Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-5822/2025 19.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mirzəliyev Ruslan Əsəd oğlu, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı Ərizəçi məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1-ci maddəsinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi ünvanında yerləşən 28 nömrəli evin 9 nömrəli mənzil (yeni qaydalarla - Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən 28 və 29 nömrəli mənzillər üzərində mülkiyyət hüququnun tam həcmdə Ərizəçi adına rəsmiləşdirilməsi, Sazişin 2-ci maddəsinə əsasən, ünvan 2 ünvanında yerləşən 33 saylı evin 67 nömrəli mənzili (yeni qaydalarla - Bakı şəhəri Nəsimi rayonu, 28 May küçəsi, 75, M14, m.1); Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti ünvanında yerləşən 15 nömrəli evin 59 nömrəli mənzili və ünvan 5 ünvanında yerləşən 35 nömrəli mənzillər (yeni qaydalarla - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi, 135, M8, m.5) üzərində mülkiyyət hüququnun tam həcmdə Maraqlı şəxs adına rəsmiləşdirilməsi, dövlət rüsumunun, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarını əldə etmək üçün ödənilmiş dövlət rüsumunun yarısının (281,54 manat) və iş üzrə çəkilmiş hüquqi yardım (vəkil) xərclərinin (350 manat) maraqlı şəxs tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsi Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə 15 avqust 2025-ci il tarixdə daxil olmuşdur. Ərizəni nəzərdən keçirib hesab edirəm ki, ərizəsə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci, 152.1.1-ci və 152.1.5-ci maddələrinin tələblərinə uyğun olaraq icraata götürülmədən geri qaytarılmalıdır. Belə ki, ərizəçi ərizənin başlığında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı müraciət etsə də, yekunda iddia tələbi ilə müraciət edərək, mülkiyyətlərin rəsmiləşdirilməsini xahiş etmişdir. Belə bir tələb təsdiq edilə bilməz. Mülkiyyətin rəsmiləşdirilməsi xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalıdır. Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. İş materiallarına dövlət rüsumunun ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbz əlavə edilmişdir. Məhkəmə tərəfindən CMS – “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə olunan məlumata əsasən ********** nömrəli qəbz Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2247/2025 nömrəli işdə istifadə olunduğu müəyyən olunmuşdur. Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.1.5-ci maddəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə Beləliklə ərizə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verildiyindən, həmçinin hazırki iş üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı sənəd əlavə edilmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləinin 152, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-5822/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-5822/2025
19.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver