İş materiallarına əlavə edilmiş 06 dekabr 2021-ci il tarixli “Cinayət işinin icraatına xitam verilməsi haqqında” qərardan görünür ki, Cavabdeh barəsidə CM-nin 185.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə “08 noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın 8-ci bəndinə əsasən xitam verilmişdir. Hesab edirlər ki, 100 manat azadolma (franşiza) məbləği çıxılmaqla 4400 (dörd min dörd yüz) manat sığorta ödənişi Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır İddiaçı Sığorta Şirkəti ASC-nin hüquqşünası Nümayəndə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək, mülkü iş üzrə keçiriləcək bütün məhkəmə hazırlıq və baxış iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2021-cü tarixdə Cavabdeh idarə etdiyi “Mercedes Benz E220” markalı ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmişdir. **********0 nömrəli, sığorta şəhadətnaməsinin və 102871 nömrəli sığorta aktının surətindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Mercedes Benz E220” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ ASC-də könüllü sığorta müqaviləsi ilə sığortalanmışdır. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, “Mercedes Benz E220” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 4500 (dörd min beş yüz manat) ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş 1999 nömrəli sığorta aktına əsasən sığortalanmış “Mercedes Benz E220” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 manat azadolma (franşiza) məbləği çıxılmaqla 4400 (dörd min dörd yüz) manat məbləğində sığorta ödənişini zərəçəkən X1 ödəmişdir. Sabunçu rayon Polis İdarəsinin İŞ-nin müstəntiq polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh Füzüli oğlunun barəsində CM-nin 185.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. 06 dekabr 2021-ci il tarixli “Cinayət işinin icraatına xitam verilməsi haqqında” qərardan görünür ki, Cavabdeh barəsidə CM-nin 185.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə “08 noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın 8ci bəndinə əsasən xitam verilmişdir. xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı Cavabdeh törətmiş olduğu hadisə nəticəsində “Mercedes Benz E220” markalı, ** BL *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 4400 manat zərər məbləğinin İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilməsini xahiş etmişdir. İş materiallarında olan ödəniş qəbzin surətindən görünür ki, 64 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, xx.xx.2021-cü tarixdə Cavabdeh idarə etdiyi “Mercedes Benz E220” markalı ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmişdir. “Mercedes Benz E220” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ ASC-də könüllü sığorta müqaviləsi ilə sığortalanmışdır. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, “Mercedes Benz E 220” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 4500 (dörd min beş yüz manat) ziyan dəymişdir. “Mercedes Benz E220” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 manat azadolma (franşiza) məbləği çıxılmaqla 4400 (dörd min dörd yüz) manat məbləğində sığorta ödənişini zərəçəkən X1 ödəmişdir. xx.xx.2021-ci tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə iddiaçının ona qarşı subroqasiya hüquqları yaranmışdır. Sabunçu rayon Polis İdarəsinin İŞnin müstəntiq polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh Füzüli oğlunun barəsində CM-nin 185.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. 06 dekabr 2021-ci il tarixli “Cinayət işinin icraatına xitam verilməsi haqqında” qərardan görünür ki, Cavabdeh barəsidə CM-nin 185.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə “08 noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın 8-ci bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə sahiblik edən şəxsin öhdəsinə qoyulmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh “Mercedes Benz E 220” markalı ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 4400 manat (dörd min dörd yüz) sığorta ödənişi və ödənilmiş 64 (altmış dörd) manat dövlət rüsumu tutularaq, İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “Mercedes Benz E 220” markalı ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 4400 manat (dörd min dörd yüz) sığorta ödənişi və ödənilmiş 64 (altmış dörd) manat dövlət rüsumu tutularaq, İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-5768/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5768/2024
15.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver